Məhkəmə qərarları › İş №2(102)-4644/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4644/2019

03.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4644/2019 03.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı YYYnun vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı YYYnun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2(103)3243/2019 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesi ndə olan İddiaçı YYY və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı YYY cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23.07.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 2051,64 manat əsas borc, 1099,46 manat faiz borcu, 1387,12 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən (MM 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu olmaqla, cəmi 4538,22 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 01 noyabr 2018-ci il tarixli, 2(006)-5672/2018 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Səmədov) iddiaçı ləğv prosesində olan İddiaçı YYYnun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3243/2019 saylı, 28 fevral 2019cu il tarixli qətnaməsi ilə (X2 (sədrlik edən və məruzəçi), X3 və X1) Bakı şəhər NəsimiRayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı YYY və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2 (103)-3243/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, subyektiv mülki hüququn pozulması məsələsi həll edilməmiş,işə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılmış, işin halları tam araşdırılmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2 (103)-3243/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı YYYnun vəkili Vəkil k assasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə digər cavabdehə işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş. Lakin digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnaməsi ilə gəldiyi nəticələr qanuni və əsaslı olmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASCnin “iii” filialı ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2011-ci il tarixli, 2081 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 30 faiz olmaqla, 3500 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması b arədə öz üzərinə öhdəlik götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş 24.07.2018-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 28.01.2011-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 2773,85 manat, faiz borcu üzrə 184,92 manat, müqavilə müddəti bitdikdən sonraki dövr üçün hesablanmış faiz borcu üzrə 1387,12 manat olmaqla, cəmi 4345,89 manat məbləğində borcu vardır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından həmçinin görünür ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi 28.01.2011-ci ildə 18 ay müddətinə bağlanmışdır. Müqavilə müddəti 2012-ci ilin iyul ayının 28-i bitir. Qeyd olunan kredit müqaviləsi üzrə cavabdeh son ödənişi 16 dekabr 2014-cü il tarixində (iş materiallarında olan hesabdan çıxarışa əsasən) ödəniş etmişdir. Belə olan halda həmin mübahisə üzrə iddia məhkəməyə 2017-ci ilin dekabr ayının 16-dan gec olmayaraq verilməli olduğu halda, yəni müddət kəsici olduğundan, iddiaçı iddia müddətini açıq-aşkar ötürməklə 30.08.2018ci il tarixdə iddia qaldırmışdır. İş üzrə cavabdehlər iddia tələbinə etirazında iddia müddətinin buraxılmasına istinad edərək iddianın rədd edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı YYYnun cavabdehlər Cavabdeh1və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası mübahisə ilə bağlı düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarıla nadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, müqavilə müddəti 2012-ci ilin iyul ayının 28-i bitmiş, qeyd olunan kredit müqaviləsi üzrə cavabdeh son ödənişi 16 dekabr 2014-cü il tarixində (iş materiallarında olan hesabdan çıxarışa əsasən) həyata keçirmişdir. Belə olan halda, həmin mübahisə üzrə iddia məhkəməyə 2017-ci ilin dekabr ayının 16-dan gec olmayaraq verilməli olduğu halda,, iddiaçı iddia müddətini açıq-aşkar ötürməklə 30.08.2018-ci il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi, iddiaçı müqavilə üzrə yaranmış borcu tələb etməkdə haqlı olsa da, tələb üzrə iddia müddəti bura xılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə bağl ı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında gəldiyi nəticələrə əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM- in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı YYY və vəkili Vəkil tərəfindən verilmişkassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 fevral 2019-cu il tarixli, 2 (103)-3243/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar