Məhkəmə qərarları › İş №2(102)-4610/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4610/2019

20.06.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4610/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, Cavabdeh XXX oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(039)1518/2018, hakim T.M.Əliyev) İddiaçıCavabdeh XXX oğluna qarşı iddiası qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq cavabdehdən 01 iyun 2004-cü il təvəllüdlü X2, 03 noyabr 2005-ci ildə doğulmuş X3 və 14 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-451/2019, hakimlər A.M.Eyvazov, R.Ə.Əliyev, İ.H.Şükürov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçının nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin l əğv edilib iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Yevlax Rayon Məhkəməsinin 12 aprel 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh XXX oğlu ilə İddiaçı arasında bağlanmış nikahın pozulması və tərəflərin birgə nikahlarından doğulmuş 01 iyun 2004-cü ildə anadan olmuş X2, 03 noyabr 2005-ci ildə doğulmuş X3 və 14 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh XXX oğlundan İddiaçı xeyrinə hər ay hər uşaq üçün 50 manat, cəmi 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi ilə İddiaçınən alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, 01 iyun 2004-cü ildə anadan olmuş X2, 03 noyabr 2005-ci ildə doğulmuş X3 və 14 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh XXX oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 55 manat, cəmi 165 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 26 may 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı alimentin artırılması tələbinə dair iddiası qismən təmin edilmiş, 01 iyun 2004-cü ildə anadan olmuş X2, 03 noyabr 2005-ci ildə doğulmuş X3 və 14 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh XXX oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 75 manat, cəmi 225 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. 10 may 2018-ci il tarixdəİddiaçıCavabdeh XXX oğluna qa rşı alimentin artırılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 01 iyun 2004-cü ildə anadan olmuş X2, 03 noyabr 2005-ci ildə doğulmuş X3 və 14 yanvar 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh XXX oğlundan tutulan alimentin miqdarının dəyişdirilərək hər ay hər uşaq üçün 170 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını m əhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay hər uşaq üçün tutulması qət edilən 75 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq 170 manat müəyən edilməsi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin aylıq qazancının 345 manat olmasını və iddiaçının da işləməsini nəzərə alaraq yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 100 manat (cəmi 300 manat) sabit pul məbləğində alimentin cavabdehdən tutular aq iddiaçıya verilməsi barədə qətnamə qəbul etməkdə haqlı olmuşdur. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə alimentin miqdarının dəyişdirilməsi barədə qanunvericiliyin tələblərinə uyğun olmaqla, qətnamə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qəbul edildiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar