Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4613/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2368/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə (bundan sonra – iddiaçı və ya Bank, ləğv prosesindədir) Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış 19 iyul 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsinə və kredit müqaviləsinə əlavəyə əsasən, Bank cavabdehə illik 18% hesablanmaqla 12 ay müddətinə mənzilin təmiri məqsədi ilə 10.000 manat məbləğində kredit vermişdir. Bank, cavabdeh və X1 arasında bağlanmış 19 iyul 2016-cı il tarixli, 26/16 saylı girov müqaviləsinə əsasən, kredit müqaviləsinə əsasən ayrılan 10.000 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi sonuncuya məxsus, Bankda **********0000000USD saylı depozit hesabda olan əmanətdən bir qism i yəni, 20.000 USD vəsait girov qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Bank cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə Banka ödənilməmiş 10.000 manat məbləğində əsas borc, 1.323,78 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 3.579,69 manat müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanan və tələb olunan cərimə, 1.488,69 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləğ, ümumilikdə isə 16.392,16 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kreditdən istifadəyə görə alınmış ssuda üzr ə faizləri, eyni zamanda əsas borcun ödənişini tam şəkildə Banka ödəməli olmasına baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun Banka qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)-3620/2016 saylı qərarı ilə "xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 25 iyul 2016-cı il tarixdən Bankın Ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bundan sonra cavabdeh ƏSF-ya müraciət etmişdir ki, ona mə nzil təmiri üçün verilmiş kreditin faizləri dayandırılsın, girov müqaviləsi ilə təmin edilmiş, XXXya məxsus depozitin hesabına kredit əvəzləşdirilsin. Buna baxmayaraq, onun adına olan kredit əvəzləşdirilməmişdir. Dəfələrlə cavabdeh Fond ilə əlaqə saxlamış və xahiş etmişdir ki, girov müqaviləsinə əsasən krediti əvəzləşdirilsin. Lakin, Bankın səlahiyyətli nümayəndələri cavabdehi aldadaraq, onun götürdüyü kreditin girovu olduğu üçün heç bir problem olmadığını bildirmiş və demişlər ki, zamanı gələndə krediti əvəzləşdirəcəklər. Cavabdehə 19 iyul 2016-cı tarixindən hal-hazırkı dövrə qədər Bank tərəfindən kreditin ödənilməsi tələbi haqda heç bir pretenziya, xəbərdarlıq daxil olmamış və ya qarşılıqlı razılıq danışıqları aparılmamış, məhkəməyə müraciət olunmamışdır. Kreditin götürüldüyü dövrdən 4 i l keçdiyindən, iddia qaldırılması hüquqa ziddir. Cavabdehin ailə üzvü, girov qoyan XXXin adına qalan 306.061,12 ABŞ dolları qaytarmağı fikirləşmirlər, bilərəkdən vaxtı uzadaraq cavabdehi şantaj etməklə, guya zaminlik müddəti keçdiyindən cavabdehdən pul tələbi üçün məhkəməyə müraciət edirlər. Halbuki, girov müqaviləsinin 11-ci maddəsində göstərilir ki, tərəflər öhdəliklərini yerinə yetirənə qədər müqavilə qüvvədədir. Girov müqaviləsi birtərəfli ləğv edilə bilməz. Eyni zamanda, Bank cavabdehlə bərabər girov qoyan şəxsə XXXə qarşı da iddia qaldırmalı idi. Bunu da bilərəkdən etməmişlər. Çünki, XXXin onlardan qalan pulunu tələb etməyi, cavabdehin götürdüyü 10.000 manat kreditin əvəzləşdirilməsi tələbi Bankın rəhbərliyinə sərf etmir. Cavabdehin götürdüyü kredit Azərbaycan Respublikası Preziden tinin 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər haqqında” Fərmanının təsiri altına düşür. Lakin Bankın rəhbərliyi cavabdehi çağırıb qarşılıqlı razılıqla bu işi həll etməmişdir. Odur ki, cavabdehin adına olan 19 iyul 2016-cı il tarixli 10.000 manat məbləğində kreditin girov müqaviləsinə əsasən əvəzləşdirilməsini və iddiaçının qaldırdığı iddianın rədd edilməsini xahiş etmişdir. Bank tərəfindən təqdim edilmiş və məhkəmədə tədqiq edilmiş 14 iyul 2020-ci il tarixli arayışa əsasən, Bank ilə cavabdeh arasında bağlanmış 19 iyul 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə sonuncunun Banka 10.000 manat əsas borcu, 1.323,78 manat faiz borcu, 3.579,69 manat cərimə, 1.488,69 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, ümumilikdə 16.392,16 manat borcu vardır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-4186/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Rüstəmli) iddia qismən təmin edilmiş, 19 iyul 2016-cı il tarixli, 26/16 saylı kredit müqaviləsi üzrə cavabdehdən 10.000 manat məbləğində əsas borc, 1.323,78 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 1.488,69 manat gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 12.912,47 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 24 manatının ləğv prosesində olan Bankın xeyrinə tutulması qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredi t müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu Banka ödəməlidir. Bununla belə, məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış cərimə endirilməli və 100 manat müəyyən edilməlidir. Məhkəmə, cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd etmişdir ki, mülki qanunv ericiliyin tələblərinə əsasən, girov ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı girova yönəltmək girov saxlayanın vəzifəsi deyil, hüququdur. Tərəflər arasında bağlanmış 19 iyul 2016-cı il tarixli, 26/16 saylı girov müqaviləsinin 4.1.3-cü maddəsində də göstərilmişdir ki, borcalan özünə məxsus kredit müqaviləsinə əsasən öhdəlikləri vaxtında yerinə yetirmədikdə, yaxud yerinə yetirməkdən imtina etdikdə, girov ilə təmin edilmiş öhdəliyin icrasını təmin etmək üçün tutmanı girova yönəltmək üçün tədbirlər görmək girovsaxlayanın hüququdur. Odur ki, məhkəmə öhdəliyin icrasını təmin etmək üçün tutmanın girova yönəldilməsini iddiaçının üzərinə vəzifə kimi qoya bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 269.1, 269.5, 269.7, 280.1, 295, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 448.2, 460.1, 462.1, 463.1, 465.2, 467, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, onun götürdüyü kredit problemli kredit kimi qeydə alınmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar ona müraciət edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahatında əlavə olaraq bildirmişdir ki, Bankla cavabdeh aras ında kredit müqaviləsi bağlanarkən, eyni zamanda girov müqaviləsi də bağlanmış və cavabdeh tərəfindən Banka 300.000 manat əmanət qoyulmuşdur. Bank tələbini həmin pula yönəldə bilərdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2368/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən 1.488,69 manat gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz məbləğinin Bankın xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iddia tələbi təmin edilməmişdir. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyas iya instansiyası məhkəməsi borc, faiz və cərimə hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, eyni zamanda tutmanın girov əmlaka yönəldilməsi barədə cavabdehin etirazına münasibəti ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin hissələrdə düzgün nəticəyə gəlmişdir. Eyni zamanda, məhkəmə apellyantın borcun Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun ödənilməsinin təmin edilməli olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, cavabdehin kredit borcunun Prezidentin müvafiq Fərmanının təsir dairəsinə düşdüyü müəyyən olunmamışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 44.1, 445.7-ci maddələrinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsının 399.3, 399.4, 445 və 449-cu maddə lərinin bəzi müddəalarının şərh edilməsınə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil1) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edəm kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Cavabdehin götür düyü kredit problemli kreditdir, apellyasiya məhkəməsi isə müvafiq Fərmanı tətbiq etməmiş, şikayətdə göstərilənlərə hüquqi qiymət verməmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-in 386, Mülki Məcəllənin 16.1-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin ( maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739). “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür (maddə 72.1.2, 72.1.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il t arixli Qərarı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2-ci maddəsinin “dayandırma” ifadəsi bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərlə bağlı mülki məhkəmə icraatında olan işlərin MPM-in 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının dayandırılmasını deyil, bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən icraatına xitam verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən MPM-in 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasın da tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, “Banklar haqqında” Qanunun 72.1.2. və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhk əmə icraatı prosesində olan bütün iddialar yalnız həmin Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülməlidir. Bu baxımdan Bankın tələbinin ləğv prosesində olan həmin Bankda yerləşdirilmiş və girov predmeti olan əmanətlə əvəzləşdirilməsi barədə mübahisəyə də hazırkı icraat çərçivəsində baxılması yolverilməzdir. Cavabdeh bununla bağlı iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edərək, öz tələblərini irəli sürə və məhkəmənin qərarından narazı qaldığı halda həmin qərarı mübahisələndirə bilər. Eyni əsaslarla Bankın da öz tələbini girov qoyulmuş əmanət hesabına təmin etmədən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin digər dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2368/2021 nömrəli iş üzrə 01 mart 2021-ci il tarixli mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4613/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4613/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver