Məhkəmə qərarları › İş №2(102)-461/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-461/2020

27.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-461/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4937/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə n 14200 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2018-ci ilin aprel ayında iş görmək məqsədi ilə ondan borc pul istəmiş, aralarındakı səmimi münasibətə görə və ona inandığı üçün altı aya qaytarmaq şərti ilə X5 Notariat Kontorunda xx xxxxx 2018-ci il tarixində 3M-155 saylı reyestrdə rəsmiləşdirməklə 14200 manat borc vermişdir. Borcun qaytarılması barədə dəfələrlə müraciət olunsa da, cavabdeh borcunu qaytarmaqdan yayınmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) 2(011)-1695/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin Cavabdeh 14200 (on dörd min iki yüz) manat məbləğində pul vəsaitinin və 30 (otuz) m anat məbləğində dövlət rüsumun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər Tofiq Səmədov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və İkram Şirinov) xx xxxxx 2019-cu il tarixli 2(103)-4937/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai ra yon məhkəməsinin məlum qətnaməsindən cavabdehin xəbəri olmamışdır. Xətai rayon məhkəməsi ilə əlaqə saxlayan zaman məhkəmə qətnaməsindən xəbəri olmuşdur. Qətnaməni rəsmi qaydada aldıqdan sonra etibar etdiyi şəxs apellyasiya şikayəti yazaraq məhkəməyə təqdim etmişdir. Lakin apellyasiya şikayətinin məzmunu onun sözləri ilə deyil, təhrif olunmuş şəkildə yazılmışdır. Cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün apellyasiya məhkəməsinin vaxtı və yeri barədə rəsmi məlumat almadığından məhkəmədə iştirak etməmişdir. Bu səbəbdən də işin faktiki halları barədə məhkəməyə dəqiq və düzgün məlumat vermək imkanı olmamışdır. Apellyasiya məhkəməsinin qətnaməsini artıq iş icraya yönəldikdən sonra əldə edərək kassasiya şikayəti vermişdir. Hər iki məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada mə lumatlandırılmadığı üçün məhkəmə iclasında iştirak edə bilməmişdir. Hazırkı iş üzrə qəbul edilmiş qətnamədə maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Prosessual məsələlər: Proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə xx.xx.2018-ci il tarixdə X5 notariat kontorunda təsdi q edilmişdir. Qeyd edilən müqaviləyə əsasən İddiaçı xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə 14200 manat məbləğində borc pul verməyi, Cavabdeh isə həmin müddətdə borc pulu qaytarmağı öhdələrinə götürmüşlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı qarşısında 14200 manat məbləğində icra edilməmiş öhdəliyi yarandığından, iddianı yuxarıda qeyd olunan qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əsasən 14200 manat borcun cavabdehdən alınması üçün Bakı şəhər 24 saylı notariat kontoru tərəfindən icra qeydi verilmişdir. Kredit müqaviləsi üzrə borcun tutulması barədə icra sənədi xx.xx.20 18-ci il tarixdə mövcud olduğundan eyni predmetlə bağlı iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1 və 6.1.4-cü maddələrinə görə, notariat orqanının icra qeydləri icra sənədi sayılır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nə zərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 24.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Məhkəmə kollegiyası icra qeydinin icra sənədi sayıldığını və mübahisənin məhkəmədən kənar qaydada öz həllini tapdığını nəzərə alaraq, hesab edir ki, işə məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə istinad edərək, iş üzrə icraata xitam verməlidir. Belə ki, iddiaçı seçim hüququndan istifadə edərək, notariat qaydasında bağlanmış əqd üzrə öhdəliklərin yerinə yetirilməsi üç ün notariusa müraciət edərək müvafiq icra qeydi almışdır. Həmin icra qeydinin icra edilməməsinə görə borclunun məsuliyyəti qanunla müəyyən edilmişdir. İddiaçının hüquqlarının müdafiəsi məhkəmədən kənar qaydada həll olunduğundan, eyni məsələ ilə bağlı məhkəmə müdafiəsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-4937/2019 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.1, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)4937/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar