Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4666/2020 27.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 və İddiaçı1 iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)689/2020 saylı qətnaməsindən İddiaçı1 və cavabdeh “xxxx” ASC ayrı-ayrılıqda verdikləri kasasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(043)-1310/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.A.M irabov) İddiaçı1 cavabdeh “xxxx” ASC qarşı “xx xxxx 1997-ci ildən xx xxxxxx 2017-ci il tarixədək olan dövr üçün istehsalatda baş vermiş bədbəxt hadisəsi nəticəsində aldığı xəsarətə görə zərərin əvəzinin ödənilməsi” barədə iddiası qismən təmin edilərək, cavabdehdən xx xxxxxxxx 2000-ci ildən xx xxxxxx 2018-ci il tarixədək olan dövr üçün ödənilməmiş zərər görə cəmi 17.085,50 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(104)1098/2019 saylı qətnaməsi ilə (hakimlər Ş.M.Əliyeva sədrlik edən, məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-c i il qətnaməsi ləğv edilib, iddia rədd olunub. İddiaçı qətnamədən kasasiya şikayəti verib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(102)-6245/2019 saylı qərarı ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, A.K.Kalbalıyev və Ə.Ə.Əliyev) kasasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılıb. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(104)689/2020 saylı qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, F.Ə.Mehtiyev və R.Z.Mamedov) apelyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi- iddianın qismən təmin edilmiş xx xxxx 1997-ci ildən xx xxxxxx 2017-ci il tarixədək olan dövr üçün ödənilməmiş zərərə görə cəmi 17.085,50 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində dəyişdirilərək, cavabdehdən 5.117 manat pulun tutulub iddiaçıya verilməsi qət edilib. Tərəflər ayrı-ayrılıqda qətnamədən kasasiya şikayətləri veriblər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə qarşı iddia qaldıraraq, ondan xx xxxx 1997-ci ildən xx xxxxxx 2017-ci il tarixədək olan dövr üçün ödənilməmiş zərər görə cəmi 25.896 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı kasasiya şikayətini onunla əsaslandı rıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. İddiaçının kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi və ya işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Cavabdehin kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsin də ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasssasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı1 vəkili Yusif Hüseynov, cavabdeh “xxxx” ASC, vəkili Yaşar Musayev məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə iddiaçının kasasiya şikayəti qismən təmin, cavabdehin kasasiya şikayəti rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddiaçı əmək qabiliyyətinin 75 faizini itirib. 1997-ci ildə cavabdeh təşkilatda minimum əmək haqqı 22 manat olub və həmin təşkilatda özəlləşdirmə müvafiq icra hakimiyyəti orqanının xx xxxxxxx 2001-ci il tarixli, 179 saylı Sərəncamına əsasən başlayıb və xx xxxx 2009-cu il tarixdə başa çatıb. Cavabdeh təşkilatın özəlləşdirmə planında və kreditor borcları siyahısında iddiaçının adı olmayıb. xx xxxx 2013-cü ildən cavabdeh təşkilat fəaliyyətini tam dayandırıb və işçilərə əmək haqqı ödəməyib. Bu səbəbdən də cavabdeh təşkilatda iddiaçının peşəsi üzrə orta aylıq əmək haqqını müəyyən etmək mümkün deyil. Lakin, iddiaçı əmək qabiliyyətini 75 faiz itirdiyi üçün, xx xxxxxxxx 2000-ci ildən başlayaq cavabdeh təşkilatda özəlləşdirmənin başa çatdığı xx xxxx 2009-cu il tarixədək, yəni 102 ay 10 gün müddət üçün normativ hüquqi akta əsasən hər ay 50 manat olmaqla, cavabdehdən cəmi 5.117 manat pul tutulub iddiaçıya ödənilməlidir. Apelyasiya instansiya sı məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 239-cu maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi iddiaçıya dəymiş zərərin məbləğinə aid hissədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün müəyyən edib, sübutları tam, hərtərəfli və obyektiv araşdırsa da, maddi hüquq normalarının təfsirində səhvə yol vermişdir. Belə ki, iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, o, xx xxxxxxxx 1965-ci il tarixdən müxtəlif idarə və təşkilatlarda işləyib, xx xxxxxx 1981-ci ildən isə, X6 İdarəsinə İV dərəcəli “quraşdırıcı