Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4633/2019 11.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1, nümayəndəsi və vəkili Quliyev Elnur Ağalar oğlunun, cavabdeh x2 vəkili Dünyamalılı İradə Şəms qızının iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(009)2216/2018 saylı qətnaməsi ilə (hakim Z.Əliyev) ilk iddia qismən təmin olunaraq, ünvan 1 ünvanında yerləşən qe yri-yaşayış sahəsindən x1 istifadə etməsinə yaradılmış maneələrin aradan qaldırılmasının x2 həvalə edilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-807/2019 saylı qətnaməsi ilə (hakimlər: R.Qurbanov, E.Nəbiyev və A.Hüseyn) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 2(009)-2216/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-807/2019 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşilıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 ca vabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən (ünvan 2) onun istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılmasının x2 həvalə edilməsi və cavabdehdən 292136 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda x2 ilk iddia ilə birlikdə baxılmaq üçün x1ə qarşı qarşılıqlı iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2018-ci ilin yanvar-iyun aylarında ödənilməmiş 24000 manat icarə haqqı məbləğinin, eləcə də ünvan 2 təmiri üçün x2ndan götürdüyü 37000 ABŞ dolları məbləğində pulun cavabdeh x1dən tutularaq, x2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(103)-807/2019 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd, qarşilıqlı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 vəkili Dünyamalılı İradə Şəms qızı kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı x1, nümayəndəsi və vəkili Quliyev Elnur Ağalar oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçını, tərəflərin nümayəndəsini və vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə x2 məxsusdur. 2017-ci ilin əvvəlində x1 ilə x2 atası x3 restoranın yenidən qurulması, zəruri avadanlıqla təmin edilməsi və işlədilməsi barədə razılığa gəlmişlər. Tikinti-təmir işlərinə x1 tərəfin dən də vəsait sərf edildiyinə görə restoranın onun tərəfindən icarəyə götürülməklə işlədilməsi ilə qoyduğu vəsaitin hissə-hissə qaytarılması üçün icarə haqqını aşağı məbləğdə razılaşdırmışlar. 28 noyabr 2017-ci ildə həmin sahənin icarəyə verilməsinə dair x2 (icarəyə verən) ilə x1 (icarəyə götürən) arasında müqavilə bağlanmışdır. Müqaviləyə görə, x2, həmin qeyri-yaşayış sahəsini 28 noyabr 2022-ci ilədək x1 icarəsinə verməyi, x1 isə aylıq 4000 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdən etibarən x1 restoranı icarəçi kimi işlətməyə başlamışdır. Bundan əlavə, tərəflər arasında 08 fevral 2018-ci il tarixdə bağlanmış podrat müqaviləsi üzrə x1 həmin qeyri-yaşayış sahəsinə çardağın yığılması xidmətlərinin görülməsini, x2 isə bu xidmətin müqabilində ona 4000 manat pul ödəməyi öhd əsinə götürmüşdür. 2018-ci ilin mart ayının ortalarında x1 Türkiyə Respublikasına getmiş, həmin ayın sonlarında tərəflər arasında mübahisə yaranmış və x1 tapşırığı ilə restoranda işləyən x4 qeyri-yaşayış sahəsindən çıxarmışlar. x1 Bakı şəhərinə qayıtdıqdan sonra x2 onu həmin sahəyə buraxmamışdır. İddiaçı bildirir ki, qeyri-yaşayış sahəsinin yenidən qurulmasına və avadanlıqlarının alınmasına 300000 manata yaxın vəsait sərf etmiş, restoranı işlətmək üçün 165 adda mətbəx avadanlığı, müxtəlif ərzaq və əşyalar almış, dörd mərtəbədən ibarət restoranın hər mərtəbəsində xeyli həcmdə tikinti-təmir işləri aparmış, restoranı özü işlətmiş və başqa şəxsin icarəsinə verməmişdir. x4 isə icarəçi deyil, onun işçisi olmuş, qarşı tərəflə bağladığı müqavilə üzrə heç bir öhdəliyini pozmamış, cavabdehlə münasib ətlər onun atası x3un ölümündən sonra tamamilə pisləşmiş, onu və işçilərini icarəyə götürdüyü restorandan qanunsuz çıxarıb oraya buraxmamışdır. Cavabdeh bildirir ki, iddiaçı icarə müqaviləsinin tələblərini kobud şəkildə pozmuş, 24000 manat icarə haqqını ödəməmiş, icarə obyektini uzun müddət nəzarətsiz qoymuş, onu tapmaq mümkün olmamış, icarəyə götürdüyü əmlakın ikinci əldən icarəyə verilməməsi barədə müqavilə şərtinə əməl etməmiş, habelə restoranın təmiri üçün ona verilmiş 37000 ABŞ dollarını təyinatı üzrə xərcləməyərək mənimsəmişdir. Bu səbəbdən iddiaçı və onun işçilərini restorandan çıxarmış və oraya buraxmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbləri mübahisəli qeyri-yaşayış sahəsindən iddiaçının istifadə etməsinə yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsi hissəsində əsaslıdır. Belə ki, Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Normadan göründüyü kimi, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsi olmaqla, icarəçiyə (kirayəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan bəhər və gəlir götürmək imkanını təmin edir. Bu səbəbdən, kirayə müqaviləsindən fərqli olaraq icarə müqaviləsində icarəçinin (kirayəçinin) əsas məqsədi icarəyə götürdüyü obyektdən müəyyən gəlir əldə etmək olur. Eyni zamanda, icarə müqaviləsi əmlak kira yəsi müqaviləsi olduğundan bu müqaviləyə əmlak kirayəsi haqqında müddəalar tətbiq edilə bilər. Belə ki, Mülki Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında icarə münasibətlərinin mövcudluğu işin mübahisəsiz halıdır və mübahisəli qeyri-yaşayış sahəsi 28.11.2017-ci il tarixdən 28.11.2022-ci il tarixədək iddiaçının qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Buna baxmayaraq, iddiaçının işçiləri 2018-ci ilin mart ayının sonunda həmin sahədən çıxarılmış və iddiaçı, hazırkı vaxtadək cavabdeh tərəfindən oraya buraxılmır. Cavabdeh bu hərəkətini iddiaçının müqavilə öhdəliklərini pozması ilə əsaslandırmış və müqavilə öhdəliyinin pozuntusu kimi 3 hala, yəni iddiaçının icarə haqqını ödəməməsinə, icarə obyektini uzun müddət nəzarətsiz qoymasına və icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verməsinə istinad etmiş və bu səbəblərdən müqavilədən birtərəfli qaydada imtina etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri ic ra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 685.2.1-ci və 685.2.2-ci maddələrində isə təsbit olunmuşdur ki, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, yaxud ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. Qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Lakin hazırkı işdə iddiaçının müqavilə öhdəliklərini pozması halları müəyyən olunmur. Belə ki, iddiaçı icarə müqaviləsinin bağlandığı 2017-ci ilin noyabr ayından sonrakı hər ay üçün icarə məbləğlərini ödədiyini və bununla əlaqədar qarşı tərəflə heç bir mübahisələrinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər x4, x5, x6, x7, x8 restoranın icarə haqlarının ödənildiyini, icarə haqqına görə hər hansı narazılığın olmadı ğını təsdiq etmişlər. Apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq qeyd etmişdir ki, icarə haqqının birinci dəfə ödənilməli olduğu 2018-ci ilin dekabr ayından etibarən əgər həmin haqq ödənilməmişdirsə, icarəyə verən, bu barədə icarəçiyə bildiriş göndərməli idi. Lakin cavabdeh 2017ci ilin dekabr - 2018-ci ilin mart ayları ərzində gecikdirilən icarə haqlarının ödənilməsi, əks təqdirdə müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi haqqında iddiaçıya bildiriş göndərməmişdir. Halbuki, Mülki Məcəllənin 690.1. və 690.2-ci maddələrinə görə əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildiriş yazılı formada verilməlidir. Əmlak kirayəsi müqaviləsinin ləğvinə dair bildirişdə müqavilənin ləğvi üçün əsaslar göstərilməlidir. İş materiallarında bu məzmunda 04 aprel 2018-ci il tarixdə tərtib olunmuş pretenziyanın iddiaçıya ünvanlanması haqqında sənəd vardır. Lakin həmin sənəd tərəflər arasında artıq mübahisə yarandıqdan və iddiaçı qeyri-yaşayış sahəsindən faktiki olaraq çıxarıldıqdan sonra tərtib olunmuşdur. Yəni həmin sənəd, icarəyə verənin çıxarılmaya qədər icarə haqqını ödəməsi barədə icarəçini xəbərdar etməsini təsdiqləmir. Bundan başqa həmin pretenziyanın iddiaçıya çatdırılmasını təsdiq edən sübut təqdim olunmamışdır. Həmçinin, cavabdehin nümayəndəsi etiraf etmişdir ki, mübahisəli sahənin icarəsinə görə iddiaçı tərəfindən 12000 manat icarə haqqı ödənilmişdir. Göründüyü kimi qeyd olunanlar təsdiq edir ki, iddiaçı qeyri-yaşayış sahəsindən çıxarıldığı mart ayınadək işlədiyi üç ayın (2017-ci ilin dekabr, 2018-ci ilin yanvar və fevral ayları) icarə haqqını tam şəkildə ödəmişdir. Mart ayı başa çatmadan, müqavilə şərtləri pozulmaqla sahədən çıxarıldığı üçün həmin ayın və sonrakı ayların icarə haqqının x1dən tələb edilməsi isə əsassız və qanunsuzdur. Çünki Mülki Məcəllənin 684.1-ci maddəsinə görə əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı icarə haqqını vaxtında ödəməsi barədə müqavilə öhdəliyini pozmamışdır. Belə olan halda cavabdehin məhz icarə haqqının ödənilməməsinə istinad edərək, xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini birtərəfli qaydada ləğv etməsi qanuna uyğun deyildir. Həmçinin cavabdehin istinad etdiyi ikinci hal, yəni iddiaçının icarəyə götürdüyü əmlakı subicarəyə verməsi halı da müəyyən olunmur. Belə ki, həmin hal şahidlər x4, x9, x7, x8 və ən əsası cavabdehin vəsatətinə əsasən məhkəmədə dindirilmiş şahidlər x5 və x6un ifadələri ilə təkzib olunur. Çünki, həmin şahidlərin hər biri öz ifadələrində x1 icarəyə götürdüyü qeyri-yaşayış sahəsini özünün işlətməsini, başqa birinə icarəyə verməməsini, 2018-ci ilin mart ayının ortalarında Türkiyəyə müvəqqəti olaraq getməsini, x4un icarəçi deyil, x1 işçisi olduğunu və sonuncu Azərbaycanda olmadığı dövrdə işlərə nəzarət etdiyini bildirmişlər. Cavabdehin istinad etdiyi üçüncü hal, yəni iddiaçının icarə obyektini uzun müddət nəzarətsiz qoyması isə ümumiyyətlə icarə müqaviləsindən birtərəfli qaydada imtina üçün əsas ola bilməz. Belə ki, iddiaçının Türkiyəyə müvəqqəti getdiyi, restoranı nəzarətsiz qoymadığı, x4un oradakı işlərə nəzarət etdiyi işdə olan çoxsaylı şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Həmçinin icarəçinin mütləq qaydada və davamlı şəkildə icarəyə götürdüyü obyektdə şəxsən olması kimi bir məcburi qayda mövcud deyildir. Bu səbəbdən, əşya icarəyə verildikdən sonra, icarəyə verən obyektin necə işlədilməsi, oradakı gündəlik işlərlə bilavasitə kimin məşğul olması və s. kimi məsələlərə qarışa bilməz. Ona görə ki, həmin işlərin heç biri icarəyə verənin mənafeyinin pozulması ilə bağlı hallar deyil. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bağladığı icarə müqaviləsindən birtərəfli qaydada imtina etməsi üçün gətirdiyi dəlillər əsassızdır və o, əsassız olaraq tərəflər arasında bağlanmış icarə müqaviləsi ləğv olunmadan, etibarsız hesab olunmadan və digər heç bir əsas olmadan iddiaçını həmin obyektə buraxmamış və onun icarəsində olan əşyaya sahiblik və istifadə hüquqlarını pozmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə uyğun olaraq, mübahisəli qeyri-yaşayış sahəsindən istifadə etməsinə yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Ona görə də, həmin hissədə ilk iddia təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, ilk iddia tələblərinin cavabdehdən 292136 manat pulun tutularaq iddiaçıya ödənilməsi hissəsi rədd edilməlidir. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçü n aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda Mülki Məcəllənin 21.2-ci maddəsində zərərin anlayışı göstərilmişdir. Həmin maddəyə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin məzmunundan da görünür ki, hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər ad lanan faktiki itkilərə zərərçəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir, əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Çünki iddiaçı həmin tələbi irəli sürərkən qeyri-yaşayış sahəsindən və oraya qoyduğu vəsaitdən, həmçinin gəlirdən mərhum olduğuna istinad etmişdir. Lakin ilk iddianın təmin olunan hissəsi iddiaçının vəsait qoyduğu və avadanlıq aldığı qeyri-yaşayış sahəsindən maneəsiz və icarə müqaviləsinin şərtlərinə uyğun şəkildə istifadəsini özündə ehtiva edir. Bu, həm də iddiaçının həmin sahəyə sərf etdiyi vəsaitdən məhrum olması halı nı aradan qaldırır. İddiaçının 5 ay ərzində 50000 manat gəlir əldə etməsi isə hər hansı sübutla təsdiq olunmur. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə ilk iddia tələbləri rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri də rədd edilməlidir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, iddiaçı tərəfindən 2018-ci ilin mart ayınadək icarə haqları gecikdirilmədən vaxtında ödənilmişdir. Həmin tarixdən sonrakı dövrlərdə icarə haqlarının cavabdeh tərəfindən tələb edilməsi isə əsassızdır və Mülki Məcəllənin 700.1-ci maddəsi baxımından tətbiq edilə bilməz. İddiaçının 37000 ABŞ dollarının mənimsənilməsi sübut olunmur. Ona görə də, həmin tələblər istər Mülki Məcəllənin 443-cü maddəsi, istərsə də 157.2 və 1092-ci maddələri baxımından təmin edilə bilməz. Belə olan halda isə kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri rədd edilməlidir Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4633/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4633/2019
11.07.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver