Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4642/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4642/2022 (Açar sözlər: notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi üzrə pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4352/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəm ənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında bağlanan və Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borc verən İddiaçı borc alan Cavabdeh 200.000 (iki yüz min) manat borcu borcalanın notariusun bankda olan depozit hesabı vasitəsilə ödəyir, borcalan isə krediti xx.xx.2020-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. 2. "xxxx" ASC tərəfindən verilən xx.xx.2019-cu il tarixli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən xx.xx.2019-cu il kredit müqaviləsinə əsasən X1 hesabına 200.000 (iki yüz min) manat ödəniş edilmişdir.
3. Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən "xxxx" ASC-nin 7 saylı şöbəsinə yazılan ərizədə, İddiaçı tərəfindən notariat qaydada təsdiq ediləcək kredit müqaviləsi üzrə 200.000 (iki yüz min) manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra onun məktubu əsasında Cavabdeh verilməsi üçün bankda olan hesabına qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X2 yazılan ərizədə İddiaçı 200.000 (iki yüz min) manat borcun alınması barədə razılığa gəldiyini, həmin məbləğin müvafiq müqavilə təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah edildiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 200.000 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 490 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh oğlu (bundan sonra “Borcalan”) arasında xx.xx.2019-cu il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmış və borcalana 1 il müddətinə xx.xx.2020-ci il tarixədək 200.000 manat məbləğdə borc verilmişdir. Lakin borcalan həmin borc üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməyərək, kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq pretenziya məktubu göndərilmiş və onun qarşısında olan öhdəlikl ərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Müqavilənin şərtlərinə əsasən borc alan müqavilə ilə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Eyni zamanda müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək tələbkarın hüququdur. İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 490 manat məbləğində dövlət rüsumu ödəmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim X5) 2(001)-1690/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqavilə si üzrə 200.000 (iki yüz min) manat və 490 (dörd yüz doxsan) manat dövlət rüsumu əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, sübutetmə yükünün bölgüsü baxımından iddiaçı iddia tələbini əsası kimi istinad etdiyi halı sübut edir. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bundan əlavə, cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh ona 2 00.000 manat məbləğində pulun verilmədiyini, müqavilənin formal olaraq bağlanıldığını iddia etsə də, öz etirazını sübut edə bilmir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 427.3, 427.4, 442, 443.1, 448.1, 739.1, 739.2, 740-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh apellyasiya şikayətində qətnamənin qismən - iddianın təmin edilməsi hissəsində dəyişdirilməsi və borcun konkret məbləğinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – E.C.Kazımov (sədrlik edən və məruzəçi), A.Ə.Hüseyn və S.X.Bəhrəmzadə) 2(103)-4352/ 2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1690/2023 saylı, 20 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə cavabdehlə bağladığı 04 fevral 2019-cu il tarixli kredit müqaviləsini təqdim etmişdir. Cavabdeh isə iddia tələbində etirazda eləcə də apellyasiya şikayətində iddia tələbini qismən etiraf edərək, iddiaçıya həqiqətən borcunun olduğunu bildirsə də, borc məbləğinin 10.000-15.000 manat aralığında qaldığını, müqavilənin simvolik bağlandığını göstərmişdir.
13. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, hazırki id dia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflər arasında olan mülki hüquq münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında 04 fevral 2019-cu il tarixli 200.000 (iki yüz min) manatın borc verilməsinə dair kredit müqaviləsi bağlanmış, iddiaçı da həmin müqavilə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün həmin məbləği tələb etmiş, cavabdeh isə iddia tələbini qismən qəbul etmiş, borcun 30.000-40.000 manat təşkil etdiyini, həmçinin bu borcdan 10.00015.000 manat qaldığını və iddiaçının istinad etdiyi müqavilənin formal olaraq bağlanmasını bildirmişdir. Ancaq cavabdehin gətirdiyi bu dəlillər sübut edilməmişdir. Çünki, iddia tələbinə etirazın əsası kimi şikayətində göstərdiyi dəlilləri sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşsə də, o, buna dair məhkəməyə mötəbər sübut təqdim etməli və həmin halları sübuta yetirməli idi, ancaq edə bilmir. Apellyasiya baxışı zamanı da cavabdeh bankdan 200.000 (iki yüz min) manatı qəbul etdiyini təsdiq etdi.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, verilmiş pul vəsaitini ödəməkdən yayınmışdır
16. M əhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.1.5, 6.2, 324.1, 385.1, 442, 425.1, 528, 529.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş, məhkəmənin qətnaməsi qanunu və əsaslı deyildir. Məhkəmə tərəfindən işə birtərəfli qaydada baxılmışdır. Kredit müqaviləsi üzrə borc məbləğinin düzgün olub-olmaması aydınlaşdırılmamışdır. Müqavilə əsas götürülmüş və borc məbləğinin yaranma səbəbi və halları müəyyən edilməmişdi r. Cavabdeh borcun bir hissəsinin əvəzində iddiaçıya bir «Kamaz» markalı avtomaşınla təxminən 20-25 min manat civarında dəyəri olan mərmər qranit vermişdir. Bu hal məhkəmə tərəfindən araşdırılmamış və ümumiyyətlə borc məbləğinin müəyyən edilməsi iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə yalnız iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə kifayətlənərək ətraflı araşdırma aparmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
20. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyy ən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə
528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.
25. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
26. Madd ə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır.
29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Prosessual Məcəllə
30. Maddə 14.
2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.
41. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdeh iddiaçının sübut qismində təqdim etdiyi müqavilənin formal bağlanmış əqd olduğu göstərsə də i ddiaya etirazın dəlilləri üzrə işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı mötəbər sübutu təqdim etməmişdir.
42. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
43. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsi əsaslı olaraq cavabdehin şifahi mülahizələrini deyil, tərəf lər arasında yazılı qaydada tərtib olunmuş müqavilənin şərtlərini əsas götürərək, qətnamə qəbul etmişdir.
44. Bu səbəbdən məhkəmə kollegiyası işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan sübutlarla əlaqəli olaraq qiymət verməklə düzgün nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2(103)-4352/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.