Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4665/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı iş üzrə ilk iddiası, Cavabdeh "xxxx" MMC-nə qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması, kredit müqaviləsi üzrə tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “X1 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh “kredit borcunun, faizlərin və dəbbə pulunun tutulması” ilkin, Cavabdeh “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı “kred it müqaviləsinin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-456/2022 nömrəli mülki iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsindən ilk iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinə 5 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC (bundan sonra-iddiaçı) ilə Cavabdeh (bundan sonra-cavabdeh) arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 12 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 30.000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçıya 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 16 okty abr 2018-ci il tarixədək illik 55%-lə 50.000 manat məbləğində kredit verilmişdir.
3. İddiaçıya 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 20 oktyabr 2018-ci il tarixədək illik 55%-lə 40.000 manat məbləğində kredit verilmişdir.
4. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə cavabdeh arasında 12 oktyabr 2017-ci il tarixli, ******* saylı, 16 oktyabr 776/SM-17 saylı, və 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı girov müqavilələri bağlanmışdır.
5. Maliyyə arayışına əsasən iddiaçının 10 fevral 2020-ci il tarixinə kredit borcunun əsas ödənilməli olan hissəsi 14.242,42 manat, qrafik üzrə hesablanmış faiz 6.993,07 manat olmaqla, cəmi 21.235,49 manat MMC qarşısında borcu mövcuddur.
6. Maliyyə arayışına əsasə n iddiaçının 20 may 2021-ci il tarixinə kredit borcunun qalıq hissəsi 18.915,26 manat əsas ödənilməli olan, qrafik üzrə hesablanmış faiz 8.263,02 manat, uçot faiz dərəcəsi ilə hesablanmış 87,23 manat olmaqla, cəmi 27.265,51 manat MMC qarşısında borcu mövcuddur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 14.535,42 manat, faiz borcu 6993.07 manat olmaqla, ümumilikdə 21528.49 manat məbləğində borcun; 16 oktyabr 2017-ci il tarixli 776/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 24.146,81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34.861,54 manat məbləğində borcun; 2 0 oktyabr 2017-ci il tarixli 796/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 19.304,37 manat, faiz borcu 8350.25 manat olmaqla ümumilikdə 27.654 manat məbləğində borcu; cəmi 84044.65 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddianı müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, cavabdeh kredit müqavilələri üzrə öhdəliklərinə vaxtında və lazımi şəkildə əməl etməmiş, nəticədə, "xxxx" MMC-yə 12 oktyabr 2017-ci il tarixli, 771/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 14.535,42 manat, faiz borcu 6993.07 manat olmaqla, ümumilikdə 21528.49 manat, 16 oktyabr 2017ci il tarixli 776/Şm-17 saylı kredi t müqaviləsi üzrə əsas borc 24.146,81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34.861,54 manat, 20 oktyabr 2017-ci il tarixli 796/Şm-17 saylı kredit müqaviləsi üzrə əsas borc 19.304,37 manat, faiz borcu 8350.25 manat olmaqla ümumilikdə 27.654 manat məbləğində borcu yaranmışdır. Cavabdeh hər üç müqavilə üzrə birlikdə borcu cəmi 84044.65 manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. Azərbaycan Respublikası DİN-in BPMQİ-ni MAPS şöbəsinin 30 may 2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı və 20 oktyabr 2017-ci il tarixli, 796/SM17 saylı kredit müqavilələrinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 55%-lə hesablanır. Beləliklə, yuxarıda göstərilənlərə və qanunvericiliyin tələblərinə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/Şm-17 saylı kredit müqaviləsi üzrə 21528.49 manat, 16 oktyabr 2017-ci il tarixli 776/Şm-17 saylı kredit müqaviləsi üzrə 34.861,54 manat, 20 oktyabr 2017-ci il tarixli 796/Şm-17 saylı kredit müqaviləsi üzrə 27.654 manat, ümumilikdə 84044.65 manat məbləğində borc, həmçini n, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilməlidir. Bu səbəbdən "xxxx" MMC məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinə əsasən borcun əsas məbləğlər və şişirdilərək yazılmış faiz məbləğləri həmin müqavilələrə görə bağlanılmış girov müqavilələri üzrə qızıl əşyalarının dəyəri hesablanılmaqla cavabdehə artıq hesablanmış əsas və faiz olaraq borc məbləğlərinin çıxılaraq, adından tamamilə silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqav iləsinə əsasən 12 ay müddətinə xx.xx.2018-ci il tarixinədək illik 55 faizlə 30000 manat məbləğində, xx.xx.2017ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə xx.xx.2018-ci il tarixinədək illik 55 faizlə 50000 manat məbləğində və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə xx.xx.2018-ci il tarixinədək illik 55 faizlə 40000 manat məbləğində kredit müqavilələri bağlanılmış, müqavilələrə uyğun ******* saylı, 776/SM-17 və 796/SM-17 saylı girov müqavilələri bağlanılmış və həmin müqavilələrə uyğun 3305.69 manat, 5509.48 manat və 4407.58 manat pullar ödənilməli idi. Cavabdeh təşkilatın bildirməsinə görə Cavabdeh xx.xx.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə əsas borc 14.535,42 manat, faiz borcu 6993.07 manat olmaqla, ümumilikdə 21528.49 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 24.146,81 manat, faiz borcu 10714.73 manat olmaqla ümumilikdə 34.861,54 manat, xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsi üzrə əsas 19.304,37 manat, faiz borcu üzrə 8350.25 manat olmaqla ümumilikdə 27.654 manat, ümumilikdə 84044.65 manat məbləğində borcu vardır. Müqavilələr qanundan kənar bağlanılmış, Mərkəzi Bankın müəyyən etdiyi normalardan kənara çıxmaqla analoqu olmayan faizlər Cavabdeh yazılmaqla, Cavabdeh vəziyyətini ağırlaşdırmaqla bağlanıldığından xx.xx.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi, xx.xx.2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsi və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsi ləğv edilərək həmin kredit müqavilələri üzrə düzgün çıxı lmamış əsas məbləğlər və şişirdilərək yazılmış faiz məbləğləri silinməlidir. Həmçinin həmin müqavilələrə görə bağlanılmış xx.xx.2017-ci il tarixli ******* saylı xx.xx.2017-ci il tarixli 776/SM-17 saylı və xx.xx.2017-ci il tarixli 796/SM17 saylı girov müqavilələri üzrə qızıl əşyalarının dəyəri hesablanılmaqla hesablanmış borc məbləğləri Cavabdeh adından tamamilə silinməlidir.
11. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 01 fevral 2021-ci il tarixli 9/4532 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı və 20 oktyabr 2017-ci il tarixli, 7 96/Şm -17 saylı kredit müqavilələrinin şərtləri nəzərə alınmaqla Cavabdeh BOKT "xxxx" MMC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 12 oktyabr 2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu – 20520,54 manat, faiz borcu – 5933,13 manat; 16 oktyabr 2017-ci il tarixli 776/SM-17 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu – 36.423,11 manat, faiz borcu – 7612,06 manat; 20 oktyabr 2017-ci il tarixli, 796/SM-17 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas kredit borcu – 29.134,95 manat, faiz borcu – 5806,11 manat”. 12.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-210/2021 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. 13.Birinci i nstansiya məhkəməsi işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab etmişdir ki, ilkin iddia aşağıda göstərilənlərə əsasən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İddiaçı Cavabdeh "xxxx" MMC-nə qarşı “kredit müqaviləsi və s. tələblər üzrə” qarşılıqlı iddia ərizəsinə gəldikdə isə məhkəmə hesab edir ki, Cavabdeh öz iddiasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Odur ki, qarşılıqlı iddia rədd edilməlidir. 14.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü, 442-ci, 443.1-ci; 448.1-ci; 449.1-ci, 739-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 15.Cavabdeh apellyasiya şi kayəti verərək, qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(006)-210/2021 saylı qətnaməsi qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Həmçinin mülki prossesual hüquqla qorunmalı olan və qanunun ona cavabdeh tərəf olaraq verdiyi imkanların Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən kobud surətdə pozularaq, ilkin iddia üzrə iddiaçı tərəfin müəyyən etdiyi və təqdim etdiyi sənədləri birtərəfli qaydada araşdırmaqla əleyhinə qətnamə çıxarmaqla, şişirdilmiş və həqiqəti əks etdirməyən borc məbləğlərini adına yazmaqla qanunsuz və ədalətsiz olaraq mülki işi ye kunlaşdırmışdır. Məhkəmənin cavabdehin əleyhinə belə bir qətnamə çıxarması mülki işi birtərəfli aparmaqla iddiaçı təşkilatın maraqlarını müdafiə etməsi kimi qiymətləndirilir. Belə ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsində işə baxılarkən işin konkret halları üzrə "xxxx" MMC ilə bağladığı xx.xx.2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsinə, xx.xx.2017-ci il tarixli 776/ SM17 saylı kredit müqaviləsinə və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı kredit müqaviləsinə qarşılıq olaraq xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli 776/SM-17 saylı və xx.xx.2017-ci il tarixli 796/SM-17 saylı girov müqavilələri üzrə qızıl əşyaları götürülsə də, iddiaçı təşkilatın təkidi ilə məhkəmə tərəfindən həmin girov predmetləri nəzərə alınmadan 82875,82 manat borc hesablanm aqla ədalətsiz qətnamə çıxarılmışdır. 17.Məhkəmə iclasında ilkin iddiaçı "X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 18.Apellyasiya instansiyası məhkəməsində icraat zamanı əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, 18 yanvar 2022-ci il tarixli 9/9497 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2017-ci il tarixli, 771/SM-17 saylı, 16 oktyabr 2017-ci il tarixli, 776/SM-17 saylı, 20 oktyabr 2017-ci il tarixli, 796/Şm-17 saylı kredit müqavilələri üzrə (girov müqavilələrində göstərilmiş qızıl-zinət əşyalarının dəyəri nəzərə alınmadan) müqavilə müddətlərinin başa çatdığı tarixə kredit müqavilələrinin şə rtləri nəzərə alınmaqla Cavabdeh BOKT "xxxx" MMC-yə olan borcu: 12 oktyabr 2017-ci il tarixli 771/SM-17 saylı kredit müqaviləsi üzrə 12 oktyabr 2018-ci il tarixə əsas borc 20.813,54 manat, faiz borcu 4674,38 manat; 16 oktyabr 2017-ci il tarixli 776/SM-17 kredit müqaviləsi üzrə 16 oktyabr 2018-ci il tarixə əsas borc 36.423,11 manat, faiz borcu 5898,22 manat; 20 oktyabr 2017-ci il tarixli 796/SM-17 kredit müqaviləsi üzrə: 20 oktyabr 2018-ci il tarixə əsas borc 29.134,95 manat, faiz borcu 4451,17 manat təşkil etmişdir. Ekspert rəyi ilə həmçinin müəyyən edilir ki, müqavilə müddəti bitdikdən sonra borclu tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 293.00 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 486.72 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə isə 389.11 manat məbləğində ödənişlər aparılmışdır. Bu ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğlərini tərəflər mübahisələndirməmişlər. 19.Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 2(103)-456/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddiaçı Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-210/2021 nömrəli qətnaməsi ilk iddianın təmin edilməsi hissəsində qismən ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə ilk iddia tələbi qismən təmin edilmiş, 12 oktyabr 2017-ci il tarixli 771/ŞM-17 saylı kredit müqaviləsi üzrə Cavabdeh oğlundan 1553,49 manat borc məbləği tutularaq ilk iddiaçı "X1 Olmayan Kre dit Təşkilatı” MMC-yə ödənilməsi qət edilmişdir. İlk iddia tələbi qalan hissədə təmin edilməmişdir. 20.Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 389.1-ci, 390.1-ci, 739-cu, 442-ci maddələrinə əsaslanaraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmamışdır. Kollegiya həmçinin qeyd etmişdir ki, kredit müqavilələri üzrə ilk iddia tələbində cavabdehdən tələb edilən borc məbləğləri ilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyində müəyyən edilmiş borc məbləğləri arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan borcun məbləği 25194,92 manat (20.813,54 + 4674,38 – 293,00) müəyyən edilsə də, ilk iddia tələbində cavabdehdən həmin müqavilə üzr ə 21235,49 manat tələb edilmişdir. Bundan başqa, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan borcun məbləği 41834,61 manat (36.423,11 + 5898,22 – 486,72) müəyyən edilsə də, ilk iddia tələbində cavabdehdən həmin müqavilə üzrə 34374,82 manat tələb edilmişdir. Həmçinin, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna olan borcun məbləği ekspert rəyi ilə 33.197,01 manat (29.134,95 + 4451,17 – 389,17) müəyyən edilsə də, ilk iddia tələbində cavabdehdən həmin müqavilə üzrə 27265,51 manat tələb edilmişdir. Göründüyü kimi, ilk iddia tələbində cavabdehdən tutulması xahiş edilmiş məbləğlər ekspert rəyi ilə müəyyən edilmiş məbləğlərdən daha azdır. 21.Bakı Apellyasiya məhkəməsi öz mövqeyini Azərbaycan Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 389.1-ci, 390.1-ci, 442-ci, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddələrinə əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 22.İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsiini qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, işin hallarıyla bağlı bir sıra sənədlərin həqiqi mənasına əhəmiyyət vermədən, həmin sənədlərin hüquqi əhəmiyyətliliyinin iş üçün nə dərəcədə vacib olduğunu göz ardı edərək ədalətsiz qərar qəbul etməklə onun hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə qeyd etmişdir ki, tələbkarın Cavabdeh tǝləb etdiyi borcun məbləği onun kredit götürərkən qoyduğu girovun dəyərindən azdır. Bunu əsas gətirərək girovun borcla əvəzləşdirilməsi və borcun silinməsi barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, tələb olunan borc, girov predmeti satılaraq ödənilmiş borcdan artıq qalan məbləğdir. Daha sonra məhkəmə qeyd etmişdir ki, hesablanmış faizlər müqavilə müddəti bitdikdən sonra hesablanan faizlərdir. Lakin iş materiallarında olan maliyyə arayışlarında da göründüyü kimi, tələb olunan məbləğ müqavilənin bitmə tarixinədək formalaşmış borcdur və faizlər illik uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmışdir. Məhkəmə iş materiallarinda olan ekspert rəyində göstərilmiş borc məbləğini təsdiq etsə də, həmin borcun girov predmetinin satılaraq ödənilməsi barədə qətnamə çıxarmışdır. Halbuki, girov predmeti Daşınar ə mlakın Yüklülüyü haqqında qanuna və tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq satılmış, əldə olunan vəsait Cavabdeh borcuna yönəlmiş, lakin həmin vəsait borcun tam olaraq ödənilməsinə kifayət etmədiyindən, ödənilməmiş qalan məbləğin Cavabdeh tutulması ilə bağlı məhkəməyə müraciət edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Kassasiya şikayətinə qarşı etiraz daxil olmadı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 25.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.Maddə 389.1. Mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 28.Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 29.Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iş tirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 30.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 33.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri 34.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 35.Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 36.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin yoxlanılan hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətn aməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kassasiya kollegiyası qeyd etmişdir ki, baxılan iş üzrə apellasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir. 38.Qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəylərinə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymət vermişdir.
39. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müə yyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər. 40.Kassator borcun düzgün hesablanmaması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 41.Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. 42.Bu səbəbdən, iddiaçının kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədə n saxlanılmalıdır. 43.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cumaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" MMC –nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-456/2022 nömrəli mülki iş üzrə 07 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.