Məhkəmə qərarları › İş №2(102)-463/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-463/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-463/2021 01.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı LPO İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-463/21 (Açar sözlər: prosessual müddətin bərpasından imtina, müddətin üzrsüz səbəbdən buraxılması) Bakı şəhəri, 01 mart 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı LPO İddiaçı1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil, Cavabdeh 1, onun vəkili Mahmudov Müşfiq Ziyəddin oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı1-nin Cavabdeh1 qarşı “kredit muqaviləsinin ləğv edilməsi, əsas borcun, faiz borcunun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı LPO İddiaçı1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə 01 mart 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba Rayon Məhkəməsinin 2(027)-20/2015 nömrəli, xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı LPO İddiaçı1-nin Cavabdeh1 qarşı “kredit muqaviləsinin ləğv edilməsi, əsas borcun, faiz borcunun tutulması” tələbinə dair iddiası rədd edilmişdir. (haki m Füzuli Pənahov).

2. İddiaçı LPO İddiaçı1-nin apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Мəhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(027)-20/2015 saylı dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov)

3. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin surəti xx xxxx 2020-ci il tarixdə iddiaçı banka rəsmi olaraq təqdim edilmişdir.

4. İddiaçı LPO İddiaçı1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Kasasiya şikayəti və müddətin bərpas ı barədə ərizə xx xxxx 2020-ci ildə apelyasiya məhkəməsinə daxil olmuşdur.

5. Müddətin bərpası barədə ərizə onunla əsаslаndırılıb ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-484/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin surəti bankın ünvanına xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkə ərazisində, o cümlədən Bakı şəhərində xüsusi karantin rejimi tətbiq edilməsi barədə qərar qəbul edilmiş və Azərbaycan Respublikasının bütün məhkəmələrində məhkəmə icraatları təxirə salınmışdır.

6. Həmçinin xüsusi karantin rejimi müddətində Əmanətlərin Sığortalanması Fondunun iş fəaliyyəti məhdudlaşdırıldığından prosessual m üddət üzrlü səbəbdən ötürülmüşdür.

7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair ərizə təmin edilməmiş, iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)484/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Telman Quliyev)

8. Apelyasiya instansiyası müəyyən etmişdir ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti iddiaçı ləğv prosesində olan “İddiaçı1 ” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsinə xx xxxx 2020-ci il tarixdə rəsmi təqdim оlunub. Kassasiya şikayəti isə xx xxxx 2020-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət buraхılıb.

9. Apellyasiya instansiyası müddətin bərpası barədə ərizədə göstərilən halları müddətinin üzrlü səbəbdən buraхılması kimi qiymətləndirməyib.

11. Apellyasiya instansiyası müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı iddiaçı təşkilatın dəlilinə qiymət verərək qeyd edib ki, Nazirlər Kabinetinin istinad olunan qərarlarına əsasən ölkən vətəndaşlarına SMS icazə ilə gün ərzində 2 saat olmaqla icazə verilməsi, eyni zamanda bank fəaliyyəti ilə məşğul olan təşkilatlara fəaliyyət göstərilməsi nəzərdə tutulmuşdur ki, bununla da iddiaçı təşkilatın kassasiya şikayətinin poçt vasitəsi ilə məhkəməyə göndərilməsinə hər hansı mane olmamışdır. Bu səbəbdən də qeyd edilən dəlil müddətin buraxılmasının üzrlü halı kimi qəbul edilə bilməz.

12. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 128, 129, 133.1, 405.0.1, 408.1.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və xx.xx.2020-ci il tarixli qətnamədən verilmiş kassasiya şikayətinə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti m üddətin bərpası barədə ərizənin dəlillərinə uyğun əsaslandırılmaqla, şikayətdə həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsinə, bununla da bankın hüquqlarının pozulmasına istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 və vəkili Mahmudov Müşfiq Ziyəddin oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəll ə Maddə

128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 405.0.1 Apelyasiya instansiyası məhkəməsinin aktlarından q ətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa qaytarılır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə 408.2 Bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apelya siya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmə dən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrə k, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

19. Kassasiya şikayəti apellyasiya instansiyasının aktının ləğvinə yönəldiyindən məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

21. Apellyasiya instansiyasınin müəyyən etdiyi işin hallarından görünür ki, barəsində kassasiya şikayəti verilən qətnamənin surəti iddiaçı təşkilata xx xxxx 2020-ci il tarixdə rəsmi təqdim оlunub. Kassasiya şikayəti isə xx xxxx 2020-ci il tariхdə verilməklə qanunvericilikdə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddət 1 ay 14 gün buraхılıb.

22. İddiaçının müddətin buraxılması ilə bağlı göstərdiyi səbəbləri apelyasiya məhkəməsi üzrlü saymamaqla düzgün nəticəyə gəlib.

23. Ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə poçt-rabitə sistemi işləmişdir. Həmçinin xx xxx 2020-ci il tarixdən etibarən Sumqayıt Apellyasiya Məhkəməsində iş rejimi tam bərpa edilmiş, işlərə baxılmasına başlanmışdır.

24. Belə olan hal da, iddiaçının xüsusi karantin rejimi ilə bağlı göstərdiyi halları üzrlü saymamaqla apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı1-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-484/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar