Məhkəmə qərarları › İş №2(102)-821/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-821/2019

28.01.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-821/2019 28.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-821/2019 şəhəri 28 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), X14, X5 ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, İddiaçı vəkili *** oğlunun və cavabdeh “xxxx” ASC-nin vəkili ***nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)10948/2018 nömrəli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) 28 iyun 2018-c i il tarixli, 2(006)-3546/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən vurulmuş ziyanın əvəzi kimi 3.500 manatın, vəkilə ödənilmiş 200 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3.730 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov və İ.K.Xəlilov) 07.11.2018-ci il tarixli, 2(103)-10948/2018 nömrəli qətnaməsi ilə cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təminolunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” ASC və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kolleg iyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş maddi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəxsi təsərrüfatında cins mal-qara saxlayır. İddiaçı həmişə mal-qaranı otlamaq üçün otlağa aparır və heyvanları otlaqdan sonra təsərrüfatına gətirir. İddiaçı 02.03.2018-ci il tarixdə səhər saatlarında şəxsi təsərrüfatında olan 6 baş iri buynuzlu heyvanları *** kəndindəki örüş sahəsinə aparmış və sonra evə qaytarmışdır. Evə qayıtdıqdan bir müddət sonra təxminən saat 09:40 radəsində iddiaçının həmkəndlisi *** evinə gəlib örüş sahəsində inəy inin elektrik cərəyanının vurduğunu demişdi. Bundan sonra o, dərhal hadisə yerinə gedərək, orada ona məxsus olan 1.69 m hündürlüyü, 2.55 m uzunluğu, qarın çevrəsi 2.9 m, 9 aylıq hamilə olan 4.5 yaşlı və çəkişi 650-700 kq, qiyməti 4000 manat olan Holand və Şotland qarşılıqlı cins heyvan, digəri isə Gülçöhrə *** heyvanın yerdə uzandığını və üzərində elektrik naqillərinin olduğunu görmüşdür. Hadisə nəticəsində inəklər tələf olmuşdular. O, dərhal Masallı RPŞnə müraciət etmiş və araşdırmalar nəticəsində 14.03.2018-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. İddiaçı ona dəymiş ziyanın könüllü ödənilməsi barədə cavabdeh orqana müraciət etsə də, müraciətinin nəticəsi olmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh “xxxx” ASC və vəkili *** iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizə Qaydaları”nın 5,9,14,6 və 28-ci bəndlərinə istinad etməklə cavabdehin baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində təmir işlərinin aparılmaması nəticəsində iddiaçıya maddi ziyanın dəyməsi kimi qiymətləndirilməsində səhvə yol vermişdir. Məhk əmə həmin aktın təfsirində səhvə yol vermişdir. Belə ki, həmin qaydaların 3-cü bəndinə əsasən hava elektrik ötürcü xəttləri boyunca kənar naqillərin yer səthinə proyeksiyasının hər tərəfindən 2 metr aralı keçən paralel düz xətlərlə məhdudlaşan torpaq sahəsi mühafizə zonasını müəyyən edir. Həmin qaydaların 7-ci maddəsinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən həmin xəttlərin qorunmasını təşkil etmək üçün özlərindən asılı olan tədbirləri görməlidirlər. İddiaçı zərərə onların deyil torpaq sahəsinin mülkiyyətçilərinin müvafiq qorunmanı həyata keçirməməsi səbəbindən məruz qalmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək, o nun təmin edilməsi və mübahisələndirilən qətnamənin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili *** oğlu kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 07.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Nəsimi Rayo n Məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsini dəyişiklik etmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Masallı RPŞ-nin TB-nin təhqiqatçısı, polis leytnantı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07.03.2018-ci il tarixli qərarına əsasən, vətəndaş İddiaçı müraciəti əsasında Masallı RPŞ-də toplanmış HK-1/54 saylı 07.03.2018ci il tarixli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş İddiaçı və X10 dəymiş maddi ziyan ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, *** sakinlə ri İddiaçı və X9 şəxsi təsərrüfatlarına məxsus 2 baş inək 02.03.2018-ci il tarixdə güclü külək nəticəsində elektrik naqilinin elektrik dirəyinə izolyasiya olunmuş yerindən qoparaq yerdən 1 metr hündürlükdə sallanan elektrik naqilinə toxunmaları nəticəsində tələf olmuşlar. Bunun nəticəsində İddiaçı 4000 manat, *** isə 1500 manat maddi ziyan dəymişdir. *** ərazi nümayəndəliyi tərəfindən verilmiş 12.04.2018-ci il tarixli arayışa əsasən İddiaçı şəxsi təsərrüfatında cins mal-qara saxlayır. Masallı rayon heyvan Bazarının 13.04.2018-ci il tarixli arayışından müəyyən olunur ki, İddiaçı şifahi sorğusuna əsasən onun öhdəsində olan və ona məxsus Holland və Şotland qarşılıqlı cinsli, hündürlüyü 1.69 metr, uzunluğu 2.55 metr, qarın çevrəsi 650-700 metr olan cins heyvanın orta bazar qiyməti 3500-4000 ma nat arasında dəyişir. 14.01.2018-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən hüquqi yardıma görə 200 manat məbləğində pul ödənilmişdir. Masallı rayon İcra Hakimiyyətinin Türkoba kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi ***nın imza və möhürü ilə təsdiq olunmuş 25.01.2018-ci il tarixli akta əsasən, Qəzvinoba kənd sakinləri X8, X12, X1 sakini İddiaçı JN-146, JN-143, JN-139 saylı dövlət aktı ilə xüsusi mülkiyyətlərində olan pay torpaqlarını istifadəyə vermişlər. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltadək olan elektrik şəb əkələrinin mühafizəsi» Qaydalara görə gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonaları daxilində həmin xətlərin mühafizəsini təmin etməklə işlərin aparılması Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq qaydalarla müəyyən edilir. Elektrik ötürücü xətlərində qəzaların aradan qaldırılması və istismar xidməti ilə əlaqədar işlər istənilən vaxtda görülə bilər (5, 9, 14-cü bəndlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalara görə elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Elektrik ötürücü xətlərinin istismarçılarına həmin xətlərin mühafizə zonalarında elektrik ötürücü xətlərinin təmiri ilə bağlı torpaq və başqa işlərin görülməsinə icazə verilir. Elektrik ötürücü xətlərində qəzaların qarşısını almaq və yaxud onların nəticələrini aradan qaldırmaq məqsədi ilə işlər torp aq mülkiyyətçisi və yaxud istifadəçisi ilə razılaşdırılmadan, onu xəbərdar etməklə yerinə yetirilə bilər (6 və 28-ci bəndlər). Sözügedən Qaydaların məzmunundan da görünür ki, hava elektrik xətti naqilinin mühafizə zonasından istifadə etmək iddiaçıya qanunla qadağan edilməmişdi və həmin ərazidə hava elektrik xətti naqilinin izolyasiya olunmuş yerindən qoparaq yerdən bir metr hündürlükdə sallandığı halda həmin naqillə bağlı təmir işlərini aparmaq cavabdehin vəzifəsinə aid edilmişdir. Lakin cavabdeh bu vəzifəsini yerinə yetirmədiyi üçün iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müq avilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək tə hlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhd əsinə qoyulur. Sadalanan maddi hüquq normalarına görə delikt nəticəsində vurulmuş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, hazırki işdə cavabdeh baş vermiş hadisə ilə bağlı hava elektrik xətti naqilinin güclü külək nəticəsində yerindən qoparaq sallandığı halda onun təmiri ilə bağlı vəzifəsinə aid edilmiş hərəkətlərin edilməsini təsdiq, onun qanunsuz hərəkəti nəticəsində iddiaçıya ziyan vurulmasını isə təkzib edəcək halları əsaslandıra bilməmiş və bu barədə müvafiq sübutları da təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 14.2, 106.1). Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hərəkətsizliyi nəticəsində vurulmuş ziyan olaraq Masallı rayon Heyvan Bazarının 13.04.2018-ci il tarixli arayışına istinadən 3500 manatın və iddiaçının ona göstəril miş hüquqi yardıma görə ödədiyi 200 manatın cavabdehdən tutulması məqsədəmüvafiqdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kassatora aid hissədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçün qanuni əsas deyildir. Belə ki, cavabdehin istinad etdiyi Qaydaların müddəaları həmin elektrik xətlərinin mühafizə zonalarının qorunmasının adi halını müəyyən edir. Hazrki işin hallarından isə görünür ki, zərər məhz baş vermiş güclü külək nəticəsində həmin xətlərin qırılaraq torpaq üzərinə enməsi səbəbindən mal-qaranı məhv etməsi nəticəsində yaranmışdır. Həmin xəttlərin mühafizə zonasının qorunması Qaydalara əsasəın mülkiyyətçilərə həvalə edilsə də, xəttlərin saz vəziyyətdə saxlanması, və yaxud zədələndiyi halda təmiri isə cavabdehin birbaşa vəzifə səlahiyyətlərinə daxildir ki, onun bu vəzifələrini vaxtında icra etməməsi də elə zərərin yaranması ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏR ARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.11.2018-ci il tarixli, 2(103)-10948/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Hacıyev Sənan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar