Məhkəmə qərarları › İş №2(102)-4642/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4642/2019

08.07.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4642/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Rnın, cavabdeh «xxxx» ASC-nin vəkili Pnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(103)11836/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) 2(006)-3421/2018 saylı, 10 iyul 2018-ci il tarixli nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(103)11836/2018 nömrəli qətnaməsi ilə (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ş.A.Məmmədova, N.Ş.Cəfərov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3421/2018 saylı 10 iyul 2018-ci il tarixli qətnaməsinin İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili R iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(103)-11836/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli, 2(006)-6144 saylı qətnaməsindən görünür ki, iddiaçının Nəsimi rayon məhkəməsində qaldırdığı iddia əsasında “Cavabdeh1 “ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 23 mart 2017-ci il tarixli akt ləğv edilmiş, **********30101 saylı abunə hesabından RN 055358 saylı, 23 mart 2017-ci il tarixli akta əs asən hesablanmış borcun ödənilməsinin cavabdeh “xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir.Tələb olunan 20.000 manat məbləğində maddi ziyan cavabdeh təşkilat tərəfindən yalnış tərtib edilmiş aktın nəticəsində baş vermiş bir-birindən asılı olan ardıcıl səbəblərdən yaranmış, kassator iddia tələbində haqlı olaraq həmin hadisələrin ardıcıllığına əsaslanmaqla cavabdehdən ona vurulmuş zərərin ödənilməsini tələb etmişdir.Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də o, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(103)-11836/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəmə sinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili R kassasiya şikayətini müdafiə edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh «xxxx» ASC-nin vəkili P kassasiya şikayətinin dəlillərinə etiraz edərək məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşdə olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli, 2(006)6144/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R № 055358 saylı, 23 ma rt 2017- ci il tarixli akt ləğv edilmiş, **********30101 saylı abunə hesabından R № 055358 saylı, 23 mart 2017-ci il tarixli akta əsasən hesablanmış 464 (dörd yüz altmış dörd) manat 64 (altmış dörd) qəpik məbləğində borcun silinməsinin "xxxx” ASC-yə həvalə edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, iddiaçı ona vurulmuş ziyanın 20.000 manat məbləğində olmasını bildirsə də, həmin tələblərini əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin -21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zər ərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarından məlum olur ki, iddiaçı həyat yoldaşının müalicəsi üçün çəkdiyi 11500 manat məbləğində, oğlu üçün isə 8500 manat məbləğində zərər olaraq ödənilməsini tələb etmişdir. İddiaçı həmin zərərin məhz cavabdehin hərəkətləri ilə bağlı olaraq yarandığını iddia etmişdir. Apellya siya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia tələbi ilə cavabdehin əməkdaşlarının baş verməsi ehtimal edilən hərəkətlə əlaqəsinin mövcudluğu, qanuna zidd hərəkətin mövcudluğu təsdiq olunduqdan sonra dəymiş zərərin məbləğinin tutulmasının müzakirəsi mümkündür və cavabdeh tərəfin iddiaçıya və ya onun iddia etdiyi kimi ailə üzvlərinə qarşı qanuna zidd hərəktlərə yol vermələri təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu halda cavabdehin və ya onun hər hansı bir əməkdaşının iddiaçı qarşısında qanundan irəli gələn öhdəliyi yaranmadığından qanuna zidd olması təsdiq olunmayan, yol verilməyən hərəkətə və ya yaranmayan öhdəliyə görə isə hər hansı məbləğdə pulun tələb olunması yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci i nstansiya məhkəməsi iddianı rədd etməklə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2018-ci il tarixli, 2(103)-11836/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar