Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4634/2020 28.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili X5 oğlunun, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçı X1 ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli X5 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia əriz əsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 09 iyul 2015-cii il tarixli kredit müqaviləsinə əsasən “İddiaçı’' İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 2800 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09 iyul 2015-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 16 aprel 2018-dək Cavabdeh1 banka 09 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1563.08 ABŞ dolları əsas borc, 1226.23 ABŞ dolları faiz borcu və 830.54 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 3619.85 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddi açı İKB ASC-nin xeyrinə 09 iyul 2015-cü il tarixli kredit müqaviləsi üzrə 1563.08 ABŞ Dolları əsas borc, 1226.23 ABŞ Dolları faiz borcu və 830.54 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə 3619.85 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılması xahiş olunmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin (hakim R.Mustafayev) X5 saylı iş üzrə 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1563,08 ABŞ dolları məbləğində əsas borc, 1226,23 ABŞ dolları məbləğində faiz borcu, 830,54 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 3619,85 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın tutularaq İddiaçı İKB ASC-nin xeyr inə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ondan cərimə borcunun tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər A.İmanov, E.Nəbiyev, R.Qurbanov) X5 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin X5 saylı iş üzrə 21 iyun 2018 il tarixli qətnaməsinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 830,54 ABŞ dolları məbləğində cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı İKB ASCnin xeyrinə müştərək qaydada 100 (yüz) ABŞ dolları cərimə borcunun tutulması, qətnamənin Cavabdeh1 münasibətdə və digər hissədə, yəni “1 563,08 ABŞ dolları məbləğində əsas borc, 1226,23 ABŞ dolları məbləğində faiz borcunun ödəniş gününə Azərbaycan manatı məzənnəsinə uyğun olaraq və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən qətnamə ona rəsmi qaydada təqdim edilmədiyindən, həmçinin poçt orqanı vasitəsilə ona göndərilmədiyindən, o, qanunla nəzərdə tutulmuş prosessual hərəkətləri edə bilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli, qərardadı ilə Cavabdeh1 Bak ı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməyərək kassasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2018-ci il tarixli qərardadının ləğv edilərək işin apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, faktiki yaşadığı X5 tək yaşayır və məhkəmənin istinad etdiyi, yəni 22 oktyabr 2018-ci il tarixi dövrlərdə işdə olmuş, dənizdə operator işlədiyi üçün ayın 15 gününü dənizdə qalan 15 gününü isə evdə olur, işdə olduğu dövrlərdə y aşayış olmadığından həmin qətnamənin alınmasını təsdiq edən xəbərnaməyə kim tərəfindən imza edilməsi şübhəli olaraq qalır. Qərardad qəbul edilərkən məhkəmədə onun iştirakı təmin edilsə idi, onda məlum olardı ki, qətnaməni kim alıb və xəbərnamə kim tərəfindən imzalanıb. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil şikayətinin dəlilərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X5 oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respu blikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin surəti 05 oktyabr 2018-ci il tarixdə Cavabdeh1 ünvanına göndərilmiş və həmin qətnamə 22 oktyabr 2018-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir (iş v. 69). Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X 5 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə 03 mart 2020-ci il tarixdə daxil olmuşdur. Kassasiya şikayəti üzrsüz səbəbdən müddəti ötürməklə vermişdir. Ərizəsində qətnamənin Cavabdeh1 çatdırılmadığını göstərsə də, iş materialları ilə bu hal təkzib olunur. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, kassasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin qərardadını qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X5 saylı 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin surəti Cavabdeh1 22 oktyabr 2018-ci il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, o, kassasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməmiş və üzrsüz səbəbdən kassasiya şikayəti vermə müddətini ötürmüşdür. Cavab deh kassasiya şikayətində qətnaməni qeyd edilən tarixdə almadığını bildirsə də, işdə olan 07.12.2018-ci il tarixli ərizəsindən görünür ki, o, məhkəmənin onun barəsində ədalətli qərar qəbul etdiyini və həmin qətnamənin onun faktiki yaşadığı ünvana daxil olduğunu bildirmiş və qətnamə üzrə icra vərəqəsinin də faktiki yaşadığı ünvan üzrə Pirallahı rayon İcra Şöbəsinə göndərilməsini xahiş etmiş və ərizəyə faktiki yaşayış ünvanını təsdiq edən Pirallahı Bələdiyyəsinin 13.11.2018-ci il tarixli arayışını əlavə etmişdir.(iş.v. 72-73) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsas vermir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının X5 saylı 03 iyun 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4634/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4634/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver