Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1380/2024 27.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, qarşılıqlı iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin və debitor borcun ödənilməsi tələbi barədə ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun silinməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1095/2024 nömrəli, 20 may 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1036,80 manat və 4924,80 manat olmaqla, cəmi 5961,60 manat məbləğində borc tutularaq **********02180 saylı abonent koduna və 97 manat 64 qəpik dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, "Azəriqaz" İBnin əməkdaşları tərəfindən ******* saylı akt əsasında tərtib olunmuş 31 yanvar 2022-ci il tarixli tələbnamə ləğv edilməsi, həmin tələbnaməyə əsasən hesablanmış 518,40 manat məbləğində borc Cavabdeh **********02180 saylı abonent hesabından silinməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı İB Cavabdeh qarşı dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə hesablanmış 6480 (altı min dörd yüz səksən) manat dəymiş ziyan, 1283,73 (bir min iki yüz səksən üç manat 73 qəpik) manat debitor borcu, ümumilikdə 7763,73 (yeddi min yeddi yüz altımış üç manat 73) manat pulun tutularaq **********02180 saylı abonent koduna və 97 manat 64 qəpik dövlət rüsumunun İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Xaçmaz RQİİ ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən birlik abonentə məxsus Quba rayonu, Zərdabi kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********02180 nömrəli abonent kodu verilmiş, mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 8640 m3 və ya 1036,80 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənmişdir. Başqa bir tarixdə xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə dalannm pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 41040 m3 və ya 4924,80 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Başqa bir tarixdə xx.xx.2022-ci il tarixdə sayğaca abonent Cavabdeh iştirakı ilə baxış keçirilmiş xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. G-4 markalı 1402AZ**********97 №-li sayğac 31 yanvar 2022-ci il tarixdə Azərbaycan Metrologiya İnstitutunda Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilmiş, yoxlamanın nəticələrinə əsasən “qaz sayğacın hesablama mexanizminin dişli çarlardan biri aşkar olunmadı və göstərici çarxlarını əlaqələndirən çarx aşkar olunmadı” və sayğac istismara yararsızdır rəyi verilmişdir. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasına əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Bu rəy əsasında abonent Cavabdeh barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 4320 m3 və ya 518,40 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Hal-hazırda abonent Cavabdeh təbii qazdan istifadəyə görə 7763,73 manat borcu vardır ki, bu məbləğin 6480 manatı dəymiş ziyana görə, 1283,73 manatı isə sayğacla müəyyən edilən debitor borcudur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları’nın 2.12-ci bəndində qeyd olunur ki, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında”» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Tərəflər arasında imzalanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.3.4-cü bəndinə əsasən istehlakçı Cavabdeh (bizim halda cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Yuxarıda qeyd edildiyi sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə qanununsuz istifadə halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydalarının 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində İddiaçınə təbii qaz üzrə ödənişlərin yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Xaçmaz X5 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, № 0207486; xx.xx.2022-ci il tarixli, № 0347201; xx.xx.2024-cü il tarixli № ******* müxtəlif tarixlərdə aktlar üzrə tərtib olunmuş tələbnamənin ləğv edilməsi və tələbnamə üzrə ümumilikdə hesablanmış 6480 (altı min dörd yüz səksən) manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşlıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, Quba rayonu, H.B.Zərdabi adına qəsəbəsində yerləşən daşınmaz əmlak olan fərdi yaşayış evi ona məxsusdur və bu ünvanda yaşayır. Yaşadığı dövr ərzində vaxtlı-vaxtında onlara aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. "Azəriqaz" İB ilə aralarında bağlanmış qazın alqısatqısı barədə müqaviləyə əsasən həmin ünvanda yerləşən yaşayış evi qazla təchiz olunmuş və qaz sayğacı quraşdırılmışdır. Həmin ünvanda Abonent kodu **********02180 olmaqla X2 tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub və istifadə etdiyi qaz sərfiyyatına görə mütəmadi olaraq ödənişlər edir. Qeyd edir ki, qaz sayğacı yaşayış evindən kənarda, yol qırağında açıq ərazidə yerləşdiyi üçün qaz sayğacını 24 saat mühafizə etmək mənim imkanı xaricindədir və o buna görə heçbir halda məsuliyyət daşımır. Qoruyucu örtüyü olmayan qaz sayğacına görə cavabdehlik bilavsitə "Azəriqaz" İB-nin əməkdaşları daşıyır. Bildirir ki, cavabdeh tərəf "Azəriqaz" İB-nin əməkdaşları onun evdə olmadığı vaxtlarda ondan xəbərsiz yaşadığı evə gələrək xx.xx.2021-ci il tarixdə qaz xətti üzərində quraşdırılan 1402AZ**********97 zavod nömrəli, G-4 markalı əvvəlcədən ödənişli, "Smart İTRON" tipli qaz sayğacı Quba xidmət sahəsinin işçiləri tərəfindən onun iştirakı olmadan ******* nömrəli akt tərtib olunmuş və qaz sayğacı xəttdən açılaraq baxış üçün Dövlət yoxlamasına aparılmış, sayğaca baxış keçirilən zaman müəyyən nasazlıqlar aşkar olunmuşdur. Buna görə də ona təbii qaz itgisinə görə xx.xx.2022-ci il tarixli, ******* nömrəli qüsur aktı tərtib olunmuş və həmin akta əsasən dəymiş ziyana görə 518,40 manat əsassız borc yazılmışdır. Bundan əlavə "Azəriqaz" İB-Xaçmaz X5 İdarəsinin əməkdaşları xx.xx.2022-ci il tarixdə güya həmin evə baxış keçirilmiş, güya bu ünvanda təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar xətt vasitəsilə istifadə edildiyini aşkar etmişdilər. Buna görə də 347201 nömrəli akt tərtib edilmiş, akta əsasən ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 1036,80 manat, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib olunmuş və akta əsasən 4924,80 manat məbləğində abonent hesabına (ümumilikdə 6480 manat məbləğində) əsassız borc yazılmışdır. Məlumat üçün bildirir ki, onun tərəfindən qaz sayğacına müdaxilə etmək və qaz xəttindən (sayğacdan) kənar qoşulmağa ehtiyacı olmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, yazılmış borcların hüquqi əsası yoxdur. Qeyd edir ki, "Azəriqaz" İB-nin Xaçmaz rayon Qaz İstismarı idarəsi tərəfindən müxtəlif vaxtlarda tərtib olunmuş aktların surəti ona verilməmişdir. Belə hesab edir ki, İddiaçı Xaçmaz X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş Akt və həmin akta əsasən dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən hesablanmış 6480 manat borc abonent hesabından silinməlidir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, ona məxsus olan yuxarıda qeyd olunan ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Buna baxmayaraq Birliyin əməkdaşları ondan məlumatsız akt tərtib etmiş və bu akt əsasında əsassız borc yazmışdırlar. Qeyd edir ki, sözügedən hər üç akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən imzalanmışdır. Onu da bildirir ki, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən aparılmış hesablamalarla da razı deyil. Göründüyü kimi ona məxsus yaşadığı ünvanda "Azəriqaz" İB-nin Xaçmaz X5 İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş rəydə istifadə etdiyi cihazlardan su qızdırıcı qaz cihazı, PQ-4 tipli qaz plitəsi, yəni 4 gözlü qaz plitəsi və bundan başqa zavod istehsalı olan İran sobası qeyd olunmuşdur. Buda onu deməyə əsas verir ki, birliyin əməkdaşları ona məxsus ünvana ilk öncə baxış keçirmədən müxtəlif vaxtlarda aktlar tərtib etmiş, aktlara işin həqiqi hallarında uzaq məlumatlar daxil etmişdirlər. Məhz bunun nəticəsidir ki, ona məxsus olan ünvanda təbii qazdan qeyriqanuni istifadə halı olmadan, ona 6480 manat əsassız borc və 1283 manat isə sayğacla müəyyən edilən debitor borcu, ümumilikdə 7763,73 (yeddi min yeddi yüz altmış üç manat 73) manat məbləğində əsassız borc yazılmışdır. "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən Aparılmış hesablamaları da ağlabatan qəbul etmir. Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca o və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh Quba Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, iddia olunur ki, xx.xx.2022-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə videoçəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 8640 m və ya 1036,80 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənmişdir. Qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. Belə ki, kənar xətt, yəni qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud 3 akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Başqa bir tarixdə xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 41040 m3 və ya 4924,80 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Başqa bir tarixdə xx.xx.2022-ci il tarixdə sayğaca abonent Cavabdeh iştirakı ilə baxış keçirilmiş, xətdən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu barədə müvafiq akt tərtib edilmişdir. Bu aktla abonent tanış olmuş və heç bir irad bildirilmədən imzalamışdır. G-4 markalı 1402AZ**********97 №-li sayğac 31 yanvar 2022-ci il tarixdə Azərbaycan Metrologiya İnstitutunda Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasında Dövlət yoxlamasından keçirilmiş, yoxlamanın nəticələrinə əsasən “qaz sayğacın hesablama mexanizminin dişli çarxlardan biri aşkar olunmadı və göstərici çarxların əlaqələndirən çarx aşkar olunmadı” və sayğac istismara yararsızdır rəyi verilmişdir. Mexaniki tipli məişət qaz sayğaclarında aşkar olunan qüsurların səbəbi qüsura görə nəticə cədvəlinin 10-cu qrafasına əsasən həmin rəy sayğaca müdaxilə olunduğunu bildirir. Bu rəy əsasında abonent Cavabdeh barəsində “Təbii qazdan istifadə Qaydaları”nın pozulması haqqında ******* saylı xx.xx.2022-ci il tarixli akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 4320 m3 və ya 518,40 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun olmayan şəkildə tərtib edilmiş, cavabdehin aktın təşkilində iştirak etməməsinə baxmayaraq onun yerinə imzalanmışdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin materiallarından da məlum olur ki, əgər belə bir hal varsa belə ayrılmamışdır, bu da onların məqsədli şəkildə istehlakçının hüquqlarını pozaraq ona maddi ziyan vermə üçün planlı addımdır. Qaz sayğacı örtüklə örtülməli olsa da, örtülməmişdir. Qaz sayğacı yaşayış evindən kənarda, yol qırağında açıq ərazidə yerləşdiyi üçün qaz sayğacını 24 saat mühafizə etmək onun imkanı xaricindədir və o buna görə heç bir halda məsuliyyət daşımır. Qeyd etmək istəyir ki, İddiaçı İB-nin əməkdaşları qanunsuz olaraq hasarı atlayaraq həyətə keçmiş və həyətdə olan qaz şlanqını özləri açıb və fun lentayla özləri yenidən bağlamışlar. həmin vaxt evdə heç kim olmayıb. Bütün bu prosesi onları çəkiliş videosunda da görünə bilər. Eyni zamanda onlara olan ödənişlərin heç birini abonent hesabına keçirmədən şəxsi istifadələri üçün mənimsəmişlər. Birinci instansiya məhkəməsi sübutların faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. İş materiallarında yer almış və təqdim olunan sübutlar öz təsdiqini tapmır, təqdim edilmiş videomateriallara düzgün qiymət verilməmiş və işin daha da əsaslı araşdırılması üçün müvafiq ekspertiza təyin olunmamışdır. İlkin iddia tələbinin əsassız olmasını təsdiq edən sübutlar təqdim olunduğu halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, ilkin iddia tələbini təmin etmişdir. İlkin iddia tələbi tam rədd olunmalı, qarşılıqlı iddia ərizəsi tam təmin olunmalı idi. İlkin iddia tələbi tamamilə əsassız olduğu və tərəf olaraq da bu halı sübuta yetirdiyi halda birinci instansiya məhkəməsi ilkin iddia tələbini hər hansı bir əsas olmadan qismən təmin etmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilkin iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən ilkin iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və qarşılıqlı iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin olunan, qarşılıqlı iddia tələbinin təmin olunmayan hissələrində ləğv edilməli və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin cavabdehin qazdan qeyriqanuni istifadəyə görə müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, nəticədə ilkin iddiaçıya maddi zərər vurması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsini isə bilavasitə Cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, Cavabdeh təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, sonuncuya əsassız olaraq 518,40 manat məbləğində əlavə sərfiyyat hesablanması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissələrdə baxılaraq hüquqi qiymət verilməlidir. İlkin iddia tələbi dəymiş zərərin ödənilməsi, qarşılıqlı iddia tələbi isə borcun silinməsi barədədir. Həmin Qaydaların 4.8. bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmçinin həmin Qaydaların 6.7. bəndinə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “Qaz təchizatı” haqqında Qanunun 13.8-1. maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qeyd olunmalıdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti qarşılıqlı iddiaçı deyil, qaz paylayıcı olan ilkin iddiaçı daşıdığından, həmin sayğaca qarşılıqlı iddiaçı tərəfindən müdaxilə və ya qanunsuz qoşulma halını təsdiq edən sübutlar (Cavabdeh inzibati məsuliyyəti) ilkin iddiaçı tərəfindən sübuta yetirilə bilmədiyinə görə qarşılıqlı iddiaçı Cavabdeh zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə ilkin iddia tələbi əsassız olduğundan həmin hissədə ilkin iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsinə gəldikdə isə qeyd edir ki, ilkin iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli № 0347201; xx.xx.2024-cü il tarixli № ******* aktlar əsasında hesablanmış 5961,60 manat məbləğində borcun tutulması barədə ilkin iddia tələbi əsassızlığına görə rədd edildiyindən, həmin məbləğə aid hissədə qarşılıqlı iddia tələbi təmin edilməli və onun abonent hesabından silinməlidir. xx.xx.2022-ci il tarixli № ******* və xx.xx.2024-cü il tarixli № ******* aktlar üzrə tərtib olunmuş tələbnamənin ləğv edilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin hissədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin olunan, qarşılıqlı iddia tələbinin təmin olunmayan hissələrində ləğv edilməli, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, əsassız hesablanmış 5961,60 manat məbləğində borcun silinməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, ilkin İddiaçı İB tərəfindən ödənilmiş 97 manat 64 qəpik məbləğində dövlət rüsumu ilkin iddia tələbi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən, qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi barədə ilkin iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh məxsus **********02180 saylı abonent koduna hesablanmış 5961 (beş min doqquz yüz altmış bir) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. İlkin İddiaçı İB tərəfindən ödənilmiş 97 manat 64 qəpik məbləğində dövlət rüsumu ilkin iddiaçının özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1380/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1380/2024
27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver