Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4624/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: yaşayış sahəsinə köçürülmə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2237/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə icl asında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə Cavabdeh 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahından 15 aprel 2007-ci il təvəllüdlü X1və 05 avqust 2009-cu il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. 26.04.2007-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinin-gələcəkdə alıcı-ipoteka qoyan adlandırılacaq Cavabdeh ilə satıcı X2 ilə üçüncü tərəfdən "xxxx" ASC arasında bağlanmış qarışıq müqaviləyə əsasən satıcı Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzil Cavabdeh mülkiyyətinə verir. Mənzilin satış qiyməti 56200 manatdır, mənzili dəyərinin 9200 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən 47000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 25 aprel 2007-ci il 0704-0977/12476 saylı kredit mü qaviləsinə əsasən alıcı-ipotekaqoyana verilmiş kredit vəsaiti hesabını ödənilir. Tərəflər və onların övladları həmin mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Nizami Rayonu Məhkəməsinin 30.05.2014-cü il tarixli qətnaməsi ilə pozulmuş, uşaqların atanın himayəsində qalmasını qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzilə köçürülməsini xahiş etmişdir. (iddia tələbi dəyişdirilmişdir). İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, nikah ləğv ediləndən sonra 04.04.2018-ci il tarixə qədər qeydiyyatda olduğu ünvanda uşaqları ilə birlikdə yaşamışdır. Uşaqlarla yaşamağının səbəbi bu o lmuşdur ki, cavabdeh 2015-ci il tarixdə uşaqları onun üzərinə ataraq Kanadaya köçmüş 27.03.2018-ci il tarixdə gəlib uşaqları 1 həftəlik Kanadaya gəzmək adı ilə aparmışdır. Onun notarial qaydada razılığı əsasında 1 həftəlik getmişlər. 01.04.2018-ci il tarixində geri dönmüşlər. 04.04.2018-ci il tarixdə uşaqları onun himayəsində qoyub onları evdən qovmuşdur. 09.04.2018-ci il tarixdən 05.08.2019-cu il tarixədək Kanadada yeni nikaha daxil olduğu xanımla Kanadada yaşamış və yaşamasına baxmayaraq 15.08.2019-cu il tarixdə yeni ailəsini onun qeydiyyatda olduğu və birgə nikah dövründə əldə etdikləri mənzilə daimi yaşamaq üçün gətirmişdir. Hal-hazırda da onlar həmin mənzildə yaşayırlar. Nizami Rayon Məhkəməsinin 05.30.2014-cü il tarixli qətnaməsinin olmasına baxmayaraq uşaqları uzun müddət onun üzəri nə atıb Kanadaya çıxıb getmişdir. 15.08.2019-cu il tarixdə yeni ailəsini gətirəndən 1 həftə sonra uşaqlarını görmək üçün qeydiyyatda olduğu ünvana getmişdir. Cavabdeh uşaqlarının, anasının və yeni həyat yoldaşının gözü önündə onu döymüş, ona zor tətbiq edərək təhqir etmiş, evdən qovmuşdur. O bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətinə məlumat vermişdir. Şikayət ərizəsi Nizami rayon Pİ-nin icraatına verilmişdir, o da qısa müddət ərzində cinayət işi açaraq işi Nizami Rayon Məhkəməsinə göndərmişdir. Hal-hazırda həmin iş hakim Rauf Əhmədovun icraatındadır. Bu üzdən də iddia tələbləri bundan ibarətdir ki, şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu və birgə nikah zamanı aldıqları evdə yaşayış hüququ bərpa edilməlidir. Qeyd olunanlara əsasən onunla Cavabdeh arasında nikah münasibətləri nin 2009-cu il oktyabrın 1-nədək, yəni 15 aprel 2006-cı il tarixdə yaranmasını, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzilin birgə nikah dövründə alınmasını, habelə onun 2009-cu il oktyabrın 1-nədək, yəni, 2007-ci ildə həmin evə qeydiyyata düşməyini nəzərə alaraq Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, məhəllə 2455, ev 39, 16 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Eyni zamanda cavabdeh iddiaçıya qarşı kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaya dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir (qarşılıqlı iddia tələbi dəyişdirilmişdir). Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, yeni ailə quraraq həyat yoldaşı ilə, uşaqları ilə və anası ilə mülkiy yətində olan mənzildə sıx şəraitdə yaşayır. Hazırda yaşadığı 2 otaqlı mənzilə 6 nəfər güclə sığışır. İddiaçı onun mülkiyyətində olan mənzildə həyat yoldaşı ilə, 3 uşağı ilə və anası ilə sakit və normal şəraitrdə yaşaması qeyrimümkündür. Təranə onun keçmiş həyat yoldaşı olmuş, hazırda isə yeni həyat yoldaşı ilə onun bir evdə yaşayaraq yola getməsi, mehriban və normal şəraitdə yaşaması mümkün deyil və bu cür yaşayış tezliklə ailədə çox ciddi prodlemlər, qanqaraçılıq və ailəsinin normal yaşayışına maneələr yarada bilər. 