Məhkəmə qərarları › İş №2(102)-4647/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4647/2018

06.09.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4647/2018 06.09.2018 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin MülkiKollegiyasının QƏRARİ 06 sentyabr2018-ciil İş№ 2(102)-4647/2018 Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Qoldman Tatyana Aleksandrovnanın sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlundan və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Cavabdeh1in Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-451/2018 saylı 18 yanvar 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim M.Ə.Qasımov, iş № 2(057)-1697 /2017)iddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dən müştərək qaydada 6.923,38 ABŞ dolları əsas borc, 1.403,60 ABŞ dolları faiz borcu, ümumi 8.326,98 ABŞ dolları məbləğində pulun ödəniş gününə olan məzənnə üzrə manatla tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi, cavabdehlərdən 30 manat məbləğində pulun müştərək qaydada alınaraq, iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 160 manatın Cavabdeh2 yəaid edilməsi, Cavabdeh2dən 160 manatın alınaraq dövlət nəfinə verilməsi qət оlunmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiya sının 18 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.B.Babayev (sədrlik edən və məruzəçi), T.X.Heydərov və N.F.Mirzəyev, iş № 2(106)451/2018) Cavabdeh1 və onun nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-1697/2017 saylı, 14 sentyabr 2017-ci il tarixli qətnaməsi, Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2dən müştərək qaydada iddiaçı "xxxx " ASC-nin xeyrinə 20 avqust 2015-ci il tarixli 108.LN.3112.200815.R****1 saylı kredit müqaviləsi üzrə 6.923,38 ABŞ dolları əsas və 1.403,60 ABŞ dolları faiz olmaqla, cəmi 8.326,98 ABŞ dolları (milli manat ekvivalentində) borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 avqust 2015-ci il tarixli 108.LN.3112.200815.R****1 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1ə illik 28 faiz olmaqla 24 ay müddətinə 9.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh2 arasında 20 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cava bdeh2nin kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 22 fevral 2017-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 6.923,38 ABŞ dolları, faiz borcu 1.403,60 ABŞ dolları, ümumi borc isə 8.326,98 ABŞ dolları təşkil edir. Bu günədək Cavabdeh1 tərəfindən 20 avqust 2015-ci il tarixli 108.LN.3112.200815.R****1 saylı kredit müqaviləsinin şərtləri dəfələrlə yerinə yetirilməmiş və kredit üzrə faizlərin ödənilməsi müddətləri pozulmuşdur və hazırda cavabdeh "xxxx" ASC-nə olan borcunun ödənilməsi üçün heç bir tədbir görmür. Cavabdeh1in iddiaçıya 22 fevral 2017-ci il tarixə 6.923,38 ABŞ dolları əsas borcu, 1.403,60 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8.326,98 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə instansiyaları tərəfindən mübahisə yuxarıda göstərilən qaydada hə ll edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 və vəkili X3 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahişetmişlər. Kassasiyaşikayətionunlaəsaslandırılmışdırki, apellyasiyainstansiyasıməhkəməsininqətnaməsimaddivəprosessualhüquqnormalarınınpozulmasıvə düzgüntətbiqedilməməsiiləçıxarılmış, işüzrəəhəmiyyətlihallaraqiymətverilməmiş,işin halları obyektiv araşdırılmamışdır. Prosessual məsələlər: Məhkəməkollegiyasıiclasınınyerivəvaxtıbarədəlazımiqaydadaməlumatlandırılmalarınabaxmay araqtərəflər heçbirüzrlüsəbəbgöstərmədənməhkəməkollegiyasınıniclasınagəlməmişlər. MəhkəməkollegiyasıMPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakıolmadanbaxılmasınımümkünhesabetmişdir. Hüquqi məsələlər: Az ərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək, məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə tam həcmdə riayət olunmuşdur və buna görə də qəbul olunmuş qətnamə verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və ya hüquqi şəxsin Azərbaycan Respublikası Konstitusiyasından, qanunlarından və digər normativ-hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir (MPM-in 2.1 və 2.2-ci maddələri). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşd ırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlayarkən iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırmaq kimi qiymətləndirilə bilməz. Apellyasiyainstansiyasıməhkəməsitərəfindənmüəyyənolunmuşişinfaktikihallarındangörünürki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 avqust 2015-ci il tarixli 108.LN.3112.200815.R****1 saylı kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1ə illik 28 faiz olmaqla 24 ay müddətinə 9.000 ABŞ dolları məbləğində kredit v erilmişdir. Kredit müqaviləsinin təminatı olaraq "xxxx" ASC ilə Cavabdeh2 arasında 20 avqust 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh2 kredit müqaviləsinin icra olunmasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 22 fevral 2017-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 6.923,38 ABŞ dolları, faiz borcu 1.403,60 ABŞ dolları, ümumi borc isə 8.326,98 ABŞ dolları təşkil etmişdir. Bundan əlavə iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat məbələğində dövlət rüsumu ödənilmişdir. Cavabdеhə dəfələrlə xəbərdarlıq еdilməsinə baxmayaraq, krеditin və krеditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmişlər. Qüvvədə olan mülki qanunvericiliyin müddəalarına əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllənin 739.1, 739.2-ci maddələri). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar n əticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsivəicramüddətiçatanadəkkredit orunetdiyixəbərdarlıqdansonradaöhdəliyinicraedilməməsiborc lununicranıgecikdirməsisayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 449.4-cü maddələri). Məhkəmə kollegiyası apellyasiya inst ansiyası məhkəməsinin gəldiyi nəticələrlə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəməmiş, müqavilə şərtlərini pozmuşdur. Buna görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faiz borcu ilə birlikdə iddiaçıya ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarının hərtərəfli, tam və obyektiv tədqiqin ə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də kassasiya şikayətinin dəlilləri formal mülahizə olmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417.1.1, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1in kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-451/2018 saylı 18 yanvar 2018-ci il tarixli qətnaməsi verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi Tatyana Qoldman

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar