Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4642/2020 26.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs: Bakı Şəhəri Maraqlı şəxs İddia tələbi: pulun və faizlərin tutulması Açar söz: iddiaçının tələbini sübut edə bilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Dəmirov XXXKamal oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2038/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxxx 2020 -ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-440/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə “Mersedes C200” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomaşına (bundan sonra – mübahisəli avtomobil) dair Baş Dövlət X4 Cavabdeh (bundan sonra – cavabdeh) ilə İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi, “Mersedes C200” və həmin avtomaşının iddiaçıdan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı (Bakı Şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9500 ABŞ dolları əsas borc, 2690 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12190 ABŞ dolları məbləğində pul vəsaitinin (milli valyuta ekvivalenti ilə 20723 manat) cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun bacısının keçmiş həyat yoldaşıdır. Cavabdehlə birgə biznesləri olmuş, uzun müddət bir yerdə işləmişlər. Mübahisəli avtomaşın vaxtilə cavabdehin adına qarşılıqlı razılaşma ilə rəsmiləşdirmiş və həmin avtomaşını faktiki olaraq şirkətin işində birgə istifadə etmişlər. Daha sonra cavabd ehlə aralarında haqq hesab etmişlər və 9500 ABŞ dolları əvəzinə (əslində birgə fəaliyyət dövründə həmin avtomaşın alınanda dəyərinin 50 faizi onun hesabından digər 50 faizi isə cavabdehin hesabından birgə biznesdən ödənilmişdir) həmin avtomaşını onun mülkiyyətinə verilməsinə razılaşaraq, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixində onun adına baş etibarnamə verilmişdir. Həmin vaxtdan sonra da cavabdehlə birgə biznesi davam etdirmişlər. Baş etibarnamə ilə avtomaşını alandan 2 ay 11 gün sonra, ona məlumat verərək, avtomaşını öz adına keçirmiş, Baş Dövlət X7 tərəfindən adına texniki pasport almışdır. Cavabdeh ona baş etibarnaməni (xx.xx.2016) verən tarixdən xx.xx.2017ci il tarixə kimi adına keçirdiyi avtomaşına dair (5 ay 16 gün) ona qarşı iddiası olmamışdır. Cavabdeh 2017-ci ilin iyun ayın da bacısına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş əmlakın, yəni Bakı şəhəri, Xətai rayonu, XXXXXX küçəsi, məhəllə 2342 A, ev 7a, mənzil 9-da yerləşən mənzilə və “Mitsubishi Pajero” markalı ** GF *** saylı dövlət qeydiyyat nişanlı avtomaşına dair payların ½ hissədə müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bu iddia ərizəsini məhkəməyə verəndən sonra, yəni xx.xx.2017-ci il tarixində cavabdeh iddiaçıya xx.xx.2016-cı il tarixində verdiyi Baş etibarnaməni ləğv etdirmişdir (9 ay 19 gündən sonra). xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək cavabdehlə bacısı arasında olan mübahisələrə, aralarında olan biznes problemlərinə və biznesdən onu 2017-cı ilin may ayında ayırmağına baxmayaraq, mübahisəli avtomobilə dair cavabde hin ona qarşı heç bir iddia tələbi olmamışdır, çünki həmin avtomobilin dəyəri - 9500 ABŞ dolları dolayısı ilə birgə biznes hesabından verilmişdir. Cavabdeh avtomobili ondan geri almaqdan ötrü iddia ərizəsi ilə məhkəməyə 2017-ci ilin noyabr ayında müraciət etmişdir. Məhkəmə tərəfindən avtomaşının cavabdehə qaytarılmasına dair qətnamə qəbul edilmişdir. Cavabdeh avtomaşını geri götürürsə, onun dəyərini, 9500 ABŞ dollar məbləğində pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər də ödəməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi, tərəflərin qurduğu biznes işində sürücüekspeditor işləmiş şahid ifadəsində sözügedən avtomobili tərəflərin biznes məqsədi ilə aldıqlarını, sonradan əmlaklarını bölərkən 9500 ABŞ dolları qiym ətində olan avtomobilin yarı dəyərində olan malların iddiaçı tərəfindən cavabdehə verildiyini bildirmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6891/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli) iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2038/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məmmədova (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və X.Sarıyev) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Birinci və apelyasiya instansiya məhkəmələri müəyyən etmişlər ki, sözügedən avtomobil cavabdehin adına rəsmiləşdirilməklə onun sahibliyində olmuş, sonradan iddiaçı avtomobili cavabdehin ona verdiyi etibarnamə əsasında üçüncü şəxsə etibarnamə verərək, üçüncü şəxslə alğı-satqı həyata keçirmiş və avtomobili öz adına qeydiyyatdan keçirmişdir. Lakin sonradan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə mübahisəli avtomobilin cavabdehin mülkiyyəti olması və iddiaçının həmin avtomobili cavabdehin ona etibarnamə verməsindən istifadə edərək, özü barəsində və öz xeyrinə üçüncü şəxslərlə müqavilə bağlamaqla adına keçirməsi təsdiq olunmuşdur. Məhkəmələr hesab etmişlər ki, iddiaçının hazırkı tələbi, yəni avtomobili öz adına rəsmiləşdirərkən cavabdehə 9500 ABŞ dolları pul vəsaiti verməsi və ya avtomobil alınarkən 50% dəyərinin onun tərəfindən ödənilməsi faktı məhkəm ə araşdırılması zamanı sübuta yetirilməmiş, iddiaçı tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxsin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nə ticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. MPM Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində kassator apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2038/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4642/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4642/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver