Məhkəmə qərarları › İş №2(102)-4624/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4624/2022

20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4624/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4624/2022 (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icrası, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Tofiq oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-522/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 20 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh (bundan sonra – cavabdeh) 24 mart 2018-ci il tarixdə İddiaçı (bundan sonra – iddiaçı) hər ay 750 manat olmaqla 10 ay müddətinə qaytarmaq şərtilə 7500 manat məbləğində borc almış və həmin tarixdə bu barədə ərizə yazaraq iddiaçıya vermişdir.

2. İddiaçı tərəfindən 22 sentyabr 2021-ci il tarixdə cavabdehə borcun qaytarılması, əks halda məhkəməyə müraciət olunacağı barədə pretenziya məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7500 manat əsas borc, həmin pulun alındığı xx.xx.2019-cu il tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2021-ci il tarixədək olan 2 il 6 ay müddətində 975 manat gecikdirilmiş faiz borcu və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 8505 manat alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixdə hər ay 750 manat olmaqla 10 ay müddətində qaytarmaq şərti ilə ondan 7500 manat borc alsa da, bu günədək öhdəliklərini icra etməmiş, bu barədə ona xəbərdarlıq etsə də, heç bir nəticəsi olmamışdır.

5. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında iddiaya etiraz edərək, bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə iddiaçıdan 7500 manat pul götürmüş, həmin tarixdə bu barədə ərizə yazaraq qol çəkmiş, lakin pulu özü üçün deyil, dostu üçün götürmüşdür. Belə ki, həmin dövrdə dostunun pula ehtiyacı olduğundan iddiaçıdan 7500 manat götürərə k dostuna vermiş, həmin şəxsi iddiaçı da tanımış, lakin dostu vədinə əməl etməmişdir.

6. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(025)-1775/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin edilərək, cavabdehdən 7500 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7530 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və ondan iddiaçının xeyrinə 7500 manat əsas borc tutulmalıdır. 975 manat faiz borcuna aid hissədə isə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı bu hissədə iddianı əsaslandı ra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir.

8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 442, 445, 448.1, 739, 740-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

10. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Rahim adlı şəxs vasitəsilə Bakı şəhərində Mətbuat prospektində 5 mərtəbəli binanın 1-ci mərtəbəsində (sonradan adını bildiyi) Nümayəndə 5000 manat borc pul almış, 10 ay müddətinə hər ay 750 manat ödəmək şərti ilə (faiz hesablanmaqla) cəmi 7500 manat ödəməyi öhdəsinə götürmüş və bu barədə həmin tarixdə ərizə yazaraq qol çəkmişdir. Aldığı 5000 manat pulu elə həmin tarixdə qaynına (qətnamədə səhvən dostu kimi qeyd olunub) vermiş və ona 5000 manatın əvəzində hər ay 750 manat ödəməklə 10 ay ərzində ödəniş etməli olduğunu, 2500 manatın faiz borcu olduğunu bildirmişdir. Qətnamədə guya dostunun (yəni qaynı Daşqının) vədinə əməl etmədiyi göstərilsə də, belə ifadə verməmişdir. Qaynı Daşqın yanvar 2019-cu il tarixə həmin borcu faizi ilə birlikdə tam olaraq (7500 manat) iddiaçıya ödəmiş, ancaq onun xx.xx.2018-ci il tarixdə həmin borcun götürülməsi barədə qol çəkdiyi ərizə iddiaçıda qalmışdır. xx.xx.2019-cu il tarixdə isə o, iddiaçıdan 7500 manat borc almamışdır. Bu faktı iddia tələbində göstərilənlərlə (xx.xx.2019-cu il tarixdə 7500 manat borc alması barədə) işə təqdim edilmiş bir il əvvəlcədən verilmiş xx.xx.2018-ci il tarixli ərizədəki ziddiyətlər də sübut edir. Qaynı Daşqın xx.xx.2019-cu il tarixdə Rahim vasitəsi ilə iddiaçıdan 10.000 manat borc almış, bu barədə 2021-ci ilin yayında Rahim zəng edərək ona məlumat vermiş, qaynı Daşqından məsələni soruşduqda isə, həqiqətən onun məlumatı olmadan xx.xx.2019-cu il tarixdə Rahim vasitəsilə iddiaçıdan 10.000 manat borc aldığını, 9000 manat ödənildiyini, cəmi 1000 manat borcu qaldığını, onu da ödəyəcəyini, ancaq bu dəfə maddi vəziyyətinə görə faiz ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda iddiaçı, qaynı Daşqının onun məlumatı olmadan aldığı borcun ödənilməsinə görə cavabdehin xx.xx.2018-ci il tarixdə verdiyi, lakin geri almadığı öhdəlik ərizəsind ən yararlanaraq onun hesabına ödəniş edilməsinə çalışır.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-522/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Mahmudov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin iddiaçıdan 10 ay müddətinə hər ay 750 manat qaytarmaq şərti ilə 7500 manat borc alması cavabdehin öz izahatı, eyni zamanda, borc alması barədə onun tərəfindən yazılmış və iddiaçı tərəfindən sü but kimi məhkəməyə təqdim olunmuş ərizə ilə təsdiq edilir. Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini icra etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçıdan xx.xx.2019-cu il tarixdə deyil, xx.xx.2018-ci il tarixdə borc alması ilə bağlı göstərdiklərinə münasibətdə isə birinci instansiya məhkəməsi iddiaçıdan xx.xx.2018-ci il tarixdə borc almasının sübut edilməsi qənaətinə gəlmişdir. Cavabdeh iddiaçının sübut kimi təqdim etdiyi borcun alınması ilə bağlı ərizəni özünün yazdığını etiraf etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində və tələbində xx.xx.2019-cu il tarixli borc müqaviləsinə istinad etmiş, məhkəməyə təqdim etdiyi borc müqaviləsi (borc pulun alınması barədə ərizə) isə xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Əgər iddiaçı iddia ərizəsində və tələbində düzgün müqaviləyə istinad etsəydi və məhkəmə tərəflər arası bağlanmamış (mövcud olmayan) xx.xx.2019-cu il tarixli müqaviləni əsas götürməsəydi, cavabdeh iddianın məhkəməyə xx.xx.2021-ci il tarixdə verilmə faktına istinad edərək, 3 illik iddia müddətinin ötməsi barədə ərizə verərdi. Apellyasiya məhkəməsi isə bu faktı araşdırmamış və faktiki olaraq cavabdehi Mülki Məcəllənin 375.2-ci maddəsində nəzərdə tutulan hüquqdan məhrum etmişdir. Eyni zamanda, iddiaçı iddia tələbinin əsasını dəyişdirməmiş, məhkəmə isə mövcud olmayan müqaviləni əsas götürməklə qətnamə qəbul etmişdir.

15. Digər tərəfdən, iddiaçı pul vermə faktı olaraq xx.xx.2019-cu il tarixə istinad etmiş, məhkəmə isə Mülki Məcəllənin 740.2-ci maddəsində nəzərdə tutulan imperativ normanı tətbiq etmək əvəzinə, qətnamədə həmin faktın aydın olmayan şəkildə təsdiq edildiyini qeyd etmişdir. b)

16. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

19. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

20. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.

21. Maddə 73 9.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

23. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını a raşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eyni olmaqla, Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.

36. Kollegiya şikayətin dəlillərinə münasibətdə, həmçinin vurğulayır ki, cavabdeh Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinin pozulduğunu qeyd etsə də, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh xx.xx.2018-ci il tarixdə iddiaçıdan 7500 manat borc alması barədə ərizə yazaraq iddiaçıya vermi şdir ki, bu sənədin mövcudluğu borc müqaviləsinin forması ilə bağlı qeyd olunan imperativ şərtin ödənilməsi baxımından kifayət edir. Belə ki, qanunverici məbləği üç min manatdan çox olan borc müqaviləsi üçün sadə yazılılıq şərti müəyyən etməklə bununla bağlı xüsusi rəsmiləşdirmə qaydası nəzərdə tutmamışdır.

37. Eyni zamanda, cavabdeh xx.xx.2018-ci il tarixli razılaşma üzrə öhdəliyi tam icra etdiyini bildirsə də, apellyasiya instansiyası məhkəməsi bu dəlilə sübutetmə yükü və həmin halın təsdiq olunması üçün lazımi sübutların təqdim olunması baxımından düzgün hüquqi qiymət vermişdir. Cavabdeh tərəfindən öhdəliyin icra edilməsini təsdiq edən Mülki Məcəllənin 529-cu maddəsində əks olunmuş sübut növlərindən heç biri təqdim edilməmiş və borc sənədi məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuşdur.

38. Sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-522/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar