Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4652/2019 15.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)2565/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim L.Talıbova) 26.09.2018-ci il tarixli, 2(011)-6538/2018 nömrəli qətnaməsi i lə İddiaçı Cavabdeh1 və Bakı şəhəri Suraxanı rayonu, 24 saylı xüsusi notariat kontoruna qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova, E.Şamayev,X.Sarıyev) 11.02.2019-cu il tarixli, 2(103)-2565/2019 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-6538/2018 saylı iş üzrə qəbul etdiyi 26 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İddiaçı və vəkili R iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)-2565/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı X3 Cavabdeh1 Pırəlı oğluna və Bakı şəhəri Suraxanı rayonu 24 saylı Xüsusi Notariat K ontoruna qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək 20.000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-2015-ci illər ərzində iddiaçının oğlu Nlə cavabdehin oğlu M arasında borc münasibətləri yaranmış, belə ki, M onun oğluna faizlə borc pul vermiş və nəticədə Nin ona borcu yaranmışdır. M pulu tələb etdikdə razılaşaraq qərara almışlar ki, onun mülkiyyətində olan E saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini alğı-satqı yolu ilə cavabdehin adına keçirtsin, borc ödənildikdən sonra həmin torpaq sahəsini qaytarsınlar. Onun oğlu N tərəfındən borc faizi ilə birlikdə ödənilmişdir. Cavabdehlə alğı-satqı müqaviləsi bağlanmış və müqavil ədə 20.000 manat müəyyən olunsa da, həmin pul onun xeyrinə ödənilməmişdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili R kassasiya şikayətini onunla əsaslandırmışlar ki, 10 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 almalı olduğu 20.000 manat pul vəsaitinin 3 ildən artıq müddətdir ki, ala bilməməsinə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmiş, işin halları tam araşdırılmamışdır. Beləliklə, apellyasiya kollegiyası maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)2565/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya i nstansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, İddiaçı, cavabdehlər Cavabdeh1 və Bakı şəhəri Suraxanı rayonu, 24 saylı xüsusi notariat kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddə sinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, 10.07.2015ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 E saylı sahədə yerləşən 0.06 ha torpaq sahəsini İddiaçı almışdır. İş materiallarında olan Bakı şəhəri ünvan 1 ünvanlanmış 10.07.2015-ci il tarixli 208 saylı məktubundan müəyyən olunur ki, Cavabdeh1 20000 manat məbləğində pulun notariusun məktubu əsasında İddiaçı verilməsi üçün bankda olan ******************** nömrəli depozit hesabına qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş kassa mədaxil orderinin surətindən məlum olur ki, Cavabdeh1 tərəfindən 20.000 manat ********************nömrəli depozit hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -146.1-ci maddəsinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını müə yyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yükü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən (iddiaçı) iddiasının əsasını təşkil edən halları, yəni ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs (cavabdeh) isə iddiaya qarşı etirazını əsaslandıran faktları-hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin dəyərinin ödənilməməsini iddia etsə də, bunu sübut edən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sözügedən 10.07.2015-ci il tarixli ANİ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi isə qüvvədə olmaqla etibarsızlığı hazırki iş üzrə müəyyən olunmamışdır. Əksinə, işdə olan 20.000 manatın depozit hesabına köçürülməsi barədə notariusun banka ünvanladığı məktub, eləcə də həmin məktuba əsasən 20.000 manatın hesaba ödənilməsi barədə kassa mədaxil orderi alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş məbləğin iddiaçıya ödənildiyinin və cavabdeh tərəfin müqavilə üzrə öhdəliyini icra etdiyinin sübutudur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci insta nsiya məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində 10 iyul 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 almalı olduğu 20.000 manat pul vəsaitinin 3 ildən artıq müddətdir ki, ala bilməməsinə məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilmədiyini, işin hallarının tam araşdırılmadığını bildirsə də, iş materialları ilə bu hallar təsdiq olunmur. Əksinə, kassasiya instansiyası məhkməsinə notariat kontoru tərəfindən ünvanlanmış çek kitabçalarının surətindən görünür ki, iddiaçı 20000 manat pulu qəbul etmiş və bunu imzası ilə təsdiq etmişdir. Beləliklə, kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətlərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Nəticə olaraq kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəy işiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11.02.2019-cu il tarixli, 2(103)-2565/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4652/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4652/2019
15.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver