Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4665/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, faiz borcunun müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)540/2020 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili xxxqızı tərə findən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 17487 ABŞ dolları əsas, 14578 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 32565 ABŞ dolları kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-723/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim C.T.Tağıyev) iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxxxxx 2014cü il tarixli, 4239 nömrəl i kredit müqaviləsi üzrə 17487 ABŞ dolları əsas, 9177,64 ABŞ dolları faiz və 200 ABŞ dolları cərimə olmaqla, cəmi 26864,64 ABŞ dolları kredit borcunun ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(104)-3720/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Ş.Q.Rzaquliyev, hakimlər F.Ə.Mehtiyev və N.N.Quliyev) Cavabdeh1 verdiyi apelyasiya şikayətinin təmin edilməmiş və Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-723/2018 nömrəli qətnaməsinin Cavabdeh1 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsin in Mülki kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(102)-3057/2019 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.A.Əhmədov, hakimlər A.Ə.İskəndərov və İ.K.Dəmirov) Cavabdeh1 kasasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(104)-3720/2018 nömrəli qətnaməsi qismən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ödəniş günü milli manata məzənnədə xx xxxxxxx 2014-cü il tarixli, 4239 nömrəli kredit müqaviləsi üzrə faiz borcuna görə 9177,64 ABŞ dollarının tutulub İddiaçı ASC-yə verilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiya sının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-540/2020 nömrəli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim L.S.Süleymanov, hakimlər İ.Ə.Şəfiyev və Ç.B.Məmmədov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Bərdə Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(021)-723/2018 nömrəli qətnaməsi faiz borcu ilə bağlı hissədə dəyişdirilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4588,85 ABŞ dolları kredit borcunun ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində tutulub İddiaçı ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh1 və vəkili xxxqızı kasasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-540/2020 nömrəli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəm əsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Bank krediti cavabdehə manatla versə də, tərəfin məlumatı olmadan, müqaviləni ABŞ dolları ilə hesablamışdır. Cavabdehin ödədiyi kredit borcu faizə və dəbbə puluna çıxılmış və son nəticədə əsas borcun hesabına yenidən faiz və dəbbə pulu borcunun şişirdilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi, cavabdehlər, habelə vəkilləri gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası M PM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sü butlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız faiz borcu hissəsində ləğv edilmiş və təkrar apelyasiya baxışının predmetini yalnız həmin məsələ təşkil etmişdir. Apelyasiya məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi faiz borcu hissəsində qismən təmin olunmuş və iddiaçı kasasiya şikayəti verməmişdir. Bu səbəbdən kasasiya baxışının hədlərini apelyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız faiz borcunun təmin olunmuş hissəsində qanuniliyinin yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, xx xxxxxxx 2014-cü il tarixli, 4239 saylı kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 27 faiz ödəmək şərtilə 24 ay müddətinə 19100 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı üsulu kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında xx xxxxxxx 2014-cü il tarixdə zaminlik müqavilələri bağlanmışdır. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, borcalan kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, bu səbəbdən iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və məhkəmələr tərəfindən mübahisə yuxarıda qeyd olunan qaydada həll olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə 17487 ABŞ dolları əsas, 14578 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə borcunun olmasını iddia etmiş və tələbinin sübutu qismində xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli, 6313 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxxxxx 2017-ci il tarixə əsas borc üzrə 17734,47 ABŞ dolları, faiz borcu üzrə 9177,64 ABŞ dolları borcu vardır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsini faiz borcu hissəsində ləğv edən Ali Məhkəmə xx xxx 2019-cu il tarixli qərarında irəli sürülən göstəri şləri MPM-in 420-ci maddəsinə uyğun icra edən apelyasiya instansiyası məhkəməsi təkrar apelyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxxxxx 2016-cı il tarixə Banka ödənilməli olan faiz borcu 4588,85 ABŞ dolları məbləğində müəyyən edilir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə keçirilmiş həmin ekspertiza rəyini əsas kimi götürərək, cavabdehdən tutulan faiz borcu yenidən müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissəsi üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiy a instansiyası məhkəməsi əsaslı olaraq iş üzrə keçirilmiş sonuncu ekspertiza rəyini əsas götürmüşdür. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandı ran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətlən dirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxs lər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Cavabdehin kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarında cavabdehdən tutulan faiz borcunun müqavilə müddətinin sonuna yenidən yoxlanılmasına dair göstəriş verilmişdir ki, təkrar apelyasiya icraatı qaydasında həmin göstəriş icra olunmuş və ekspertiza rəyinə uyğun olaraq cavabdehin iddiaçıya olan yekun faiz borcu müəyyən edilmişdir. Götürülən borcun valyutası ilə bağlı kasasiya şikayətinin dəlilinə isə münasibət göstərilərək qeyd olunmalıdır ki, cavabdeh əvvəlki kasasiya şikayətində də həmin məsələni qaldırmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il qərarı ilə cavabdehin həmin dəlili əsassız hesab olunmuşdur. Odur ki, həmin məsələyə yenidən hüquqi qiymət verilməsi kasasiya baxışının hədləri nəzərə alınmaqla hazırda kasasiya instansiyası məhkəməsinin səlahiyyətləri xaricindədir. Beləliklə, məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Re spublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili xxxqızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)-540/2020 nömrəli qətnaməsi faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-4665/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4665/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver