Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4616/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şərifov Elşən Ramazan oğlu və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, tutmanın ipotekaya yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şərifov Elşən Ramazan oğlu və Cavabdeh4 qarşı borc tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-739/2022 nömrəli, xx.xx.2022 -ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC “AER” firmasına illik faiz dərəcəsi 15 % olmaqla 60 ay müddətinə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dollarından artıq olmayan məbləği borc vermək barədə razılaşmışlar 2. 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “AER” firması İddiaçı ASC-dən illik 15 %-lə 60 ay müddətinə 1.190.000 ABŞ dolları məbləğində kredit götürmüşdür.
3. İddiaçı ASC ilə “AER” firması və Cavabdeh3 arasında bağlanmış SİP1-237/22USD saylı, 25 may 2012-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) 62 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ipoteka ilə yüklü edil məsi 14 iyun 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 4209 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. İddiaçı ASC ilə “AER” firması və Şərifov Elşən Ramazan oğlu arasında bağlanmış SG2-237/22-USD saylı, 25 may 2012-ci il tarixli sonrakı girov müqaviləsinə əsasən İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Şərifov Elşən Ramazan oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.metr mənzilə olan pay hüququ girov qoyulmuşdur. Bu müqavilənin 3.2-ci bəndinə əsasən bank tərəfindən girova qoyulmuş əmlak 130.000 manat dəyərində qiymətləndirilmişdir.
6. İddiaçı ASC ilə “AER” firması və Şərifov Elşən Ramazan oğlu arasında bağlanmış SG1-237/22-USD saylı, 25 may 2012-ci il tarixli sonrakı girov müqaviləyə əsasən, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə “AER” firmasına məxsus Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığı girov qoyulmuşdur. Bu müqavilənin 3.2-ci bəndinə əsasən bank tərəfindən girova qoyulmuş əmlak 343.000 manat dəyərində qiymətləndirilmişdir
7. İddiaçı ASC-nin 18 may 2015-ci il tarixli maliyyə arayışına əsasən“AER” firmasına 03 iyul 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 1.190.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 825.386,85 ABŞ dolları, faiz bo rcu 177.358,14 ABŞ dolları və cərimə məbləği 167.935,95 ABŞ dolları olmaqla, cəmi borcu 1.170.680,94 ABŞ dolları təşkil edir.
8. İddiaçı ASC-nin 18 avqust 2015-ci il tarixli maliyyə arayışına əsasən“AER” firmasına 03 iyul 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 1.190.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 785.386,85 ABŞ dolları, faiz borcu 188.276,76 ABŞ dolları və cərimə məbləği 186.507,38 ABŞ dolları olmaqla, cəmi borcu 1.160.170,99 ABŞ dolları təşkil edir.
9. İddiaçı ASC-nin 29 oktyabr 2015-ci il tarixli maliyyə arayışına əsasən “AER” firmasına 03 iyul 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 2.380.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 1.446.725,06 ABŞ dolları, faiz borcu 818.760,28 ABŞ dolları və cərimə məbləği 109.512,28 ABŞ dolları olmaqla, cəmi borcu 2.374.997,62 ABŞ dolları təşkil edir.
10. İddiaçı ASC-nin 17 fevral 2016-cı il tarixli maliyyə arayışına əsasən“AER” firmasına 03 iyul 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 2.380.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 1.562.036,28 ABŞ dolları, faiz borcu 434.184,77 ABŞ dolları və cərimə məbləği 275.390,51 ABŞ dolları olmaqla, cəmi borcu 2.271.611,56 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı ASC-nin cavabdehlər “AER” firmasına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “AER” firmasından İddiaçı ASC-nin xeyrinə 25 may 201 2-ci il tarixli kredit müqaviləsi üzrə 825.386,85 ABŞ dolları əsas, 177.358,14 ABŞ dolları faiz borcu və 167.935,95 ABŞ dolları cərimə olmaqla, cəmi 1.170.680,94 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 18 may 2015ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 343,91 ABŞ dolları məbləğində gündəlik faizin və 343,91 ABŞ dolları cərimə borcunun hesablanaraq tutulması, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsa it qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, “AER” fimasından cəmiyyətin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 785.386,85 ABŞ dolları əsas, 188.276,76 ABŞ dolları faiz borcu və 186.507,38 ABŞ dol ları cərimə olmaqla, cəmi 1.160.170,99 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 18 may 2015ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 327,24 ABŞ dolları məbləğində gündəlik faizin və 327,24 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddiaçı ASC iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artıraraq "xxxx" QSC-dən İddiaçı ASC-nin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.446.725,06 ABŞ dolları əsas, 818.760,28 ABŞ dolları faiz, 109.512.28 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.374.997,62 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 29 oktyabr 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyriyaşayış sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 sa ylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı ASC iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edərək iddia tələbinin həcmini artıraraq "xxxx" QSC-dən İddiaçı ASC-nin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.446.725,06 ABŞ dolları əsas, 818.760,28 ABŞ dolları faiz, 109.512.28 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.374.997,62 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 29 oktyabr 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər g ün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" QSC-yə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “DinoC” markalı dondurma istehsalı avadanlığına və Şərifov Elşən Ramazan oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.metr mənzilə olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi ha lda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı ASC iddia ərizəsinə əlavə ilə yenidən məhkəməyə müraciət edərək iddia tələbinin həcmini azaldaraq "xxxx" QSC-dən İddiaçı ASC-nin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.271.611,56 ABŞ dolla rı məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 17 fevral 2016-cı il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" QSC-yə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “DinoC” markalı dondurma istehsalı avadanlığına və Şərifov Elşən Ramazan oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.metr mənzilə olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən “AER” firması İddiaçı ASC-dən illik 15 %-lə 60 ay müd dətinə 1.190.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, Cavabdeh3 mülkiyyətindəki 21 nömrəli qeyriyaşayış sahəsi (25 saylı təsərrüfat mağazası) 2012-ci il 25 may tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2012-ci il 25 may tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.05-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 2015-ci il mayın 18-dək “AER” firmasının 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə banka 825.386,85 ABŞ dolları əsas borc, 177.358,14 ABŞ dolları faiz borcu və 167.935,95 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1.170.680,94 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “AER” firması borcu ödəməkdən yayınır.
17. Sumqayıt şəhər məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli qərardadı ilə həmin qərardadla iddiaçı tərəfindən cavabdehdən tələb olunan borc məbləğinin cavabdehlər tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla iş materiallarında olan 25 may 2012-ci il tarixli İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmasının müəyyən edilməsi məqsədi ilə məhkəməmühasibatlıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
18. Az ərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 25 dekabr 2015-ci il tarixli, 22270 saylı məktubla 2(060)-9079/2015 nömrəli mülki iş ekspert Rövşən Cəlilovun ekspertiza aparmaqdan imtina etməsi haqqında xx.xx.2015-ci il tarixli məlumatına əsasən icrasız geri qaytarılmışdır.
19. Sumqayıt şəhər məhkəməsinin 24 fevral 2016-cı il tarixli qərardadı ilə yenidən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspert qarşısında “İddiaçı tərəfindən cavabdehlərdən tutulması tələb olunan 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları borc cavabdehlər tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla iş materiallarında olan 25 may 2012-ci il tarixli İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğu n hesablanmışdırmı?” sualı qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 22 iyul 2016-cı il tarixli, 6088 nömrəli rəydə məhkəmənin ekspert qarşısında qoyduğu sualla bağlı qeyd olunmuşdur ki, təqdim edilmiş kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsinə dair ödəniş qəbzləri və hesabdan silinməsi barədə ödəniş tapşırıqları, cari hesabdan çıxarış (cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə), cərimə və faizlərin hesablanması barədə hesabdan çıxarışlar iş materiallarında mövcud olmadığına görə “AER” firmasının İddiaçı ASC-yə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmamışdır.
21. Məhkəmə iclasında İddiaçı ASC-in nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədn iddianın təmin olunmasını xahiş etmişdir.
22. Cavabdeh "xxxx" QSC-in direktoru Şərifov Elşən Ramazan oğlu iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu, belə ki, iddiaçı tərəfindən cavabdehlərin banka olan əsas borcunun düzgün hesablanmadığını, həmin məbləğə hesablanmış faizlərin və cərimə məbləğlərinin müqavilə şərtlərinə uyğun olmadığını bildirmiş və qeyd olunanların nəzərər alınmaqla iddianın rədd edilməsini xahiş etmişdir.
23. Sumqayıt şəhər məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Nəriman Abıyev) İddiaçı ASC-nin cavabdehlər “AER” firmasına və Cavabdeh3 qar şı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh “AER” firmasından 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “AER” firmasına məxsus olan “Tetra-laval” şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və Şərifov Elşən R amazan oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.metr mənzilə olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan istisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-yə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh3 və Şərifov Elşən Ramazan oğluna q aytarılması qət edilmişdir.
24. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh “AER” firmasına vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda “AER” firmasının hazırda ("xxxx" QSC) banka olan 1.562.036.28 ABŞ dolları əsas, 434.187.77 ABŞ dolları faiz, 275.390.51 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.271.611.56 ABŞ dolları borcu ödənilməmiş qalmışdır.
25. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü cavabdeh "xxxx" QSC-dən 1.562.036.028 ABŞ dollaıı əsas və 434.184.77 ABŞ dolları faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin 275.390.51 ABŞ dolları dəbbə pulu yüksəkdir.
26. Bundan başqa məhkəmə qeyd etmişdir ki, 1117 fevral 2016-cı il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602.8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissələrində iddia tələbi qeyrimüəyyən olunduğundan təmin olunmalıdır.
27. Məhkəmə öz mövqeyini əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra MM) 295, 279, 317.1, 319.1, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1, 39.3.3, 59.3, 59.4-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
28. İddiaçı ASC Sumqayıt şəhər məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, ca vabdehdən cərimə borcunun 1000 ABŞ dolları məbləğində tutulması, Cavabdeh3 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsinin rədd edil məsi hissəsində ləğv edilərək, iş üzrə əmlakların hazırki real dəyərinin müəyyən edilməsi məqsədi ilə müvafiq məhkəmə ekspertizası təyin edilməsi, rəyə əsasən əmlakların ilkin satış qiymətinin müəyyən edilməklə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
29. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə pulunun həcmini əhəmiyyətli azaldarkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Dəbbə pulunun 1000 ABŞ dolları məbləğində müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır. Bundan başqa ipoteka qoyulmuş əmlakların hazırki bazar dəyəri hərracda satılması üçün qətnamə ilə müəyyənləşdirilmiş ilkin hərrac qiymə tindən dəfələrlə aşağıdır və qətnamə ilə müəyyən edilmiş qiymət həmin əmlakların real dəyərini əks etdirmir. Məhkəmə iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsinin rədd edilməsi hissəsində də səhv nəticəyə gəlmişdir və nəticədə qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
30. Cavabdehlər birgə apellyasiya şikay ətlərində Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.
31. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən "xxxx" QSC-yə nə qədər kredit verildiyi sübut edilməmişdir. Bu hal iddiaçının üç dəfə iddia tələbini dəyişdirməsi və hər dəfə ayrı-ayrı məbləğlər tələb etməsi ilə də təsdiq olunur. İddiaçıya 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə müvafiq sənədləri, yəni cari hesabdan çıxarış, məxaric orderləri, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə ödəniş qəbzləri, elanlar, ödəniş tapşırıqları və digə r sənədləri obyektiv və hərtərəfli ekspertiza aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunması təklif olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə obyektiv rəy verilə bilinməmişdir. Bundan başqa məhkəmə iş üzrə cavabdeh qismində cəlb olunmamış Şərifov Elşən Ramazan oğlu barəsində tələbə baxmış və iddia tələbinin bir hissəsi onun şəxsi əmlakı hesabına ödənilmişdir. Bu hal isə Azərbaycan Respublikası MPM-nin 387, 387.1, 387.2.2 və 387.4-cü maddələrinin pozulması deməkdir. Məhkəmə işə cəlb olunmamış şəxsin hüquqlarının pozulması ilə nəticələnən və onun hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Bundan başqa kreditin verilməsi ilə bağlı işin faktiki halları araşdırılmamışdır və iş üçün əhəmiyyəti olan hallar tam sübuta yetirilməmişdir.
32. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov, iş № 2(105)-1379/2017) İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Şərifov Elşən Ramazan oğlu, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilməsi: “1.1. Tərəflər razılaşırlar ki, cavabdehlərin iddiaçı qarşısında 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı 1997221.05 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir dollar 05 sent) ABŞ dolları (bundan sonra “Qalıq məbləği”) təşkil edir, Qalıq məbləğ cavabdeh tərəfindən idd iaçıya bu Saziş, onun 1 saylı Əlavəsi olan 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin tənzimlənməsinə dair Razılaşma nömrəsi BŞ002”nın (bundan sonra “Razılaşma”) şərtlərinə uyğun olaraq həmin Razılaşmaya əlavə edilmiş ödəniş qrafikinə (bundan sonra “Ödəniş qrafıki”) əsasən ödəməlidir; 1.2. Saziş üzrə cavabdehin, birgə cavabdehlərin öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: 1)Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası), 2)15 mart 2008-ci il tarixli müqaviləyə əsasən Şərifov Elşən Ramazan oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 46, mərtəbə 9 "xxxx" MTK-da 145,25 kv.m mənzilə olan pay hüququ, 3)Tetra-laval şirkətindən alınan Straytlayn - 600 G. Dino-C markalı dondurma istehsalı avadanlığı; 1.3. Hazırki barışıq Sazişi və onun ayrılmaz tərkib hissəsi olan Razılaşma üzrə öhdəliklər cavabdehlər tərəfindən vaxtında və lazımınca yerinə yetirilmədikdə, iddiaçı hazırkı Sazişin 1.1-ci bəndindəki Qalıq məbləği heç bir güzəşt etmədən birgə cavabdehlər tərəfindən edilmiş ödənişlər çıxılmaqla cavabdehlərdən tələb edə, bildiriş vermədən dərhal hazırki barışıq sazişinin (və onun ayrılmaz tərkib hissəsi olan Razılaşmanın) icraya yönəldilməsi üçün Sazişi təsdiq edən məhkəməyə və icra orqanlarına müraciət edə, borcun cavabdehlərdən tutulmasını, eyni zamanda Sazişin 1.2ci bəndində qeyd edilən təminat hesabına ödənilməsini tələb edə bilər.”, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
33. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək nümayəndələrin səlahiyyətini təsdiq edən İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli etibarnamələrdə nə X3, nə də X4 iddiaçının adından barışıq sazişi bağlamaq səlahiyyəti verilmədiyindən apellyasiya instansiyası məhkəməsinin həmin qərardadının ləğv edilməs ini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
34. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən barışıq sazişi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına və qanuna zidd olmaqla digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan həmin sazişin təsdiq olunması barədə qərardad ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
35. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzr ə 28 noyabr 2017-ci il tarixli, 2(105)-1379/17 saylı qərardadının ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
36. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Şərifov Elşən Ramazan oğlu izahat verərək apelyasiya şikayətini müdafiə etdiyini, onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehlər Cavabdeh2 MMC- nin nümayəndəsi Vəkil2 izahat verərək apelyasiya şikayətini müdafiə etdiyini, onun təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
38. Məhkəmə kollegiyasının iclasında dindirilən ekspert X13 izahatında göstərmişdir ki, məhkəmə qərardadına əsasən hazırkı mülki iş üzrə rəy vermiş və həmin rəyi müdafiə edərək bildirdi ki, rəyin təsviri hissəsində ətraflı şəkildə açıqlama vermişdir.
39. Məhkəmə kollegiyasının iclasına dəvət edilərək dindirilən ekspert Şahin Nağıyev izahatında göstərmişdir ki, qeyri-yaşayış sahəsi ilə bağlı likvid dəyər göstərilsə də, lakin qərardadda haqqında sual qoyulmayan halların müəyyən edilməsi və bu barədə mülahizələrinin öz rəyinə daxil etmək vəzifəsinin öhdəsinə buraxılmasına baxmayaraq hazırda sual doğ uran əmlaklarla bağlı əsaslandırılmış rəyini də məhkəməyə təqdim etmişdir.
40. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 22 yanvar 2019-cu il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq və əmtəəşünaslıq ekspertizalarının nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 20 sentyabr 2019-cu il tarixli 7111 nömrəli rəydə məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suallarla bağlı qeyd olunmuşdur ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 2.06-cı bəndində olan ödəniş cədvəlinə əsasən "xxxx" QSC 17 fevral 2016-cı il tarixədək banka 8 dəfəyə 1.904.000,00 ABŞ dolları məbləğində əsas borc ödəməlidir. Həmin ödəniş cədvəlində faiz borcu üzrə ödəniş göstərilməmişdir. Yəni müqavilə dövründə faiz ö dənişi sərbəstdir. İkinci sual üzrə rəydə göstərilmişdir ki, təqdim edilmiş çıxarış məlumatlarına əsasən bank tərəfindən “AER” firmasının hesabına köçürülmüş 1.190.000,00 ABŞ dolları məxaric orderi və məxaric çeki təqdim edilmədiyindən çıxarışa əsasən həmin məbləğin digər hesablara silinməsi barədə icazə sənədləri verilmədiyindən bank tərəfindən 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə “AER” firmasına kreditin verilməsi müəyyən olunmadı. Rəydə üçüncü sual üzrə gəlinən nəticə belə olmuşdur ki, “AER” firması ilə İddiaçı ASC arasında 25 may 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ayrılmış 1.190.000,00 ABŞ dolları kreditin və və beynəlxalq maliyyət institutlarından firmanın hesabına köçürülmüş 1.190.000,00 ABŞ dollarının “AER” firmasının hesabı üzərində əməliyyatlara da ir razılığı (ərizə, ödəniş tapşırığı, sərəncam) təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmamışdır. Lakin hesabdan çıxarışa əsasən bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxabirləşmə aparılmışdır. Həmin hesabların kimə məxsus olmasını və sənədləri tam olmadığından kim tərəfindən məxaric edilməsini müəyyən etmək mümkün olmamışdır.
41. İşdə olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2014- cü il tarixli, SA/037 saylı lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib edilmiş "xxxx" QSC-nin təqdim olunmuş sənədlər əsasında İddiaçı ASCdən aldığı kreditlər üzrə borclarının yoxlamasının nəticələri barədə” 13 noyabr 2018 -ci il tarixli “Audit hesabatı”nda qeyd olunmuşdur ki, aparılmış audit yoxlamasının nəticəsinə görə İddiaçı ASC-nin "xxxx" QSC-yə qarşı iddia ərizəsində və Sumqayıt şəhər məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)- 103/2016 saylı qətnaməsində göstərilən 1.997.221,05 ABŞ dolları məbləğində borc 56.784,28 ABŞ dolları və 1.948.942,17 AZN məbləğində azaldılmalıdır.
42. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 08 oktyabr 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında 13 noyabr 2018-ci il tarixli “Auditor hesabatı”nda göstərilənlər iş materiallarında olan sənədlərə əsasən düzgün hesablanmışdırmı?; 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC-nin hesabına köçürü lmüş vəsaitlər hansı kredit müqavilələri üzrə yaranmış borclara silinmişdir? Həmin kredit müqavilələri üzrə Cavabdeh2 MMC-yə nə qədər kredit verilmişdir və vəsaitlərin silinmə tarixinə olan borc qalıqları nə qədərdir?; 13 noyabr 2018-ci il tarixli “Auditor hesabatı”nda göstərilən 39365752-1867-USD-22 saylı kredit hesabı üzrə 27 aprel 2011-ci il tarixində 63.300,00 ABŞ dolları, 13 may 2011-ci il tarixində 76.450,00 ABŞ dolları və 20 may 2011ci il tarixində 141.000,00 ABŞ dolları məbləğləri Cavabdeh2 MMC-yə verilmişdirmi?” sualları qoyulmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir
43. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş 02 iyun 2020-ci il, 26239 nömrəli rəydə məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suallara cavab olaraq qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırki tədqiqatla mövcud “Auditor hesabatı”nda müəyyən edilmiş Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsində göstərilən 1997221,05 ABŞ dolları məbləğində borc məbləğindən 56784,28 ABŞ dolları və 1948942,17 manat azaldılmalı məbləğlərin ABŞ dolları valyutasında olan hissəsi qismən təsdiq edilir. Həmin qismən təsdiq edilmənin səbəbi “Auditor hesabatı”nda və hazırki rəyin 3-cü sualında göstərilənlər 27 aprel 2011-ci il tarixində 63300 ABŞ dolları, 13 may 2011-ci il tarixində 76.450,00 ABŞ dolları və 20 may 2011-ci il tarixində 141.000,00 ABŞ dolları olmaqla ümumilikdə 280.750,00 ABŞ dolları məbl əğində pul vəsaitinin nəğd şəkildə Cavabdeh2 MMC tərəfindən götürülməsinin müəyyən olunmamasıdır. Belə ki, təqdim olunmuş iş materiallarında kassa hesabından pul vəsaitinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri və məxaric çekləri öz əksini tapmamışdır. Göstərilən səbəblərdən də 13 noyabr 2018-ci il tarixli “Auditor hesabatı”nda azaldılması müəyyən edilmiş 56.784,28 ABŞ dolları deyil, həmin 56.784,28 ABŞ dolları da nəzərə alınmaqla ümumilikdə 491.067,61 ABŞ dolları (“Auditor hesabatı”nda müəyyən edilmiş 56.784,28 ABŞ dolları + məxaric sənədləri olmayan 280.750,00 ABŞ dolları + həmin məbləğ üzrə ödənilmiş 153.533,33 ABŞ dolları) məbləğində müəyyən olunur. Beləliklə, İddiaçı ASC-nin "xxxx" QSC-yə qarşı iddia ərizəsində və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(06 0)- 103/2016 saylı qətnaməsində göstərilən 1997221,05 ABŞ dolları məbləğində borc məbləğindən 56784,28 ABŞ dolları və 1948942,17 manat azaldılmalıdır. İkinci sual üzrə: xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə. İş materiallarından göründüyü kimi, “AER” firması tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit razılaşması şərtləri əsas götürülməklə yuxarıda göstərilən 03 tranşla 280.750,00 ABŞ dollarının verilməsi nəzərə alındıqda “AER” firmasının xx.xx.2012ci il tarixə (silinmə tarixinə) banka olan borcu 154.898,40 ABŞ dolları məbləğində müəyyən olunur, xx.xx.2012-ci il tarixə: əsas borc üzrə 141.960,70 ABŞ dolları, faiz borcu üzrə 12.937,70 ABŞ dolları. 41490631USD1817-22 saylı və 41490 787USD2414-22 hesablar üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 26.803,89 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 39625571USD1817-22 hesab üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 500.000,00 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 41490800USD1817-22 saylı və 41490866USD2414-22 saylı hesablar üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 55.098,68 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 42100551USD181 7-22 saylı və 42100900USD2414-22 saylı hesablar üzrə Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 133.124,74 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. Göstərilənlərdən başqa təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən 25 may 2012-ci il tarixdən sonra “AER” firmasının hesabı üzrə 317.068,62 ABŞ dolları məbləğində kredit ödənişi olmuşdur. Üçüncü sual üzrə: Beləliklə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən 39365752-1867-USD-22 saylı kredit hesabı üzrə 27 aprel 2011-ci il tarixində 63300 ABŞ dolları, 13 may 2011-ci il tarixində 76.450,00 ABŞ dolları və 20 may 2011-ci il tarixində 141.000,00 AB Ş dolları olmaqla ümumilikdə 280.750,00 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh2 MMC- nin hesabına köçürülmüşdür. Lakin kassa hesabından pul vəsaitinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri və məxaric çekləri təqdim edilmədiyinə görə hazırki tədqiqatla həmin məbləğlərin nəğd şəkildə Cavabdeh2 MMC tərəfindən götürülməsi müəyyən edilmir.
44. İş üzrə “B+Ş Audit” Konsaltiq MMC tərəfindən tərtib edilmiş rəyə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 4.900.000,00 AZN, likvid dəyəri 4.400.000,00 AZN – 4.500.000,00 AZN müəyyən edilmişdir
45. İş üzrə “B+Ş Audit” Konsaltiq MMC tərəfindən tərtib edilmiş rəyə əsasən X1 məxsus Bakı şəhəri, Xətai rayonu, X31 küçəsi 118, M9, m5 nömrəli mənzi lin orta bazar qiyməti 250.000,00 AZN, likvid dəyəri 225.000,00 AZN – 230.000,00 AZN müəyyən edilmişdir.
46. İş üzrə “B+Ş Audit” Konsaltiq MMC tərəfindən tərtib edilmiş rəyə əsasən "xxxx" MMC-yə məxsus “Straytlayn-600 G” və “Dino-C” markalı dondurma istehsalı tam istehsalat xətinin avadanlıqlarının likvid dəyəri 650.000,00 AZN – 700.000,00 AZN müəyyən edilmişdir.
47. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X10 və X14) 2(105)-31/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdehlərin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi qismən iddianın təmin edilmiş hissəsində cavabde h “AER” firmasından 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “AER” firmasına məxsus olan “Tetra-laval” şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və Şərifov Elşən Ramazan oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə 9, "xxxx" Mənzil Tikinti Kooperativi ndə 145,25 kv.metr mənzilə olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan istisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-yə ödənilməsi və 30 manat dövlət rüsumun tutulması hissəsində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilmiş, iddia tələbi həmin hissələrdə rədd edilmiş, Qətnamə qalan hissədə dəyişdiri lmədən saxlanılmışdır.
48. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından İddiaçı ASC-nin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, İddiaçıASC 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq Cavabdeh2 MMC-yə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dollarından artıq olmayan məbləğdə vəsaiti verməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda ödənişləri həyata keçirməmişdir.
49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Digər tərəfdən ekspertizaya təqdim edilməsi məqsədi ilə məhkəmə sorğusuna əsasən Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış sənədlərindən görünür ki, Cavabdeh2 MMC-nin iddiaçı Bankdakı hesabına bank tərə findən 03 iyul 2012-ci il tarixdə 1.190.000,00 ABŞ dolları, 10 iyul 2012ci il tarixdə 1.190.000,00 ABŞ dolları olmaqla ümumilikdə 2.380.000,00 ABŞ dolları pul köçürülmüşdür və həmin pul vəsaiti Bank tərəfindən digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinmişdir. Lakin 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kredit məbləğinin digər hesablara köçürülməsinə və ya digər hesablar üzrə silinməsinə dair həmin hesabların sahibi olan Cavabdeh2 MMC-nin ödəniş tapşırıqları, razılıq ərizələri Bank tərəfindən məhkəməyə təqdim edilmədiyinə görə, Bankın birtərəfli qaydada 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə ayrılmış və onun bank hesabına köçürülmüş kredit məbləğini digər hesablar üzrə silinməsini həyata keçirməsini məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə uyğun hesab etməmişdir.
50. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Bank Cavabdeh2 MMC-nin sərəncamı olmadan onun hesabından pul vəsaitini qanunsuz silməklə yanaşı, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən ayrılmış kredit məbləğinin digər hesablara köçürülməsinə və ya digər hesablar üzrə silinməsinə dair Cavabdeh2 MMC-nin ödəniş tapşırıqları olmadığına görə nağdsız hesablaşmalar və pul köçürmələri haqqında qanunvericilik normalarının da tələblərini pozmuşdur.
51. Məhkəmə kollegiyası hesab etmişdir ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin iddiaçı Bankdakı hesabına köçürülmüş vəsaitin Bank tərəfindən Cavabdeh2 MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsini həyata keçirməsi q anuni olmamaqla yanaşı, belə silinmənin əsaslılığını, yəni əvvəlki kreditlər üzrə borcların hansı miqdarda olmasını, həmin kreditlərin götürülməsinə dair məxaric orderlərinin və ya çeklərinin olubolmamasını, həmin kreditlər üzrə ödəniş tapşırıqlarının olub-olmamasını sübutetmə vəzifəsi iddiaçı Bankın üzərinə düşür. İddiaçı Bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə ayrılmış və onun bank hesabına köçürülmüş pul vəsaiti Bank tərəfindən digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinmişdir. Lakin Bank tərəfindən həmin hesablar üzrə borcun yaranmasını və borcun silindiyi tarixdə mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlər hesabdan çıx arış məlumatlarıdır ki, həmin sənədlər özündə ancaq həmin hesablarda aparılmış əməliyyatları əks etdirir. Həmin hesablar üzrə borcun olduğunu təsdiq edən sübutlar isə kredit müqavilələri, həmin müqavilələrə əsasən verilmiş kreditin məxaric edilməsini və ya digər formada xərclənməsini əks etdirən sənədlərdir. İş materiallarında Bank tərəfindən iddia edilən Cavabdeh2 MMC-nin borclu olduğu əvvəlki kreditləri ilə bağlı yalnız xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi mövcuddur. Digər hesablar üzrə müqavilələr, kredit məbləğlərinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri, məxaric çekləri və kredit məbləğlərinin digər hesablara köçürülməsinə dair Cavabdeh2 MMC-nin ödəniş tapşırıqları, razılıq ərizələri iddiaçı Bank tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin iddiaçı Bankdakı hesabına köçürülmüş vəsaitin Bank tərəfindən Cavabdeh2 MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsinin qanuniliyi və əsaslılığı şübhə doğurur.
52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan xüsusatları sübut etmək vəzifəsi iddiaçı Bankın üzərinə düşür. Belə ki, yuxarıda sadalanan sənədlərin saxlanılması mövcud qanunvericlikdə bankların vəzifəsi kimi müəyyən edilmişdir.
53. Məhkəmə kollegiyası bildirmişdir ki, yuxarıda göstərilənlərlə yanaşı tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə 280.750,00 ABŞ dolları məbləğində pulun nəğd şəkildə məxaric edilməsi üçün Cavabdeh2 MMC-nin kassa hesabına köçü rüldüyünü nəzərə alaraq həmin vəsait üzərində Cavabdeh2 MMC-nin real sərəncam vermə imkanı yaranmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC tərəfindən həmin məbləğdən 153.533,ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 138.789,30 ABŞ dolları əsas borca, 14.744,03 ABŞ dolları isə faiz borcuna silinmişdir. Beləliklə Cavabdeh2 MMC-nin hal-hazırda iddiaçıya 154.898,40 ABŞ dolları məbləğində ödəniməmiş kredit borcunun olduğu təsdiqini tapır. Lakin LPO İddiaçı ASC tərəfindən həmin kredit müqaviləsi üzrə borcunun cavabdehdən tutulması barədə tələb irəli sürülməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tərəflər arasında bağlanmış həm xx.xx.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə, həm də digər əvvəlki kredit müqavilələri üzrə yaranmış borcları mötəbə r sübutlar əsasında mülki iddia qaydasında müstəqil şəkildə ayrı iddia tələbi ilə tələb etmək hüququ vardır.
54. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 385.1, 386.1, 739.1, 739.2, 954.1, 954.3, 957, 964.1, 964.2, 972.1, MPM-in 77.1-ci maddələrinə Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 31.1, Azərbaycan Respublikası Milli X24 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7.2-ci və 7.3-cü bəndlərinə,“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1, 36.5, Azərbaycan Respublikası Mərkəzi X18 17 sentyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat" 1.1-ci bəndinə istinad etmişdir. e) Kassasiya instansiyası məhkəməsində ikinci icraat
55. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (Vəkil1) kassasiya şikayətini və ona verilmiş əlavəni onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-31/2021 nömrəli iş üzrə 16 aprel 2021- ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunması və ya işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
56. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, "xxxx" QSC ilə iddiaçı arasında xx.xx.2011-ci il (1700000 ABŞ dolları), xx.xx.2011-ci il (500000 ABŞ dolları), xx.xx.2011- ci il (124759,22 ABŞ dolları), xx.xx.2011-ci il (55098,68 ABŞ dolları) və xx.xx.2011-ci il (26.804 ABŞ dolları) tarixli kredit müqavilələri imzalanmışdır. Cavabdeh həmin kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməmiş və onun xx.xx.2011-ci il tarixli müqavilə üzrə ******* ABŞ dolları, xx.xx.2011-ci il tarixli müqavilə üzrə 470.306,6 ABŞ dolları, xx.xx.2011-ci il tarixli müqavilə üzrə 113.231,15 ABŞ dolları, xx.xx.2011-ci il tarixli müqavilə üzrə 55.098,68 ABŞ dolları və xx.xx.2011-ci il tarixli müqavilə üzrə 14.258,25 ABŞ dolları məbləğində Banka kredit borcu yaranmışdır. Həmin kredit müqavilələri üzrə ödənişləri həyata keçirə bilmədiyinə görə "xxxx" QSC ilə İddiaçı ASC arasında raz ılığa əsasən ona həmin kreditlərin bağlanması üçün yeni kreditin verilməsi razılaşdırılmışdır. xx.xx.2012-ci il tarixli İddiaçı ASC-nin Kredit Komitəsinin 66/11 saylı protokoluna əsasən "xxxx" QSC-yə 2.380.000 ABŞ dolları kreditin verilməsi qərara alınmışdır. xx.xx.2012-ci il tarixdə tərəflər arasında kredit müqaviləsi imzalanmışdır, həmin kredit müqaviləsinə əsasən "xxxx" QSC-yə illik 15%-lə 60 ay müddətinə 2.380.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit yuxarıda adı çəkilən kreditlərin bağlanmasına yönəlmişdir. Məhkəmə həmin kredit üzrə kassa məxaric orderlərinin olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Lakin hesablar üzrə əməliyyat aparılan zaman kassa məxaric orderi mövcud olmur, ödənişlər yalnız köçürmə yolu ilə həyata keçirilir. 20 sentyabr 2019-cu il tarixl i ekspert rəyində hesabdan çıxarışda bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxbirləşmənin aparıldığı göstərilmişdir. xx.xx.2020-ci il tarixli rəydə də eyni ilə hesabdan digər hesablara həmin məbləğin köçürüldüyü qeyd edilmişdir. Məhkəmənin də, ekspert mərkəzinin də gəldiyi ortaq məxrəcə görə 2.380.000 ABŞ dollar məbləğin cavabdehin hesabına köçürüldüyü və həmin məbləğin də cavabdehin digər hesabına köçürüldüyü təsdiq olunmuşdur. Məhkəmə iddianı rədd edərkən cavabdehin hesab üzrə sərəncam vermədiyini, ödəniş tapşırığı və razılıq ərizələrinin bank tərəfindən təqdim edilmədiyini bildirmişdir. Məhkəmə belə qərar verərkən formal əsaslardan çıxış etmişdir. Faktiki olaraq isə cavabdehin kredit müqaviləsini imzalayan zaman 2.380.000 ABŞ dollarının onun hes abına daxil olacağını və digər kreditlərin başlanacığını bildirir. Belə olmasa idi ipoteka predmetləri ipoteka ilə yüklü edilməzdir. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsindən cavabdeh və Cavabdeh3 tərəfindən apellyasiya şikayətləri verilmiş, iclas zamanı tərəflər razılığa gələrək barışıq sazişi bağlamışlar. Əgər həqiqətən də kredit vəsaiti istifadə edilməmişdirsə o zaman niyə məhkəmə prosesinin gedişində tərəflər arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişi əvvəl bağlanmış əqdin bəyənilməsidir.
57. İddiaçının vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
58. Cavabdeh2 MMC-nin vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə eti raz edərək təmin olunmamasını xahiş etmişdir.
59. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X19 oğlunun sədrliyi və məruzəsi, hakimlər X15 və X5) 2(102)-5768/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-31/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
60. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, İş materillarında olan müqavilələr, hesabdan çıxarış məlumatları, təsdiq edilmiş barışıq sazişi, audit yoxlaması nəticəsinə görə verilmiş rəy və müvaf iq ekspertiza rəyləri ilə tərəflərin müqavilə münasibətlərində olması müəyyən edilmişdir. Hazırki işin mübahisəli halları isə pul məbləğinin cavabdeh tərəfə ödənilməməsi və cavabdehin iddiaçı qarşısında icra edilməyən öhdəliyinin mövcud olmaması ilə bağlıdır.
61. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İşin halları ilə daha sonra müəyyən olunur ki, tərəflər arasında baxılan işin icraatı daxilində barışıq sazişi bağlanmış və bundan sonra iddiaçı tərəfin şikayəti əsasında barışıq sazişinin təsdiq edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmuşdur. Digər tərəfdən aşkar olaraq müəyyən olunur ki, sonuncu ekspertiza tədqiqatı zamanı yalnız cavabdeh tərəfindən təqdim olunmuş audit yoxlamasının nəticəsinə uyğun rəy verilmiş, lakin həmin rəydə ziddiyyətlərin mövcudluğuna əhəmiyyət verilməmiş, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə sənədləri əsasında tədqiqatın hansı səbəbdən həyata keçirilməsinin mümkün olmaması aydınlaşdırılmamışdır. Bununla yanaşı cavabdehin müxtəlif kredit təşkilatları qarşısında öhdəliklərinin reyestr məlumatları ilə bağlı iş materiallarında olan çıxarışda hansı səbəbdən 25 may 2012-ci il tarixli müqavilə üzrə öhdəliyin qeydə alınmaması aydınlaşdırılmamışdır. İşin tam və hərtərəfli araşdırılması baxımından iddiaçının ilkin iddia tələbi ilə iddia tələbinin həcminin artırılmasına dair ərizələrində məbləğlərin artması (ən əsası əsas borc məbləğinin) səbəbləri araşdırılmamışdır. Halbuki apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətini əsaslı hesab edərkən və ya iddiaçının öhdəliyini icra etməməsi nəticəsinə gələrkən formal mülah izələrdən çıxış etməməli, faktiki olaraq işdə olan və araşdırılması zəruri olan sübutların araşdırılmasından sonra müvafiq nəticəyə gəlməli idi.
62. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
63. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarına, MPM-in 88, 217.4-cü maddələrinə istinad etmişdir. f) Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
64. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, digər apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir.
65. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
66. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X21, X11 və X6) 2(105)-739/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilmiş və iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2ndən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manat ilə, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmuş, Tələb-Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsi nə (25 saylı təsərrüfat malları mağazası), Cavabdeh2nə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına yönəldilmiş, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) likvid dəyəri 4.500.000 (dörd milyon beş yüz min) manat, Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığının likvid dəyəri 650.000 (altı yüz əlli min) manat müəyyən edilmiş, Qeyd olunan əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ do lları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) satıldıqdan sonra Cavabdeh3 tərəfindən 1 ay ərzində tərk edilməzsə, həmin qeyri-yaşayış sahəsinin boşaldılması qət edilmiş, İddia tələbi qalan hissədə təmin edilməmişdir.
67. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxsin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, borc üzrə tutmanı Şərifov Elşən Ramazan oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.m olan pay hüququna yönəltmişdir.
39. İşdən isə görünür ki, Şərifov Elşən Ramazan oğlu iş üzrə məhkəmə icraatına cəlb edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
68. Məhkəmə kollegiyası qeyd etmişdir ki, İş materiallarında olan Avropa Yenidənqurma və İnkişaf Bankın ın 01 sentyabr 2017-ci il tarixli məktubunda 29 iyul 2011-ci il tarixdə, 7 dekabr 2012-ci ildə və 1 avqust 2014-cü ildə düzəliş edilmiş qaydada, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (tərəfdaş bank) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında bağlanmış 10 may 2011-ci il tarixli iştirak müqaviləsinə (iştirak müqaviləsi), 22 may 2012-ci ildə düzəliş edilmiş və yenidən tərtib edilmiş qaydada 10 may 2011-ci il tarixli kredit müqaviləsinə (kredit müqaviləsi) və tərəfdaş bank ilə AER MMC arasında 25 may 2012-ci il tarixli kredit müqaviləsinə (tərəfdaş bankın krediti, iştirak müqaviləsi və kredit müqaviləsi ilə birgə, sənədlər) istinad olunaraq qeyd olunmuşdur ki, AER 2 iyun 2014-cü ildə və ondan sonra tərəfdaş bankın krediti üzrə əsas borcun və faizin məbləğlərinin tam ödənişini etməmişdir, belə ki, tərəfdaş bankın krediti üzrə ödənməmiş və vaxtı keçmiş məbləğlər bu məktubun verilmə tarixindən etibarən 2.710.215 ABŞ dolları, o cümlədən tərəfdaş bankın kreditinin EBRD hissəsi (EBRD-nin ödənməmiş məbləğləri) üzrə 1.461.685 ABŞ dolları təşkil edir, bu məbləğdən 786,649 ABŞ dolları əsas məbləğə, 675,036 ABŞ dolları isə yığılmış və gecikmiş ödəniş faizlərinə aiddir.
69. Bundan başqa məhkəmə kollegiyası bildirmişdir ki, İşdə olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2014-cü il tarixli, SA/037 saylı lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib edilmiş "xxxx" QSC-nin təqdim olunmuş sənədlər əsasında İddiaçı ASC-dən aldığı kreditlər üzrə borclarının yoxlamasının nəticələri barədə” 13 noyabr 2018-ci il tarixli “Audit hesabatı”nda qeyd olunmuşdur ki, ümumilkdə ABŞ dolları ilə verilmiş yeni kreditlər hesabına Azərbaycan manatı ilə olan əvvəllki kreditlər üzrə əsas və faiz borclarının ödənilməsi nəticəsində "xxxx" QSC-yə 1984942,17 AZN məbləğində ziyan dəymişdir. Beləliklə, İddiaçı ASC-nin "xxxx" QSC-yə qarşı iddia ərizəsində və Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsində göstərilən 1.997.221,05 ABŞ dolları məbləğində borc 56.784,28 ABŞ dolları və 1.948.942,17 AZN məbləğində azaldılmalıdır. Göründüyü kimi iş materillarında olan müqavilələr, hesabdan çıxarış məlumatları, təsdiq edilmiş barışıq sazişi, audit yoxlaması nəticəsinə görə verilmiş hesabat və ekspertiza rəyləri ilə tərəflərin müqavilə münasibətlərində olması müəyyən edilir. Həmçinin 2.380.000 ABŞ dolları məb ləğində pul vəsaitinin “AER” firmasının hesabına köçürülməsi halı da iş materialları ilə müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 7111 nömrəli ekspert rəyində göstərilmişdir ki, “AER” firması ilə İddiaçı ASC arasında 25 may 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ayrılmış 1.190.000,00 ABŞ dolları kreditin və və beynəlxalq maliyyə institutlarından firmanın hesabına köçürülmüş 1.190.000,00 ABŞ dollarının “AER” firmasının hesabı üzərində əməliyyatlara dair razılığı (ərizə, ödəniş tapşırığı, sərəncam) təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmadı. Lakin hesabdan çıxarışa əsasən bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxabirləşmə aparılmışdır. Həmin hesabların kimə məxsus olmasını və sənədləri tam olmadığından kim tərəfindən məxaric edilməsini müəyyən etmək mümkün olmamışdır.
70. Digər tərəfdən, işdə olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2014-cü il tarixli, SA/037 saylı lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib edilmiş (hesabatı eyni zamanda "xxxx" QSC-nin direktor vəzifəsini icra edən Elşən Şərifov da imzalamışdır) "xxxx" QSC-nin təqdim olunmuş sənədlər əsasında İddiaçı ASC-dən aldığı kreditlər üzrə borclarının yoxlamasının nəticələri barədə” 13 noyabr 2018-ci il tarixli “Audit hesabatı”nda (İİ cild səh. 221-225) qeyd olunmuşdur ki, 48077853-1867-USD-22 saylı kredit hesabı üzrə 03 iyul 2012-ci il tarixind ə 1.190.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit ayrılmış və 21677400-USD-3817-22 saylı cari valyuta hesabına köçürülmüşdür. Həmin vəsaitdən 537105,32 ABŞ dolları 39365752USD1867-22 saylı, 470306,6 ABŞ dolları 39625571-USD1817-22 saylı, 14258,25 ABŞ dolları 41490631- USD1817-22 saylı, 55098,68 ABŞ dolları 41490800-USD1817-22 saylı və 113231,15 ABŞ dolları 42100551-USD1817-22 saylı kredit hesabları üzrə kreditlərin əsas məbləğinin ödənilməsinə yönəldilmişdir. xx.xx.2015-ci il tarixinə kimi kreditin heç bir məbləği vaxtı keçmiş kredit hesabına aid edilməmiş və cəmiyyətin Nərimanov filialında olan 21677400 nömrəli hesabından 198982,64 ABŞ dolları, 21677387 nömrəli hesabından 37799.33 ABŞ dolları, 56798505 nömrəli hesabından 127831,18 ABŞ dolları və Şərifov Elşən Ramazan oğlunun Nərimano v filialında olan 290010798-3811-USD-22 saylı hesabından 50000,0 ABŞ dolları məbləğində vəsait kreditin ödənilməsinə yönəlmişdir. Hesabatda həmçinin göstərilir ki, 48033619-4143-USD-13 saylı depozit hesabı (Avropa Yenidənqurma və inkişaf Bankının vəsaiti) üzrə 10 iyul 2012-ci il tarixində 1.190.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit ayrılmış və Cəmiyyətin 21677400- USD-3817-22 saylı cari valyuta hesabına köçürülmüşdür. Həmin hesabdan isə 1.162.894,68 ABŞ dolları 39365752-USD1867-22 saylı kredit hesabı üzrə kreditin ödənilməsinə, 19893,59 ABŞ dolları 42100900-USD2414-22 saylı, 1482,97 ABŞ dolları 41490787-USD2414-22 saylı və 5728,76 ABŞ dolları 41490866-USD2414-22 saylı faiz hesabları üzrə faizlərin ödənilməsinə yönəldilmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankının vəsaitinin ödən ilməsi üçün bankda 46663313-4519-USD nömrəli hesab açılmış, əsas və faiz borcu üzrə ödəmələr müqaviləyə əlavə edilmiş qrafikə uyğun olaraq birlikdə bir məbləğlə həmin hesaba ödənilmişdir
71. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Şərifov Elşən Ramazan oğlu, Cavabdeh4 və Cavabdeh3 arasında əvvəllər bağlanmış barışıq sazişinin - “1.1. Tərəflər razılaşırlar ki, cavabdehlərin iddiaçı qarşısında 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı 1997221.05 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir dollar 05 sent) ABŞ dolları təşkil edir, qalıq məbləğ cavabdeh tərəfindən iddiaçıya bu saziş, onun 1 saylı əlavəsi olan 25 may 2012-ci il tarixli kredit müqa viləsi üzrə yaranmış öhdəliklərin tənzimlənməsinə dair razılaşma nömrəsi BŞ002”nın şərtlərinə uyğun olaraq həmin razılaşmaya əlavə edilmiş ödəniş qrafikinə əsasən ödəməlidir” şərti, daha sonra Cavabdeh2 MMC-nin GM-01/124 nömrəli, 19 iyul 2018-ci il tarixli məktubla İddiaçı ASC-yə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının yerinə yetirilməməsi səbəbi barədə yazılı məlumat tələb etməsi, daha sonra GM-01/241 nömrəli, 22 noyabr 2021-ci il tarixli məktubla Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, iddiaçı ilə barışıq sazişi bağlanılması ilə əlaqədar qurumlara göstəriş verilməsini xahiş etməsi halı da, Cavabdeh2 MMC-nin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz borcu olmasını sübuta yetirir.
72. Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
73. Belə olan halda məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş sübutlara müqayisəli şəkildə qiymət verərək hesab etmişdir ki, Cavabdeh2ndən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 A BŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır..
74. Bundan başqa Cərimə borcunun tutulması ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 467-ci maddəsinə əsasən iddiaçının cərimə tələbi əsaslı olsa da, tələb edilən cərimə məbləğinin azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda, bank tərəfindən tələb edilən cərimə məbləğinin azaldılaraq 1000 ABŞ dolları məbləğində müəyyən edilməsini məhkəmə kollegiyası məqsədəmüvafiq hesab etmişdir.
75. İpoteka predmetlərinə tutmanın yönəldilməsi ilə ba ğlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka müqaviləsi kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər.
76. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehlər (ipoteka qoyanlar) ipoteka müqavilələrini imzalayaraq həmin müqavilədən yaranan öhdəlikləri qəbul etmişdirlər. Beləliklə də, cavabdeh “AER” firması tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün yuxarıda qeyd olunan ipoteka predmetlərinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. İşdə olan İddiaçı ASC ilə “AER” firması və Şərifov Elşən Ramaz an oğlu arasında bağlanmış SG2-237/22-USD saylı, 25 may 2012-ci il tarixli sonrakı girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Şərifov Elşən Ramazan oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.metr mənzilə olan pay hüququ girov qoyulmuşdur. Qeyd olunan müqavilə üzrə daşınmaz əmlakdan ibarət pay hüququnun girov qoyulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ipoteka hüququ yaranmalıdır. Belə ki, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Dövlət qey diyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Hazırkı halda, daşınmaz əşya olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.metr mənzilə dair pay hüququnun girovu ilə bağlı müqavilə notariat qaydasında təsdiqlənmədiyindən və dövlət qeydiyyatına alınmadığından, bununla da iddiaçının ipoteka hüququ yaranmadığından, həmin ipoteka predmetinə tutma yönəldilə bilməz. Buna görə də, iddiaçının ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə iddia tələbi qismən əsaslıdır və tələb Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalıdır.
77. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmetləri açıq hərraca çıxarılarkən onların likvid dəyəri qiymətləndirmə rəyinə müvafiq olaraq müəyyən edilməlidir.
78. Məhkəmə kollegiyası İddia tələbinin əmlakların satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edi lməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. Göründüyü kimi, tələbin təmin edilməsi üçün yetərli pul vəsaiti olmayan borcludan borcun tutulması qaydası qətnamənin icra mərhələsində həll edilən məsələ olduğundan iddia həmin hissədə təmin edilə bilməz.
79. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən MM-in 269.4, 269.5, 282.1, 282.2, 282.3, 303.4, 307.7, 319.1, 385.1, 442, 443, 448, 465, 467, 477, 739.1, 73 9.2, MPM-in 14.2, 76.1, 77.1, 88“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3, 59.3, 59.3.1, 59.4-cü madələrinə istinad etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazların dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
80. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-739/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC (ləğv prosesindədir) (nümayəndə X12 və vəkili Vəkil1) və cavabdehlər Cavabdeh2 MMC və Şərifov Elşən Ramazan oğlu (vəkil X17) kassasiya şikayətləri vermişlər.
81. İddiaçı kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkəmə tərəflər arasında bağlanmış girov müqaviləsini, ipoteka müqaviləsi kimi tövsif etmişdir və rəsmi dövlət reyestrində qeydiyyata alınmadığı üçün pay hüququna tutma yönəltməmişdir. Məhkəmə nəzərə a lmamışdır ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, mərtəbə4,"xxxx" MTK-da ümumi sahəsi 145,25 kv.metr olan 45 saylı mənzilin hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı (kupça) yoxdur. E.Cavabdeh1 MTK-da olan pay hüququnu girov qoymuşdur. İpotekanın qeydiyyatıüçün notarial təsdiqli müqavilə lazımdır. Çıxarışı olmayan mənzilə dair müqavilə isə notarial qaydada təsdiqlənmir.
82. İddiaçı qeyd etmişdir ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin əsaslara görə yalnız dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı anda yaranır. Bak ışəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, mərtəbə-4, "xxxx" MTK-da ümumi sahəsi145,25 kv.metr olan 45 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığına görə, ona dair hüquqların da qeydiyyata alınmasına qanunvericilik imkan vermir. Tərəflər arasındakı SG2-237/22-USD saylı, 25 may 2012-ci il tarixli müqavilə sadəcə pay hüququnun girovudur. Göründüyü kimi Bank girov müqaviləsini bağlayan zaman qanunvericiliyin tələblərinə riayət etmişdir. Müqavilə yazılı formada bağlanmışdır. Pay hüququnun girov qoyulması zamanı müqavilənin notarial təsdiq olunması və dövlət qeydiyyatına alınması əsası isə qanunvericlikdə müəyyən olunmamışdır.
83. Bundan başqa iddiaçı qeyd etmişdir ki, Bank apellyasiya şikayətində ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən ümumi sahəsi 1413,3 kv.metr olan 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) qoyulan qiymətin həddən artıq çox olmasını göstərsə də, apellyasiya instansiyası şikayətin bu hissəsinə münasibət bildirməmişdir və əmlakın yenidən qiymətləndirilməsi üçün ekspertiza təyin etməmişdir. Əmlak 2012-ci ildə ipoteka qoyulmuş və ən azı ipoteka qoyulduqdan sonra, yəni 10 il ərzində əmlakda hər hansı bir əsaslı təmir işləri aparılmamışdır. Bu müddət ərzində əmlakın dəyərinin əsas hissəsini təşkil edən istifadə edilmiş konstruksiyaların aşınması əmlakın dəyərinin ucuzlaşması halı kimi ekspert tərəfindən diqqətə alınmamışdır
84. Digər kassatorlar cavabdehlər "xxxx" MMC və Şərifov Elşən Ramazan oğlu kassasiya şikayətlərin i əsaslandıraraq qeyd etmişlər ki, Apellyasiya instansiyasıməhkəməsi tərəflər arasında Azərbaycan RespublikasıMülki Məcəlləsinin 739.1-ci maddəsində nəzərə tutulan borc müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına, həmin hüquq normasının dispozisiya şərtlərinə görə borc verənin (iddiaçının) pula (ayrılmış kreditə) mülkiyyət hüququnu borc alana (cavabdehə) keçirmək öhdəliyi daşımasına baxmayaraq, bu öhdəliyini icra etməməsinə, yəni işin mübahisəsiz hallarından göründüyü kimi, "xxxx" MMC-nin hesabına bank tərəfindən 03 iyul 2012-ci il tarixdə 1.190.000,00 ABŞ dolları, 10 iyul 2012-ci il tarixdə 1.190.000,00 ABŞ dolları olmaqla ümumilikdə 2.380.000,00 ABŞ dolları pul köçürməsinə, lakin dərhal həmin pul vəsaitlərinin Bank tərəfindən cavabdehin ödəniş tapşırıqları, razı lıq ərizələri olmadan digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinməsinə düzgün hüquqi qiymət verməmiş, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilmədiyinə görə, borc alanın borc verən qarşısında aldıqlarınımüvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmaqla bağlı cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranmamasını nəzərə almamışdır. Apellyasiya instansiyasıməhkəməsi iddiaçının, ayrılmış pulun borc müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehin mülkiyyətinə keçirilməməsini, həmin vəsaitin cavabdehin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsinin həyata keçirilməsini bildirməsinə, bu xüsusatı etiraf etməsinə əhəmiyyət verməyərək tamamilə yalnış olaraq cavabdehin b orc müqaviləsi üzrə aldığı pulu geri qaytarmaq öhdəliyinin olması qənaətinə gəlmişdir.
85. Cavabdehlər bildirmişlər ki, qeyd edilən maddi hüquq normalarının tələblərinə görə, müştərinin hesabına daxil olan pul vəsaitlərindən müvafiq məbləğlərin köçürülməsi, hesabdan pul vəsaitlərinin silinməsi, hesab üzrə digər əməliyyatların aparılması yalnız müştərinin sərəncamına əsasən həyata keçirilə biləcəyinə baxmayaraq iddiaçı Bankın Cavabdeh2 MMC-nin sərəncamı olmadan onun hesabından pul vəsaitini qanunsuz silməsinə düzgün hüquqi qiymət verməmişdir.
86. Daha sonra cavabdehlər qeyd etmişlər ki, Apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarında şərh edilən göstərişlərə əməl etməmişdir. Belə ki, kass asiya instansiyası məhkəməsinin qərarında şərh olunmuşdur ki, hazırki işin mübahisəli halları isə pul məbləğinin cavabdeh tərəfə ödənilməməsi və cavabdehin iddiaçı qarşısında icra edilməyən öhdəliyinin mövcud olmaması ilə bağlıdır. Bu şərhdən aydın olur ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi məhz bu xüsusatı araşdırmalı və mötəbər sübutlarla pul məbləğinin cavabdeh tərəfə ödənilib-ödənilməməsini, həmin vəsaitin cavabdehin icra edilməyən öhdəliyinin mövcud olub-olmamasının müəyyən edilməsi şərti ilə həmin öhdəliklərin icra edilməsinə yönəldilib-yönəldilməməsinin aydınlaşdırmalı idi. Bundan əlavə kassasiya instansiyas ıməhkəməsinin qərarında qeyd olunmuşdur ki, sonuncu ekspertiza tədqiqatı zamanı yalnız cavabdeh tərəfindən təqdim olunmuş audit yoxlamasının nəticəsinə uyğu n rəy verilmişdir və həmin rəydə ziddiyyətlərin mövcudluğuna əhəmiyyət verilməmiş, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə sənədləri əsasında tədqiqatın hansı səbəbdən həyata keçirilməsinin mümkün olmaması aydınlaşdırılmamışdır. Bununla yanaşı cavabdehin müxtəlif kredit təşkilatları qarşısında öhdəliklərinin reyestr məlumatları ilə bağlı iş materiallarında olan çıxarışda hansı səbəbdən 25 may 2012-ci il tarixli müqavilə üzrə öhdəliyin qeydə alınmaması aydınlaşdırılmamışdır. Göstərilən məcburi göstərişlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən əməl edilməmiş, şərh olunan xüsusatlar aydınlaşdırılmamışdır. Əksinə apellyasiya instansiyası məhkəməsi yalnız formal əsaslarla idda tələbini qismən təmin edərək yuxarı instansiya məhkəməsinin qərarında şərh olunan göstərişlərə əməl etməyərə k işin vacib əhəmiyyət kəsb edən hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
87. Cavabdehlər bildirmişlər ki, Apellyasiya instansiyası məhkəməsi cavabdehin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya borcunun olmasını və kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsi yarandığını İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışları, xx.xx.2016-cı il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli ekspert rəyləri, xx.xx.2018-ci il tarixli “Audit hesabatı” və xx.xx.2017ci il tarixli BŞ002 nömrəli razılaşmanı əsas tutaraq müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, kredit müqaviləsi və maliyyə arayışları özü-özündə cavabdehin həm in kredit müqaviləsi ilə ayrılmış pul vəsaitini almasını(mülkiyyətinə keçirməsini) və ya cavabdehin əvvəlki borclarının ödənilməsinə yönəldilməsini sübut etməyə kifayət deyildir. Yuxarıda göstərildiyi kimi ayrılmış pul vəsaitinin cavabdeh tərəfindən götürülməsi və ya cavabdehin hesabından əvvəlki kreditlər üzrə borcların ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsi qanuna və digər normativ hüquqi aktın tələbinə görə yalnız kassa məxaric orderləri, məxaric çekləri və kredit məbləğlərinin digər hesablara köçürülməsinə dair ödəniş tapşırıqları, razılıq ərizələri ilə sübut edilə bilər. İş materiallarında olan ekspert rəylərinə isə məhkəmə kollegiyası düzgün hüquqi qiymət verməmiş, obyektiv qiymətləndirməmişdir. Belə ki, iş üzrə təyin edilmiş bütün ekspertizalar üzrə ekspertlər tərəfind ən tam və obyektiv rəy verilməsi üçün zəruri olan sənədlər, kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsinə dair ödəniş qəbzləri və hesabdan silinməsi barədə ödəniş tapşırıqları, cari hesabdan çıxarış (cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə), cərimə və faizlərin hesablanması barədə hesabdan çıxarışlar, məxaric orderləri və əvvəlki kredit müqavilələri iddiaçıdan tələb olunmasına baxmayaraq həmin sənədlər təqdim olunmamışdır. Buna görə də ekspert rəylərində göstərilmişdir ki, iddiaçı bank tərəfindən 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə “AER” firmasına kreditin verilməsi müəyyən olunmamışdır və eyni zamanda kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verilməsini müəyyən etmək, hesabdan çıxarışda bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxabirləşmə aparıldığı göstərilsə də həmin hesabların kimə məxsus olmasını və sənədlər tam olmadığından kim tərəfindən məxaric edilməsini müəyyən etmək mümkün olmamışdır.
88. Kassatorlar (cavabdehlər) bildirmişlər ki, Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsinə baxmayaraq iddianı qismən təmin etməklə qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, iddiaçı iddia edir ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin hesabına köçürülmüş vəsait Bank tərəfindən "xxxx" MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsi həyata keçirilmişdir. Belə silinmənin qanunsuz olması ilə bağlı etirazımızı bildirmə mizlə yanaşı hesab edirik ki, bu faktı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, lakin iddiaçı tərəfindən belə silinmənin əsaslılığını, yəni əvvəlki kreditlər üzrə borcun olmasını təsdiq edən sübutlar, kredit müqavilələri, həmin müqavilələrə əsasən verilmiş kreditin məxaric edilməsini və ya digər formada xərclənməsini əks etdirən kassa məxaric orderləri, məxaric çekləri və kredit məbləğlərinin digər hesablara köçürülməsinə dair "xxxx" MMC-nin ödəniş tapşırıqları, razılıq ərizələri iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
89. İddiaçı LPO İddiaçı ASC (vəkili Vəkil1) cavabdehlərin kassasiya şikayətlərinə qarşı etiraz edərək bildirmişdi ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertriza Mərkəzinin 20 sentyabr 201 9-cu il tarixli 7111 nömrəli rəyində hesabdan çıxarışda Bank tərəfindən ayrılmış pulun cavabdehin digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxbirləşmənin aparıldğı göstərilmişdir. O daha sonra bildirmişdir ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertriza Mərkəzinin 02 iyun 2020-ci il tarixli 2639 saylı rəyndə də eyni ilə Cavabdeh2 MMC-in hesabından digər hesablarına həmin məbləğin köçürüldüyü qeyd edilmişdir. Göründüyü kimi hər iki ekspert rəyinin gəldiyi ortaq məxrəcə görə 2.380.000.0 ABŞ dolları məbləğin Cavabdeh2 MMC-in hesabına köçürüldüyü və həmin məbləğin də Cavabdeh2 MMC-in digər hesablarına köçürüldüyü təsdiq edilmişdir. İddiaçı daha sonra bildirmişdir ki, iş materiallarında olan hesabdan çıxarışda da 03 iyul 2012-ci il tarixində 1.190.000.00 ABŞ doll arı vəsaitin, 10 iyul 2012-ci il tarixində isə 1.190.000.00 ABŞ dolları vəsaitin "xxxx" MMC-in digər borclarına ardıcıl olaraq silinməsi öz əksini tapmışdır. İddiaçı göstərilənlərə əsasən cavabdehlərin kassasiya şikayətlərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
90. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
91. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
92. Maddə 282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər.
93. Maddə 282.2. Sonrakı girova onun əvvəl ki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir.
94. Maddə 282.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallar nəzərə alınmaqla, sonrakı girov zamanı sonrakı girov saxlayanın tələbləri əvvəlki girov saxlayanın tələbləri ödənildikdən sonra girov predmetinin dəyərindən ödənilir.
95. Maddə 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır.
96. Maddə 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
97. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
98. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçü n əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
99. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
100. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icr a edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
101. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur
102. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
103. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etm əmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
104. Maddə
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
105. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
106. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
107. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
108. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
109. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə b ilər.
110. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
111. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
112. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
113. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
114. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
115. Maddə 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
116. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
117. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Kassasiya baxışının hədləri
118. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
119. Hazırkı kassasiya şikayətlərində tərəflər qətnaməni bötövlükdə mübahisələndirdiklərindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
120. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
121. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankının 01 sentyabr 2017-ci il tarixli məktubunda 29 iyul 2011-ci il tarixdə, 7 dekabr 2012-ci ildə və 1 avqust 2014-cü ildə düzəliş edilmiş qaydada, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (tərəfdaş bank) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında bağlanmış 10 may 2011-ci il tarixli iştirak müqaviləsinə (iştirak müqaviləsi), 22 may 2012-ci ildə düzəliş edilmiş və yenidən tərtib edilmiş qaydada 10 may 2011-ci il tarixli kredit müqaviləsinə (kredit müqaviləsi) və tərəfdaş bank ilə AER MMC arasında 25 may 2012-ci il tarixli kredit müqaviləsinə (tərəfdaş bankın krediti, iştirak müqaviləsi və kredi t müqaviləsi ilə birgə, sənədlər) istinad olunaraq qeyd olunmuşdur ki, AER 2 iyun 2014-cü ildə və ondan sonra tərəfdaş bankın krediti üzrə əsas borcun və faizin məbləğlərinin tam ödənişini etməmişdir, belə ki, tərəfdaş bankın krediti üzrə ödənməmiş və vaxtı keçmiş məbləğlər bu məktubun verilmə tarixindən etibarən 2.710.215 ABŞ dolları, o cümlədən tərəfdaş bankın kreditinin EBRD hissəsi (EBRD-nin ödənməmiş məbləğləri) üzrə 1.461.685 ABŞ dolları təşkil edir, bu məbləğdən 786,649 ABŞ dolları əsas məbləğə, 675,036 ABŞ dolları isə yığılmış və gecikmiş ödəniş faizlərinə aiddir.
122. Bundan başqa məhkəmə kollegiyası bildirir ki, müqavilələr, hesabdan çıxarış məlumatları, təsdiq edilmiş barışıq sazişi, audit yoxlaması nəticəsinə görə verilmiş hesabat və ekspertiza rəyləri ilə tərəflərin müqavilə münasibətlərində olması müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 7111 nömrəli ekspert rəyində göstərilmişdir ki, “AER” firması ilə İddiaçı ASC arasında 25 may 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ayrılmış 1.190.000,00 ABŞ dolları kreditin və və beynəlxalq maliyyə institutlarından firmanın hesabına köçürülmüş 1.190.000,00 ABŞ dollarının “AER” firmasının hesabı üzərində əməliyyatlara dair razılığı (ərizə, ödəniş tapşırığı, sərəncam) təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmadı. Lakin hesabdan çıxarışa əsasən bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxbirləşmə aparılmışdır. Həmin hesabların kimə məxsus olmasını və sənədləri tam olmadığından kim tərəfindən məxaric edilməsini müəyyən etmək mümkün olmamışdır.
123. Digər tərəfdən, işdə olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2014-cü il tarixli, SA/037 saylı lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib edilmiş (hesabatı eyni zamanda "xxxx" QSC-nin direktor vəzifəsini icra edən Elşən Şərifov da imzalamışdır) "xxxx" QSC-nin təqdim olunmuş sənədlər əsasında İddiaçı ASC-dən aldığı kreditlər üzrə borclarının yoxlamasının nəticələri barədə” 13 noyabr 2018-ci il tarixli “Audit hesabatı”nda (İİ cild səh. 221-225) qeyd olunmuşdur ki, 48077853-1867-USD-22 saylı kredit hesabı üzrə 03 iyul 2012-ci il tarixində 1.190.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit ayrılmış və 21677400USD-3817-22 saylı cari val yuta hesabına köçürülmüşdür. Həmin vəsaitdən 537105,32 ABŞ dolları 39365752-USD1867-22 saylı, 470306,6 ABŞ dolları 39625571-USD1817-22 saylı, 14258,25 ABŞ dolları 41490631- USD1817-22 saylı, 55098,68 ABŞ dolları 41490800-USD1817-22 saylı və 113231,15 ABŞ dolları 42100551-USD1817-22 saylı kredit hesabları üzrə kreditlərin əsas məbləğinin ödənilməsinə yönəldilmişdir. xx.xx.2015-ci il tarixinə kimi kreditin heç bir məbləği vaxtı keçmiş kredit hesabına aid edilməmiş və cəmiyyətin Nərimanov filialında olan 21677400 nömrəli hesabından 198982,64 ABŞ dolları, 21677387 nömrəli hesabından 37799.33 ABŞ dolları, 56798505 nömrəli hesabından 127831,18 ABŞ dolları və Şərifov Elşən Ramazan oğlunun Nərimanov filialında olan 290010798-3811-USD-22 saylı hesabından 50000,0 ABŞ dolları məbləğində vəsait kredit in ödənilməsinə yönəlmişdir. Hesabatda həmçinin göstərilir ki, 480336194143-USD-13 saylı depozit hesabı (Avropa Yenidənqurma və inkişaf Bankının vəsaiti) üzrə 10 iyul 2012-ci il tarixində 1.190.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit ayrılmış və Cəmiyyətin 21677400- USD-3817-22 saylı cari valyuta hesabına köçürülmüşdür. Həmin hesabdan isə 1.162.894,68 ABŞ dolları 39365752-USD1867-22 saylı kredit hesabı üzrə kreditin ödənilməsinə, 19893,59 ABŞ dolları 42100900-USD2414-22 saylı, 1482,97 ABŞ dolları 41490787-USD2414-22 saylı və 5728,76 ABŞ dolları 41490866-USD2414-22 saylı faiz hesabları üzrə faizlərin ödənilməsinə yönəldilmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankının vəsaitinin ödənilməsi üçün bankda 46663313-4519-USD nömrəli hesab açılmış, əsas və faiz borcu üzrə ödəmələr müqaviləy ə əlavə edilmiş qrafikə uyğun olaraq birlikdə bir məbləğlə həmin hesaba ödənilmişdir
124. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Şərifov Elşən Ramazan oğlu, Cavabdeh4 və Cavabdeh3 arasında əvvəllər bağlanmış barışıq sazişinin - “1.1. Tərəflər razılaşırlar ki, cavabdehlərin iddiaçı qarşısında 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı 1997221.05 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir dollar 05 sent) ABŞ dolları təşkil edir, qalıq məbləğ cavabdeh tərəfindən iddiaçıya bu saziş, onun 1 saylı əlavəsi olan 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin tənzimlənməsinə dair razılaşma nömrəsi BŞ002”nın şərtlərinə uyğun olaraq həmin razılaşmaya əlavə edilmiş ödəniş qrafikinə əsasən ödəməlidir” şərti, daha sonra Cavabdeh2 MMC-nin GM-01/124 nömrəli, 19 iyul 2018-ci il tarixli məktubla İddiaçı ASC-yə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının yerinə yetirilməməsi səbəbi barədə yazılı məlumat tələb etməsi, daha sonra GM-01/241 nömrəli, 22 noyabr 2021-ci il tarixli məktubla Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, iddiaçı ilə barışıq sazişi bağlanılması ilə əlaqədar qurumlara göstəriş verilməsini xahiş etməsi halı da, Cavabdeh2 MMC-nin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz borcu olmasını sübuta yetirir.
125. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna mal ik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
126. Bundan başqa Cərimə borcunun tutulması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 467-ci maddəsinə əsasən iddiaçının cərimə tələbi əsaslı olsa da, tələb edilən cərimə məbləğinin azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə ola n halda, bank tərəfindən tələb edilən cərimə məbləğinin azaldılaraq 1000 ABŞ dolları məbləğində müəyyən edilməsini məhkəmə kollegiyası məqsədəmüvafiq hesab edir.
127. İpoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka müqaviləsi kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər.
128. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehlər (ipoteka qoyanlar) ipoteka müqavilələrini imzalayaraq həmin müqavilədən yaranan öhdəlikləri qəbul etmişdirlər. Beləliklə də, cavabdeh “AER” firması tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetlərinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. İşdə olan İddiaçı ASC ilə “AER” firması və Şərifov Elşən Ramazan oğlu arasında bağlanmış SG2-237/22-USD saylı, 25 may 2012-ci il tarixli sonrakı girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Şərifov Elşən Ramazan oğluna məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.metr mənzilə olan pay hüququ girov qoyulmuşdur. Qeyd olunan müqavilə üzrə daşınmaz əmlakdan ibarət pay hüququnun girov qoyulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, ipoteka predmetinə tutmanın yön əldilməsi üçün ipoteka hüququ yaranmalıdır. Belə ki, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Hazırkı halda, daşınmaz əşya olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.metr mənzilə dair pay hüququnun girovu ilə bağlı müqavilə notariat qaydasında təsdiqlənmədiyindən və dövlət qeydiyyatına alınmadığından, bununla da iddiaçının ipoteka hüququ yaranmadığından, həmin ipoteka predmetinə tutma yönəldilə bilməz.
129. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetlə ri açıq hərraca çıxarılarkən onların likvid dəyəri qiymətləndirmə rəyinə müvafiq olaraq müəyyən edilməlidir.
130. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
131. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
132. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
133. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
134. Yuxarıda göstərilənlərə əsasən və MPM -in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-739/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.