Məhkəmə qərarları › İş №2(102)-4656/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-4656/2021

13.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4656/2021 13.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina, iddia qiymətinin iki min manatdan az olması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlu Kərimova Fidan Arif qızının katibliyi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2021-ci il tarixli, 2(105)-926/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, İşin halları Xaçmaz rayon məhkəməsinin 02.06.2016-cı il tarixli 2(0 67)-3275/2016 saylı qətnaməsinə əsasən 24.04.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Xaçmaz rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov, iş № 2(067)-2126) iddianın təmin edilməsi, Xaçmaz rayon məhkəməsinin 02.06.2016-cı il tarixli 2(067)-3275/2016 saylı qətnaməsinə əsasən 24.04.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 24.04.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh Mədət oğlundan İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat məbləğində alimentin ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli, qətnaməsi ilə (hakimlər S.Qafari, Ş.Abbasov, T.Məmmədov, iş № 2(105)-926/2021) Cavabdeh Mədət oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz rayon məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilməsi, Xaçmaz rayon məhkəməsinin 02 iyun 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, Cavabdeh Mədət oğlundan 24.04.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona et irazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(105)-926/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətn amələrdən kassasiya şikayəti verilə bilməz. 408.2-ci maddəsinə əsasən bu Məcəllənin 408.1.1 və 408.1.3-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kasasiya şikayəti kasasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kasasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instansiya məhkəməsində olmasından asılı olaraq apelyasiya və kasasiya instansiyası məhkəmələri tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərin ə cavab verən kasasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kasasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kasasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, əvvəl müəyyən olunmuş 100 manat məbləğində alimentin artırılaraq 170 manat müəyyən olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində yalnız iddianın alimentin artırılmış hissəsi mübahisələndirildiyindən, həmin tələbin bir il ərzində məcmusu isə (170 (əvvəl 100) fərq 70 manat), 70 X 12 ay = 840 manat) 2000 manatdan az olduğundan qətnamənin həmin hissəsindən kassasiya şikayəti verilə bilməz Qeyd olunanlara əsasən, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Sumqayıt Apelyasiya Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(105)-926/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti icraata qəbul edilməsin. Kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar