Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4635/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı “L əğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)967/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)513/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim N.T.Tağıyeva) ilkin iddia ərizəsi üzrə İddiaçı cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsinin etibarsız hesab edilm əsi və s.” tələbinə dair ilkin iddia ərizəsinin və qarşılıqlı iddia üzrə iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-967/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və F.F.Babayev) ilkin iddia üzrə cavabdeh “xxxx” ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməyərək, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxxx 2019-cu il tarixli qətnamənin apelyasiya baxışının predmeti olan, yəni qarşılıqlı iddi anın həll edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, bank ilə onun arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilərək müqaviləyə xitam verilməsi və həmin müqavilə üzrə yaranmış borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borc alanların kredit reyestrindən aldığı çıxarışa əsasən iddiaçıya məlum olmuşdur ki, guya o, xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan 150.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Müqavilə üzrə borcu guya əsas məbləğdən 1.500 ABŞ dolları, faiz məbləğdən isə 10.941,53 ABŞ dolları təşkil edir. Həmin müqavilədən və borc məbləğindən iddiaçının xəbəri yoxdur. Həmin müqavilənin bağlanmasında saxtakarlıqlar olmuşdur. İddiaçının adında borcun qalması iddiaçının hüquqlarını pozur. Belə ki, həmin qeydi görən kredit təşkilatları iddiaçıya kredit verməkdən imtina edirlər. İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qarşılıqlı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə İddiaçı Nizamı qızından «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1.500 ABŞ dollar əsas borcu, 10.749,03 ABŞ dollar faiz borcu, cəmi 15.098,88 ABŞ dollar borcu, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş e tmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2 iqt(81)-2410/2012 saylı qətnaməsi ilə bankın müflis elan edilməsi və banka ləğvedici qismində “X1 Company” MMC-nin təyin edilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə bankın ləğvedicisi dəyişdirilərək, bankın ləğvetmə prosesi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmişdir. Bundan sonra Fond bankın sənədlərini qəbul edərək onların əsasında bir neçə ödənilməmiş qalan kredit borclarını aşkar etmişdir. O cümlədən müəyyən edilmişdir ki, bank ilə iddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 12 ay müddətinə, illik 20 faiz dərəcəsi olmaqla, 150.000 ABŞ dollar ı məbləğində kredit verilmişdir. İddiaçı qeyd olunan “Kredit müqaviləsi” üzrə bank qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, banka olan borcunu qaytarmamışdır. İddiaçının xx.xx.2019-cu il tarixinə banka 1.500 ABŞ dollar məbləğində əsas kredit borcu, 10.749,03 ABŞ dollar məbləğində faiz borcu mövcuddur. Daha sonra İddiaçı qarşılıqlı iddiaya iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Ərizədə göstərilir ki, iddiaçı ilə bank arasında “Kredit müqaviləsi” bağlanmamış, onun banka borcu yoxdur. Hər bir halda qarşılıqlı iddia təmin edilə bilməz, çünki müqavilənin bağlanma tarixi kimi “xx.xx.2009-cu il”, müqavilənin qüvvədə olma müddəti isə “12 ay” göstərilir. Belə olan halda hesab edilməlidir ki, müqavilənin müddəti xx.xx.2010cu il tarixdə bitmişdir. Lakin həmin vaxtdan 9 il keçməsinə baxmayaraq nə bank, nə də ki, Fond müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişlər. Bununla da iddia müddətini ötürülmüş hesab edilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin e dilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq ilkin iddia üzrə İddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Məmmədov Azər Məhəbbət oğlunun izahatını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya inst ansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarından görünür ki, tərəflər öz aralarında bağlanmış xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin nə bir nüsxəsini, nə də ki, surətini məhkəmələrə təqdim etməmişlər. İş materiallarından məlum olur ki, İddiaçı onunla bank arasında xx.xx.2009-cu il tarixli “Kredit müqaviləsi” bağlanmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin hazırki apelyasiya baxışının predmeti olmayan hissəsi ilə artıq müəyyən edilmişdir ki, bank ilə iddiaçı arasında xx.xx.2009-cu il tarixdə “Kredit müqaviləsi” bağlanmışdır və müqavilə etibarsız deyil. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə tərəflər arasında “Kredit müqaviləsi” mövcud olmuş və onların hüquq münasibətləri həmin müqavilə bağlandığı andan yaranmışdır. Müəyyən olunmuşdur ki, müqavilə 12 ay müddətinə bağlanmış və xx.xx.2010-cu il tarixədək qüvvədə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə görə başqa şəxsdən hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir (maddə 372.1.). Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (maddə 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir (maddə 373.2.). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlayır (maddə 377.2). Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bank tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsinin şərtlərinə görə iddiaçıya verilən kredit vəsaitindən istifadə müddəti 12 aydır və bu müddət xx.xx.2010-cu il tarixdə bitir. Cavabdeh Bankın ləğvedicisi olan Fondun birinci instansiya məhkəməsinə təqdim etdiyi ödəniş cədvəlindən və ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə banka 148.500 manat məbləğində ödəniş edilmişdir. Belə olan halda iddia müddətinin axımı məhz xx.xx.2010-cu il tarixdən başlamış və Mülki Məcəllənin 373.2-ci maddəsinin tələbinə əsasən xx.xx.2013cu il tarixdə bitmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Mə cəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İlkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 3 illik iddia müddətinin bitməsindən təxminən 5 il 2 ay sonra, yəni xx.xx.2019-cu il tarixdə iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyin dən və iddia müddətini üzrsüz səbəbdən ötürdüyündən apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi müvafiq maddi hüquq normalarını və iddiaçının ərizəsini nəzərə alaraq qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh Ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-967/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul
Məhkəmə qərarları › İş №2(102)-4635/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4635/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver