Məhkəmə qərarları › İş №2(102)-4648/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4648/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4648/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun ödənilməsi tələbi) 12.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4914/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında yaxın münasibətlər olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11.000 ABŞ dolları pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 146 manat pulun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında səmimi münasibətlər olmuşdur. Bu səbəbdən də iddiaçı ona etibar edərək cəmi 11.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Sonradan cavabdeh pulu qaytarmaqdan imtina edərək müxtəlif bəhanələr gətirmişdir. İddiaçı şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmiş, Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı 24 yanvar 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarda müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan cəmi 11.000 ABŞ dolları borc almışdır. Belə ki, cavabdeh təhqiqat orqanına verdiyi izahatda pul vəsaitini iddiaçıdan aldığını etiraf etsə də, həmin vəsaitin 10.000 ABŞ dolları hissəsinin iddiaçı tərəfindən ona guya hədiyyə verildiyini qeyd etmişdir. Əslində, hər iki məbləğ cavabdehə borc verilmişdir, lakin həmin borc vəsaiti bu günə qədər qaytarılmamışdır.

4. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, cavabdeh iddianı qismən qəbul edərək həmin məbləğdən yalnız 1.000 dollar olan hissəsini borc olaraq aldığını etiraf etmiş, yerdə qalan məbləğin isə ona i ddiaçı tərəfindən hədiyyə edildiyini bildirmişdir. Bu fakt təkcə cavabdehin iddiaçıya münasibəti ilə deyil, həmçinin pulun verilmə anında həmin prosesin şahidi olan iddiaçının və cavabdehin ümumi tanışları olan Həcər və Urqiyyə bacılarının Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmış izahatları ilə də təsdiq olunur. Məhkəməyə təqdim olunan sənədlər, Whatsapp yazışmaları, qəbzlər, fotoşəkillər bir daha sübut edir ki, iddiaçı və cavabdeh arasında çox isti münasibətlər olmuş, onlar hər gün bir mənzildə gecə yarısına qədər qalmışlar, birgə müəyyən səfərlər etmişlər, o cümlədən 2022-ci ilin mayın 22-dən 24-dək Türkiyə Respublikasında, 2022-ci ilin oktyabr ayının 5-dən 7-dək Qəbələ rayonunda birgə istirahət etmişlər. Ümumiyyətlə, Cavabdeh Türk iyə Respublikasında bir özəl şirkətdə çalışmış, məhz iddiaçının təkidi ilə o həmin şirkətdən işdən çıxaraq Bakıya qayıtmışdır. 1.000 ABŞ dolları verilən zaman onlar arasında münasibətlər yeni yaranmış, 10.000 ABŞ dollarını bağışlayan zaman isə onlar arasında olan münasibətlər kifayət qədər yaxın olmuş, bu zaman iddiaçı cavabdehi artıq Bakıya gətirmiş, ona ev tutmuşdur. İddiaçı cavabdehə 10.000 ABŞ dolları məbləğində pulun borc olaraq verildiyini sübuta yetirməmişdir. Ona görə də, iddia tələbinin qismən, yəni 1.000 ABŞ dolları hissəsində təmin edilməsi, qalan hissədə rədd olunmasını xahiş etmişdir.

5. İddiaçının təqdim etdiyi Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin 24 yanvar 2023cü il tarixli cinayət işi başlanmasının rədd olunması haqqında qərarda göstərilir ki, İddiaçı şikayəti əsasında izah atı alınmış Cavabdeh İddiaçı 1.000 ABŞ dolları borc olaraq aldığını 10.000 ABŞ dolları pulu isə Səmədlə sevgili olduğu üçün Səmədin ona həmin məbləği 2022-ci ilin noyabr ayında Türkiyə Respublikasına rəfiqələri Urqiyyə və Həcərlə birgə alışverişə gedən zaman hədiyyə olaraq verdiyini bildirmişdir. Qərarda izahatı alınmış Urqiyyə Ələkbərova və X2 Arzuya 1000 ABŞ dolları borc olaraq verdiyini, hədiyyə olaraq 10 000 ABŞ dolları verdiyini təsdiq etmişlər.

6. Təqdim olunan sənədlərlə həmçinin müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakıdan-İstanbula havayolu (BUTA Airways) ilə uçuş etmişlər.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-1496/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 1.000 ABŞ dolları məbləğində pulun, ödəniş icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında sevgili münasibətləri olmuşdur. Bu hal tərəflər arasında olan “Whatsapp” platformasında olan yazışmaları və digər sübutlarla müəyyən olunur. Bundan əlavə Nərimanov rayon Polis İdarəsinin cinayət işinin başlanmasının rədd olunması barədə qərardan aydın olur ki, cavabdeh vermiş olduğu izahatında da iddiaçıdan 1.000 ABŞ dolları məbləğində borc aldığını, daha sonra sevgili olduqları müddətdə Türkiyədə şəxsi ehtiyacları üçün xərcləmək məqsədilə 10.000 ABŞ dolları məbləğində pulun k önüllü olaraq verildiyini bildirmişdir.

9. Məhkəmə qeyd edib ki, tərəflər arasında qanuvericiliyin tələbinə uyğun olaraq yazılı şəkildə bağlanmış borc müqaviləsi yoxdur. Bundan əlavə, iş materialları ilə iddiaçının cavabdehə borc olaraq 11.000 ABŞ dolları pul verməsi öz təsdiqini tapmır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin digər qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 390.1, 390.5, 442, 443.1, 448.1, 448.2, 739.1, 740, 741, 1091, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. İddiaçı apellyasiya şikayəti verərək, iddianın 10.000 ABŞ dolları hissəsində qətnamənin ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında səmimi və mehriban yazışmaların mövcudluğuna baxmayaraq, onlar faktiki nikah münasibətlərində olmamışlar. Məhkəmə 3.000 manatdan yuxarı olan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri pozulmaqla bağlanmış şifahi borc müqaviləsi üzrə pul vəsaitinin hədiyyə kimi nəzərə alınması qənaətinə gəlməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İddiaçı 2022-ci ilin noyabr ayında cavabdehə on min ABŞ dolları borc verəndə də bunu könüllü (heç bir zorakılıq olmadan) vermiş, eyni zamanda həmin vəsaitin saxlanmaq üçün deyil, xərclənmək üçün alındığı nı ehtimal etmişdir. 2022-ci ilin noyabr ayında cavabdehə iddiaçı tərəfindən verilmiş pul vəsaitinin şifahi bağışlama müqaviləsi əsasında verilməsi barədə cavabdehin gətirdiyi dəlillər əsassızdır. Birinci instansiya məhkəməsi həmin pul vəsaitinin bağışlanmasına dair hər hansı maddi hüquq normasını tətbiq etməmişdir. 2022-ci ilin sentyabr ayında iddiaçının cavabdehə bir min ABŞ dolları pulu borc kimi verməsi, bilavasitə tərəflər arasında olan səmimi yazışmaların biri-birinə pul hədiyyə etməsi anlamına gəlmədiyini, iddiaçının pul hədiyyə etmək kimi rəftarının olmadığını göstərir. Cavabdeh 2022-ci ilin sentyabr ayında iddiaçıdan aldığı bir min ABŞ dolları pul vəsaitini borc olaraq götürdüyünü etiraf etmiş, lakin təxminən iki ay sonra aldığı on min ABŞ dolları pulu isə hədiyyə kimi götürdüyünü qeyd etmişdir. İddiaçının ona hədiyyəni nə məqsədlə, hansı əlamətdar hadisə münasibəti ilə verməsini, bir ay öncə cəmi bir min ABŞ dollarını borc qismində verən şəxsin bir ay sonra hansı səbəbdən belə səxavətlilik göstərməsini əsaslandırmamış və sübut edə bilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4914/23 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin mə bləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşdən göründüyü kimi, tərəflər arasında yazılı borc müqaviləsi bağlanmayıb və cavabdeh iddiaçıdan 10.000 ABŞ dolları məbləğində borc almasını etiraf etmir. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. İş üzrə araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, iddiaçı borc verən kimi cavabdehə 10.000 ABŞ dolları pul verdiyini sübut edə bilməmişdir.

15. Məhkə mənin gənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlinmişdir.

16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.1, 448.2,739.1, 740, 741-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin iddianın on min ABŞ dolları hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəlillərinə uyğun ə saslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər;...

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borc lu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün ca vabdehdir;

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə

740. Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər;

29. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılma lıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Ka ssasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 3

9. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Belə ki, kassasiya şikayəti üzrə mübahsələndirilən hissədə işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehə 10.000 ABŞ dolları borc verdiyini göstərsə də, məhkəməyə bunu təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir.

41. Kollegiya bildirir ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdı r. Xüsusilə işin bu halı nəzərə alınmalıdır ki, müəyyən məbləğdə pul vəsaitinin faktiki olaraq verilməsinin mübahisəsiz olaraq müəyyən olunması, özlüyündə həmin məbləğdə pulun borc kimi qaytarılmasını tələb edilməyə əsas vermir. Çünki iddianın təmin olunması üçün qeyd olunan məbləğdə pulun cavavdehə məhz qaytarmaq şərti ilə keçməsi, cavabdehin bu vəsaiti qaytarmaq öhdəliyi götürməsi aydın şəkildə müəyyən olunmalıdır. Tələb olunan 10.000 dolları məbləğdə pulun borc kimi verilməsi hər hansı yazılı müqavilə və ya sübutla müəyyən edilmir.

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməkl ə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

43. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

44. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

45. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sü butların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

47. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

48. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4914/2023 nömrəli, 20 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar