Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4620/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Sadiq qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) 13.09.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Sadiq qızına qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-763/2022 nömrəli, 23 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Sadiq qızı tərəfindən verilmiş kassasiya şikayətinə 13 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıd akı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sadiq qızından (bundan sonra – cavabdeh) borc verdiyi cəmi 6200 manat pulun və 30 manat dövlət rüsumu alınaraq onun xeyrinə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehi tanımış, ehtiyacı olduğu üçün 6200 manat ondan pul almışdır. İndi isə pulu tələb etmişdir. Bərdə RPŞ-nə müraciət etmişdir. Orda da hər iki tərəfin izahatı alınmış və cavabdeh etiraf etmişdir ki, 6200 manatı ondan almışdır, ancaq pulu istəyəndə onu təhqir və şantaj etmişdir ki, guya sələmə vermişdir. Bu tamamilə yalan olmuşdur.
3. Cavabdeh iddianı qəbul edərək, izahat ında göstərmişdir ki, iddiaçıdan 6200 manat borc pul almışdır. İddiaçı həmin pulu sələmə vermişdir. Pulların hamısını qaytarmışdır. İddianın rədd edilməsini xahiş etmişdir.
4. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)-2851/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elsun Əhmədov) iddia təmin edilmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, məbləğin 6200 manat olmasını isə cavabdeh özü də etiraf etmişdir. Hazırki işin materialları ilə tərəflərin borcun faizlər ilə verilməsini şərtləşdirirməsi təsdiq olunmamışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 739, 740, 882.1, 882.4, 882.5-ci maddələr inə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-763/2022 nömrəli mülki iş üzrə 23 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Azər Bayramov və Aygül İsgəndərova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunması qət edilmişdir.
9. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıl aşsa da, lakin hesab etmişdir ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyinə görə həmin qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi mübahisənin həllində maddi hüquq norması kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərlə bağlı 385.1, 386.1, 445.2.1 kimi maddələri ilə yanaşı 882.1-882.5 kimi maddələrinə istinad etmiş olsa da, həmin normaların hazırkı iddia ilə əlaqəsini əsaslandırmamışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər 6200 manat pulun borc verilməsi ilə bağlı razılığa gəlmiş olsalar da, həmin müqavilənin qanunla imperativ şəkildə nəzərdə tutulmuş formasına əməl etməmiş, digər tərəfdən cavabdeh aldığı pul məbləğini geri qaytardığını təsdiq edən sübut da təqdim etməmişdir.
11. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir k i, cavabdeh vermiş olduğu apellyasiya şikayətində bir tərəfdən aldığı 6200 manatı geri qaytardığını göstərdiyi halda, digər tərəfdən isə şikayətində iddiaçının “pulun Günayda olduğunu bilmiş və hazırda da bilir. Lakin pulu ondan ala bilmədiyini gördüyü üçün birbaşa onun üstünə gəlir və həmin pulları ondan tələb edir.” kimi ziddiyyətli ifadə işlədmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 329.3, 337.1, 337.3-337.5, 406.1, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Şikayət onunla əsaslandırılmışdır ki, o, iddiaçı ilə uzun müddətdir bir birilərini tanımışlar və onun X3 adında rəfiqəsi olmuşdur. Həmin Günay adlı rəfiqəsi ondan borca pul istəmiş, o isə pulu olmadığını, borca pulun iddiaçıdan ala biləcəyini bildirmişdir. Daha sonra isə Günay Əsədova gedib iddiaçıya müraciət etmiş və iddiaçı ona zəng edərək bildirmişdir ki, iddiaçı pulu cavabdehi tanıdığı üçün Əsədova Günaya zaminsiz girovsuz və cavabdehə görə hər hansı yazılı sənəd olmadan borc müqaviləsi olmadan 6200 manat pulu vermişdir. Sonradan iddiaçı ona bildirmişdir ki, Əsədova Günay borcunu ödəməmişdir. O öz növbəsində Əsədova Günaya dəfələrlə zəng edərək aldığı borcu iddiaçıya ödəməsini xahiş etsə də, vəziyətinin pis olduğunu. pulunun olmadığını bildirərək iddiaçıdan aldığı 6200 manatı ödə məmişdir. Daha sonra iddiaçı imkanının yaxşı olduğunu bildirərək ona polis ilə hədə qorxu gələrək pulunun ondan alacağını qeyd edərək onun barəsində borcun qaytarılması ilə bağlı şikayətlə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişdir. O da pulu X2 verdiyindən, ondan tələb etməsini, eyni zamanda ona qarşı şikayət verməsini bildirmişdir. İddiaçı isə bildirmişdir ki, Günayı ona görə tanımış, ona inandığı üçün pulu Günaya vermişdir. Lakin iddiaçı Günayın həmin pulun qaytarmaq imkanında olmadığından onun isə imkanı olduğundan ondan alacağını bildirmişdir. Bərdə RPŞ-də övladlarımın başsız qalacağından qorxaraq həmin pulun özü ödəyəcəyini qeyd etmişdir. Bundan sonra Bərdə RPŞ-də izahatında qeyd etdiyi sözlər əsasında birinci instansiya məhkəməsində işə baxılarkən X3 cavabdeh qismində cəlb edilməy ərək onun iddiaçıdan aldığı pulun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Daha sonra tərəfindən iş üzrə apellyasiya şikayəti verilmiş və işə apellyasiya instansiyası məhkəməsində baxılarkən bu halları qeyd etsə də, məhkəmə kollegiyası bu hallara əhəmiyyət verməmişdir.
15. Kassator qeyd etmişdir ki, məhkəmələr iş üzrə şahidləri qəbul etməmişdirlər. Bu səbəbdən hazırki iş üzrə sübut etmə yükünün iddiaçının üzərinə düşdüyünü, iddiaçı tərəfindən nə qədər məbləğin cavabdeh tərəfə verdiyinə dair başqa sübut növü təqdim edilə bilmədiyini hər hansı borc müqaviləsi olmadığı barədə mötəbər sübut olmadığından iddia rədd edilməlidir.
16. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamədə yalnışılıqlara yol verilmişdir. Belə ki, cavabdehin familiyası, adı və atasının adı X4 olsada qətnamənin 3-cü səhifəsində 2-ci abzasında, axırıncı abzasında, 4-cü səhifəsinin 1-ci abzasında, 5-ci səhifəsinin 3-cü abzasında və qət etdi hissəsində X1 yazılmışdır. Qətnamədə baş vermiş yalnışlıqların düzəldilməsinə dair hər hansı məlumat verilməmiş və əgər yalnışlıqlar düzəldilmişdirsə bu barədə qərardad təqdim edilməmişdir.
17. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 739.1, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8, 9.1, 14.2, 77.1, 88, 203, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
20. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.
21. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
22. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
23. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
24. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldı qlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
25. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
26. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
27. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflər in təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərard adda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən ir əli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Cavabdehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
40. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail ol maq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Sadiq qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-763/2022 nömr əli, 23 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.