Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4613/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nizami Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(007)-58/2018, hakim F.X.Mirzəyev) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən cəmi 35.157 ABŞ dolları məbləğində (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borcun iddiaçının xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, ilkin satış qiyməti 80.000 manat müəyyən olunmuş, cavabdehə məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 14E saylı evə yönəldilməsi, həmin evin açıq hərracda satılması və evin satışından əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, tutma yönəldikdən sonra Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində yerləşən 14E saylı evin məcburi qaydada boşaldılması, iddiaçı ilə cavabdeh arasında bağlanmış 12 fevral 2015-ci il tarixli girovlu istehlak kredit müqaviləsinin ləğv edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilm işdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10784/2018, hakimlər V.Ə.Baxışova, V.T.Həsənov, N.Ş.Cəfərov) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində kredit müqaviləsi üzrə əsas və faiz borcunun müəyyən edilməsi hissəsi ilə razılaşmadığını bildirərək qətnamənin qismən ləğv edilərək həmin hissələrdə işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2015-ci il tarixli kredit müqaviləsi əsasında illik 22 % olmaqla, 60 ay müddətinə bank tərəfindən sonuncuya 32.000 ABŞ dollar ı məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə bankla borclu arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borcluya məxsus fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. 26 avqust 2016-cı il tarixdə “xxxx” ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcunun tutulması, tutmanın borcluya məxsus fərdi yaşayış evinə yönəldilərək hərrac yolu ilə satılması, əldə olunan vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarını pozulmuşdur. Onun tərəfindən ödənilmiş 6.905 ABŞ dollarının bank tərəfindən əsas və faiz borclarına düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün fikir ayrılığının və şübhələrin aradan qaldırılması üçün mühasibatlıq ekspertizasının keçirilməsinə zərurət olduğu halda ekspertiza təyin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respub likası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və dəbbə pulunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi təşkil edir. Apellyasiya məhkəməsinin qətnaməsi əsas borc və faiz borcunun tutulması hissəsində mübahisələndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləndirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apellyaisya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin Vİ bəndində nəzərdə tutulan hallarda və qaydada bankın müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ müəyyən edildiyindən bankın bu hüququndan istifadə edərək kredit müqaviləsini ləğv edərək kredit borcun u tələb etməsi müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kredit borcu üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tutulmuş borc məbləğinin azaldılması üçün əsaslar yoxdur. Bank tərəfindən təqdim edilmiş izahlı maliyyə arayışı və hesabdan çıxarışa əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kredit öhdəliyi üzrə cəmi 1.142 ABŞ dolları əsas, 5.762 ABŞ dolları faiz üzrə ödəniş edilmişdir. 12.01.2016-cı il tarixdən sonra borcalan kredit öhdəliyi üzrə ödəniş həyata keşirməmişdir. Kredit üzrə faizlərin hesablanması 20.11.2015-ci il tarixdən, cərimə hesablanması 09.04.2016-cı il tarixdən dayandırılmışdır. Bu halda iddiaçı bank tərəfindən ödənilməsi tələb edilən əsas və faiz borcu kredit müq aviləsi üzrə ödənilməmiş əsas və faiz borc məbləğinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4613/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4613/2019
20.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver