Məhkəmə qərarları › İş №2(102)-4649/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-4649/2018

06.07.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4649/2018 06.07.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 06 iyul 2018-ci il № 2(102)-4649/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, iddiaçının vəkili V.Əmrahovun, Cavabdeh2 və vəkili V.Məmmədovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhk əməsinin 08 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov, iş № 2(007)-108/16) iddia qismən təmin edilərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 Hüseynbaba oğlu arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsi ləğv olunmuş, 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsi üzrə 8338,91 ABŞ dolları əsas borc, 612,91 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8951,82 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə və ödənilmiş 30,00 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qətnaməsi ilə (ha kimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2 (103)-1885/18)cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-108/2016 saylı 08 dekabr 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iİddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Hüseynbaba oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı“kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halla rı: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 Hüseynbaba oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh2 Hüseynbaba oğlu ilə "xxxx" ASC arasında bağlanmış 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 8299,98 ABŞ dolları əsas kredit borcu, 636,31 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 56,08 ABŞ dolları penya, qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə hesablanmaqla, cəmi 8992,37 ABŞ dolları, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 saylı kre dit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh2 Hüseynbaba oğluna 30 ay müddətinə illik 27 faiz kreditdən ifadəyə görə haqq ödəmək şərti ilə 10.800 ABŞ dolları məbləğində nağd pul şəklində kredit verilmişdir. 09 aprel 2015-ci il tarixdə 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinə 1 və 2 nömrəli əlavələr bağlanmış, əlavələrə əsasən 12 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin banka qaytarılması üçün son müddət 09 aprel 2018-ci il tarix müəyyən edilmişdir. Həmçinin müqavilənin 6-cı maddəsində dəyişiklik edilərək kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasını təmin etmək məqsədi ilə X1 ilə 12 iyun 2014-cü il tarixli 14032-1986/456108Z nömrəli, Cavabdeh3 ilə 12 iyun 2014-cü il tarixli 14032-1986/456109Z nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Kredit m üqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 Hüseynbaba oğlunun 13.05.2015-ci il tarixə İddiaçı-yə 8299,98 ABŞ dolları əsas kredit borcu, 636,31 ABŞ dolları kreditdən istifadəyə görə borcu, 56.08 ABŞ dolları penya, cəmi 8992,37 ABŞ dolları borcu yaranmışdır. İddiaçı Mülki Məcəllənin 421.1-ci, 423.2-ci, 472.1, 472.3-cü bəndlərinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili V.Əmrahov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müd afiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. Cavabdeh2 və vəkili V.Məmmədov kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Digər Cavabdeh3 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya insta nsiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin ya randığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsi). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya instansiyası məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, borcalan Cavabdeh2 bankın onun vəziyyətini yüngülləşdirmək məqsədi ilə tərtib etdiyi əlavə razılaşma və yeni ödəniş qrafiki ilə razılaşmadığı və bu barədə banka iradə ifadəsini bildirdiyi halda bank həmin razılaşmanın etibarsızlığını tanımaqla ödənişləri kredit müqaviləsi bağlanarkən tərtib edilmiş ilkin ödəniş qrafiki üzrə qəbul etməli idi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən 12 iyun 2014-cü il tarixli 14032-1986/456104 nömrəli kredit müqaviləsinə 09 aprel 2015-ci il tarixli 1 nömrəli əlavənin məhz borcalan Cavabdeh2 özünün ərizəsinə bağlandığını nəzərə almamışdır. İşin 15-ci vərəqində olan ərizədən görünür ki, Cavabdeh2 09.04.20 15-ci il tarixdə Banka müraciət edərək kredit borcunu ödəniş cədvəli üzrə ödəmək iqtidarında olmadığını bildirmiş və kreditin ödənilməsi müddətinin artırılmasını xahiş etmişdir. Məhz onun bu müraciəti nəzərə alınaraq 09.04.2015-ci ildə 12 iyun 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı Əlavə bağlanmış və həmin əlavədə kreditin kredit verənə qaytarılması üçün son müddət 09 aprel 2018-ci il tarix müəyyən olunmuşdur. Adı çəkilən əlavə ilə müqaviləyə başqa heç bir dəyişiklik edilməmişdir. Digər tərəfdən, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18.12.2017-ci il tarixli rəyi ilə də müəyyən olunmuşdur ki, borcalan tərəfindən 12.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə 09.04.2015-ci il tarixədək cəmi 4675,18 ABŞ dolları məbləğində ödəniş edilmiş, qalan bor c ödənilməmiş qalmışdır. Yuxarıda göstərilənlər işə apellyasiya qaydasında baxan məhkəməyə məlum olmuş olsa da, məhkəmə hesab etmişdir ki, Bank 12.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcları həmin tarixdə tərtib olunmuş ödəniş cədvəli əsasında yenidən məhkəmədə iddia qaldırmaq yolu ilə cavabdehlərdən tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu qənaətini prosessual qənaət prinsipi baxımından əsassız sayır və qeyd edir ki, iddiaçının hazırkı iş üzrə tələbi məhz 12.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun tutulması barədədir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını dəqiq müəyyən etməklə və sübutları düzgün qiymətləndirməklə iddiaçının tələbinə, onun əsaslılığına məhz bu icraat çərçivəsində baxıb qiymət verməlidir. Məh kəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinin də tələbini pozmuşdur. Həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsini yalnız əsas borcun tutulması hissəsində mübahisələndirmiş, qətnamənin həmin hissədə dəyişdirilməsini və əsas borcun 8277,87 ABŞ dolları məbləğində müəyyən olunmasını xahiş etmi şlər. 08 fevral 2018-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, Cavabdeh2 apellyasiya baxışı zamanı veridyi izahatında birinci instansiya məhkəməsinin qətnaməsini yalnız həmin hissədə mübahisələndirmiş və qətnamənin ləğv olunmasını deyil, onun əsas borcun ödənilməsinə aid hissədə dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi bunu nəzərə almadan öz qətnaməsində cavabdehlərin qətnaməni həm əsas, həm də faiz borcu hissəsində mübahisələndirdiklərini qeyd etmiş və qətnamənin əsaslılığını bütövlükdə, yəni bütün hissələrdə yoxlamış, lakin bu hərəkətini qanunla müəyyən olunmuş qaydada əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız onun mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəy yən edir. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. MPM-nin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamam ilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. MPM-nin 372.6-cı maddəsinin birinci cümləsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlayır. Konstitusiya Məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin tə şəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya ins tansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə apellyasiya baxışının hədlərini gözləməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzg ün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Məhkəmə kollegiyası gəldiyi nəticəni İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin tələbinə uyğun sayır. Həmin maddəyə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə mü stəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidi rlər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Çəkişmə pri nsipi tərəflərin prosessual hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Belə ki, məhz bərabər hüquq və vəzifələr onlara məhkəmə qarşısında çəkişmək imkanı verir. Tərəflərin prosessual hüquq bərabərliyi o deməkdir ki, onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malik olurlar və bərabər səviyyədə konkret prosessual hüquqlarla təmin edilirlər. Tərəflərin prosessual hüquq bərabərliyi prinsipi prosesin bütün mərhələlərində mühüm əhəmiyyət daşımaqla prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Bu prinsipin mahiyyəti əslində ondan ibarətdir ki, prosesin istənilən mərhələsində hər bir tərəfə bərabər prosessual imkanlar yaradılmalı, tərəflər prosesdə tam bərabər olmalı, onların hüquqları bir-birinə uyğun olmalı və uzlaşmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 08 fevral 2018-ci il tarixli, 2 (103)-1885/18 saylı qətnaməsi ləğv edilsin, iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür. Ali Məhkəmənin hakimi A.İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar