Məhkəmə qərarları › İş №2(102)-4635/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4635/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4635/2021 18.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-346/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə i şə 18 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" ASC (bundan sonra – Bank) ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə Bankdan 9500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2016-cı il tarixli “Əlavə saziş”ə əsasən onlar qeyd edilən bu Sazişə əsasən razılığa gəlmişlər ki, kreditin qalıq məbləği olan 8253,44 ABŞ dolları Mərkəzi Bankın 21.11.2016-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) kovnertasiya edilməklə 14105,95 manat məbləğində müəyyən edilir və kreditin qaytarılma müddəti 21.09.2021-ci il tarixədək uzadılır. 21. 11.2016-cı il tarixli, № 2-Z1-3-0-229-15 nömrəli Zaminlik Müqaviləsinə əsasən “Zamin” Cavabdeh2 “Bank” qarşısında “Borcalanın” kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Bank iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış 09.06.2015-ci il tarixli “Kredit müqaviləsinin” ləğv edilməsi, həmin müqavilə üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 9099,13 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1274,37 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 81,89 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu nun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və borcalanın Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 müştərək qaydada tutularaq banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlər banka olan borcu ödəməmiş, bank qarşısında üzərilərinə götürdükləri öhdəlikləri icra etməkdən yayınmışlar. Nəticədə cavabdehlərin iddiaçı Banka 9099,13 manat məbləğində əsas borcları, 1274,37 manat məbləğində əsas kredit borcuna hesablanmış faiz borcları və 81,89 manat məbləğində cərimə (dəbbə) borcları yaranmış və Bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Bankın təqdim etdiyi hesablamaya əsasən, Cavabdeh1 Bank qarşısında üzərinə götürdüy ü öhdəliyin icra edilməməsi səbəbindən aşağıda qeyd edilən borc yaranmışdır: əsas kredit borcu – 9099,13 manat, əsas kredit borcuna hesablanmış faiz borcu – 1274,37 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə (dəbbə) – 81,89 manat. Bank tərəfindən Cavabdeh1 ünvanlanmış 02.08.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə Bank borc məbləğinin 5 gün müddətində ödənilməsini tələb etmişdir. Məhkəməyə təqdim olunmuş 16.01.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən Cavabdeh1 5024,68 manat məbləğində kompensasiya almışdır. Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin 28 fevr al 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının restrukturizasiya hissəsinə düşmür. İşə əlavə edilmiş 21.11.2016-16.01.2020-ci il tarixə olan çıxarışa əsasən Cavabdeh1 5024,68 manat məbləğində kompensasiya ödənilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (hakim Somaz Ədilova) 17.01.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışından da görünür ki, cavabdehin 9099,13 manat əsas borc, 1274,37 manat faiz borcu, 81,89 AZN cərimə borcu olmaqla, ümumilikdə 10455,39 manat borc təşkil edir və cavabdehlər 21.09.2021-ci il tarixdə müddəti bitəcək müqavilənin şərt lərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən də məhz tələb olunan məbləğ müştərək qaydada tutulmalıdır. Məhkəmə Cavabdeh1 iddia tələbinə etirazını əsaslandırdığı hallara dair qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə heç bir gecikmə olmadan 2019-cu ilin fevral ayınadək ödənişləri həyata keçirməsi işin mübahisəsiz halı olduğu müəyyən olunur. Lakin o hal da müəyyən olunur ki, həmin tarixdən sonra cavabdeh ödəmələrini dayandırmışdır. Bu baxımdan cavabdehin etirazında əsaslandığı hallar (Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə bağlı borc mənə bağışlanıb. Nə yə görə ödəniş etməliyəm?) mülki işdən göründüyü kimi mövcud deyil. Həmçinin də, bəhs edilən Fərmanla cavabdehə kompensasiya (09.06.2015-ci il tarixli, № 