Məhkəmə qərarları › İş №2(102)-464/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-464/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-464/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1358/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh1 xx.xx.2015-ci il tarixli, ********* saylı ssuda hesablı kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyətindən illik 27 faizlə 36 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2015-ci il tarixli, 340008384/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2018-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə 12525,72 ABŞ dolları əsas, xx.xx.2018-ci il tarixinə hesablanmış 11396,10 ABŞ dolları faiz, ümumilikdə 23291,82 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edirlər. İş üzrə birinci instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli № 16946 saylı rəyindən görünür ki. Cavabdeh1 xx.xx.2015-ci il tarixli ********* №-li kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə borcu 12154,08 ABŞ dolları əsas və 8946.18 ABŞ dolları faizdir. xx.xx.2019-cu il tarixə isə 12154,08 ABŞ dolları əsas və 10358,34 ABŞ dolları faizdir. Keçirilmiş ekspertizanın xərci 200 manat təşkil edir. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/818 saylı rəyindən görünür ki, xx.xx.2015- ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 12154,08 ABŞ dolları, faiz borcu 8071,31 ABŞ dolları məbləğində müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən sonra 2197,82 ABŞ dolları məbləğində ödəniş olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada cəmiyyətin xeyrinə 12525,72 ABŞ dolları əsas, xx.xx.2018-ci il tarixinə hesablanmış 11396,10 ABŞ dolları faiz, ümumilikdə 23291,82 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişd ir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, ********* saylı ssuda hesablı kredit müqaviləsinə əsasən İddiaçı açıq səhmdar cəmiyyətindən illik 27 faizlə 36 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə xx.xx.2015-ci il tarixli, 340008384/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2018-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə 12525,72 ABŞ dolları əsas, xx.xx.2018ci il tarixinə hesablanmış 11396,10 ABŞ dolları faiz, ümumilikdə 23291,82 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərini icra e tməkdən imtina edirlər. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(074)-617/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 12154,08 ABŞ dolları əsas, 8946,18 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 21100,26 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Apelyasiya ins tansiyası məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti apellyasiya şikayəti verərək Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Şamaxı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlərə qarşı kredit və faiz borcunun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-1358/2020 saylı qətnaməsi ilə (hakim T.Məmmədov sədrliyi və məruzəsi ilə, hakimlər Ş.Abasov və S.Qafaridən ibarət tərkib də) Cavabdeh1 Balakəş oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(074)-617/2019 saylı qətnaməsinə dəyişiklik edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas və faiz borcları üzrə umumilikdə 18027,57 (on səkkiz min iyirmi yeddi dollar 57 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc tutulmuş, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat Cavabdeh1 tut ularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsünməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyəti cavabdehlərdən müştərək qaydada cəmiyyətin xeyrinə əsas borc üzrə 12525,72 ABŞ dolları tələb etmişdir. Lakin iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizalarının hər iki rəyi ilə Cavabdeh1 kredit müqaviləsi üzrə əsas borcunun 2154,08 ABŞ dolları olduğu müəyyən edilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada cəmiyyətin xeyrinə faiz borcu üzr ə 11396,10 ABŞ dolları tələb etmiş və apellyasiya şikayətində bu məbləğin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanması ilə əsaslandırmışdır. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 faiz dərəcəsi, aylıq isə 4,50 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Kredit müqaviləsində ikiqat faizin cərimə (dəbbə pulu) kimi hesablanması nəzərdə tutulmuşdur. Lakin iddiaçı cavabdehlərdən cərimə tələb etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı LPO İddiaçı ASC (Vəkil) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(105)-1358/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırlımışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Ekspret rəyləri arasında ciddi hesab fərqlilikləri vardır. xx.xx.2020-ci il tarixli rəy ilə cavabdehin xx.xx.2018-ci il tarixdən sonra 2197,82 ABŞ dolları məbləğində ödəniş etdiyi qeyd olunduğu halda, xx.xx.2019-cu il tarixli rəy ilə bu ödəniş qeyd olunmamış, faiz borcu əksinə artıq göstərilmişdir. Həmin fərqlilik rəylərin hansının əsaslı olmasını müəyyən etməyə imkan vermir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraat ı iştirakçılarının izahatları Digər şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallar ının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsi idianın təmin olunmayan hissəsi ilə bağlı olduğundan kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə qanuniliyinin yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak ver məli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xi dmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər b ir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə t əmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə mü əyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən iddiaçı borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (ekspert tərəfindən əsassız olaraq silinmə ilə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərin dən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və MP M-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1358/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar