Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4615/2020 21.10.2020 ALİ MƏHKƏMƏ XXX Respublikası adından XXX Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ XXX Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun nümayəndəsi və vəkili Vəkil1, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən XXX-X1 X2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-8927/2019, hakim S.B.Mehrəliyev) iddiaçı “xxxx” ASC-nin cavabdehlər XXX-X1 X3 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 7376 ABŞ dolları əsas, 4994 ABŞ dolları faiz, 59 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 462 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 12893 ABŞ dolları məbləğində pulun ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq XXX manatı ilə iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-3163/2020, hakimlər T.S.Səmədov, İ.S.Şirinov, E.C.Kazımov) XXX-X1 X2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışd ır. Həmin qətnamədən XXX-X1 X2 nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2019-cu il tarixdə iddiaçı XXX-X1 X4 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi kredit müqaviləsi üzrə cəmi ödənilməli məbləğin 16.948 ABŞ dolları təşkil etməsini, həmin məbləğdən 8.925 ABŞ dolları ödəniş edilməsini və cəmi 8.023 ABŞ dolları məbləğində pulun qalıq borc kimi qalmas ını nəzərə almamaqla, heç bir əsas olmadan 12.371 ABŞ dolları, yəni qalıq borcdan 4.347 ABŞ dolları artıq məbləğin tutulmasını qət etməklə iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorun nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. XXX Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 24 % ödəmək şərti ilə 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilmədiyinə istinad edərək, kredit müqaviləsi üzrə borcun borclu və zamindən müştərək qaydada onun xeyrinə tutulması barədə hazırki iddianı qaldırmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdeh əsas borcdan 4623 ABŞ dolları, faiz borcu üzrə 3516 ABŞ dolları ödəniş et miş, kreditin bitmə tarixinə əsas borcu 7643 ABŞ dolları, faiz borcu 4994 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, borclu 12.000 ABŞ dolları ilə bərabər 4948 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16948 dollar ödəniş etməlidir. Cavabdeh iddiaaya etiraz edərək, kredit müqaviləsi üzrə cəmi ödənilməli məbləğin 16.948 ABŞ dolları təşkil etdiyini, həmin məbləğdən 8.925 ABŞ dolları ödəniş etdiyini və cəmi 8.023 ABŞ dolları məbləğində borcu qaldığını, lakin iddiaçı bankın ondan əsassız olaraq daha böyük məbləğ tələb etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi cavabdehin etirazının əsası kimi istinad etdiyi hallara heç bir hüquqi qiymət vermədən, cavabdehin iddiaçı banka 7376 ABŞ dolları əsas, 4994 ABŞ dolları faiz, 59 ABŞ dolları cərimə, geci kdirilmiş faiz borcu kimi 462 ABŞ dolları olmaqla, cəmi 12893 ABŞ dolları borcu olması barədə nəticəyə gəlmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətini də onunla əsaslandırmışdır ki, kredit müqaviləsi üzrə cəmi ödənilməli məbləğ 16.948 ABŞ dolları təşkil etmiş, həmin məbləğdən 8.925 ABŞ dolları ödəniş icra edilmiş və cəmi 8.023 ABŞ dolları məbləğində borc qalmışdır, lakin iddiaçı bank, heç bir əsas olmadan ondan 12.371 ABŞ dolları, yəni qalıq borcdan 4.347 ABŞ dolları artıq borc tələb edir. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayan apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan və qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Aşağıdakılar a əsasən apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. XXX Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 392-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunu müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasındakı mübahisə cavabdeh tərəfindən iddiaçı bankdan alınmış kredit məbləğinin qaytarılması ilə bağlıdır və həmin müqavilə üzrə borcun alınması işin mübahisəsiz halıdır. İşin mübahisələndirilən halı tələb edilən borcun məblə ği ilə bağlıdır, cavabdeh iddiaçı bankın ondan əsassız olaraq qalıq borcdan daha artıq məbləği tələb etdiyini göstərərək, ödəniş qəbzlərini təqdim etmişdir. XXX Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertiza təyin edilməməklə, iddiaçının iddia ərizəsin də göstərdiyi əsas və faiz borcu məbləğinin tutulması barədə qətnamə qəbul edilmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən yol verilən hüquq pozuntusuna qiymət verməməklə bərabər, XXX Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddəsinin tələblərini pozaraq cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərə prosessual qanunvericiliyinin tələbləri baxımından ümumiyyətlə hüquqi qiymət vermədən və apellyasiya şikayətində irəli sürülmüş dəlilləri hansı əsaslarla qəbul etmədiyini ümumiyyətlə göstərmədən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. XXX Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsi nə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və XXX Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qət naməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4615/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4615/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver