Məhkəmə qərarları › İş №2(102)-4638/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4638/2021

28.10.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4638/2021 28.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair ilk və Cavabdeh MTK–nın İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 2(103)-2844/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK-nın kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli 2(005)1689/2020 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) ilk iddia ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında inşa olunmuş yaşayış evinin giriş B blokunun 12-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.m, ümumi sahəsi 152,43 kv.m olan təcrid olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə sahiblik və istifadəsinə Cavabdeh MKT-i tərəfindən yaradılan maneələrə son qoyulması və həmin mənzilin İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2844/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Cəfərov, hakimlər E.Nağıyeva və İ.Kərimli) apellyasiya şikayəti rədd edilmiş, Nərimanov Rayon Məhkəməsinin 02.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hüquqi məsələlər: Cavabdeh MTK Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)2844/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti icraata qəbul edilmiş və işə məhkəmə baxışı 14 oktyabr 2021-ci ilə təyin edilmişdir. Barışıq sazişinn bağlanması və notariat qaydasında təsdiq olunması məqsədi ilə işə baxılması 28 oktyabr 2021-ci ilə təxirə salınmışdır. Məhkəmənin 28 oktyabr 2021-ci il tarixli iclası zamanı İddiaçı və Cavabdeh MTK tərəflərin imzaladığı aşağıdakı məzmunda barışıq sazişini təqdim edərək mülki işin icraatına xitam verilməsini xahiş etmişlər:

1. Barışıq sazişinin predmeti. 1.1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1689/2020 saylı iş üzrə 02.11.2020-ci il tarixli qətnaməsi ilə İddiaçının Cavabdehə qarşı iddiası təmin edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsi ilə ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun on ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan üç otaqdan ibarət B02 nömrəli mənzil ilə bağlı İddiaçının sahibliyi və istifadəsinə dair Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin İddiaçıya təhvil verilməsini qət edilmişdir. Həmin qətnamə ilə Cavabdehin İddiaçıya qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2844/2021 saylı iş üzrə 12.03.2021-ci il tarixli qətnaməsi ilə Cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-l689/2020 saylı iş üzrə 02.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda adı çəkilən iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. 1.2. Hal-hazırda İddiaçı ilə Cavabdeh (barışıq sazişinin tərəfləri) məhkəmədən kənar aparılan danışıqlar yolu ilə aralarında olan mübahisəni iki tərəfi qane edən şərtlərlə həll edib, barışıq sazişi bağlayıblar və bu sazişin məhkəmə kollegiyası tərəfindən təsdiq olunmasını xahiş edirlər.

2. Cavabdehin vəzifələri. 2.1. Cavabdeh ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş iiç otaqdan ibarət B02 nömrəli mübahisəli mənzilin əvəzində, İddiaçıya ünvan 2 ünvanında inşa edilmiş yaşayış evinin giriş A blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan 2 otaqdan ibarət A9-4 saylı mənzili təhvil verir. 2.2. Cavabdeh İddiaçıya qarşı qaldırılmış «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiadan imtina edir. 2.3. Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına verilmiş kassasiya şikayətindən imtina edərək, işə xitam verilməsini xahiş edir.

3. İddiaçının vəzifələri. 3.1. İddiaçı Cavabdeh tərəfindən ona təhvil ver ilən ünvan 2 ünvanında inşa edilmiş yaşayış evinin giriş A blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan 2 otaqdan ibarət A9-4 saylı mənzili Cavabdehdən qəbul edir. 3.2. İddiaçı Cavabdehə qarşı olan «mənzilə sahiblik və istifadə hüququna dair yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsinə dair» iddiasından imtina edir. 3.3. İddiaçı adı çəkilən işə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə kollegiyası tərəflərin tıəqdim etdiyi barışıq sazişini araşdıraraq belə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından b arışıq sazişi təsdiq edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2844/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Eyni zamanda tərəflərin barışıq sazişinə əlavə etdikləri "xxxx" MMC(Mülkiyyətçi), İddiaçı (Alıcı) və Cavabdeh MTK (Podratçı) arasınd a bağlanmış 27.07.2021-ci il tarixli müqavilənin məzmunundan görünür ki, ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin mülkiyyətçisi "xxxx" MMC ünvan 2 ünvanında inşa edilmiş yaşayış evinin giriş A blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan 2 otaqdan ibarət A9-4 saylı mənzilin İddiaçı təhvil verilməsinə razılıq vermişdir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 52, 191-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALD İ: İddiaçı və Cavabdeh MTK-nın aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin:

1. Barışıq sazişinin predmeti. 1.1.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1689/2020 saylı iş üzrə 02.11.2020-ci il tarixli qətnaməsi ilə İddiaçının Cavabdehə qarşı iddiası təmin edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsi ilə ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun on ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan üç otaqdan ibarət B02 nömrəli mənzil ilə bağlı İddiaçının sahibliyi və istifadəsinə dair Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və mənzilin İddiaçıya təhvil verilməsini qət edilmişdir. Həmin qətnamə ilə Cavabdehin İddiaçıya qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2844/2021 saylı iş üzrə 12.03.2021-ci il tarixli qətnaməsi ilə Cavabdehin apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-l689/2020 saylı iş üzrə 02.11.2020-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda adı çəkilən iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. 1.2.Hal-hazırda İddiaçı ilə Cavabdeh (barışıq sazişinin tərəfləri) məhkəmədən kənar aparılan danışıqlar yolu ilə aralarında olan mübahisəni iki tərəfi qane edən şərtlərlə həll edib, barışıq sazişi bağlayıblar və bu sazişin məhkəmə kollegiyası tərəfindən təsdiq olunmasını xahiş edirlər.

2. Cavabdehin vəzifələri. 2.1.Cavabdeh ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış evinin giriş B blokunun ikinci mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş iiç otaqdan ibarət B02 nömrəli mübahisəli mənzilin əvəzində, İddiaçıya ünvan 2 ünvanında inşa edilmiş yaşayış evinin giriş A blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan 2 otaqdan ibarət A9-4 saylı mənzili təhvil verir. 2.2.Cavabdeh İddiaçıya qarşı qaldırılmış «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiadan imtina edir. 2.3.Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına verilmiş kassasiya şikayətindən imtina edərək, işə xitam verilməsini xahiş edir.

3. İddiaçının vəzifələri. 3.1.İddiaçı Cavabdeh tərəfindən ona təhvil verilən ünvan 2 ünvanında inşa edilmiş yaşayış evinin giriş A blokunun 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 74,97 kv.m, yaşayış sahəsi 66,40 kv.m olan 2 otaqdan ibarət A9-4 saylı mənzili Cavabdehdən qəbul edir. 3.2.İddiaçı Cavabdehə qarşı olan «mənzilə sahiblik və istifadə hüququna dair yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilmə sinə dair» iddiasından imtina edir. 3.3.İddiaçı adı çəkilən işə xitam verilməsini xahiş edir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2844/2021 saylı, 12 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MTK-ya qarşı maneələrə son qoyulması və mənzilin təhvil verilməsi tələbinə dair ilk və Cavabdeh MTK–nın İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar