Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4623/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)2829/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.T.Tağıyeva, iş 2(06)-6710/2019) iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASCnin Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması tələbinə dair iddiası təmin edilərək Cavabdeh iddiaçı LPO “xxxxxxxxx” ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 49.250 manat əsas borc, 21.560,95 manat faiz borcu, cəmi 70.810,95 manat məbləğində pul vəsaitinin tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh 30 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin ləğvedicisi X1 xeyrinə tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması və dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Ə.Hüseyn, Ş.A.Məhərrəmova və R.Ə.Qurbanov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin faiz borcunun və cəmi borcun tutulması hissəsində ləğv edilərək iddia qismən təmin edilmiş, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu 7880 manat, cəmi borc isə 57.130 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanımışdır. İşin halları: xx xxxx 2015-ci il tarixdə “xxxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik istifadə faizi 16 faiz olmaqla 46.250 manat məbləğində kredit verilmişdir. 2018-ci ilin fevral ayında ləğv prosesində olan “xxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka 49.250 mana t məbləğində əsas borcunun, 21.560,95 məbləğində faiz borcunun, umumilikdə 70.810,95 manat məbləğində borcunun yaranmasını əsas göstərərək həmin məbləğin və dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İş üzrə iddiaçı ləğv prosesində olan “xxxxxxxxx” ASC Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsinə və iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda Cav abdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra h esab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxxxxxxx” ASC və Cavabdeh xx xxxx 2015-ci il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş məbləğin Cavabdeh verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəlik lərin icra edilməməsi üçün məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırkı iş üzrə kredit müqaviləsinə görə Cavabdeh banka 49.250 manat məbləğində əsas kredit borcunu və kreditdən istifadəyə görə müəyyən olunmuş məbləğdə faiz ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. İş üzrə aparılmış ekspertiza rəyinə görə Cavabdeh xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2016-cı il tarixə 16% hesablanmaqla ASC-yə olan borcu 57.130 manat, ondan əsas borc üzrə 49.250 manat, faiz üzrə 7880 manat, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2016-cı il tar ixdən xx.xx.2017-ci il tarixə (iddia ərizəsində tələb edilən tarixə 5 % hesablanmaqla) 16 % hesablanmaqla ASC-yə olan borcu 61.405,17 manat, ondan əsas borcu üzrə 49.250 manat, faiz borcu üzrə 12.155,17 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarına əsaslanaraq iddiaçının tələb etdiyi faiz məbləğinin yalnız kredit müqaviləsinin icra müddətinin bitdiyi tarixədək, yəni xx.xx.2016-cı il tarixədək hesablanmalı olması qənaətinə gəlmiş və bu əsasla da cavabdehdən faiz məbləğini gecikdirmə müddətləri nəzərə alınmaqla yalnız xx.xx.2016-cı il tarixədək hesablanmış həddə, yəni 7880 manat məbləğində tutulması barədə nəticəyə gəlmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4623/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4623/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver