Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4656/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)9264/2018 saylı qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə baxılarkən, İddiaçı iddia ərizəsindən imtina etməsinə dair ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(004)-5432/2017 saylı qətnaməsi i lə (sədrlik edən, hakim Z.A.Quliyev) İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehdən 95.530 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli, 2(103)11727/2017 saylı qətnaməsi ilə (hakimlər N.Ş.Cəfərov sədrlik edən, məruzəçi, V.Ə.Baxışova və V.T.Həsənov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilib, iddia ərizəsi rədd olunub. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli, 2(102)-4259/2018 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli, 2(103)9264/2018 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə onun apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kassasiya şikayəti verib. 26 sentyabr 2019-cu il il tarixdə iddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, iş üzrə Bakı şəhəri, Yasamal rayon məhkəmə sinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı “pul tələbinə dair” iddiasının təmin edilərək, cavabdehdən 95.530 manat pulun tutulub ona ödənilməsinin qət edildiyini, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamənin dəyişdirilmədən saxlanıldığını, hazırda cavabdehin qətnamədən verdiyi kassasiya şikayətinin Ali Məhkəmənin icraatında olduğunu və baxılması üçün 01 oktyabr 2019-cu il tarixə təyin edildiyini və hazırda iddia tələbindən istina etdiyini göstərib, mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, Cavabdeh və vəkili xx məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar e dilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Kassasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsindən imtina etməsinə dair ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməli, iddiaçının iddia ərizəsindən imtinası qəbul edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddia ərizəsindən imtina etməsi əsasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı 26 sentyabr 2019-cu il il tarixdə notarial qaydada təsdiq edilmiş yazılı ərizə ilə kassasiya instansiyası məhkəməsinə müraciət edərək, iş üzrə Bak ı şəhəri, Yasamal rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə onun cavabdehə qarşı “pul tələbinə dair” iddiasının təmin edilərək, cavabdehdən 95.530 manat pulun tutulub ona ödənilməsinin qət edildiyini, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamənin dəyişdirilmədən saxlanıldığını, hazırda cavabdehin qətnamədən verdiyi kassasiya şikayətinin Ali Məhkəmənin icraatında olduğunu və baxılması üçün 01 oktyabr 2019-cu il tarixə təyin edildiyini və hazırda iddia tələbindən istina etdiyini göstərib, mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tər əflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər, qanunda nəzərdə tutlan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Həmin Məcəllənin 52.1-ci maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Göründüyü kimi iddiaçı, kassasiya instansiyası məhkəməsinə notarial qaydada təsdiq edilmiş yazılı ərizə göndərib, könüllü şəkildə iddia ərizəsindən imtina edib və onun öz iradəsini ifadə edib iddia ərizəsindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qan unla qorunan mənafelərini pozmur və mülki iş materiallarında iddiaçının iddia ərizəsindən imtina etməsinin qəbul edilməsini istisna edən heç bir hal yoxdur. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.4-cü maddələrinin mənasına görə, iddiaçı iddiadan imtina etdiyi və bu imtina məhkəmə tərəfindən qəbul olunduğu halda işə baxan məhkəmə iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 417.1 və 417.1.5-ci maddələrində göstərilir ki, kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsindən imtin a etdiyindən və bu imtina qanuna zidd olmamaqla hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmadığından, iddiaçının iddia ərizəsindən imtina barədə ərizəsi təmin edilməli, onun iddia ərizəsindən imtinası qəbul edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının iddia ərizəsindən imtina etməsi əsasına görə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələblərini işdə iştirak edən şəxslərə izah etməklə qeyd edir ki, tərəflər hazırki mübahisə predmet haqqında və hazırki əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edə bilməzlər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassa siya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı iddia ərizəsindən imtina barədə ərizəsi təmin edilsin, onun iddia ərizəsindən imtinası qəbul edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2018-cu il tarixli, 2(103)-9264/2018 saylı qətnaməsi İddiaçı iddia ərizəsindən imtina etməsi əsasına görə ləğv edilsin, İddiaçı Cavabdeh qarşı “95.500 manat pul tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4656/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4656/2019
01.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver