Məhkəmə qərarları › İş №2(102)-4640/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4640/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4640/2022 27.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Nəbi oğlunun Cavabdeh1, Cavabdeh2 Əli oğluna, X4 və X9 qarşı iş üzrə QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Nəbi oğlunun Cavabdeh1, Cavabdeh2 Əli oğluna, X4 və X9 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1049/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı Nəbi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 27 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bərdə Rayon Məhkəməsinin 1(021)-32/2019 nömrəli iş üzrə 4 fevral 2019-cu il tarixli hökmünə əsasən cavabdehlər Cavabdeh1, X12, Cavabdeh2 və X6 14 fevral 2018-ci il tarixdə X13 yaşadığı ünvana gələrək sonuncudan iri buynuzlu heyvanların pulunu tələb etmiş, bu zaman aralarında mübahisə yaranmış, onlar qanuna və digər normativ hüquqi aktlarla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq qanuniliyi vətəndaşlar tərəfindən təkzib edilən hərəkətlər edib İlyas Orucovun həyətindəki tövlədən əvəzli olaraq İddiaçı Nəbi oğlu və X7 məxsus ümumi dəyəri 16000 manat olan 22 baş iri buynuzlu dananı özbaşına açıb, bununla da zərərçəkmiş şəxslərə mühüm zərər, yəni 16000 manat maddi ziyan vuraraq aparmışlar. Cavabdeh1 və X6 CM- in 322.2-ci, Cavabdeh2 və X12 CM-in 322.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin hökmlə islah işləri cəzasına məhkum edilmişlər. Hökm 11 aprel 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Nəbi oğlu (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Zümürxan kənd sakini X3 və Bərdə rayonu Mollalı kənd sakini X8 da cavabdeh kimi işə cəlb edilməsini xahiş edərək, Cavabdeh1, Cavabdeh2, X6 və X5 12000 manat (on iki min manat) pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlər iddiaçıya məxsus 16000 manat dəyərində olan heyvanı zorla aparmışlar. Cavabdehlərin bu əməllərindən edilən şikayətlərə görə cavabdehlər barəsində Bərdə Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli hökm verilmiş, cavabdehlərin əməlləri tam sübuta yetirilmişdir. Cavabdehlər iddiaçıya 16000 manat borclarının olmasını etiraf etmişlər. Buna baxmayaraq iddiaçının pulunu hələ də verməmişlər.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişlər ki, onların iddiaçıya borcları olmamış, Bərdə Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixli, 1(021)-32 saylı hökmünə gəldikdə, onlara borclu olması səbəbindən İlyas adlı şəxsin həyətindən mal-qara aparmalarına görə Cinayət Məcəll əsinin 322-ci maddəsi ilə özbaşınalığa görə məhkum edilmişlər; onlara olan borcunun müqabilində İlyas adlı şəxsdən götürdükləri mal-qaranı borcla əvəzləşdirmişlər, İlyasın onlara borcu qalmamışdır, onlar iddiaçını tanımamışlar.

5. Bərdə Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə X6 və X12 cavabdeh qismində işə cəlb edilmişlər.

6. Bərdə Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(021)-1673/2019 nömrəli iş üzrə 3 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim Əyyub Kərimov) iddianın təmin edilməsi, cavabdehlərdən müştərək qaydada 12.000 (on iki min) manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin İlyas Orucovun həyətindəki tövlədən əvəzli olaraq iddiaçı və X7 məxsus ümumi dəyəri 16000 manat olan 22 baş iri buynuzlu dananı özbaşına açıb, bununla da zərərçəkmiş şəxslərə mühüm zərər, yəni 16000 manat maddi ziyan vuraraq aparmaları cinayət işinin materialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə tam sübuta yetirilərək barələrində ittiham hökmü çıxarıldığından onların zərərçəkmiş şəxslərə ümumilikdə 16000 manat maddi ziyan vurmaları halı mübahisələndirilə bilməz.

8. Birinci instansiya məhkəməsi cavabdehlərin iddiaçını tanımamaları və ona heç bir maddi ziyan vurmamaları barədə etirazlarının dəlilləri ilə razılaşmamış və qeyd etmişdir ki, cinayət işinin materialları ilə tam sübut olunmuşdur ki, cavabdehlər birlikdə X13 həyətindən ümumi dəyəri 16000 manat olan 22 baş iri buynuzlu dananı özbaşına aparmışlar. Yenə cinayət işinin materialları ilə sübut olunmuşdur ki, həmin iri buynuzlu heyvanların 16-sı hazırki iş üzrə iddiaçıya məxsus olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, onların zərərçəkmiş şəxsə 16 iri buynuzlu heyvanın dəyəri məbləğində maddi ziyan vurmaları iş materialları ilə tam sübut olunmuşdur.

9. Birinci instansiya məhkəməsi dəyən zərərin məbləği ilə bağlı isə göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 4 fevral 2019-cu il tarixli hökmündə qeyd olunan Məhkəmə Ekspertizası Mərkəzinin 10748 saylı 26 aprel 2018-ci il tarixli rəyində 22 baş heyvanın qiyməti 10040 manat göstərilsə də, X21 Şirinova 16000 manat borcu olması və təqsirləndirilən şəxslər İlyas Orucovun həyətində olan tövlədən əvəzli olaraq iddiaçı və X7 məxsus ümumi dəyəri 16000 manat ol an 22 baş iri buynuzlu dananı özbaşına aparmaları müəyyən olunduğundan zərərçəkmiş şəxslərə dəymiş ziyan ümumi məbləği 16000 manat dəyərində müəyyən olunmuşdur. Adıçəkilən cinayət işinin məhkəmə istintaqı zamanı iş üzrə zərərçəkmiş şəxs kimi iddiaçının verdiyi izahatında həmin 16 baş iri buynuzlu heyvanı 12300 manata aldığını bildirsə də, hazırkı iş üzrə cavabdehlərdən dəymiş zərərin əvəzi kimi 12000 (on iki min) manat pul tələb etmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya dəymiş zərərin məbləği 12000 (on iki min) manat həddində müəyyən edilməlidir və cavabdehlər hər nə qədər də iddiaçıya heç bir ziyan vurmadıqlarını bildirsələr də onlar irəli sürdükləri arqumentlərinı təsdiqləyəcək sübutu məhkəməyə təqdim etməmişlər.

11. Məhkəmə öz mövqeyi ni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386.1, 1096.1, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş 19 mart 2018-ci il tarixli, AR-İ 595907 saylı etibarnaməyə əsasən etibar edənlər X16, X10, X11, X14 və X2 rayonu Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarxili, 09 saylı qərarına əsasən, Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən 0.34 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrinin 7 saylı Ərazi İdarəsində, dövlət idarəsi/notariat kontorunda, “Asan xidmət” mərk əzlərində, banklarda, digər idarə, müəssisə və təşkilatlarda onları təmsil etməyi, zəruri olan sənədləri təqdim etməyi və almağı, həmin torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adlarından ərizə verməyi və digər hərəkətlər etməyi xx.xx.2015-ci il tarixli Bərdə regional “Asan xidmət” mərkəzində verilmiş etibarnamə əsasında X17 etibar etmişlər. X24 isə həmin səlahiyyətləri İddiaçı Nəbi oğluna etibar etmişdir.

14. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı həmin torpa q sahəsini 9000 manat pulun müqabilində X1.

15. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X24 bildirmişdir ki, Cavabdeh1 apardığı 10.000 manat dəyərində mal-qara iddiaçıya məxsus olmuşdur. O, iddiaçının mal-qarasının əvəzində özünə məxsus olan Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən 0.34 ha torpaq sahəsini iddiaçıya vermişdir.

16. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-3443/2019 nömrəli mülki iş üzrə 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Azər Bayramov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Fikrət Mehtiyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia t ələbinin rədd olunması qət edilmişdir.

17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddia tələbi təmin edərkən, Bərdə Rayon Məhkəməsinin 4 fevral 2019-cu il tarixli hökmünə əsaslanmışdır. Lakin Bərdə Rayon Məhkəməsinin 4 fevral 2019cu il tarixli hökmü ilə iddiaçıya maddi zərərin vurulduğu müəyyən olunsa da, həmin zərərin sonradan ödənilib-ödənilməməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Belə ki, Bərdə Rayon Məhkəməsinin 4 fevral 2019-cu il tarixli hökmü üzrə iddiaçı zərərçəkmiş şəxs qismində ifadə verərək bildirmişdir ki, X21 Şirinova 16.000 manat borcunun olmasından xəbəri olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Hesab etmişdir ki, İlyas ilə Əliaslan öz aralarında bu məsələni həll edəcək, onun ziyanı ödəniləcəkdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus mal-qara 2018-ci ilin fevral ayında aparılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə akı ilə iddiaçıya maddi zərərin vurulduğu müəyyənləşdirilmişdir. 19 mart 2018-ci il tarixdə isə X24 qeyd edilən cinayət hadisəsi nəticəsində iddiaçıya dəymiş maddi zərəri əvəzləşdirmək üçün Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən 0.34 ha torpaq sahəsinə dair sərəncam vermək hüququ haqqında iddiaçıya etibarnamə vermişdir. Həmin torpaq sahəsi yuxarıda qeyd edilmiş maddi zərərin əvəzi olaraq iddiaçının sərəncamına və faktiki sahibliyinə keçmiş və 4 sentyabr 2019-cu il tarixdə isə iddiaçı həmin torpaq sahəsini X1.

19. Məhkəmə kollegiyası qeyd etdiyi işin hallarına əsasən belə nəticəyə g əlmişdir ki, cinayət hadisəsi nəticəsində iddiaçıya dəymiş zərər ödənilmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Ali Məhkəmənin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-2519/2020 nömrəli iş üzrə 19 may 2020-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Vüqar Həsənov) iddiaçı tərəfindən verilmiş kassasiya şik ayətinin təmin edilməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

23. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi sözügedən torpaq sahəsinin hüquqi statusunu, İlyas Orucovun həmin torpaq sahəsinə aidiyyətini, torpaq sahəsinin dəyərinin iddiaçıya dəymiş maddi zərərin məbləğini əhatə edib-etməməsi aydınlaşdırmadan, həmin torpaq sahəsinin başqa şəxslərin ümumi birgə mülkiyyətində olmasını və sonradan torpaq sahəsinin cəmi 9.000 manata satılmasını, iddiaçıya dəymiş maddi zərərin isə 12.000 manat təşkil etməsini nəzərə almadan, eyni zamanda iddiaçıya dəymiş maddi zərərin həqiqətən İlyas Orucov tərəfindən tam məbləğdə ödən ilib-ödənilməməsini araşdırmadan, yalnız Cavabdeh1 irəli sürdüyü formal mülahizələrə əsaslanaraq iddianın əsassız olması qənaətinə gəlmişdir.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

25. İkinci apellyasiya baxışında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, kənd təsərrüfatı təyinatlı 0,34 ha torpaq sahəsini faktiki olaraq İlyas Orucova 5500 manata satmış, lakin aralarında alqı-satqı rəsmləşdirilməmişdir. Buna baxmayaraq, sonuncunun adına həmin əmlak barədə onun adından sərəncam vermək üçün etibarnamə vermişdir. Hazırda da torpaqla bağlı heç bir tələbi olmamışdır.

26. X24 təkrarən şahid qismində dindirilərkən bildirmişdir ki, Rafilə o n min manat borcu olmuşdur. Buna görə də Rafil ona bildirmişdir ki, ona olan borcun əvəzində torpağı iddiaçıya versin, Rafilin də iddiaçıya olan borcu bağlansın. Bu səbəbdən torpağı etibarnamə əsasında iddiaçıya vermişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-480/2021 nömrəli mülki iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Şamil Rzaquliyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaçıya dəymiş 12000 manat zərərin əvəzinin İslam Bayramovun mülkiyyətində olmuş və sonuncu tərəfində n İlyas Orucova satılmış (etibarnamə əsasında) torpaq sahəsi ilə əvəzləşdirilməsini qeyd etsə də, onun bu dəlili iş materialları ilə sübut olunmamışdır.

29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 425.1, 1096, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. e) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya instansiyası məhkəməsinin 2(102)-22/2022 nömrəli iş üzrə 10 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

32. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi iddiaçıya torpaq sahəsinin verilməsini zərərin əvəzinin ödənilməsi kimi qəbul etməyərkən ona istinad etmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər nə ibtidai araşdırma, nə də məhkəmə istintaqı zamanı İddiaçı dəymiş 12000 manat ziyanın 0,34 ha torpaq sahəsi ilə əvəzləşdirilməsini bildirməmişlər. Həmçinin hazırkı işə birinci instansiya məhkəməsində baxılarkən 3 may 2019-cu il tarixdə izahatları alınan zaman cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X12 izahatlarında 12000 manat ziyanın 0,34 ha torpaq sahəsi ilə əvəzlə şdirilməsini qeyd etməmişlər. Apellyasiya məhkəməsi bu nəticəyə gələrkən nəzərə almamışdır ki, torpaq sahəsinə dair iddiaçıya verilən etibarnamə və həmin etibarnamə əsasında iddiaçının torpağa dair alqı-satqı müqaviləsi bağlaması sözügedən hökmdən sonrakı tarixə düşmüşdür. Belə olan təqdirdə, cavabdehlərin nə ibtidai araşdırma, nə cinayət işi üzrə məhkəmə baxışında, nə də məhkəməni öz hökmündə həmin hallara istinad etmələri mümkün ola bilməzdi.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər etirazlarının əsası kimi vurduqları zərərin əvəzi olaraq, onlara pul borcu olan İlyas Orucovun faktiki istifadəsində olan 0,34 ha torpaq sahəsinin iddiaçının adına keçirməsinə istinad etmişlər. İddiaçı da həmin torpağın ona İlyas Orucov özünün borcunun əvəzində verilməsini bildirməklə bu faktı et iraf etmişdir. Başqa sözlə, cavabdehlərin etirazının əsası kimi istinad etdiyi hallar apellyasiya məhkəməsi tərəfindən işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Belə olan halda, İlyas Orucovun iddiaçıya hər hansı başqa borcunun olmasını və qeyd edilən torpağın da məhz həmin borcun əvəzində verilməsini sübut etmə yükü artıq iddiaçının üzərinə düşmüşdür. Buna baxmayaraq, apellyasiya məhkəməsi İlyas Orucovun iddiaçıya hər hansı başqa borcunun olub-olmamasını araşdırmamış, iddiaçının bu dəlillərinin hansı sübutla təsdiq edilməsinə aydınlıq gətirməmiş, Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarını iddianı təmin etmək üçün formal əsas kimi qəbul edərək, işin həmin hallarına qiymət verməmişdir.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2, 1097.1-ci maddələrin ə istinad edərək əsaslandırmışdır. f) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

35. Apellyasiya instansiyası məhkəməsinin 2(104)-1049/2022 nömrəli mülki iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Aygül İsgəndərova və Əlizamin Abdullayev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin rədd olunması qət edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi şahid X13 ifadəsini sübut kimi qəbul etmişdir. Çünki şahidin heç bir tərəf ilə yaxınlığı, bir sözlə işin həllində maraqlı şəxs olmamışdır. İfadə verməkdə məqsədi həqiqətin müəyyən edilməsindən ibarət olmuşdur. Digər tərəfdən onun torpaq sahəsini iddia çıya verməsi özünün iddiaçı qarşısında hər hansı öhdəliyi olmadığına görə cavabdehlərin vurduqları maddi ziyanın qarşılığı kimi verilməsi üzrə həmin ifadənin sübut kimi qəbul edilməsini şərtləndirmişdir. İddiaçı tərəf həmin dəlili təkzib edəcək mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. İlyas Orucovun özünün borcu müqabilində torpaq sahəsini iddiaçıya verməsi barədə iddiaçı tərəfin dəlili yalnız özünün formal mülahizəsinə söykənmişdir.

37. Kollegiyası hesab etmişdir ki, cavabdehlər tərəfindən vurulmuş maddi ziyanın əvəzi iddiaçıya torpaq sahəsi verilməklə ödənilmişdir. Hansı ki, iddiaçı da torpaq sahəsinin verilməsini etiraf etmişdir. Bununla da onlar arasında delikt öhdəliklərindən yaranmış maddi ziyanın qarşılığı əvəzləşdirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsi q anuni ola bilməz.

38. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 1091, 1092.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün olmayaraq münasibətlərin əsasız varlanma il bağlı olması qənaətinə gəlmişdir. Məhkəmədə cavabdehlər pulun ödənilməsinə dair heç bir sübut təqdim etməmişdir, İlyas Orucov nə cinayət işi üzrə, nə də mülki iş üzrə tərəf olmamışdır. Onun etibarnamə əsasında iddiaçıya t orpaq verməsi bu iş üzrə cavabdehlərə aid olmayan borc məsələsi olmuşdur. Etibarnamə ilə təmsil edən tərəfindən etibar edilmiş, başqasına məxus əmlakı öz borcuna görə əvəzləşdirməsinin qanunsuz olması Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarında əks olunmuşdur. 12.000 manat pulun cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunmuşdur. Ancaq məhkəmə tələbin kifayət qədər sübut olunmamasını qeyd etmişdir.

41. Kassator qeyd etmişdir ki, məhkəmə kollegiyası 0.34 ha.torpaq sahəsinə dair İlyas Orucov tərəfindən etibarnamə verilməsi barədə cavabdehlər tərəfindən irəli sürülən dəlillərə münasibətdə AR MM-in 362-ci maddəsinin tələbləri baxımından da hüquqi qiymət verməmiş, maddi hüquq norması tətbiq olunmalı olduğu halda, bu haqda iş üzrə A li Məhkəmənin MK-ın xx.xx.2020-ci il tarixli qərarında göstərsə də bu norma Ali Məhkəmənin göstərişlərinin ziddinə olaraq düzgün tətbiq eidlməmişdir.

42. Kassator şikayətini Azərbaycan Respublikası 362, 1091.1, 1092.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 14.2.1. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

45. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

46. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

47. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəmə si işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edil miş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası hesab ed ir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

59. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrində n aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

60. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılar kən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın rədd edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı Nəbi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1049/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar