Məhkəmə qərarları › İş №2(102)-4612/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4612/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4612/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi 07.10.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, Cavabdeh və vəkili X1, tərcüməçi X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3143/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 07 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəm ə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 14.04.2020-ci il tarixli, şahidlər X və X iştirakı ilə Cavabdeh öz xətti ilə müqavilə adı ilə yazdığı qəbzlə Cavabdeh İddiaçı 48800 (qırx səkkiz min səkkiz yüz) manat borclu olduğunu etiraf etmiş və borcunu imkan daxilində qaytaracağını bildirmiş, həmçinin İddiaçı Cavabdeh borcla əlaqədar narahat etməyəcəyini qeyd etmişdir.

2. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh iddiaçıya 20.04.2020-ci il tarixdə 5.000 manat, 06.05.2020-ci il tarixdə 300 manat, 03.06.2020-ci il tarixdə 300 manat, 07.07.2020-ci il tarixdə 300 manat, 06.08.2020-ci il tarixdə 1000 manat, 11.09.2020-ci il tarixdə 300 manat, 14.10.2020-ci il tarixdə 300 manat, 10.11.2020ci il tarixdə 300 manat məbləğind ə borc ödəmişdir.

3. İş materiallarında olan Suraxanı RPİ-nin 31-ci PB-nin 14 iyun 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, İddiaçı, Azərbaycan Respublikası Baş Prokurorluğuna etdiyi müraciət əsasında araşdırma aparılmış, toplanmış material əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 (cinayət hadisəsi olmadıqda) maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

4. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh birinci instansiya məhkəməsinə ərizə təqdim edərək İddiaçı olan borcundan 7.800 (yeddi min səkkiz yüz) manat bank vasitəsi ilə ödəniş etdiyini, hal-hazırda onun iddiaçıya 41.000 (qırx bir min) manat borcunun olduğunu və həmin pulu bütöv şəkildə ödəyə bilməyəc əyini, amma hissəhissə ödəyəcəyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 43200 (qırx üç min iki yüz) manat borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 43230 (qırx üç min iki yüz otuz)manat məbləğində pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir..

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır və yaxın əlaqələri var. Onunla münasibəti həmişə yaxşı olmuşdur. 2019-cu ilin iyun ayında Cavabdeh ona müraciət edərək pul lazım olduğunu bildirmişdi. Onun sözlərinə görə bu pul ona Dubay şəhərində biznes fəaliyyətinin təşkili üçün lazım i di və o, alacağı pul borcunu qısa vaxt ərzində qaytaracaqdı. O, aralarında olan münasibəti nəzərə alaraq cavabdehə həmin vaxt Rusiya Federasiyası ərazisində yaşayan bacısının onda olan 40000 (qırx min) manat pulunu və müdiri X aldığı 8800 (səkkiz min səkkiz yüz) manat olmaqla cəmi 48800 (qırx səkkiz min səkkiz yüz) manat pulu X vermişdir. Aralarında olan razılaşmaya əsasən borc məbləğini cavabdeh qısa müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilən müddətin başa çatmasına və dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcunu qaytarmamışdır. Pulun qaytarılması ilə bağlı onun tələbi ilə Cavabdeh 14.04.2020-ci il tarixdə ona 48800 (qırx səkkiz min səkkiz yüz) manat pul borclu olmasına dair şahid X iştirakı ilə öz dəst-xətti ilə qəbz (müqavilə adı ilə) yazıb vermişdir. Həmin vaxt cavabdeh şifahi olaraq bir həftə müddətində pulu tam olaraq qaytaracağını vəd etmiş, lakin 20 aprel 2020-ci il tarixdə cavabdeh ona 5000 (beş min) manat, sonra isə 2 dəfəyə 600 (altı yüz) manat pul ödəmişdir. Sonrakı müddətdə Cavabdeh 43200 (qırx üç min iki yüz) manat məbləğində pulun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla bağlı 2020-ci ilin iyun ayında o, Bakı şəhəri Suraxanı Rayon polis idarəsinin 31-ci Polis bölməsinə yazılı şikayət ərizəsi ilə müraciət etmiş, şikayət ərizəsi üzrə araşdırma zamanı Cavabdeh ona 43200 manat məbləğində pul borcu qaldığını etiraf etmiş, pulu qaytaracağını vəd etsə də, yenə pulu qaytarmamışdır. Ərizəsi üzrə isə cavabdehlə aralarındakı münasibətin mülki xarakter daşıdığı bildirilərək ona müvafiq qaydada məhkəməyə müraciət etməy i məsləhət görülmüşdür. Bundan sonra da ötən müddətdə cavabdehə müraciətləri nəticəsiz qaldığından o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim V.Quliyev) 12 noyabr 2020-ci il tarixli, 2(005)-2780/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 41000 (qırx bir min manat) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X 41900 (qırx bir min doqquz yüz) manat məbləğində borcun onun xeyrinə tutulması barədə ərizə verməsinə baxmayaraq İddiaçı qarşısında Cavabdeh yetirmədiyi öhdəliyə görə yazdığı qəbzə əsasən48800 (qırx sək kiz min səkkiz yüz) manat ödəməli olmuşdur, bu məbləğdən 7800 (yeddi min səkkiz yüz) manatı cavabdeh tərəfindən ödənilmişdir. Cavabdehin 41000 (qırx bir min) manat ödənilməmiş borcu qalmışdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 448.2, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3143/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və X.Cəmilova) apellyasiya şikayəti rədd olunmuş, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qətna məsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələbi borc (kredit) müqaviləsinə əsaslanır. İddiaçı 2019-cu ilin iyun ayında cavabdehə 48.800 manat borc pul verdiyini, həmin pulun 43.200 manatlıq hissəsinin qaytarılmadığını bildirir. 1-ci instansiya məhkəməsində icraat zamanı cavabdeh iddiaçıya 41.000 manat borcu olduğunu yazılı şəkildə etiraf edib (iş v. 55). Ona görə də məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinin və Mülki-Prosessual Məcəllənin 191.3-cü maddəsinin göstərişlərinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 41.000 manat məbləğində pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

13. Cavabdeh apellyasiya şikayətində qeyd edib ki, həmin məbləği birdəfə ödəməyə imkanı yoxdur, hissə-hissə ödəyə bilər. 41.000 manat pulun ödənilməsi hissə-hissə həyata keçirilə bilməz. Belə ki, Mülki-Prosessual Məcəllənin 231.1-ci maddəsinə və “İcra haqqında” Qanunun 15-ci maddəsinə görə hakim tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən məhkəmə aktını hissə-hissə icra etdirməyə haqlıdır. Həmin maddədə qeyd olunan “borclunun əmlak vəziyyəti” və “digər hallar” elə hallardır ki, borcluya məhkəmə aktını birdəfəyə icra etməsi üçün çətinlik yaradır, lakin tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirmir. Hazırkı işdə cavabehin əmlak vəziyyəti əsas tutulmaqla məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi qərara alınarsa, bu hal tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə x ələl gətirəcək. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur.

16. Kassasiya şikayətində irəli sürülən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdeh və vəkili iz ahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

20. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qəra rdadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

21. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

22. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

24. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. v ə ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)

25. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)

26. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)

27. Ö hdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)

28. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1)

29. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1) Mülki Prossesual Məcəllə

30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

31. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halla rı sübut etməlidir. (maddə 77.1)

32. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

33. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. (maddə 106.3)

34. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3143/2021 nömrəli iş üzrə 19 mart 2021-ci il tarixli qətnaməsi dəyişdir ilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar