Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4622/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, kredit müqaviləsi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-585/2023 nömrəli, 16 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmə nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən, Cavabdeh 65000 manat məbləğində borc vermiş, borc alan isə krediti xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
2. Mübahisə həmin kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 (bundan sonra “cavabdeh”) 65000 manat borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə münasibətləri olduğundan, cavabdehin x ahişi ilə 27 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunun təsdiqləməsi ilə 65.000 manat məbləğində cavabdehə borc pul vermişdir.
5. Aralarında bağlanmış kredit müqaviləsinin 2-ci maddəsinə görə cavabdeh (borcalan) kredit məbləğini xx.xx.2021-ci il tarixədək qaytarmalı idi. Lakin öhdəliyin icrası müddəti ilə bağlı aralarında müqaviləyə əsasən müəyyənləşdirilmiş müddət başa çatdıqdan sonra cavabdeh maliyyə çətinliyə ilə əlaqədar bu müddəti gözləməsini, tezliklə borcunu bağlayacağını bildirmişdir. İddiaçı da ümumi tanışlıq xətrinə bir neçə dəfə vaxt versə də, cavabdeh öhdəliyini icra etməmişdir.
6. Hazırda iddiaçının maddi problemləri olduğundan pula ehtiyacı var. Lakin cavabdehin bir kreditor kimi üzərinə düşən vəzifəni icra etməməsi, yəni borcu qaytarmaması iddiaçı nı maddi cəhətdən sıxıntıya salmışdır. Cavabdeh faktiki olaraq borcunu qaytarmaqdan yayınır.
7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324.1, 329.2, 329.3, 385.1, 387.2, 425.1, 442 və 739.1-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsinin hazırlıq iclasında cavabdeh iddianı qəbul etdiyini göstərmiş, məhkəmə baxışında isə bildirmişdir ki, iddiaçı ilə aralarında notariusda borc müqaviləsi bağlanmışdır. Notariusda 65000 manat pul ona verilməmişdir, onu oyuna salmışlar. Notariusda ona heç nə izah olunmamış, heç kim onu danışdırmamışdır. Lazım olsa 65.000 manat pulu hissə-hissəyə ödəyər. Pulu danışıb hissə-hissə qaytarması üçün vaxt verilməsini istəyir.
9. Zəngilan Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 65 000 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Gülsarə İmanova)
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 65000 manat məbləğində borc vermiş, cavabdeh isə öz növbəsində aldığı pulu xx.xx.2022-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin icra müddəti bitsə də, cavabdeh iddiaçıya borclu olduğu 65000 manat borcu qaytarmaqdan imtina etmişdir. Bununla da, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini vaxtında icra etməmişdir.
11. Birinci instansiya məhkəməsi cavabdehin iddiaya etiraz olaraq 65.000 manat pulun ona verilməməsi, iddiaçı tərəfindən aldadılaraq müqaviləyə imza etməsi, oy una salınması barədə dəlilərini qəbul etməmiş, bunu onunla əsaslandırmışdır ki, cavabdeh buna dair heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Sonradan isə izahatında 65000 manat pulu hissə-hissə ödəyəcəyini qeyd etmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 4478.1, 739.1 və 739.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayətinin dəlilləri belə olmuşdur: - cavabdeh Bakı şəhəri Sulutəpə ərazisində restoranda işləyir. 2020-ci ildə Pandemiya yayılmamışdan 8 ay əvvəl iddiaçıdan 3 ay ərzində hissə-hissə (5000 +5000+5000+6000 ) cəmi 21.000 man at borc pul almışdır. İlk vaxtlar hər 5000 manatın müqabilində iddiaçıya ayda 2000 manat faiz ödəmişdir. 21000 manat müqabilində isə 8 ay ərzində hər həftə faiz olaraq iddiaçıya 3600 manat pul ödəmişdir; - iddiaçı onun istifadəsində olan mobil telefon nömrələri ilə əlaqə yaradırdı. İddiaçı həftə sonu işlədiyi restorana gələrək 3600 manat pulu cavabdehdən alırdı. Cavabdeh restoranda olmadığı vaxtlarda 3600 manat pulu onun tapşırığıyla iddiaçı şadlıq evinin işçisi Elnurdan götürmüşdür. X1 iki dəfə 3600 manat, cəmi 7200 manat borc almaqla iddiaçıya vermişdir. Hələ də İman Tağıyevə 6000 manat borclu qalmışdır. Tanışı Cəsarətdən də 3600 manat borc alıb iddiaçıya vermişdir; - pandemiya dövründə restoran fəaliyyəti dayandığına görə gəlir əldə edə bilmədiyindən faizləri verə bilməmişdir. İş qurub gəlir əldə etmək üçün iddiaçı ona həftədə 1000 manat faiz vermək şərti ilə 10000 manat pul vermis, həmin 10000 manat pulun Binəqədi rayon 40-cı polis Bölməsinin rəis müavini Elxan müəllimin pulu olduğunu bildirmişdir; - cavabdeh 5 ay hər həftə 1000 manat faiz vermişdir. Elə vaxtlar da olurdu ki, özü zəng edib 1000 manat faiz pulunu taksi sürücüsü vasitəsilə Elxan müəllimin özünə çatdırmışdır. Sonra işini qura bilməmiş, faiz də verə bilməyəndə iddiaçı bildirmişdir ki, 10.000 manat əsas məbləği Binəqədi rayon 40-cı polis Bölməsinin rəis müavini Elxan müəllimə qaytarmaq lazımdır. İşi dayandığından, pulu qaytarmağa imkanı olmadığını demişdir. Bu zaman iddiaçı onun yerinə özü həftəlik yox, aylıq 1000 manatı Elxan müəllimə verəcəyini və sonra hesablaşaqlarını demişdir; - bir neçə aydan sonra idd iaçı zəng edib demişdir ki, cavabdehin iddiaçıya 36000 manat borcu var. O da iddiaçıya 3 dəfəyə 5400 (5000 +200+200) manat pul verə bilmişdir. - iddiaçı geçikməyə görə əsas borc məbləğinə əlavə faizlər hesablamışdır. Faizlə qaytarmalı olduğu 36.000 manat puldan 6000 manat iddiaçıya qaytarmış, 30000 manat borclu qalmışdır; - iddiaçı və onun tanışı, özünü Seyid kimi təqdim edən şəxsin təklifi ilə razılaşmışlar ki, həmin Seyid ev alqı-satqısı edəcək və evin alqı-satqısından əldə edilən 65000 manatın 30000 manatını borcunun əvəzi olaraq iddiaçıya verəcək, qalan 35.000 manat pulla isə biznes fəaliyyəti göstərib gəlir əldə etməklə Seyidin pulunu 20 faiz artıqlaması ilə, yəni 85000 qaytaracaqdır. Bu şərtlər qarşılığında evin alqı-satqısı xərcləri ilə baglı tanışı Elşəndən borca 1000 manat alıb id diaçıya vermiş, iddiaçı tərəfindən dəvət olunduğu 14 saylı Notariat Kontorunda Seyidin iştirakı ilə ev alqı-satqısının ardınca tərtib edilən borc müqaviləsini imzalamışdır. Əvvəlcədən razılaşdığı 65000 manat pulun 35000 manatını iddiaçıdan istədikdə, iddiaçı demişdir ki, pul Seyidin evindədir. Çünki, Notariat Kontorunda evin alqı-satqı ilə bağlı 65000 manat pul nağd şəkildə olmamışdır.
15. Apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini araşdırmaq məqsədilə Bakı şəhəri 14 saylı Notariat Ofisinə sorğu verərək, kredit müqaviləsi üzrə notariat işin əldə etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-585/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov, Lətifə Məmmədova)
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi borcun qaytarılması barədədir. İddiaçı ilə cavabdeh arasında 27 sentyabr 2021-ci il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda kredit müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin.
18. Apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, notariat ofisindən alınmış notariat işindəki mədaxil orderinin surətinə əsasən 65.000 manat məbləğində pul tərəfindən təhvil verilmiş, məxaric orderinə əsasən isə cavabdeh tərəfindən 65.000 manat pul təhvil alınmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara istinadən göstərmişdir ki, qanunvericiliyin tələbinə əsasən kredit müqaviləsi üzrə borcun cavabdehə verilməsini sübut etmə yükü üzərinə düşən iddiaçı tələb etdiyi xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 65.000 manat məbləğində pulu cavabdehə verdiyini sübut etdiyi halda, cavabdeh isə bunu təkzib edən hər hansı bir tutarlı sübut təqdim etməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etdiyi halda cava bdeh bunu təkzib edən o cümlədən, qaytarılmasını təsdiq edən tutarlı sübut məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. a) Kassasiya şikayətinin dəlilləri:
21. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətini dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Seyid ləqəbli şəxsin şəxsiyyəti müəyyən edilməyib və 3-cü şəxs qismində məhkəməyə cəlb edilməmişdir. Təqdim etdiyi şahidlər – X6 oglunun, Elşənin, Bəhrəm Quliyevin, taksi sürücüsü Mehmanın və Bəhruz Talıbovun işin həqiqi halları üzrə dindirilmələri təmin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2 Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 442.1 Öhdəliyi n icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştira kçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən ası lı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar ə sasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətin dən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalar ı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
28. İddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə istinad etmişdir. Cavabdeh isə kredit müqaviləsini imzalasmasına baxmayaraq ona pul verilməməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümləd ən apellyasiya baxışında sübut edə bilməmişdir. Əksinə, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin dəlilini yoxlamaq üçün kredit müqaviləsini təsdiq edən Notariat Ofisindən notariat işini tələb etmiş və notariat işindəki qəbzə əsasən cavabdehin kredit müqaviləsi üzrə 65000 manatı alması barədə qəbzə imza etməsini müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh iddiaya etirazının dəlillərini sübut etməli idi.
30. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan məhkəmələrd ə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı cavabdehlə notarial qaydada bağlanmış kredit müqaviləsi ilə sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. İşdəki sübutlara qiymət verilməsi də MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olmuşdur.
31. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyasının gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından düzgün hesab edir.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, bu dəlillər işin faktiki halları ilə bağlı olmaqla apellyasiya şikayətinin də dəlilləri olub və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə qiymət verib. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki halları ilə bağlı dəlillərə qiymət v ermir.
33. Təqdim etdiyi şahidlərin işin həqiqi halları üzrə dindirilməmələri barədə kassasiya şikayətinin dəlillinə gəldikdə, qeyd edilməlidir ki, işdən cavabdehin belə vəsatətlə çıxış etməsi görünmür. Belə olan halda, vermədiyi vəsatətin təmin edilməməsi barədə cavabdehin şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
34. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-585/2023 saylı, 16 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirimədən