Məhkəmə qərarları › İş №2(102)-4655/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4655/2019

11.06.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4655/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili X5, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X8, vəkili X1, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi X6 və vəkili X4 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)432/2019 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsi, İddiaçı və cavabdeh Azərbapycan Respublikası Maliyyə Nazirliyinin ayrıayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli, 2(006)-496/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ünvan ünvanda yerləşən Mərkəzi Univermağın dəyəri və dəymiş zərərə görə 1.428.286 manat pul tələbinə” dair iddiası qismən təmin edilərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən 112.137,95 manat, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən 37.379,32 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət olunub. Tərəflər qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)432/2019-saylı qətnaməsi ilə (hakimlər X.Ə.Sarıyev sədrlik edən, məruzəçi, E.Y.Şamayev və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 22 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Tərəflər ayrı-ayrılıqda qətnamədən kassasiya şikayətləri vermişlər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, “onlardan müştərək qaydada ünvan ünvanda yerləşən Mərkəzi Univermağın dəyəri və dəymiş zərərə görə 1.428.286 manat pulun” tutulub ona ödənilməsi barədə qətn amə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iddiaçının etibarsız əqd üzrə aldığı əmlakı ödədiyi vəsaitdən artıq qiymətə satmaqla xeyli gəlir əldə etməsinə və beləliklə də iddiaçının mövcud iddia tələbi üzrə subyektiv hüquqa malik olmamasına əhəmiyyət verməyib. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qa ytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş faktlara, eləcə də 2013-cü ildən 2018-ci ilədək Azərbaycan Respublikasında istehlak səbəti və sair xərclərin dəfələrlə artmasına və Azərbaycan manatının xeyli miqdarda devalvasiyaya uğrayaraq dəyərinin aşığı düşməsinə diqqət yetirməyib. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilib, cavabdehlərdən müştərək qaydada 1.428,286 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunub. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi kassasiya şikayətini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, indeksləşdirmənin vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətindən götürdükləri gəlirlərə şamil edilməməsinə diqqət yetirməyib. İddiaçının itirilmiş qazancının (gəlirlərinin) nədən ibarət olması, ona hansı əsasla indeksləşdirmənin tətbiq edilməsi aydın deyil və bu hal hər hansı qanuni əsasa söykənmir və sair. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətlə rinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı vəkili xxx öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi xxx və vəkili xxx məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Samir Nəsibov və vəkili Anar Əsədov məhkəmə iclasında öz kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədiyi üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayətləri qismən təmin edilmələdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətlərini təmin etmədən saxlayarkən hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən obyektin satın alınması ilə əlaqədar pul vəsaiti, 01 yanvar 2006-cı il tarixdən həyata keçirilən manatın denominasiyası və pul vəsaitinin ödənildiyi tarixdən mübahisəli obyektin dövlət mülkiyyətinə qaytarılması ilə əlaqədar yekun məhkəmə qərarının, yəni Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 30 sentyabr 2009-cu il tarixli qərarının qəbul edildiyi tarixə istehlak qiymətlərinin indeksi nəzərə alınmaqla vulumuş zərərin əvəzi olaraq cavabdehlərdən cəmi 112.137,95 manat pul tutulub iddiaçıya ödənilməlidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normala rının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, işdən görünür ki, ünvan ünvanda yerləşən “Mərkəzi Univermaq” Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə iddiaçı arasında bağlanan 07 iyul 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satılıb və sonuncu həmin obyektin əvəzinə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə 408.318.900 manat (AZM) pul ödəyib. Həmin müqaviləyə əsasən obyektə dair iddiaçının adına 24 oktyabr 2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamə verilib. 07 avqust 2004-cü il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən xxx obyekti 600.000.000 manata (AZM) bacısı xxx satıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Baş Prokurorunun iddiası təmin edilərək, mübahisəli obyektə dair İddiaçı adına verilən mülkiyyət hüququ haqqında 24 oktyabr 2002-ci il tarixli şəhadətnamə, həmin obektə dair sonuncu ilə xxx arasında bağlanan 07 avqust 2004-cü il tarixli alqı-satqı müqaviləsi, həmçinin sonuncunun adına verilən 24 avqust 2004-cü il tarixli şəhadətnamə, onların hüquqi nəticələri etibarsız hesab edilməklə, həmin obyekt üzərində dövlətin mülkiyyət hüququ bərpa edilməklə obyekt dövlət mülkiyyətinə geri qaytarılıb. Hazırda iddiaçı iddia edir ki, “Mərkəzi Univermağı” özəlləşdirdikdən bir neçə il sonra oraya külli miqdarda sərmayə qoyub, obyektin ikinci mərtəbəsini “x” şadlıq sarayına rekonstruksiya edib. Həmin sərmayənin çox hissəsini bacısı xxx borc olaraq alı b. Şadlıq evi açıldıqdan sonra gəlir gətirmədiyi üçün borcu vaxtında qaytara bilmədiyinə görə obyekti 600.000.000 manata (AZM) bacısı xxx satıb. Lakin sonradan məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə obyektə dair onun adına verilmiş şəhidətnamə, həmin obyektə dair onunla xxx arasında bağlanan alqı-satqı müqaviləsi etibarsız sayılıb, obyekt dövlətin mülkiyyətinə geri qaytarılsa da, obyektin özəlləşdirilməsindən qabaqkı əvvəlki vəziyyət bərpa edilməyib və onun tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə ödədiyi pul vəsaiti ona geri qaytarılmayıb. Eləcə də ödədiyi məbləğ bu illər ərzində inflyasiyaya uğrayıb və obyektin qiyməti dəfələrlə bahalaşıb. Belə ki, qiymətləndiricinin rəyinə görə, 2013-cü ilə obyektin dəyəri 840.93l manat, obyektin bir hissəsində şadlıq evinin tikint isi üçün aparılan rekonstruksiya işlərinin dəyəri isə 246.045 manat təşkil edir. Bundan başqa xxxnın tələbinə əsasən Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsi ilə etibarsız əqdin nəticələri qaydasında dəymiş zərərə görə onadan iddiaçının xeyrinə 1.086,976 manat pul tutulub və hazırda həmin pul vəsaiti məhkəmə qətnaməsinə əsasən ondan geri tələb olunur. Bu səbəbdən də mübahisəli obyektin özəlləşdirilməsi üçün ödədiyi pul vəsaiti və məhkəmənin qətnaməsi ilə hazırda ondan tutulan 1.086.976 manat pulun 2017-ci ilə olan 31,4 faiz inflyasiya dərəcəsinin 341.310 manat olması nəzərə alınmaqla, cavabdehlərdən onun xeyrinə 1.428.286 manat pul tutumalıdır. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları Bakı şəhəri, Yasamal rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 17 dekabr 2013-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 19 dekabr 2017-ci il və 12 iyun 2018-ci il tarixli məktubları, Azərbaycan Respublikası Mərkəzi Bankının 09 yanvar 2018-ci il tarixli məktubu ilə əsaslandırıb. Sözügedən qətnamədən və yazılı sübutlardan görünür ki, X2 Axundova qarşı “pul tələbinə” dair iddiası təmin edilərək, sonuncudan dəymiş zərərə görə 1.086,976 manat pulun tutulub xxx verilməsi qət olunub. Sonradan borclu İddiaçı qətnamənin icrasına möhlət verilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və həmin məhkəmənin 17 mart 2014-cü il tarixli qərardadı ilə qətnamənin icrası üçün borclu İddiaçı 1 il 6 ay möhlət verilib. Həmçinin 2017-ci ilin noyabr ayına istehlak qiymətlərinin indeksi 1997-ci ilə nisbətən 287,2 faiz, 1998-ci il ə nisbətən 289,4 faiz, 1999-cu ilə nisbətən 316,4 faiz, 2000-ci ilə nisbətən 310,8 faiz, 2001-ci ilə nisbətən 306,1 faiz və 2004-cü ilə nisbətən 273,0 faiz artıb. 2009-cu ilin sentyabr ayında isə istehlak qiymətlərinin indeksi 1997-ci ilin yanvar ayına nisbətən 177,1 faiz, 1998-ci ilin yanvar ayına nisbətən 178,2 faiz, 1999-cu ilin yanvar ayına nisbətən 195,1 faiz, 2000-ci ilin yanvar ayına nisbətən 193,7 faiz, 2001-ci ilin yanvar ayına nisbətən 190,3 faiz və 2004-cü ilin yanvar ayına nisbətən 172,6 faiz artıb. Eləcə də 01 yanvar 2006-cı il tarixindən etibarən 5.000 köhnə manat 1 yeni manat nisbətində denominasiya olunub. Əvvəla, apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbləri üzrə kifayət qədər araşdırma aparmadan, onun tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə təqdim sübutları tam, hərtərəfli və obyektiv araşdırmadan, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, həmçinin işdə iştirak edən şəxslərin, o cümlədən iddiaçının nümayəndəsinin izahatını işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, eləcə də tərəflərin apellyasiya şikayətlərini hansı dəlillərə əsasən təmin etmədiyini qətnamədə kifayət qədər əsaslandırmadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, MPM-nin 88-ci maddəsinin tələbinə görə, məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 392.2-ci maddəsinin mənasına görə, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən apellyasiya şikayətinin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcldur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş faktlar, hazırki işdə iştirak edən cavabdehlər üçün predyusial əhəmiyyət daşımasa da, həmin qətnamə ilə mübahisələndirilən obyektin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində xxx 1.086,976 manat məbləğində maddi zərərin dəyməsi və həmin məbləğin İddiaçı tutulmaqla, onun 840.931 manat hissəsinin obyektin, 246.045 manat hissəsinin isə sonradan obyektdə aparılmış yaxşılaşdırma və rekonstruksiya işlərinin dəyərini təşkil etməsi faktları, işin yenidən mübahisə olunmayan hallarıdır. Cavabdehlərin kassasiya şikaytlərində də qeyd olunan faktlar mübahisələndirilmir və bu gündə sözügedən məhkəmə qətnaməsi qüvvədədir. Digər tərəfdən işdən görünür ki, iddiaçı mübahisəli obyekti qanuni əsaslarla səlahiyyətli dö vlət orqanın (Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin) keçirdiyi auksiondan satın alıb və küllü miqdarda vəsait qoymaqla obyektin ikinci mərtəbəsini “Arzu” şadlıq sarayına rekonstruksiya edib. Lakin sonradan məhkəmənin hökmü ilə iddiaçının adına verilən şəhidətnamə və həmin obyektə dair onunla xxx arasında bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilərək obyekt dövlət mülkiyyətinə geri qaytarılsa da, obyektin özəlləşdirilməsindən qabaqkı əvvəlki vəziyyət bərpa edilməyib və iddiaçının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə ödədiyi pul vəsaiti bu günədək ona geri qaytarılmayıb. Tərəflərin kassasiya şikayətlərinin dəlillərinə görə birinci və apellyasiya instansiyası məhkəmələri işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 157.7, 337.4, 337.5-ci maddəl ərinin və digər normativ hüquqi aktların tələblərinə istinad etsələr də, işin yuxarıda müəyyən edilən faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişlər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinin dəlilləri ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka s ahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Göstərilən Konstitusiya normalarından irəli gələn və onu inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi s ahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Mülki Məcəllənin 135-ci maddəsində əşya hüququnun obyektləri göstərilmişdir. Həmin maddəyə görə, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, binalar, o cümlədən pullar və qiymətli kağızlar əşyalardır. Mülki hüquqi əqdlər, o cümlədən alqı-satqı müqavilələri əmlaka dair mülkiyyət hüququnun əldə edilməsinin əsaslarından biridir. Əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əq dlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, yəni alıcının ödədiyi məbləğin cavabdeh tərəfindən ona qaytarılmasını ehtiva edir. Əqd etibarsız hesab edildikdə ümumi qaydaya görə hər bir tərəf əqd üzrə aldığını digər tərəfə qaytarmalıdır. Mülki hüquq nəzəriyyəsində bu hala ikitərəfli restitusiya deyilir. Alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda onun dəyəri ödənilir. Bundan başqa, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqdin etibarsız hesab edilməsinin ümumi nəticələri ilə bərabər xüsusi nəticələri də ola bilər. Bu, alınan əmlakdan istifadə, görülmüş iş, göstərilmiş xidmətlərlə əlaqədar zərərin, əldən çıxmış gəlirin ödənilməsində özünü göstərir. Əqd etibarsız hesab edildikdə tərəflər biri-birindən həmin xərclərin ödənilməsini də tələb edə bilərlər. Eyni zamanda Mülki Məcəllənin 157.7-ci maddəsində göstərilir ki, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmalırı bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu baxımdan ka ssasiya instansiyası məhkəməsi hesab edir ki, dövlət əmlakının özəlləşdirilməsinin və ya alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə tərəflərin hüquqi statuslarının ilkin vəziyyətə qaytarılması təkcə onların özəlləşdirmə, eləcə də alqısatqı müqaviləsi üzrə xərclərinin ödənilməsi ilə məhdudlaşdırıla bilməz. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edildiyi halda, mübahisəli əmlakın yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzinin ödənilməsinin tələb edilməsinin mümkünlüyü Mülki Məcəllənin 21-ci maddəsinin müddəasından da irəli gəlir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “xx şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004- cü il tarixli qərarında, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 05 dekabr 2011-ci il tarixli qərarında da və sair öz əksini tapmışdir. Göründüyü kimi mübahisələndirilən obyekt məhkəmənin hökmü ilə dövlət mülkiyyətinə geri qaytarılsa da, həmin obyektin özəlləşdirilməsi və satın alınması üçün iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinə ödənilən pul vəsaiti, eləcə də sonradan obyektdə aparılan yaxşılaşdırma və rekonstruksiya işlərinin dəyəri bu günədən qanunsuz olaraq ona geri qaytarılmayıb. Obyektin satın alınması üçün ödənilən pul vəsaiti isə bu illər ərzində inflyasiyaya uğrayıb, obyektin qiyməti dəfələrlə bahalaşıb, Azə rbaycan Respublikasında istehlak səbəti və sair xərclər kifayət qədər artıb və Azərbaycan manatı xeyli miqdarda devalvasiyaya məruz qalıb və dəyəri aşağı düşüb. Həmçinin 2017-ci ilin noyabr ayına istehlak qiymətlərinin indeksi 1997-ci ilə nisbətən 287,2 faiz, 1998-ci ilə nisbətən 289,4 faiz, 1999-cu ilə nisbətən 316,4 faiz, 2000-ci ilə nisbətən 310,8 faiz, 2001-ci ilə nisbətən 306,1 faiz və 2004-cü ilə nisbətən 273,0 faiz artıb. 2009-cu ilin sentyabr ayında isə istehlak qiymətlərinin indeksi 1997-ci ilin yanvar ayına nisbətən 177,1 faiz, 1998-ci ilin yanvar ayına nisbətən 178,2 faiz, 1999-cu ilin yanvar ayına nisbətən 195,1 faiz, 2000-ci ilin yanvar ayına nisbətən 193,7 faiz, 2001-ci ilin yanvar ayına nisbətən 190,3 faiz və 2004-cü ilin yanvar ayına nisbətən 172,6 faiz artıb. Qeyd olunan h allar dövlət orqanları tərəfindən verilən rəsmi sənədlərlə də təsdiq olunur. Nəzərə alınmalıdır ki, indeksasiya infilyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulan hüquqi tənzimləmə mexanizmidir, yəni indeksasiya infilyasiya nəticəsində dəyən zərərin bərpa olunması üsuludur. Lakin bunu zərərin əvəzinin ödənilməsi ilə eyniləşdirmək olmaz. Belə ki, zərərin əvəzinin ödənilməsi mülki hüquqi məsuliyyət tədbiri olduğu halda, indeksasiyanın belə hüquqi təminatı yoxdur. Eyni zamanda zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, qanunvercilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəz ərə alınmalıdır (Mülki Məcəllənin 21.3-cü maddəsi). Eyni zamanda ödənilməli olan pul məbləğinin indeksasiyası həyata keçirilərkən həmin pul məbləğinin inflyasiyanın təsiri nəticəsində qiymətdən düşməsi (alıcılıq qabiliyyətinin azalması) kompensasiya olunur. Bu halda indeksasiya olunan pul məbləği onun qiymətdən düşməsi səviyyəsinə (alıcılıq qabiliyyətinin azalma səviyyəsinə) mütənasib surətdə artırılır. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, xxxnın tələbinə əsasən qanuni qüvvəyə minmiş Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 17 dekabr 2013-cü il tarixli qətnaməsi ilə mübahisələndirilən obyektə dair bağlanmış etibarsız əqdin nəticələri qaydasında dəymiş zərərə görə İddiaçı onun xeyrinə 1.086,976 manat pul tutulduğu halda, İddiaçı cavabdehlərə qarşı hazırki tələbinin 1 12.137,95 manat məbləğdə təmin edilməsi ədalətli sayıla bilməz. Apellyasiya instansiyası məhkəməsi bu barədə işə əlavə edilmiş sübutları, eləcə də dövlət orqanlarının rəsmi məlumatlarını nəyə görə mötəbər sübut kimi qəbul etməməsini qətnamədə əsaslandırmadan, iddiaçıya dəymiş maddi zərəri yalnız cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 30 sentyabr 2009-cu il tarixli qərarının qəbul edildiyi tarixə istehlak qiymətlərinin indeksini nəzərə almaqla müəyyən etmişdir. Halbuki, Mülki Məcəllənin 21.1-ci maddəsinin mənasına görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edi bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa et mək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən obyektin Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən qanunsuz özgəlləşdirilməsi nəticəsində iddiaçının real maddi zərərə məruz qalmasını, habelə hüququ pozulmasaydı iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmasını nəzərə almadan və bu barədə işə əlavə edilmiş yazılı sübutlara obyektiv hüquqi qiymət vermədən, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfind ən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üs ullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətlərində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöq sanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli, mübahisəyə maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməsi təmin edilməklə, araşdırılan sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, İddiaçı və cavabdeh Azərbapycan Respublikası Maliyyə Nazirliyinin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)-432/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar