Məhkəmə qərarları › İş №2(102)-4627/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4627/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4627/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14718/2019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında bağlanmış, Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş 16 oktyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 08 yanvar 2018-ci il tarixədək hissə-hissə qaytarmaq şərtilə 55.000 ABŞ dolları məbləğində pul vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 oktyabr 2017-ci il tarixli borc müqaviləsi üzrə 55.000 ABŞ dolları borcun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, pulu hissə-hissə qaytarmaq şərti ilə 08 yanvar 2018-ci il tarixədək cavabdehə versə də, cavabdeh bu günə kimi borcunu qaytarmamışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-454/2019 nömrəli iş üzrə 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qeyd olunan borcu 08 yanvar 2018-ci il tarixədək tam qaytarmağı öhdəsinə götürsə də, öhdəliyini pozmuş, borcunu qaytarmamışdır. Ona görə də 55.000 ABŞ dolları məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 386, 430, 442, 445.2.1, 739.1, 740-cı maddələrinə ist inadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi səbəbindən ləğv edilməlidir. Belə ki, məhkəmə iddiaya onun iştirakını təmin etmədən, yalnız iddia çının şifahi mülahizəsinə əsaslanaraq baxıb təmin etmişdir. Əgər məhkəmə iddiaçının verdiyi izahata əsaslanırsa, onun da sözügedən iddia ilə bağlı izahatı dinlənilməli idi. Belə ki, iddiaçı ilə aralarında bağlanmış borc müqaviləsində nəzərdə tutulmuş borc məbləği tam şəkildə qaytarılmasına baxmayaraq, məhkəmə yenidən ondan pulun tutulması haqqında qətnamə qəbul etmişdir. İddiaçı ilə onun işgüzar münasibətləri olmuş və nəticə etibarı ilə onun bır çox məsələlərdə etibarını qazanmışdır. Lakin sonradan iddiaçı ona olan etibarından sui-istifadə edərək belə bir ağıla sığmayan iddia ilə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyə əsasən, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, süb utlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlış və qanunsuzdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-14718/2019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Cavabdeh apellyasi ya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini tələb etsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması barədə apellyasiya şikayətindəki dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin rəsmi qaydada qeydiyyatda olduğu, eyni zamanda apellyasiya şikayətində də göstərilmiş ünvana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məhkəmə bildirişləri göndərilmişdir. Bundan əlavə, cavabdeh məhkəmə bildirişlərini şəxsən qəbul etmiş, birinci instansiya məhkəməsinin 06.05.2019-cu il tarixə təyin edilmiş iclasında iştirak etmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti, həmçinin onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları araşdırmamış, maddi və prosessual hüquq normalarının t ələblərini pozmuşdur. Kassator şikayətində qeyd etmişdir ki, borcunu vaxtından əvvəl qaytarmışdır. Sonradan iddiaçı ondan əlavə olaraq 40.000 ABŞ dolları pul istəmişdir. Halbuki nə borc müqaviləsi bağlananda, nə də ondan sonra, iddiaçı ona pulun faizə verilməsi ilə bağlı heç bir söz deməmişdir. Onu yaxın dost bilib ondan yardım istəmişdir. İddiaçı isə heç bir şərt qoymadan pulu ona vermişdir. Pulun faizə verildiyini bilsəydi, o qədər pulu iddiaçıdan almazdı. Bununla belə, əsas borcdan əlavə iddiaçıya 6000 ABŞ dolları pul vermiş, lakin heç bir yazılı sənədə imza etdirməmişdir. Borcun qaytarılmasını təsdiq edə biləcək şahidləri və video çəkiliş vardır. Özü qeydiyyatda olduğu ünvanda yaşamır. Ona görə də, məhkəmə iclasları barədə məlumatı olmamışdır. Məhkəmədə yalnız bir dəfə müddətin bərpası ilə bağlı təyin edilmiş iclasda iştirak etmiş, orada da bildirmişdir ki, Azərbaycan dilini yaxşı mənimsəməmişdir, qanunlarını bilmir. Bundan sonra ona heç bir məhkəmə iclası barədə məlumat verilməmişdir. Müqavilə bağladığı vəkil də onu aldadaraq heç bir məhkəmə iclasında iştirak etməmiş, xeyrinə hər hansı iş görməmişdir. Kassasiya şikayətinə görə, məhkəmə MPM-in 9, 14, 135.2, 140.1, 140.6, 217, 218-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçının v əkili apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyas iya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Mə hkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nə dən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmaması barədə kassatorun dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin dəlilə münasibət bildirmişdir və Məhkəmə həmin mövqe ilə razılaşır. Cavabdeh kassasiya şikayətində Azərbaycan dilini kafi səviyyədə bilmədiyini qeyd etsə də, apellyasiya şikayətində belə bil hala istinad etməmiş, birinci və apellyasiya məhkəməsinin icraatında tərcüməçi ilə təmin olunması barədə vəsatət verməmişdir. Cavabdeh apellyasiy a və kassasiya icraatında vəkillə təmsil olunmuş, kassasiya baxışında vəkillə birlikdə verdiyi izahatında öz mövqeyini Azərbaycan dilində sərbəst ifadə etmiş və verilən sualları heç bir çətinlik çəkmədən cavablandırmışdır. Bu baxımdan Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilini də əsassız hesab edir. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-14718/2019 nömrəli iş üzrə 10 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar