Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4636/2020 27.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və X7 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh və onun vəkili X1, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X8 iştirakı ilə, Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)241/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Mehriban Qarayeva) xx xxxxxx 2017-ci il tarixli 2(008)-1078/2017 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh 273600 manat pulun əldən çıxmış faydaya görə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 273630 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi, ilk iddia tələbinin qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Vüqar Həsənov sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) xx xxxxxx 2018-ci il tarixli 2(103)1095/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi hissəsində ləğv edilmiş, ilk iddia rədd edilmiş və qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Ələsgər Əliyev - sədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vəfaddin İbayev) xx xxxx 2018-ci il tarixli 2(102)-3911/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Tofiq Səmədov sədrlik edən və məruzəçi, İkram Şirinov, Elşən Kazımov) xx xxxxxxx 2018-ci il tarixli 2(103)9245/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi mübahisələndi rilən hissədə, yəni ilk iddianın qismən təmin və qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, İlqar Dəmirov) xx xxxxxx 2019-cu il tarixli 2(102)-1227/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Aida Hüseynv) 26 fevral 2020-ci il tarixli qətnaməsi iləCavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər i Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilk iddianın qismən təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 360000 manat pul tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında ümumi sahəsi 13206,7 kvadrat metr olan torpaq sahəsi İddiaçı MMC-nin (əvvəlki adı “xxxx” ASC) mülkiyyətindədir. 2004-cü il tarixdə Cavabdeh yuxarıda qeyd edilən ərazinin bir hissəsini qanunsuz olaraq zəbt etmişdir. Ərazini zəbt etdikdən sonra orada 4 təsərrüfat obyekti və bir mərmər sexi tikdirib, icarəyə vermişdir. Obyektlər 2004-cü il tarixindən bu günə kimi 12 il ərzində icarəyə verilmişdi r. Hər bir obyektdən ayda 500 manat miqdarında icarə haqqı əldə edilməsi nəzərə alınarsa cavabdeh 12 il müddətə ümumi olaraq 360000 manat məbləğində gəlir əldə etmişdir. Cavabdeh cavabdeh oğlu cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi zərərə görə 170000 manat, mənəvi zərərə görə 200000 manat, cəmi olaraq 370000 manatın cavabdeh İddiaçı MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, onun tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsi zəbt edilməmiş və həmin cəmiyyətə hər hansı bir zərər vurulmamışdır. Əksinə, iddiaçı tərəfindən ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, ünvan 2 ünvanında yerləşən 2000 kvadrat metr torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçı MMC-nin əməkdaşları 2016-cı ilin noyabr ayının 13-dən 14-nə keçən gecə mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinə ağır texnika ilə qanunsuz olaraq özbaşına girərək orada olan elektrik, mexaniki, avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmışlar. Həmçinin onlar tərəfindən 75 metr uzunluğunda olan daş hasarı uçurulmuş və dəmir darvaza sındırılmışdır. Bundan başqa həmin ünvanda icarədarlara məxsus olan əmlaklar da yararsız hala salınmışdır. Bunun nəticəsində ona külli miqdarda maddi zərər dəymişdir. Həmçinin artıq bir neçə aydır ki, həmin ünvanda yerləşən sahəni digər şəxslərə icarəyə verə bilmədiyi üçün fayda əldə edə bilmədiy indən də ona maddi zərər vurulmuşdur. Vurulmuş maddi zərərin məbləği 170000 manat təşkil edir. Bundan başqa cavabdehin yuxarıda qeyd edilən hərəkətləri ona iztirablar və sarsıntılar verməklə mənəvi zərər vurmuşdur. Mənəvi zərər üzrə təzminatın məbləği 200000 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəti cəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşə yenidən baxan Apellyasiya məhkəməsi mübahisənin həllinə dair Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu ıl tarixli 2(102)-1227/2019 saylı qərarındakı göstərilşlərinə əməl etməmiş, həmin göstərişlərə məhkəməmünasibət bildirməmişdir. Məhkəmə iddiaçı tərəfindən hər hansı bir sübut təqdim olunmadığı halda İddiaçı MMC-yə məxsus torpaq sahəsinin Cavabdeh tərəfindən 2004-cü ildən zəbt edilməsi qənaətinə gəlmişdir. Məhkəmə şifahilik prinsipini pozaraq, icraatına xitam verilmiş cinayət işi üzrə dindirilmiş şəxsləri məhkəmə prosesində dindirmədən onların ifadələrinə sübut kimi istinad etmişdir. Məhkəmə hətta qanunsuz istinad etdiyi cinayət işinə xitam verilməsinə dair qərarla müəyyən edilmiş hallara belə zidd olan nəticəyə gəlmişdi r. Həmin qərarda Cavabdeh tərəfindən 167 kvadrat metr torpaq sahəsinin zəbt edilməsi göstərildiyi halda üst-üstə 800 kvadrat metr sahəni icarəyə götürmüş icarədarların ödədiyi icarə haqlarını qanunsuz əldə edilmiş gəlir kimi qiymətləndirmişdir. Məhkəmə icraatına xitam verilmiş cinayət işi üzrə dindirilmiş X2, X11 və X3 2013-2014-cü ildən 2016-cı ilin noyabr ayınadək torpaq sahəsini Cavabdeh icarəyə götürmələri barədə ifadələrinə sübut kimi istinad etsə də, İddiaçı MMC-nin torpaq sahəsinin 2004-cü ildən zəbt olunması qənaətinə gəlmişdir. İddiaçı MMC faktiki mülkiyytətində və istifadəsində olan torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunduğu iddia edilən 467 (0,0467 hektar) kvadrat metr torpaq sahəsindən 30 dəfə çox olduğu halda bu illər ərzində hər hansı bir gəlir əldə etməsi müəyyən edil məmişdir. Məhkəmə İddiaçı MMC-nin nizamnamə kapitalınını 65282 manat təşkil etməsini yanlış olaraq şirkətin gəlirlə işləməsini təsdiq edən hal kimi qəbul etmişdir. İddiaçı MMC torpaq sahəsinin 2004-cü ildən zəbt edildiyini iddia etsə də, bu müddət ərzində onun iddia etdiyi qanun pozuntularına göz yummasına qiymət verməmişdir. Məhkəmənin Cavabdeh 12 il ərzində hər ay zəbt etməsi iddia olunan torpaq sahəsindən 1900 manat gəlir götürməsini hansı sübutlara əsasən müəyyən etməsi qətnamədən aydın deyildir. Bakı Apellyasiya Məhkəməsində işə üçüncü dəfə baxarkən həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş lakin işin faktiki hallarını nəzərə almamış, tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2018-ci il tarixli vəsatətdə qoyulmuş suallara əhəmiyyət verməmişdir. Halbuki, vəsatətdə torpaq sahələrində tərəflərin faktiki istifadəsində olan torpaq sahələrində rəsmi kordinatlardan kənara çıxma hallarının olubolmamasının, olduğu halda bunun konkret nədə ifadə olunmasının araşdırılması da xahiş edilmişdi. İş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfidən keçirilmiş ekspert rəyi mübahisə yarandıqdan və artıq məhkəmə araşdırmasının predmeti olduqdan sonra verilmiş Reyestrdən çıxarışa və torpaq sahəsinin texniki sənədlərə əsaslandığı üçün sübut kimi qəbul edilə bilməz. İşin obyektiv həlli üçün ekspertiza İddiaçı MMC-yə ilkin torpaqayırma sənədləri əsas götürülməklə keçirilməli idi. Apelyasiya instansiyası məhkəməsi bu hallara əhəmiyyət verməyətək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Cavabdeh və onun vəkili X4 məhkəmə kollegiyasının iclasında kas sasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X16 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 3 ünvanda yerləşən 13206,7 kvadrat metr torpaq sahəsi İddiaçı MMC-nin mülkiyyətində, həmin ərazidə yerləşən 2000 kvadrat metr torpaq sahəsi isə Cavabdeh mülkiyyətindədir. İddiaçı bildirir ki, 2016-cı ilin oktyabr ayında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları MMC-yə məxsus torpaq sahəsinə baxış keçirmiş və torpaq sahəsinin ərazisini ölçmüşlər. Bundan sonra həmin qurumun əməkdaşları torpaq sahəsinin sol tərəfdən təxminən 12 metr ərazisinin qonşu torpaq sahəsinin sahibi tərəfindən zəbt olunmasını, əslində həmin ərazinin sənədlə və xəritə ilə MMC-yə məxsus olmasını bildirmişlər. Bununla əlaqədar MMCnin rəhbəri X32 qonşu torpaq sahəsinin sahibi Cavabdehla görüşmüş, həmin şəxsin hasara aldığı torpaq sahəsinin təxminən 12 metr ərazisinin MMC-yə məxsus olmasını bildirmiş və həmin ərazini boşaltmasını, hasarın yerini dəyişməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Bu səbəbdən xx xxxxxx 2016-cı il tarixdə axşam saatlarında MMC-nin rəhbəri həmin əraziyə ağır texnika və fəhlələr çağırmış, qonşu torpaq sahəsinin təxminən 12 metr ərazisinin MMC-yə məxsus olmasını bildirmiş və həmin ərazidə dəyərli əşyaları kənara qoymaq şərti ilə qalan lazımsız, tullantı əşyaları təmizləyib torpaq sahəsini boşaltma larını tapşırmışdır. Bir neçə saat ərzində onlar Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində MMC-yə məxsus olan 12 metr ərazidəki dəyərli əşyaları kənara yığmışlar, yerdə qalan tullantı və lazımsız əşyalar isə yük maşınları ilə daşınmışdır. Sonra traktor tərəfindən torpaq sahəsi tamamilə tullantı əşyalardan təmizlənmişdir. Bununla bağlı torpaq ərazisində işləmiş icarədarlar X3, X12, X9, X2 və əlavə olaraq X5 özünün Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət etdikləri şikayət ərizələri əsasında xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 186.1-ci və 188.7-ci maddələri ilə cinayət işi açılmış, istintaq zamanı İddiaçı MMC-nin direktoru X13 iş üzrə şahid qismində dindirilərək ifadəsində bütün bu halları göstərmişdir. Cinayət işinin istintaqı zamanı ün van 4 ünvanında yerləşən və Cavabdeh istifadəsində olan torpaq sahəsinin İddiaçı MMC-nin direktoru X5 göstərişi ilə sökülmüş hissəsinin iş üzrə təyin edilmiş məhkəmə tikintitexniki və torpaqşünaslıq ekspertizasının rəyinə əsasən İddiaçı MMC-yə məxsus olması müəyyən edilmişdir. Bununla yanaşı istintaq zamanı sökülmüş torpaq sahəsi üzərində tikinti materiallarının satışı ilə məşğul olan icarədarlar, yəni X14, X6, X21 və X17 istintaqa ərizə ilə müraciət edərək, həmin hadisə ilə bağlı heç bir şikayətlərinin və tələblərinin olmamasını göstərmişlər. Odur ki, hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi İddiaçı MMC-yə məxsus torpaq sahəsində tikilmiş obyektlər cavabdeh tərəfindən 2004-cü ildən bu günə kimi 12 il ərzində icar əyə verilmiş, hər bir obyektdən ayda 500 manat icarə haqqı əldə edilmiş, bu isə 12 il müddətə ümumi olaraq 360000 manat gəlir təşkil etmişdir. Bu da mülkiyyətçinin bu müddət ərzində yuxarıda qeyd olunan torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan məhrum olması ilə nəticələnmişdir. Cavabdeh iddiaya etiraz etmiş və qarşılıqlı iddia irəli sürərək bildirmişdir ki, iddiaçıya məxsus hər hansı torpaq sahəsini zəbt etməmiş və həmin müəssisəyə heç bir zərər vurmamışdır. Əksinə, iddiaçı öz hərəkətləri ilə ona maddi və mənəvi zərər vurmuşdur. Belə ki, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixə keçən gecə iddiaçı MMC-nin əməkdaşları mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsinə ağır texnika ilə özbaşına girərək orada olan elektrik, mexaniki, avt omatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmışlar. Həmçinin iddiaçı MMCnin əməkdaşları tərəfindən ona məxsus olan 75 metr uzunluğunda daş hasar uçurulmuş və dəmir darvaza sındırılmışdır. Bundan başqa həmin ünvanda ayrı-ayrı icarədarlara məxsus olan əmlaklar da tam yararsız hala salınmışdır. Bunun nəticəsində ona külli miqdarda maddi zərər dəymişdir. Eləcə də artıq bir neçə aydır ki, həmin ünvanda yerləşən obyektləri digər şəxslərə icarəyə verə bilmədiyi üçün fayda əldə edə bilmir. Bu səbəbdən də ona maddi zərər dəymişdir. İddiaçı yeni şəhadətnamə alıb və həmin vaxt onun özü aldadılıb. Mübahisəli ərazidə iki icarədar olub, üçüncü icarədar olan mərmər sexi isə onun torpaq sahəsində yerləşir. Həmin ərazini də iddiaçı tə rəf zəbt etmişdir. İddiaçı MMC-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində sarsıntı, iztirab keçirmiş və ona mənəvi zərər dəymişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə verilmiş məhkəmə ekspertizası rəyi ilə Cavabdeh tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kvadrat metr hissəsinin faktiki istifadə edildiyi və həmin sahədə daş sexinin fəaliyyət göstərdiyi müəyyən olunur. Eyni zamanda Cavabdeh da həmin torpaq sahəsində obyektlərin olduğunu və onları müxtəlif şəxslərə icarəyə verərək, gəlir əldə etdiyini qarşılıqlı iddia ərizəsində etiraf etmiş, lakin həmin torpaq sahəsinin iddiaçıya deyil, onun özünə məxsus olduğunu bildirmişdir. Həmin obyektlərin cavabdehin mülkiyyətində olan 45 kvadrat metr hissədə yerləşməm əsi isə işin mübahisəsiz halıdır. Çünki iş üzrə məhkəmə ekspertizası rəyi verildikdən sonra cavabdeh bu hala (obyektlərin həmin torpaq sahəsində yerləşməsi halına) istinad etməmişdir. Beləliklə, qeyd olunanlarla tam təsdiq olunur ki, 2004-cü ildən 2016cı ilin noyabr ayına qədər Cavabdeh İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsindən qanunsuz istifadə edərək, ticarət və istehsal obyektləri kimi ayrı-ayrı şəxslərə və müxtəlif qiymətlərə (400, 500, 1000 manat, cəmi 1900 manat) icarəyə vermiş və 12 il ərzində ümumilikdə 273600 manat məbləğində gəlir əldə etmək imkanında olmuşdur (12 x 1900 = 22800 x 12 = 273600). Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1092.1, 1092.1.1 və 157.5-ci maddələrinə əsasən həmin məbləğin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmək də haqlıdır. Qarşılıqlı iddia tələbinə qiymət verərək apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, həmin iddia təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda İddiaçı MMCnin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki Cavabdeh zərərin mövcud olmasının və bunun İddiaçı MMC-nin qanunsuz hərəkətləri nəticəsində vurulmasının təsdiqi barədə sübutları təqd im etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Eyni zamanda iş materiallarında olan xx xxx 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin üzərində tikinti materiallarının satışı ilə məşğul olan icarədarlar, yəni X10, X21, X18 və X6 istintaqa ərizə ilə müraciət edərək, həmin hadisə ilə bağlı heç bir şikayət və tələblərinin olmamasını göstərmişlər. Bu baxımdan qarşılıqlı iddianın təmin edilməsi üçün hər hansı əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apelyasiya instansiyası məhkəməsi icarəyə verilmiş obyektlərin cavabdehin məhz qanunsuz olaraq istifadə etdiyi torpaq sahəsində yerləşib-yerləşməməsi, eləcə də iddiaçı təşkilatın mülkiyyətində olan torpaq sahəsi ilə həmsərhəd eyni ərazidə yerləşən cavabdehin mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi barədə iş üzrə müvafiq ekspertiza keçirilməsini təmin etmişdir. Məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 15269 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə gös tərilmişdir ki, Azərbaycan Respublikasının X19 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli **********03 saylı mütəxəssis rəyinə əsasən, İddiaçı MMC-nin və Cavabdeh faktiki istifadəsində olan torpaq sahələrinin müvafiq olaraq İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 1,2345 ha torpaq sahəsinin və Cavabdeh mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 2000 kvadrat metr torpaq sahəsinin ölçü və koordinatları ilə mülkiyyət sənədləri üzrə 45 kvadrat metr hissəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Aparılmış tədqiqat nəticəsində mülkiyyət sənədi üzrə mübahisələndirilən 543 kvadrat metr torpaq sahəsinin 45 kvadrat metr hissəsinin Cavabdeh, qalan hissəsinin isə İddiaçı MMC-y ə məxsus olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən İddiaçı MMC-nin mülkiyyətində olan torpaq sahəsinin 498 kvadrat metr hissəsinin faktiki istifadə edildiyi və həmin sahədə daş sexi fəaliyyət göstərdiyi müəyyən olunmuşdur. Baxış zamanı tədqiq olunan sahədə hər hansı tikilinin və ya hasarın sökülməsi müşahidə edilmədiyindən bu sual üzrə tədqiqat aparılmadı. Lakin rəydən görünür ki, ekspertiza tədqiqatı aparılarkən ekspert məhkəmə mübahisəsi dövründə iddiaçının adına alınan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa istinad etmişdir. Cavabdeh bu hala etiraz edərək İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsinin sərhədlərinin iddiaçıya ilkin torpaq ayırma sənədlərinə əsasən aparılmasını göstərərək ekspert rəyinə etiraz etmişdir. Cavabdeh tərəf isə iddiaçının adına olan daşınmaz əm lakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair texniki sənədlərin hazırkı mübahisə gedən vaxt verildiyinə, həmçinin “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 16 nömrəli arayışına istinad edərək, həmin rəyə etiraz etmiş, iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə məhkəməyə vəsatət vermişdir. Digər tərəfdən cavabdeh tərəf məhkəməyə “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 16 nömrəli arayışını təqdim edərək iddiaçı MMC-yə verilmiş keçmiş texniki pasportla indiki texniki pasport arasında fərqlərin olduğunu, iddiaçıya verilmiş yeni çıxarışda artıq sahə göstərildiyini bildirmişdir. Cavabdeh məhkəməyə vəsatət verərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən, həmçinin X19 Komitəsindən İddiaçı MMC-yə məxsus torpaq sahəsinin hansı ölçüdə və torpaq sahəsinə nisbətdə hansı hiss ədən dövlət ehtiyacları üçün alınmasına dair arayış təqdim edilməsini xahuş etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının vəsatətlərinə heç bir münasibət bildirmədən vəsatətin rədd edilməsini qeyd etmiş, qeyd olunan halların araşdırılması üçün əlavə və ya təkrar məhkəmə ekspertizasının keçirilməsini müzakirə etməmişdir. Halbuki həmin halların müəyyən edilməsi işin nəticəsi üçün həlledici əhəmiyyət kəsb edir. İş materiallarından görünür ki, Cavabdeh mülkiyyətində olan 2000 kvadrat metr torpaq sahəsini iddiaçının “xxxx” ASC-dən (indiki İddiaçı MMC) xx xxxxxxx 2004-cü il tarixdə satın almış, xx xxxxxx 2004-cü il tarixdə isə həmin torpaq sahəsinə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla 003787 nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə verilmiş və səlahiyyətli dövlət orqanları tərəfindən torpaq sahəsinə texniki sənədlər tərtib edilmişdir. Göstərilən tarixdən etibarən Cavabdeh torpaq sahəsinin sərhədlərində hər hansı dəyişiklik edilməmişdir. “xxxx” ASC-nin 15206,7 kv metr torpaq sahəsi olmuş, həmin sahədən 2000 kv metri cavabdeh X20 satıldıqdan sonra 13206,7 kv metr torpaq sahəsi qalmışdır. “xxxx” ASC-nin həmin torpaq sahəsinə xx xxxxxx 2004-cü il tarixli 003880 nömrəli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə verilmişdir. Tərəflərin izahatlarına görə daha sonra həmin torpaq sahəsinin bir hissəsi dövlət ehtiyacları üçün geri alınmışdır. “xxxx” ASC-nin 13206,7 kv metr torpaq sahəsinə işlənmiş texniki sənədlərdən tərəflərə məxsus torpaq sahələrinin sərhədləri qırıq xəttlərlə çəkilələrək şərti olması qeyd edilmişdir. İddiaçı MMC-nin nümayəndəsi də göstərir ki, 2016-cı ilin oktyabr ayında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin əməkdaşları MMC-yə məxsus torpaq sahəsinə baxış keçirmiş və torpaq sahəsinin ərazisini ölçmüşlər. Bundan sonra həmin qurumun əməkdaşları torpaq sahəsinin sol tərəfdən təxminən 12 metr ərazisinin qonşu torpaq sahəsinin sahibi tərəfindən zəbt olunmasını, əslində həmin ərazinin sənədlə və xəritə ilə MMC-yə məxsus olmasını bilmişdir. Bundan sonra Vaqif İsgəndərovdan MMC-nin zəbt olunmuş torpaq sahəsinin boşaldılmasını tələb etmişdir. Cavabdeh isə həmin torpaq sahəsinin ona məxsus olduğunu göstərmişdir. Göründüyü kimi iddiaçı MMC-yə aid torpaq sahəsinə xx xxxxxx 2017-ci ildə verilmiş Çıxarışa və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ekspert rəyi alınana kimi mübahisələndirilən torpaq sahəsinin cavabdeh tərəfində n zəbt olunması, onun həmin faktı bilməsi və ya bilməli olması müəyyən edilmir. Halbuki həmin faktın müəyyən edilməsi mübahisənin düzgün həlli Mülki Məcəllənin 157.5-ci maddəsinin düzgün tətbiqi üçün mühüm əhəmiyyət kəsb edir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 1092.1, 1092.1.1 və 157.5-ci maddələrinə istianad etmişdir. Məhkəmə qeyd etmişdir ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 1092.1 və 1092.1.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Həmin Məcəllənin 157.5-ci maddəsində göstərilmişdir ki, mülk iyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıx an və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Mülki Məcəllənin 1092-ci maddəsində göstərilən “varlanmış şəxs” və “məhrum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Məhkəmə cavabdehdən iddiaçının xeyrinə əsassız varalanmaya görə pu lun tutulmasını qət etmiş, lakin bu nəticəyə gələrkən cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı vicdanlı sahib olub-olmamasına qiymət verməmiş, qanunvericiliyin yuxarıda istinad olunan normalarına əsasən vicdanlı sahibdən yalnız onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilməsinə hüquqi qiymət verməmişdir. Digər tərəfdən işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi istintaq orqanının “Cinayət işinin icraatına xitam verilməsinə dair” xx xxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş hallara belə zidd nəticəyə gəlmişdir. Belə ki, həmin qərar da cavabdehin iddiaçı təşkilata məxsus bütövlükdə 0,0467 ha torpaq sahəsini zəbt etdiyi qeyd edildiyi halda, apellyasiya instansiyası məhkəməsi ilk iddia ərizəsini yuxarıda göstərilən məbləğdə təmin etməklə üst-üstə 800 kvadrat metr torpaq sahəsini icarəyə götürmüş XS""ödədikləri icarə haqlarını cavabdeh tərəfindən qanunsuz əldə edilmiş gəlir kimi qiymətləndirmişdir. İşdən daha sonra görünür ki, apellyasiya məhkəməsi cinayət işi üzrə ifadələri alınmış 2013-2014-cü ildən 2016-cı ilin noyabr ayınadək sözügedən torpaq sahəsini cavabdehdən icarəyə götürmələri barədə SX"" ifadələrinə sübut kimi istinad etsə də, iddiaçı MMC-yə məxsus torpaq sahəsinin 2004-cü ildən cavabdeh tərəfindən zəbt olunması və həmin tarixdən göstərilən şəxslərə icarəyə verilməklə stabil gəlir götürməsi barədə ziddiyyətli nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara əhəmiyyət vermədən, iddiaçı təşkilatın mülkiyyətində və istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğu iddia edilən 0,0467 ha torpaq sahəsindən dəfələrlə çox olduğu halda, 2004-cü ildən ötən müddət ərzində həmin torpaq sahəsindən hər hansı gəlir əldə edib-etməməsini aydınlaşdırmadan, zərurət yarandığı halda bu barədə müvafiq ekspertiza keçirib rəy almadan iddiaçı təşkilatın 2004-cü ildən ötən müddət ərzində hansı səbəbdən sözügedən torpaq sahəsini cavabdehin geri tələb etməməsinin səbəblərini aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin son 12 il müddət ərzində mübahisəli torpaq sahəsindən hər ay 1900 manat gəlir götürməsini hansı sübutlara əsasən müəyyən etməsini qətnamə də əsaslandırmamışdır. Halbuki, cinayət işi üzrə ifadəsi alınmış XS"" 2013-cü ilin dekabr ayından 2016-cı ilin noyabr ayınadək hər ay 500 manat icarə haqqı ödədiyi 410 kvadrat metr torpaq sahəsinin ölçüləri faktiki olaraq zəbt olunduğu iddia edilən 467 kvadrat metr torpaq sahəsinə bərabər olmuşdur. Daha sonra cavabdeh qarşılıqlı iddia ərizəsində xx xxxxxx 2016-cı ildən xx xxxxxx 2016-cı il tarixə keçən gecə iddiaçı təşkilatın əməkdaşları tərəfindən mülkiyyət hüququ üzrə ona məxsus olan torpaq sahəsinə ağır texnika ilə özbaşına girərək orada olan elektrik, mexaniki, avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və digər əmlakları yararsız hala salmalarını, həmçinin iddiaçı təşkilatın əməkdaşları tərəfindən ona məxsus olan 75 metr uzunluğunda daş hasarın uçurulduğunu və dəmir darvazanın sındırıldığını, həmin ünvanda ayrı-ayrı icarədarlara məxsus olan əmlakların yararsız hala salındığını və nəticədə ona 170000 manat maddi, 200000 manat mənəvi ziyan dəydiyini iddia etsə də, apellyasiya instansiyası məhkəməsi cavabdehin qarşılıqılı iddia ərizəsi üzrə heç bir araşdırma aparmadan, bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olu nmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün laz ım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətna mənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-241/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-4636/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4636/2020
27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver