Məhkəmə qərarları › İş №2(102)-4659/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4659/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4659/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Allahverdiyev Səlim Məhərrəm oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)915/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) xx.xx.2019-cu il tarixli, 2(055)750/2019 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” MMC -nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 3229 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, F.Abbasov) xx.xx.2020-ci il tarixli, 2(106)-915/2020 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Saatlı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(055)-750/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “alqı-satqı müqaviləsi ilə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 3299 manat məbləğində əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında pul məbləğinin və məhkəməyə müraciət edilməsi üçün 30 manat ödənilmiş dövlət rüsumunun “xxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 3229 manat məbləğində əsas borcun, 320.84 manat əldən çıxmış faydaya görə cərimə məbləğinin və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflə rin izahatları: Cavabdeh və vəkili V kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya məhkəməsi mübahisəyə düzgün hüquqi qiymət verməmiş və mübahisəli məsələləri araşdırmadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə çəkişməsi ədalətlə aparılmamışdır və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar ümumiyyətlə qiymətləndirilməmişdir. Apelyasiya məhkəməsi MMC-nin istehsal etdiyi malların cavabdeh tərəfindən müştərilərə paylanmasına münasibət bildirməmişdir. Halbuki, cavabdeh həmin malları müxtəlif müştərilərə paylayırdı və bir müddət sonra payladığı malların pulunu yığaraq şirkətə təhvil verirdi. Bu günə qədər bəzi müştərilər borclarını ödəməmişdir. Cavabdehdən tələb olunan məbləğ müştərilərdədir. Hesab edirlər ki, həmin tələb malları qəbul edən və borclu qalan mü ştərilərə yönəldilməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)2323/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh vəkili V məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı “xxxx” MMC məhkəməyə kasasiya şikayətinə etiraz ünvanlayaraq, kasasiya şikayətinin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-2323/2020 nömrəli qətnaməsinin də yişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı “xxxx” Group MMC ilə cavabdeh X1 arasında bağlanmış razılaşmaya əsasən müəssisənin istehsal etdiyi malları “satıcı” satmağı, “alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öhdəsinə götürmüşdür, iddiaçı tərəfindən onun üzərinə düşən öhdəliklər icra edilsə də, Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə 3229 AZN məbləğində icra olunmamış öhdəliyi qalmışdır.İşdə olan xx xxxx 2017-ci il tarixli təhvil-təslim və üzləşdirmə aktından da görünür ki, Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə (indiki adı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti) 3229 manat borcu vardır. Apelyasiya kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı hesab etmişdir ki, apelyasiya şikayətinin dəlilləri f ormal mülahizələrdən ibarətdir. Belə ki, cavabdeh apelyasiya şikayətində şirkətdən götürdüyü malları müştərilərə paylamış, pulunu da vaxtıvaxtında yığıb şirkətə qaytarmışdır. Lakin bəzi müştərilər borclarını vaxtında qaytarmadığından o, da şirkətə olan borcunu ödəyə bilməmişdir Göründüyü kimi, cavabdeh işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışlarını bildirir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apelyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin mübahisələndirdiyi müştərilərə nisyə vermiş olduğu malların pulunu müştəril ər tərəfindən vaxtında qaytarılmaması və onun da şirkətə borclu qalması iddiaçı ilə cavabdeh arasında olan müqavilə öhdəliyinin yerinə yetirlməməsinin qanuni əsası deyil. Buna görə də birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cavabdehin iddia tələbinə etirazı ilə bağlı araşdırma aparmamışdır. Bu isə işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətləndirilə bilməz. Bütün bunlar onu göstərir ki, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, kasasiya yoxlaması zamanı da kasasiya şikayətinin dəlillərinin formal xarakterli olması öz təsdiqini tapır. Belə ki, cavabdehin mübahisələndirdiyi müştərilərə nisyə vermiş olduğu malların pulunu müştərilər tərəfindən vaxtında qaytarılmaması və onun da şirkətə borclu qalması, iddiaçı ilə cavabdeh arasında olan müqavilə öhdəliyinin yerinə yetirlməməsinin qanuni əsası deyil. Bu isə işin faktiki hallarının tam araşdırılmaması kimi qiymətləndirilə bilməz. Kasasiya yoxlaması zamanı həmçinin müəyyən edilmişdir ki, apelyasiya kollegiyası qətnamə qəbul edərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsini n 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.Həmin Məcəllənin 448.1.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üç ün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəs inə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə müvafiq olaraq əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə qeyd edilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz q ətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(106)-915/2020 nömrəli qətnaməsi dəyişiklik edilmə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar