Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4626/2021 07.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı QSC BOKT-un Cavabdeh və iddiaçı Cavabdeh QSC BOKT-na qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4626/21 (Açar sözlər: əsas və faiz borcu, kredit müqaviləsinin etibarsızlığı) Bakı şəhəri, 07 sentyabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC BOKT-un vəkili Vəkil və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-507/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 07 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı QSC BOKT Cavabdeh “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 125.000 ABŞ dolları, faiz borcu üzrə 175.104,17 ABŞ dolları, cəmi 300.104,17 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı QSC BOKT- na qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi və onunla "xxxx" ASC arasında bağlanmış 28 avqust 2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanına əsasən "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11 av qust 2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X1 Edilməsi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1264 saylı, 14 fevral 2018-ci il tarixli təhvil-təslim aktına əs asən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında 28 avqust 2007-ci il tarixdə, 2201 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 15 % olmaqla 12 ay müddətinə 125.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “borcalan”nın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. Müqavilənin 4.3-cü bəndinə əsasən “borcalan”a verilən vəsaitindən istifadə müddəti 12 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka olan borcu hazırda əsas borc üzrə 125.000 ABŞ dolları, faiz borcu üzrə 175.104,17 ABŞ dolları, cəmi 300.104,17 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsidə pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddiaçının iddia tələbi əsassızdır, belə ki, iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 28 avqust 2007-ci il tarixli, 2201 saylı Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaiti bu müqavilə qüvvəyə mindiyi tarixdən 15 gündən gec olm ayaraq borc verən tərəfindən borc alanın ssuda hesabına köçürülür və bu barədə dərhal borc alana məlumat verilir. Həmin müqavilənin 15.1-ci bəndinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir. Kredit müqaviləsinin 4.2 və 15.1-ci bəndlərinin məzmununa əsasən tərəflər arasında 28 avqust 2007ci il tarixli müqavilə bağlandığı andan borc verən borc alanın ssuda hesabına 125.000 ABŞ dolları keçirməli idi. Lakin iş materiallarından da göründüyü kimi borc verənin borc alanın hesabına 125.000 ABŞ dolları keçirməsi və həmin keçirmə barədə cavabdehə məlumat verməsi barədə hər hansı sübut təqdim edilməmişdir. O, hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxs olub, onun hər hansı ssuda hesabı olmamışdır. Bank haqqında qanunvericiliyə görə ssuda hesabları bankın müştərilərə verdiyi kredi tlərin uçotu, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. İddiaçı tərəf onun ssuda hesabına kredit müqaviləsində nəzərədə tutulmuş məbləği keçirdiyini göstərsə də, həmin hesabdan cavabdehin hər hansı vəsait götürüb-götürməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Kredit müqaviləsinin 3.4-cü bəndidə borcalan tərəfindən təqdim edilən maliyyə və digər məlumatlar tərtib olunduğu vaxtdan borc alanın maliyyə vəziyyətini əhəmiyyətli dərəcədə pisləşdirən dəyişikliklər baş verməmişdir tezisi öz əksini tapmasına baxmayaraq borcalanın kredit müqaviləsi bağladığı vaxtı maliyyə vəziyyəti barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Kredit müq aviləsinin 6.3-cü bəndinə əsasən borcalan tərəfindən kreditin qaytarılması bərabar hissələrlə aylıq ödəmələrin həyata keçirilməsi yolu ilə aparılır. Həmin müqavilənin 6.4-cü bəndinə görə borcalan borc verəndən bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə aldığı kredit vəsaitini 12 ay müddətində ödəməlidir. İddiaçı kreditin ona verildiyi tarixdən indiyədək kreditin qaytarılması ilə bağlı hansı hərəkətlər etməsi, borcverənin onun 12 ildən artıq bir müddətdə krediti qaytarmaması ilə hər hansı tədbirlər görüb-görməməsi barədə nə iddia ərizəsində, nə də iddiaya əlavə edilmiş sənədlərdə məlumat verilmişdir. Borc verən tərəfindən eyni zamanda kredit müqaviləsinin 12.3-cü bəndinin də tələbləri pozulmuşdur. Belə ki, həmin bəddə göstərilmişdir ki, borcverən borcalan tərəfindən kreditin və kredit üzrə hesablanmış faizlərinin ödənilməsinin uçotunu aparır. Müqavilədə ona 28 avqust 2007-ci il tarixdə 125.000 ABŞ dolları kredit verildiyi göstərilsə də, həmin kreditin və kredit üzrə hesablanmış faizlərin 2007-2019-cu illıər ərzində ödənilməsinin uçotu aparılmamış və aparılmamasının səbəbləri iddia ərizəsində göstərilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən müddət ötürülmüşdür (bununla bağlı ayrıca ərizə də verilmişdir). Mülki qanunvericilikdə müqavilələr üçün iddia müddəti 3 il müəyyən edilmişdir. İddiaçı isə 12 ildən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə digər hallarla yanaşı iddiaçı tərəfindən müddətin üzürsüz səbəbdən ötürülməsini və müddətin bərpası barədə məhkəməyə hər hansı vəsatət təqdim etmədiyini nəzərə almalıdır. Yuxarıda qeyd edilən əsaslar onu göstərir ki, borcverənlə borc alan arasında bağlanmış 28 avqust 2007-ci il tarixli Kredit müqaviləsi üzrə müqavilə şərtləri borcverən tərəfindən kobud şəkildə pozulmuş borcalanın ssuda hesabına heç bir kredit vəsaiti köçürülməmiş, əgər köçürülübsə belə bu barədə borc alan xəbərdarlıq edilməmiş, həmin vəsait ssuda hesabından onun tərəfindən götürülməmişdir. Görünür ki, o, formal olaraq kredit müqaviləsini imzalasa da, həmin müqavilədə nəzərdə tutulmuş 125.000 ABŞ dolları məbləğində vəsait ona verilməmiş, digər şəxs tərəfindən mənimsənilmişdir. Bu barədə də borcverən "xxxx" ASC-nin səlahiyyətli şəxslər mütləq xəbərdar olmuşlar. Əks halda, onlar kredit müqaviləsi üzrə 125.000 ABŞ dollar məbləğində xüsusilə külli miqadarda vəsaitin ödənilməsi barədə keçən 12 il ərzində ona hər hansı xəbərdarlıq edərdilər və yaxud krediti ö dəməsi tələbi ilə məhkəməyə müraciət edərdilər. İş materiallarında yalnız “X1 Edilməsi Agentliyi” MMC-nin (icraçı direktor Süleyman Bəkirovun imzasıyla) cavabdehə 4039 saylı, 19 sentyabr 2019-cu il tarixli (yəni kredit müqaviləsinin bağlanmasından 12 il, 22 gün sonra) məktubu vardır ki, həmin məktubda cavabdehin "xxxx" ASC ilə 28 avqust 2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsi bağladığı, müqaviləyə əsasən ona 15 % tətbiq edilməklə 12 ay müddətinə 125.000 ABŞ dollar məbləğində kredit verildiyi, Beynəxalq Bankda İddiaçı QSC arasında bağlanmış 11 avqust 2015-ci il tarixli müqaviləyə əsasən Beynəlxalq Bankın problemli aktivlərinin tələb edilməsi hüququnun İddiaçı ASC-yə keçdiyini, İddiaçı QSC ilə “X1 Edilməsi Agentliyi” MMC arasında 16 sentyabr 2016-cı il tarixdə bağlanmış xidməti müqa viləyə problemli aktivlərin tələb hüququnun idarə edilməsinin “X1 Edilməsi Agentliyi” MMC-nin həyata keçirdiyini, buna görə də onunla bağlanmış 2201 saylı kredit müqaviləsinə əsasən 125.000 ABŞ dolları əsas borc, faiz borcu üzrə 175.104,17 ABŞ dolları, cəmi 300.104,17 ABŞ dolları ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdaedici məlumatlar öz əksini tapmışdır. Göründüyü kimi, ondan kredit borcunu tələb etmək hüququ kreditin verilməsindən 8 il sonra İddiaçı QSC-yə keçmiş, axırıncı isə 16 sentyabr 2016-cı il tarixdə Beynəxalq Bankın problemli aktivlərinin tələb edilməsi hüququnu “X1 Edilməsi Agentliyi” MMC-yə verdiyi göstərilsə də, həmin tarixədək cavabdehlə kreditin bağlanmasından 8 il 1 ay müddət keçməsinə baxmayaraq nə borcverən Beynəlxalq Bank, nə də tələbin güzəşt e dildiyi İddiaçı QSC kreditin ödənilməməsi ilə bağlı cavabdehə heç bir irad bildirməmiş, bununla bağlı ona hər hansı bir yazılı bildiriş yaxud şifahi xəbərdarlıq edilməmişdir. Görünür ki, "xxxx" ASC, həm də İddiaçı QSC-nin rəhbərliyi kredit müqaviləsindəki imzanın ona məxsus olmasına baxmayaraq, 125.000 ABŞ dolları məbləğində kreditin mənimsənilməsində hüquq-mühafizə orqanları (onda olan məlumata əsasən DİN MCQMİ tərəfindən) təqsirli bilinərək məhkəmənin hökmü ilə talama, o cümlədən bank vəsaitlərinin mənimsənilməsi, dələduzluq cinayətinə görə uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dünyamin Xəlilov və onunla birlikdə eyni cinayətin törədilməsinə görə məhkum edilmiş Beynəlxalq Bankın səlahiyyətli şəxslərinin iştirakı iləhəyata keçirilməsindən xəbərdar olmuşlar. Əks hald a, onlar, keçən uzun müddət ərzində cavabdehdən kreditin və ona görə hesablanmış faizlərin qaytarılmasını tələb edərdilər. Lakin onlar bunu etməmişlər. Onun özü də “X2 Edilməsi Agentliyi” MMC-nin (icraçı direktor Süleyman Bəkirovun imzası ilə) ona ünvanladığı 11039 saylı, 19 sentyabr 2019-cu il tarixli məktubunda göstərmişdir ki, bu barədə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən Dünyamin Xəlilov, Cahangir Hacıyev və başqaları barəsində açılmış cinayət işi üzrə həmin idarədə veridiyi izahatında göstərmişdir ki, "xxxx" MTK-nın sədri Hikmət Baxşıyev onu və həmin MTK-da çalışan digər 4 nəfər şəxsi MTK-da Dünyamin Xəlilovun adamı kimi tanınan Kamal Abbasovun tapşırığı ilə kredit müqaviləsi imzalamaq üçün Azərbaycan Beynəlxalq Bankının yadında qalmadığı filialına göndərmişdir. O, həmin filial MTK-da kadrlar şöbəsinin rəisi vəzifəsində işləyən Ruslan Musayevlə birlikdə taksi ilə getmişdir. Ondan və Ruslandan başqa onun qardaşı Şəmsəddin Məmmədov, İbrahim Məmmədov, Mikayılov Məmmədağa, Abbasov Pirağa da kredit müqaviləsi imzalamaq üçün Beynəlxalq Bankın filialına getmişlər. Kredit müqaviləsini oxumadan imza atmış, onunla birlikdə digər kredit müqavilələrini imzalamaq üçün ora göndərilmiş yuxarıda qeyd edilmiş şəxslərin kredit müqavilələri üzrə borcları Dünyamin Xəlilov tərəfindən ödənilmişdir. Ona da borcunun ödənildiyini desələr də, bu yaxınlarda məlum olmuşdur ki, kredit borcu ödənilməmişdir. Göründüyü kimi, iddiaçı ilə onun arasında mübahisələr cinayət xarakterlidir və kreditin götürülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarında müvafi q araşdırmalar aparılaraq təqsirkar şəxslər məsuliyyətə cəlb edilmişlər. Onunqanunsuz kreditin götürülməsində və istifadəsində heç bir günahı və iştirakı olmamışdır. Əks halda, o da cinayət məsuliyyətinə cəlb edilərdi. Buna görə də onunla "xxxx" ASC arasında 28 avqust 2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsi tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyi üçün həmin müqaviləyə qanunvericilikdə əqdlərin etibarsızlığına şamil edilmiş normalar tətbiq edilməklə etibarsız hesab edilməlidir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və ilk iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan so nra – birinci instansiya məhkəməsi) 11 iyun 2020-ci il tarixli 2(001)-1921/2020 nömrəli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) ilk və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, ilk iddia tələbi üzrə qeyd edilməlidir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 28 avqust 2007-ci il tarixdə bağlanmış Kredit müqaviləsinin 4.4-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddəti 12 aydır, ödənilməli olan son tarix isə 28 avqust 2008-ci ildir. İcra müddəti 28 avqust 2008-ci il tarixdə bitmiş, kredit müqaviləsi ilə bağlı iddia müddətinin axımı həmin tarixdən başlansa da, cavabdehə qarşı həmin öhdəlik lər üzrə iddia 03 fevral 2020-ci il tarixdə, başqa sözlə müqavilə tələbləri üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti bitdikdən sonra irəli sürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddiası iddia müddəti keçdiyi üçün təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi üzrə qeyd edilməlidir ki, mülki qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsinin əsasları təsbit olunmuşdur. İşin faktiki hallarından isə görünür ki, tərəflər arasında bağlanmış 28 avqust 2007-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün qanuni əsaslar mövcud deyil. Belə ki, kredit müqaviləsi bağlanarkən hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi əks olunmuş, bank tərəfindən qanun un tələbləri və iddiaçının hüquqlarının pozulması halları isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə, mübahisələndirilən kredit müqaviləsinin etibarsız hesab edilməsinə dəlalət edən hal olsaydı belə, iddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdin mübahisələndirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Belə olan halda, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kredit müqaviləsinin etibarsızlığını əsaslandıra bilmədiyindən, həmçinin, hazırki iddia tələbi mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti ötürülməklə verildiyinə görə qarşılıqlı iddia tələbi rədd olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məc əlləsinin 337.1, 337.2, 337.3, 337.4, 354.1, 354.2, 372.1, 373.2, 375.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı QSC BOKT apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilk iddiaçının iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-507/2021 saylı, 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1921/2020 saylı iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsinin m übahisələndirilən hissədə - ilk iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Emin Mehdiyev - sədrlik edən və məruzəçi, Şərafət Məmmədova, Xəyal Sarıyev) 2(103)-507/2021 saylı, 16 fevral 2021-ci il tarixli qərardadı ilə mülki işə baxılması zamanı müəyyən olunmuş, qərardadda göstərilən faktlarla bağlı xüsusi qərardas çıxarılması və əməldə cinayətin əlamətlərinin olubolmadığının araşdırılması üçün müvafiq sənədlərin surətləri əlavə edilməklə xüsusi qərardadın Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı QSC BOKT tərəflər arasında bağlanı lmış kredit müqaviləsi üzrə kredit borcunu tələb edir. Lakin tədqiq edilmiş mülki iş materialları üzrə tələb edilən borc məbləğinin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh ödənilməsi halını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, hazırkı iş üzrə iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etməsinə dair subyektiv hüququ yaranmamışdır. Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq pro sessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Beləliklə, tədqiq edilmiş mülki iş materialları üzrə iddiaçının tələb etdiyi borc məbləğinin cavabdehə ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi halda birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olub-olmamasını araşdırmadan ilk iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etməkdə düzgün olmayan nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən - ilk iddianın təmin olunmamasına dair hissəsində ləğv edilməli və ilk iddia tələbi təmin edilməməlidir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İlk iddia üzrə İddiaçı QSC BOKT (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxılmamış və nəticədə Azərbaycan Respublikası MPM-nin 8.2, 9.1, 88, 385.1.1 və 385.1.2-ci maddələrinin tələbləri pozulmuşdur. İşdə olan qarşılıqlı iddia ərizəsində müəyyən edilir ki, Cavabdeh tərəfindən 28.08.2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsinin imzalandığını, lakin həmin müqavilədə nəzərdə tutulmuş vəsaitin ona verilməməsini göstərmişdir. Əgər həqiqətən kredit müqaviləsində nəzərdə tutulmuş vəsait borcalana zamanında verilməsə idi, bu hal kredit müqaviləsinin ləğvi üçün əsas ola bilərdi. Həmçinin 28.08.2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsinin 12.1 və 13.1ci maddəsinin tələblərinə əsasən borc verən (Bank) öhdəliklərinin icrasına görə məsuliyyət daşıyır. Lakin Cavabdeh müqavilənin mövcudluğu və müəyyən öhdəliklərin icra edilməsindən xəbər dar olduğu təqdirdə onun tərəfindən kredit vəsaitinin alınmaması ilə bağlı nə Banka yazılı etiraz, nə də məhkəməyə müqavilənin ləğvi barədə iddia ərizəsi ilə əlaqədar müraciəti olmamışdır. Halbuki, onun Mülki Məcəllənin 421-ci maddəsinin tələblərinə əsasən kredit müqaviləsinin müvafiq surətdə ləğvi ilə bağlı əsasları vardır. Lakin o, bununla bağlı hərəkətsizlik etmişdir. Cavabdehin hərəkətsizliyi ona dəlalət edir ki, "xxxx" ASC tərəfindən 28.08.2007-ci il tarixli, 2201 saylı kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər icra olunur. Qeyd olunan kredit müqaviləsi üzrə bir çox sənədlərin saxlama müddəti keçdiyi üçün məhv edilmişdir. Göründüyü kimi, cavabdeh öz vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirməmiş, öhdəliklərin icrasından yayınmışdır. Qeyd olunan hallar məhkəmə t ərəfindən araşdırılmamış, bank sənədlərinə sübut kimi qiymət verilməmiş və prosessual normaların tələbləri pozulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC BOKT-un vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apelyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onarın istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbu l olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. “Eyrenin İrlandiyaya qarşı iş üzrə” İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarına əsasən, məhkəməyə müraciət etmək hüququ şəx sin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olar aq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, ilk iddiaçı kasasiya şikayətini iddiaçının subyektiv hüququnun mövcud olması, apelyasiya kollegiyasının subyektiv hüquqa malik olmasına dair işdə olan sübutlara düzgün hüquqi qiymət verməməsi il ə əsaslandırsa da, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, ilk iddiaçı hazırki iddia tələbi üzrə məhkəməyə müraciət etmək hüququna malik olmamış, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, tələb edilən borc məbləğinin İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh ödənilməsi halını təsdiqləyən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu əsasla da hazırkı iş üzrə iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etməsinə dair subyektiv hüququnun yaranmaması müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC BOKT tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-507/2021 nömrəli iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.