2-Z1-3-0-229-15 nömrəli Kredit Müqaviləsi 21.11.2016-cı il tarixdə konvertasiya edilərkən, kredit məbləğinin artmış hissəsi) ödənilmiş, lakin onun müqavilənin sonunadək yəni 21.09.2021-ci il tarixinədək kredit müqaviləsi üzrə ödəməli borcu qalmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyşdirilməsini, iddia tələbinin “kredit müqaviləsinin ləğv edilməsi barədə” hissəsinin təmin edilməsini, qalan tələblərin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın “borcun tutulması barədə” hissəsi əsassızdır. Belə ki, Cavabdeh1 müqavilə öhdəlik lərini icra etmiş, Banka 17000 manat ödəmiş, bundan başqa “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmanın icrası ilə əlaqədar onunla Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə dövlət tərəfindən Banka 5300 manat məbləğində kompensasiya ödənilmişdir. Hazırda Cavabdeh1 Banka heç bir borcu yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova, Rəşad Həsənov) 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd etmişdir ki, iş materiallarında olan 16.01.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanına əsasən Cavabdeh1 5024,68 manat məbləğində kompensasiya almışdır. İş materiallarında olan 21.11.2016-16.01.2020-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh1 5024,68 manat məbləğində kompensasiya ödənilmişdir. Məhkəmə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbir lər haqqında” 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmandan irəli gələn halların Cavabdeh1 kredit borcuna münasibətdə nəzərə alındığı halda qalıq borcun müəyyən edilib-edilmədiyini, həmçinin borc qalığı müəyyən edildiyi halda, borcun məbləğinin nə qədər təşkil etdiyini müəyyən etmək məqsədi ilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30.11.2020-ci il tarixli rəyi ilə 09.06.2015-ci il tarixli, 2-Z1-3-0-229-4İP saylı kredit müqaviləsinin, eləcə də həmin kredit müqaviləsinin əsasında imzalanmış 21.11.2016-cı il tarixli əlavə sazişin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh1 iddiaçı Banka 29.10.2019-cu il tarixə (maliyyə arayışında borcun hesablandığı tar ixə) olan əsas borcu 9100,06 manat, faiz borcu 1274,47 manat, ümumi borcu 10374,54 manat məbləğində müəyyən edilir. Bundan başqa qeyd edilir ki, Cavabdeh1 “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmandan irəli gələn hallar nəzərə alınmaqla 07.10.2019-cu il tarixdə 5024,68 manat məbləğində kompensasiya ödənilmişdir. İş materiallarının 164-cü səhifəsində olan hesabdan çıxarış sənədində həmin ödənişin iddiaçı Bank tərəfindən cavabdehə ödənilməsi öz əksini tapmışdır. Məhkəmə, verilmiş bu rəyin əsaslılığına hər hansı bir şübhə yaranmadığına, bununla bağlı iş üzrə cavabdeh Məhkəməyə sübut təqdim etmədiyinə görə, həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir. Məhkəmə ekspert rəyini iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv araşdıraraq müəyyən etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Fərmandan irəli gələn hallar cavabdehin borcuna münasibətdə nəzərə alınmış və ona 5021,68 manat məbləğində kompensasiya ödənilmişdir. Lakin buna baxmayaraq cavabdehin kredit borcu qalmışdır. Cavabdeh1 yuxarıda qeyd edilən Fərman əsasən ödənilmiş məbləğdən başqa onun tərəfindən Banka nağd ödənişlər edilməklə borcun tam həcmdə ödənilməsini bildirsə də, bu halı təsdiq edə biləcək sübutu (sübutları) məhkəmələrə təqdim etməmişdir. Yuxarıda göstərilən ekspert rəyində isə artıq qeyd edildiyi kimi, göstərilir ki, borc tam ödənilməmiş, 10374,54 manat məbləğində borc mövcuddur. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki müba hisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışları və ekspert rəyi ilə müəyyən edilmiş məbləğər əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən iş ə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instans iyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit mü qaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin başqa bir dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-346/2021 nömrəli iş üzrə 05 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar