Məhkəmə qərarları › İş №2(102)-462/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-462/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-462/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: Ləğv prosesində Ləğvedicisi «X1 Company» MMC olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh: Cavabdeh İlkin iddia tələbi: kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması Qarşılıqlı iddia: kredit müqaviləsinin etibarsız hesab edilməsi Açar sözlər: kredit borcu, müqavilənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh və vəkili Vəkil Humsi oğlunun işt irakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2046/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Cavabdeh xx xxxx 2010-cu il tarixli ərizəsindən görünür ki, o, mebel almaq üçün 20.000 manat məbləğində kredit verilməsi üçün “xxxx” ASC-nin 8 saylı filialına müraciət etmişdir. -Fiziki şəxsin kredit alması üçün ərizə blankından görünür ki, Cavabdeh mebel almaq məqsədi ilə 48 ay müddətinə, hər ay ödəmək şərti ilə ona 20.000 manat məbləğində kredit verilməsi üçün “xxxx” ASC-nin 8 saylı filialına müraciət etmişdir. -Kredit üzrə müddətli öhdəlikdən görünür ki, Cavabdeh xx xxxx 2010-cu il tarixli kredit müqaviləsindən irəli gələn 20.000 manat məbləğində kreditin xx xxxx 2014-cü il tarixədək qaytarılması və illik 22 faiz dərəcəsi ilə faizlərin ödənilməsi öhdəliklərinin olmasını təsdiq etmişdir. -“xxxx” ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 000676A nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 20.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. -xx xxxx 2010-cu il tarixli, 03M nömrəli məxaric kassa orderindən görünür ki, Cavabdeh həmin tarixli m üqavilə üzrə 19.885 manat məbləğində pulu “xxxx” ASCdən nağd olaraq almışdır; -“xxxx” ASC-nin xx xxxxxx 2014-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə iddiaçı tərəfindən xəbərdar olunmuşdur; -xx xxxxxx 2014-cü il tarixli mədaxil orderindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “xxxx” ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. -“xxxx” ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxx 2010-cu il tarixi kredit müqaviləsinə əsasən 48 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 20.000 manat kredit verilmişdir. Alınmış kreditdən əsas borc üzrə 5.925,95 manat, faiz məbləğindən 6.075,6 manat, cəmi 12.000,95 manat ödəniş edilmiş, xx xxxxxx 2014-cü il tarixi nə 14.074,05 manat əsas borc, 7.086,46 manat faiz borcu, cəmi 21.160,51 manat borcu vardır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2016-cı il tarixli, 26230 nömrəli rəyindən görünür ki, mülki işin 17-18-ci vərəqələrində olan xx xxxx 2010-cu il tarixli, 000676A saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar və i/v 15-16-da olan həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində Cavabdeh adından olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının xx xxx 2016-cı il tarixli, 7948 nömrəli rəyindən görünür ki, Cavabdeh adına olan 3M nömrəli xx xxxx 2010-cu il tarixli məxaric kassa orderində “İmza” q rafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 31531 nömrəli rəyindən görünür ki, mülki işin 17-ci vərəqəsində İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh adından bağlanmış olan xx xxxx 2010-cu il tarixli, 000676A nömrəli kredit müqaviləsinin aşağı tərəfində “Borcalan” qrafasındakı imza, xx xxxx 2010-cu il tarixli Cavabdeh adından olan ərizənin aşağı hissəsində “İmza” qrafasında olan imza, xx xxxx 2010-cu il tarixli fiziki şəxsin kredit alması üçün ərizə blankında “İmzalar və möhür” qrafasında olan imza, xx xxxx 2010-cu il tarixli müddətli öhdəlikdə “Cavabdeh” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Birinci və apel lyasiya instansiyası məhkəməsində icraat İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair ilkin, iddiaçı Cavabdeh “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizəyə əlavə verərək “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 000676A nömrəli kredit müqaviləsinə xitam verilməsi, həmin kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh “xxxx” ASC-n in xeyrinə xx xxxxxx 2014-cü il tarixinə 14.074,05 manat əsas borc, kredit müqaviləsinin bitdiyi xx xxxx 2014-cü il tarixə 7568,11 manat faiz borcu, kredit müqaviləsinin bitdiyi xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixədək 2.098,09 manat beş faiz dərəcəsi ilə faiz borcu 2.453,21 manat dəbbə pulu olmaqla cəmi 26.193,46 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(012)-76/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) ilkin iddianın qismən təmin edilməsi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli, 000676A nömrəli kredit müqaviləsinə xitam verilməsi, xx xxxx 2010-cu il tarixli, 000676A nömrəli kredit müqaviləsi üzrə 14.074,05 (on d örd min yetmiş dörd manat beş qəpik) manat əsas borc, kredit müqaviləsinin bitdiyi xx xxxx 2014-cü il tarixə 7.568,11 (yeddi min beş yüz altmış səkkiz manat on bir qəpik) manat faiz borcu, kredit müqaviləsinin bitdiyi xx xxxx 2014-cü il tarixdən xx xxxxxx 2016-cı il tarixədək beş faiz dərəcəsi ilə 2.098,09 (iki min doxsan səkkiz) manat 09 (doqquz) qəpik faiz borcu və 10 (on) manat cərimə (dəbbə pulu) olmaqla, cəmi 23.750 (iyirmi üç min yeddi yüz əlli) manat 25 (iyirmi beş) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, məhkəmə-xətşünaslıq ekspertizalarının keçirilməsinə sərf edilmiş cəmi 277 manatın Cavabdeh tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, Cavabdeh “xxxx” ASC ilə onun arasında bağlanılmış xx xxxx 2010-cu il tarixli, 000676A nömrəli kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2046/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.F.Tağızadə (sədrlik edən və məruzəçi), T.O.Quliyev və T.Q.Məmmədov ) ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxx 2020-ci il tarixli, 2(012)76/2020 saylı qətnaməsi dəyişdirilmədənsaxlanılmış dır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İlkin iddia üzrə Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası yalnız məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsaslanaraq hesab etmişdir ki, guya o, kredit müqaviləsinə imza etməklə 20 min manat kredit pulunu almış və həmin puldan guya 6 min manat banka ödəmiş, cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə Cavabdeh və vəkili Vəkil Humsi oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə ilkin iddia üzrə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi «X1 Company» MMC-nin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müq avilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; -448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. -449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə b ilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.2-ci maddəsinə əsasən banklar, maliyyə bazarlarına nəzarət orqanından aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri ilə məşğul ola bilərlər. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ xarakterli aktlar və müqavilə əsasında həyata keçirilir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası m əhkəməsinin mövqeyi İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh iddiaçı “xxxx” ASC ilə bağladığı xx xxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uy ğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,ilkin iddiaçının tələbi əsas borcun və kredit müqaviləsinin bitdiyi xx xxxx 2014-cü il tarixə hesablanmış faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır, həmin borc məbləğləri tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikinə uyğundur, bu borcların sadə riyazi yolla hesablanması mümkündür. Baxmayaraq ki, cavabdeh kredit müqaviləsinin etibarsızlığı ilə bağlı qarşılıqlı iddia vermişdir, onun tərəfindən yalnız kredit müqaviləsinin etibarlılığı mübahisələndirilmiş, borcun məbləği isə ayrıca mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaç ının cavabdehdən kredit müqaviləsinin bitdiyi xx xxxx 2014-cü il tarixdən iddia ərizəsinə əlavənin verildiyi xx xxxxxx 2016-cı il tarixədək gecikdirilmiş vaxt üçün beş faiz dərəcəsi ilə 2.098,09 manat faiz tələbi əsaslıdır və ilkin iddia həmin hissədə də təmin edilməldir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki,əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də, apellyasiya instansiyası məhkəməsi xx xxxx 2010-cu il tarixli, 000676A nömrəli kredit müqaviləsi üzrə 14.074,05 manat məbləğində əsas borc üzrə hesablanmış 2.453,21 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh iddiasının əsasını xx xxxx 2010-cu il tarixli mebel alması ilə bağlı ərizədə, xx xxxx 2010-cu il tarixli, 000676A nömrəli kredit müqaviləsində və digər sənədlərdəki imzaların ona məxsus olmadığı ilə bağlı dəlillər irəli sürmüşdür. İş materiallarından görünür ki, mübahisələndirilən imzanın ki m tərəfindən icra olunmasının müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan bu əsasla da mülki iş məhkəmənin icraatında olduğu müddətdə üç dəfə (biri əlavə olmaqla) məhkəməxəttşünaslıq ekspertizası keçirilmişdir. Hər üç ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin 8 saylı filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2010-cu il tarixli 000676A nömrəli kredit müqaviləsində “Borcalan” qrafasındakı imza, həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindəki imza, xx xxxx 2010-cu il tarixli Cavabdeh adından olan ərizədəki “İmza” qrafasında olan imza, xx xxxx 2010-cu il tarixli fiziki şəxsin kredit alması üçün ərizə blankında “İmzalar və möhür” qrafasında olan imza, xx xxxx 2010-cu il tarixli müddətli öhdəlikdə “Cavabdeh” sözünün qarşısındakı imza və Cavabdeh adın a olan 3M nömrəli xx xxxx 2010-cu il tarixli məxaric kassa orderində “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. Kassasiya kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, məhkəmə iclasında iştirak edən iddiaç ının nümayəndəsi isə işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəy işdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2046/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar