Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4621/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi; borc müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2947/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin hallar: xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 10 saylı notariat kontorunda 3M-98 reyestr nömrəsi ilə qeydə alınmış kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixədək qaytarmaq şərtilə Cavabdeh faizsiz 6000 manat məbləğində borc pul vermişdir. Kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilməmiş, cavabdeh tərəfindən iddiaçıya borc qaytarılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il tarixli borc müqaviləsinə əsasən qaytarılmamış 6000 m anat məbləğində əsas borcun və mənəvi zərər kimi 1500 manat, dövlət rüsumu kimi 30 manat olmaqla, cəmi 7530 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh İddiaçı qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlə aralarındakı Bakı şəhəri 10 saylı notariat kontorunda təsdiq edilmiş və 3M-98 reyestrdə qeydə alınmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.Talıbova, iş № 2(010)-4326/2019) ilk iddia ərizəsi qismən təmin edilərək, ilk iddia üzrə Cavabdeh 6000 (altı min) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6030 (altı min otuz) manat pul vəsaitinin tutularaq ilk iddia üzrə İddiaçı ödənilməsi, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 449.1-ci maddələrini tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseyn (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Qurbanov, iş № 2(103)2947/2020) ilk iddia tələbi üzrə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 oktyabr dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkə məsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 385.1, 442, 739.1 və 739.2-ci maddələrini tətbiq etməklə düzgün olaraq belə qənaətə gəlmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik borcalan tərəfindən yerinə yetirilməmiş, ilk iddia üzrə cavabdeh tərəfindən borc qaytarılmamışdır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, ilk iddia tələbi borcun qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Qarşılıqlı iddia tələbinə münasibətdə isə apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən qarşılıqlı iddia üzrə iddiaçının kredit müqaviləsinin etibarsızlığı ilə bağlı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki halların ın müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qarşılıqlı iddiaçı borc müqaviləsinin formal olaraq bağlandığını, ilkin iddiaçı tərəfindən ona heç bir pul məbləği verilmədiyini bildirsə də bu halı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1 və 80-ci maddələrinin tələblərinə uyğun olaraq əsaslandırmamışdır. Göstərilənlərə əsasən apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qarşıl ıqlı iddianın təmin edilməsi üçün hər hansı əsas mövcud olmadığından birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini rədd etməklə haqlı nəticəyə gəlmişdir. Apelyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Kassasiya şikayətinin dəlilləri ilk iddia üzrə Cavabdeh (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhk əməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş ü zrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəməkollegiyasıqeydedirki, ilkiddiaüzrəcavabdehinkassasiyaşikayətindəistinadetdiyidəlillərfaktikiolaraqapelyasiyaşikayətindəi stinadolunandəlillərlətamamiləeyniliktəşkiledir, işinfaktikhallarınlaistinadedilir, prosessualvəmaddihüquqnomalarınındüzgünqiymətləndirilmədiyiniiddiaedir. Lakinqeydedilməlidirki, apelyasiyainstansiyaməhkəməsihəmindəlilləriaydınvəhərtərəfliolaraqaraşdırmışvəhərbirdəilləpros essualhüquqnormalarınıntələbləribaxımındanqiymətləndirilmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamən in əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları q ətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəmə si Mülki Kollegiyasının 2(103)-2947/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.