19 may 2014-cü ildə İddiaçı notarail qaydada təsdiqlənmiş ərizəsində qeyd etmişdir ki, Cavabdeh ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 saylı, 2 otaqlı mənzilinin, avtomobillərin Cavabdeh mülkiyyətində qalmasına etiraz etmir, həmçinin həmin əmlaklara dair heç bir iddia v ə tələbi yoxdur, gələcəkdə də bununla bağlı iddia qaldırmayacaqdır. İddiaçı mübahisəli mənzildən köçüb gedərək bütün əşyalarını aparmışdır və hazırda adı çəkilən mənzildə onun heç bir əmlakı yoxdur. Hazırki günə qədər İddiaçı mübahisəli mənzildə formal olaraq pasport qeydiyyatında qalmış və hal-hazıra qədər pasport qeydiyyatından çıxmamışdır. Bu da onun mənzilinə olan mülkiyyət hüquqlarını pozur. İddiaçı iddia ərizəsində qeyd edir ki, boşandıqdan sonra da mübahisəli mənzildə qalıb uşaqlara baxmışdır. Təranənin dedikləri yalandır, özünə haqq qazandırmaq üçün belə yazmışdır. Təranə ilə aralarındakı nikah pozulduqdan sonra uşaqlarına anası ilə baxmış, Təranə isə arabir həmin mənzilə gəlib uşaqlarına baş çəkib getmişdir. Hətta bunu qonşular da şahid kimi təsdiq edə bilərlər (bu barədə qonşular ın tərtib etdiyi aktı ərizəyə əlavə edir). Cavabdeh mülkiyyətində olan mənzildə yaşamamadığından və formal olaraq pasport qeydiyyatında olduğundan, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən də hüquqlarını itirilmişdir. Qeyd olunnalara əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanındakı 2 otaqlı mənzildən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəməyə təqdim olunmuş 24.10.2019-cu il tarixli ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsi, 2455 saylı məhəllədəki 39 saylı evin 16 saylı mənzil DNK-nın 4Ə/02403 reyestr nömrəli alğı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiy yətindədir. Məhkəməyə təqdim olunmuş 0778/20/Mİ seriyalı 05.06.2020-ci il tarixli "xxxx" MMCnin ekspert rəyinə əsasən, ünvan 2 ünvanındakı 9 mərtəbəli, köhnə tikili binanın 8-ci mərtəbəsində yerləşən Cavabdeh mülkiyyətində olan 30.14 kv.m. yaşayış sahəsindən ibarət, 2 otaqlı 16 nömrəli mənzilin hazırki bazar qiyməti 85000 manat təşkil edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Fikrət Mirzəyev) 01 oktyabr 2020ci il tarixli 2(007)-282/2020 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflərin 14 aprel 2006-cı il tarixdə nikaha girmələrini, 30 may 2014-cü ildə məhkəmə qətnaməsi ilə boşandıqlarını, mənzilin isə 2007-ci ildə əldə olunduğunu nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mü bahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstiitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarına əsas ən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin m əhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Normanın məzmunundan görünür ki, hazırkı iş üzrə mülkiyyətçi (iddiaçı) cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb edirsə ona bazar qiyməti ilə müvafiq kompensasiya verməlidir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia təmin olunmamalıdır. İddiaçının mübahisəli mənzildə istifadə hüququ olduğundan məhkəmə onun həmin mənzilə köçürülməsi barədə ilk iddia tələbini də əsaslı hesab etmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Şərafət Məmmədova - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Xəyal Sarıyev) 11 mart 2021-ci il tarixli qət naməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və on a etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarınd a olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı: “...2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qa ydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstiitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarı: “...Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun ə mələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayət i təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2237/2021 nömrəli iş üzrə 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4624/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4624/2021
18.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver