Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4606/2019 01.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh və onun vəkili *** iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(103)780/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.08.2016-cı il tarixli 200850-54931/13 saylı kredit müqavil əsi üzrə 07.06.2018-ci il tarixə 57406,09 manat əsas borc, 13134,79 manat faiz borcu olmaqla, cəmi 70540,88 manat borcun və 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 533,6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 9 girişli qeyri-yaşayış sahəsinə yönəldilməsi və açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması və boşaldılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim S.B.Mehrəliyev) 07 iyun 2018-ci il tarixli, 2(004)-1134/2018 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 30.08.2016-cı il tarixli 200850-54931/13 saylı kredit müqaviləsi üzrə 57406,09 manat əsas borc, 13134,79 manat faiz borcu olmaqla, cəmi 70540,88 manat məbləğində borc və 60 manat məhkəmə xərclərin İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 533,6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 9 girişli qeyri-yaşayış sahəsinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 533,6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 9 girişli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 256100 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, açıq hərracda satıldıqdan ən geci 1 ay sonra Cavabdeh ünvan 1 ünvanında yerləşən 533,6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 9 girişli qeyri-yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin boşadılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və E.Y.Şamayev) 29.01.2019-cu il tarixli, 2(103)-780/2019 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və onun vəkili *** iş üzrə Bakı Apell yasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, bank dünyada baş verən qlobal iqtiasdi böhranın yaratdığı çətinlikləri borcluya münasibətdə nəzərə almalı idi. Eyni zamanda artıq yaranmış borcdan kifayət qədər ödəniş etməklə, ödəniş qrafikini belə keçmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili *** kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkilinin dediklərinə uyğun izahat vermişdir. İddiaçı işə ba xılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 29.01.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlayarkən haqlı olmuş, m addi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında 30.08.2016-cı il tarixli 200850-54931/13 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20% ödəmək şərti ilə 65.000 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 30.08.2016-cı il tarixli 200850-54931/13 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 533,6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 9 girişli qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, ca vabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 57.406,09 manat, faiz borcu 13.134,79 manat, cəmi borc isə 70.540,88 manat təşkil edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini və iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı araşdıraraq və Mülki Məcəllənin 739, 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab etmişdir ki, kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Eyni zamanda ipoteka müqaviləsinin şərtlərini və Mülki Məcəllənin 269.5, 317-ci maddələri və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə əsaslanaraq kollegiya hesab etmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsini tələb etməkdə haqlıdır və məhkəmə bu hissədə də düzgün nəticəyə gəlmişdir. Kollegiya həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və “xxxx” MMC tərəfindən 17.05.2018-ci il tarixli 79/E saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 533,6 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 9 girişli qeyri-yaşayış sahəsi 256100 manat məbləğində qiymətləndirilmişdir. Apellyasiya baxışında da iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və «xxxx» M MC tərəfindən 10 dekabr 2018-ci il tarixli Ç-1341 saylı rəyi verilmişdir. Həmin rəyə əsasən ipoteka predmeti olan qeyri-yaşayış binasının bazar qiyməti 210000 manat təşkil edir. Müəyyən edilən qiymətləri müqayisə edərək kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsində verilmiş ekspert rəyindəki qiymətin reallığı əks etdirməməsi və hazırkı bazar qiymətinə uyğun olmaması fikrinə gəlmək üçün əsaslar mövcud deyildir. Çünki hər iki qiymətləndirilmə zamanı daşınmaz əmlakın dəyəri 200000 manatdan artıq qiymətləndirilmiş və qiymətlər arasında fərqin olması ilkin olaraq verilmiş rəyin şübhə altına alınması üçün əsas ola bilməz. Çünki əmlakın bazar dəyəri dövlət tərəfindən tənzimlənən qiymət (tarif qiyməti) deyil, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşə kkül tapan qiyməti deməkdir (Vergi Məcəlləsinin 14.1-ci maddəsi). Ona görə də, ekspert rəylərindəki qiymətlər arasında 20 faiz civarında fərqin olması əhəmiyyətli deyildir. Bundan başqa, kollegiya düzgün olaraq qeyd etmişdir ki, borcun məbləği ilə bağlı iddiaçının istinad etdiyi hallar kredit müqaviləsinin şərtləri, ödəniş cədvəli və maliyyə arayışında olan məlumatlarla təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən sübutları, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Bundan başqa kreditin qaytarılması, faizlərin hesablanması və ödənilməsi qaydası tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.5-ci bəndində qeyd olunmuşdur. Həmin bəndə əsasən bu müqavilə üzrə ödənişin si linməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir və borc alan tərəfindən müəyyənləşdirilmiş hər hansı digər qaydada etibarsızdır: cərimə (dəbbə) pulu; gecikdirilmiş və vaxtı keçmiş əsas borc üzrə hesablanmış faizlər; gecikdirilmiş və vaxtı keçmiş əsas borc; faiz borcu; əsas borc. Həmçinin cavabdehin maddi vəziyyəti mübahisənin həllinə təsir etmir. Belə ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmadd ivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri pozduğundan iddiçının həmin müqavilənin 6-cı maddəsinin şərtlərinə uyğun olaraq verilmiş borcun vaxtından əvvəl geri qaytarılması üçün əsas yarandığından, sonradan ödənişlərin edilməsi iddiaçını bu hüquqdan istifadə etmə imkanından məhrum etmir. Odur ki, kassasiya kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməinin qətnaməsinin qəbulundan sonra gecikdirilmiş ödənişlərin aparılması hazırki iddianın qarşısını almayaraq, sadəcə olaraq qətna mənin icrası mərhələsində bu ödənişlərin nəzərə alınması üçün əsas təşkil edir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29.01.2019-cu il tarixli, 2(103)-780/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4606/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4606/2019
01.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver