Məhkəmə qərarları › İş №2(102)-466/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-466/2020

16.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-466/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), X7 oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh vəkili Qəşəmov Fuad Azad oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10165/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.Məmmədov) xx.xx.2019-cu il tarixli, 2(010)-1180/2019 nömrəli qətnam əsi ilə İddiaçı MMC-nin cavabdeh X2 qarşı “dəymiş ziyan və borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 3464 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 31 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər T.Səmədov, E.Kazımov, İ.Şirinov) xx.xx.2019-cu il tarixli, 2(103)-10165/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı MMC cavabdeh X2 qarşı “dəymiş ziyanın və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3464 manat məbləğində borc pulun, 377,68 manat məbləğində pulun və 31 manat dövlət rüsumunun, cəmi 3872,68 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Qəşəmov Fuad Azad oğlukassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı təşkilat ilə cavabdeh arasında heç bir zaman müqavilə münasibətləri olmamışdır. Cavabdeh 63 yaşı var və o təqaüdçüdür. Bakı Apellyasiya Məhkəməsinin mübahisələndirilən qətnaməsi qəbul ediləndən sonra məlum olmuşdur ki, Cavabdeh oğlu X3 "İddiaçı" MMC ilə əlaqəsi olmuş və hətt a xx xxxxxx 2015-ci il tarixində 500 AZN, xx xxxxxx 2016-cı il tarixində 500 AZN və xx xxxx 2016-cı il tarixində 1500 AZN olmaqla, Zaur tərəfindən ümumilikdə "İddiaçı” MMC-yə 2500 manat ödəniş həyata keçirilmişdir. Hesab edirlər ki, hazırki iddia Cavabdeh qarşı deyil, X4 qarşı qaldırılmalıdır. Çünki, məhz Zaurun "İddiaçı" MMC ilə əlaqəsi olub və ödəniş qəbzlərində də ödəyən şəxs kimi Zaur Oktay qeyd edilib (və ya ən azından bu ödəniş məbləğləri (ümumilikdə 2500 AZN) qət edilən məbləğdən çıxılmalıdır). Göründüyü kimi, bu hissədə apellyasiya instansiyası tərəfindən əlavə araşdırılma aparılmasına zərurət var. Cavabdeh uzun müddət oğlu X5 ilə əlaqə saxlamadığına və Zaurun yaşadığı yeri bilmədiyinə görə sözügedən məsələ ilə bağlı ondan məlumat ala bilməmiş, yalnız Bakı Apellyasiya Məhkəməsini n Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qəbul edildikdən sonra onunla əlaqə saxlaya bilmiş və yuxarıda istinad olunan sübutları əldə edə bilmişdir. Bu səbəbdən qeyd edilən 2500 manatın "İddiaçı" MMCyə ödənilməsini təsdiq edən qəbzləri Bakı Apellyasiya Məhkəməsinə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-10165/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin iddiaçı "İddiaçı" MMC-nin səlahiyyətli nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələri nin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 vəkili Qəşəmov Fuad Azad oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apellyasiya kollegiyası qənaətini onunla əsaslandır mışdır ki, müəyyən edilmiş işin hallarından görünür ki,tərəflər arasında 2015-ci ildə nisyə alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən alıcı: Cavabdeh satıcı: İddiaçındən dəyərini ödəmək şərti ilə iki dəfəyə ümumilikdə 4064 manat dəyərində şüşə almış, lakin həmin əmlakın dəyərinindən cəmi 600 manat ödəmiş, qalıq 3464 manat məbləğində borcunu isə ödəməyərək, öhdəliyini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2 və 329.3-cü maddələrinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyal arın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442 və 448.1 -ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh kassasiya şikayətində ödənişlər edilməsi barədə qəbzlərin mövcud olmasına, həmin qəbzlərin oğlunda olmasına, apellyasiya məhkəməsində işə baxıldıqdan sonra həmin qəbzləri əldə etdiyinə istinad edərək, qəbzlərdə görünən məbləğlərin tələb edilən borc məbləğindən çıxılmalı olduğunu göstərmiş olsa da, qeyd edilməlidir ki, kassasiya yoxlaması zamanı həmin qəbzlərə baxış keçirilmiş və həmin qəbzlər üzrə ödənilmiş məbləğlərin kimə, hansı məqsədlə, hansı öhdəlik üzrə ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Ona görə də göstərilən qəbzlərin mötəbər sübut kimi nəzəra alınması mümkün deyildir. Apellyasiya kollegiyası qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmişdir. Odur ki, kassasiya şikayətinin dəlilləri apellyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, kassasiya kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)10165/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar