Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4613/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu üzrə cərimənin hesablanması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2( 105)-1058/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı QSC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (bundan sonra – birinci cavabdeh) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11L000005603 saylı kredit xətti müqaviləsinə əsasən, Bank tərəfindən birinci cavabdehə 120 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.
2. Cavabdeh2 (bundan sonra – ikinci cavabdeh) xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən borc alanın kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra edilməsi üçün Bank qarşısında zamin kimi məsuliyyət götürmüş və eyni ta rixli ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanında yerləşən 2 saylı, 2 otaqlı mənzili (bundan sonra – ipoteka predmeti olan mənzil) dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 18.823,20 manat müəyyən edilməklə ipoteka ilə yüklü edərək, Bakın xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşması və bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanmış ayrıca razılaşmalardan irəli gələn tələb hüququna təminat vermişdir. İpoteka daşınmaz əşyaların rəsmi reyestrində qeydiyyata alınmışdır. 3. xx.xx.2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşmasına əsasən birinci cavabdehə 60 ay müddətinə aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
4. Həmin kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il, xx.xx.2017-ci il və xx.xx.2018-ci tarixli sazişlərlə tərəflər arasında yeni ödəniş cədvəlləri və faiz dərəcələri müəyyən olunmuş və həmin dəyişikliklər ipoteka qoyan - zaminlə də razılaşdırılmışdır (imzası ilə təsdiq olunmuşdur).
5. Cavabdehlər borcu qrafik üzrə qaytarmayaraq, öhdəliyin icrasını gecikdirmiş, Bank borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə onlara xəbərdarlıq məktubları ünvanlamış və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat
6. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşması üzrə 18.291,18 ABŞ dolları əsas, 17.036,45 ABŞ dolları faiz və 10.744,74 ABŞ dolları cərimə olmaqla, cəmi 46.142,31 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və xidmət haqqı olaraq ödənilmiş 20 manatın alınaraq onun xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan m əbləğin cavabdehlərdən müştərək qaydada tutulması, əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər kredit və zaminlik müqavilələri ürzə öhdəliklərini lazımınca icra etməmiş, Banka tələbdə göstərilən məbləğlərdə borcları qalmışdır. Ona görə də, həmin borcun tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edir.
8. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 deka br 2020-ci il tarixli, 9/4402 nömrəli rəyinə əsasən, xx.xx.2014-cü il tarixli kredit razılaşmasının və ona dəyişiklik edilməsi haqqında sazişlərin şərtlərinə əsasən birinci cavabdehin Banka olan borcu xx.xx.2019-cu il tarixə (müqavilə müddətinin sonuna) 18.241,54 ABŞ dolları əsas, 15.486,19 ABŞ dolları faiz borcu olmaqla, cəmi 33.727.78 ABŞ dolları; xx.xx.2020-ci il tarixə (maliyyə arayışının verildiyi tarix) isə əsas borc üzrə 18.085,59 ABŞ dolları, faiz borcu üzrə 15.486,19 ABŞ dolları təşkil edir. Birinci cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə 175,29 ABŞ dolları ödəniş edildiyindən həmin ödəniş əsas borcdan silinməklə cavabdehin hazırda Banka olan əsas borcu 17.910,30 ABŞ dolları, faiz borcu 15.486,19 ABŞ dolları müəyyən olunur. Bank tərəfindən xx.xx.2014-cü il tarixli kredit razı laşması üzrə cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən həmin razılaşma üzrə cərimə borcu hesablanmamışdır.
9. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC-nin 01 aprel 2021-ci il tarixli, 01/21-145 nömrəli qiymətləndirmə hesabatına əsasən, ipoteka predmeti olan mənzilin həmin tarixə bazar dəyəri 35.000 manat, likvid dəyəri isə 28.000 manat təşkil edir.
10. İkinci cavabdeh (həmçinin, birinci cavabdehin nümayəndəsi) məhkəmə iclasında verdiyi izahatında iddianı qismən qəbul edərək, bildirmişdir ki, iddia tələbi üzrə əsas borca münasibətdə hesablanmış faiz və cərimə ilə razı deyillər, həmin məbləğlər şişirdilmişdir. Digər tərəfdən, ipoteka predmeti olan mənzil faktiki dəyərindən aşağı məbləğdə qiymətləndirilmişdir.
11. İkinci cavabdehin vəsatətləri əsasında məhkəmə tərəfindən təkrar məhkəməəmtəəşünaslıq ekspertizaları təyin olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 05 iyul 2021-ci il tarixli məktubla əmlakın likvid qiymətinin müəyyən edilməsinin xüsusi bilik tələb etməməsi əsası ilə ekspertizanın aparılmasından imtia etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən isə 22 sentyabr 2021-ci il tarixli məktubla qiymətləndirmə ilə bağlı xidmət haqqının ödənilməsindən sonra müvafiq məsələyə baxılacağı bildirilmiş, lakin tərəflərdən heç biri xidmət haqqının ödənilməsini təmin etmədiklərindən məhkəmənin 12 yanvar 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir.
12. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(067)-22/ 2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Xıdır Quliyev) iddia qismən təmin edilərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşması üzrə 17.910,30 ABŞ dolları əsas, 15.486,19 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 34.396,49 ABŞ dolları borcun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manatın və xidmət haqqı olaraq ödənilmiş 20 manatın alınaraq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 28.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və borcun satışdan əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, eyni zamanda, əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə mənzildən çıxarılmaları, mənzilin alıcıya təhvil verilməsi və ekspertiza xərcinin müştərək qaydada cavabdehlərdən tutulması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş ekspertizaların rəylərini əsas götürməklə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və onların Bank qarşısında icra e dilməmiş borc öhdəlikləri qalmışdır. Ona görə də iddiaçı əsas borcu və müqavilə üzrə müəyyən edilmiş faizləri tələb etməkdə və tələbini ipoteka predmeti olan mənzilə yönəltməkdə haqlıdır.
14. Bununla belə, məhkəmə hesab etmişdir ki, Bankın xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə əsas və faiz borcuna 10.744,74 ABŞ dolları cərimə hesablaması həmin borca mütənasib olmamışdır. Belə ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliyin icrasının təminatı vasitəsidir, öhdəliyin icra olunmadığı təqdirdə nəzərdə tutulan maliyyə sanksiyasıdır, bu səbəbdən də, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icr ası üçün nəzərdə tutulmuş tədbirlərin mahiyyətinin özünə zidd olardı. Odur ki, qeyd olunan kredit razılaşması üzrə əsas və faiz borcuna hesablanmış cərimənin məbləğinin azaldılaraq, 1000 ABŞ dolları məbləğində müəyyən olunması məqsədə müvafiqdir.
15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 269.5, 269.7, 317, 319.1, 319.6, 295, 385.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 465.2, 467, 470.1, 472.1, 472.2, 739-cu, “İpoteka haqqında” Qanunun 33, 34.1.1-34.1.3, 39.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İkinci cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsi nin ləğv edilməsini, ipoteka predmetinin real bazar dəyəri ekspertiza vasitəsilə müəyyən edildikdən sonra ekspertizanın nəticələrinə uyğun yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş cərimə məbləği əsas borca uyğun olmamaqla, həmin məbləğ tam silinməli idi. Digər tərəfdən, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ekspert rəyinə istinad etsə də, mənzilin hazırkı bazar dəyəri 50-60.000 manatdan az ola bilməz. Belə ki, mənzil Xaçmaz şəhərinin ən nüfuzlu ərazisində yerləşir, yaxınlığında ticarət obyektləri olmaqla şəhərin əsas küçələri də yaxınlıqdan keçir. Ona görə də, ekspert rəyi ilə razı deyil və hesab edir ki, əmlakın dəyərinin müəyyən edilməsi üçün yenidən ekspertiza keçirilm əlidir.
18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1058/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə borcunun məbləği hissəsində dəyişdirilmiş, cavabdehlərdən müştərək qaydada 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 33.896,49 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instans iyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının dəbbə pulu tələbi əsaslı olsa da, 18.361,12 ABŞ dolları əsas borca görə məhkəmə tərəfindən tutulmuş 1000 ABŞ dolları cərimə yüksəkdir. Buna görə də, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, cərimə borcu azaldılaraq, 500 ABŞ dolları müəyyən edilməlidir. Bu hissədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, qanunvericilikdə cərimə borcunun azaldılması nəzərdə tutulsa da, tam silinməsi nəzərdə tutulmamış, eyni zamanda, əsas borca görə cərimənin tutulması tərəflər arasında bağlanmış müqavilədə də göstərilmişdir.
20. Məhkəmə qətnamənin mübahisələndirilən digər hissəsi ilə bağlı qeyd etmişdir ki, mənzilin likvid dəyəri birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza ilə 28.000 manat müəyyən edilmi ş və təkrar ekspertizanın keçirilməsi barədə verilmiş vəsatət məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və hazırkı iş üzrə alınmış rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən həmin rəy sübut kimi qəbul edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İkinci cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, əmlakın yenidən qiymətləndirilməsi barə də müvafiq ekspertiza təyin edilməsi üçün işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
26. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
28. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İ poteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı
29. Bənd
11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.
30. Bənd 21....kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istin ad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tə rəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdi kləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə yalnız 500 ABŞ dolları məbləğində cərimə tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Cərimə borcuna aid hissədə kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələyə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
42. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində isə kassasiya şikayətlərinin əsas dəlilləri ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası m əhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert (mütəxəssis) rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.
43. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
44. M əhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1058/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.