çilingər” işinə qəbul edilib və xx xxxx 1983-cü ildən əlilliyə görə pensiyaya çıxdığı üçün işdən çı xarılıb. İşə əlavə edilmiş “İstehsalatda bədbəxt hadisə haqqında” xx xxxxxx 1983-cü il tarixli İz formalı Aktın, eləcə də TSEK-nın tibbi arayışlarının surətlərindən görünür ki, X6 İdarəsində “quraşdırıcı çilingər” işləyən iddiaçı, xx xxxxxx 1983-cü ildə, saat 13:10 radələrində əmək funksiyasını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində xəsarət alıb və əmək qabiliyyətini 75 faiz itirməklə ona İİ qrup əlillik təyin edilib. İşə əlavə edilmiş 21 saylı Region üzrə X1 xx xxxx 2018-ci il və xx xxxxxx 2018-ci il tarixli rəylərindən görünür ki, istehsalatda bədbəxt hadisə nəticəsində iddiaçının xəsarət almasını təsdiq edən İz formalı Aktı və TSEK tərəfindən iddiaçının əmək xəsarəti nəticəsində əmək qabiliyyətini 75 faiz itirməsinə dair arayışın verilməsini nəzərə alaraq, ona çatacaq zərər ödənci cavabdeh təşkilat tərəfindən ödənilməlidir. xx xxxx 1997-ci ildən hazırki vaxtadək iddiaçıya zərər ödəncinin ödənilməməsini nəzərə alaraq, hesablanma 2018-ci ildə aparıldığından bütün illər üzrə zərər ödəncinin hesablanması sonuncu ilin minimum əmək haqqına əsasən hesablanmalıdır. Hazırda iddiaçı, istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə xx xxxx 1997-ci idən xx xxxxxx 2017-ci il tarixədək olan dövr üçün dəymiş zərərə görə aylıq ödəncin hesablanaraq cavabdehdən tutulub ona ödənilməsini iddia edir. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müa licə olunması üçün çəkdiyi, həm də ona pensiya, müavinətlər verilməsi ilə əlaqədar sosial sığorta orqanları tərəfindən çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Maddənin 2-ci bəndində göstərilir ki, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunverciliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Maddənin 3-cü bindində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin veri lməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.1-ci bəndinə görə, işçinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə, qanunverciliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədən kənar vəsaitlər hesabına ödənilir. Həmin Qaydaların 3.2 -ci bəndinə əsasən, zərər çəkmiş işçilərə zərərə görə aylıq ödənclər istehsalatda əmək xəsarəti nəticəsində əvvəlki peşə əmək qabiliyyətini itirdiyi gündən verilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərər görə aylıq ödənclərin miqdarı qanunverciliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minumum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunverciliklə müəyyən olunmuş qaydada təsdiq edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımından sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənili r. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işə əlavə edilmiş sübutları araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçının cavabdeh təşkilatda “quraşdırıcı çilingər” işində işləməsi, xx xxxxxx 1983-cü ildə, saat 13:10 radələrində əmək funksiyasını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində yıxılaraq xəsarət alması, əmək qabiliyyətini 75 faiz itirməklə ona İİ qrup əlillik təyin edilməsi, xx xxxx 1997-ci il tarixdək cavabdeh təşkilat tərəfindən dəymiş zərərə görə ona aylıq ödəncin verilməsi mülki iş materialları, eləcə də “İstehsalatda bədbəxt hadisə haqqında” İz formalı Aktla, TSEK-nın tibbi arayışları və X1 rəyləri ilə tam təsdiq edildiyindən, cavabdeh təşkilat həm iddiaçıya xəsarət yetirilməsi, həm də onun sağlamlığının ba şqa şəkildə korlanması nəticəsində dəymiş zərəri ödəməyə borcludur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi cavabdehin kasasiya şikayətinin dəlillərini əsassız hesab edir və belə qənaətə gəlir ki, cavabdehin kasasiya şikayətində göstərdiyi dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi, iddianın bütövlükdə rədd edilməsi üçün əsas ola bilməz. Çünki, sadalanan normalara görə, işçinin istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunverciliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdc ə vəsaiti, yaxud büdcədən kənar vəsaitlər hesabına ödənilir. Ona görə də kasasiya instansiyası məhkəməsi iddiaçının kasasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, cavabdeh təşkilatda baş vermiş istehsalat qəzası nəticəsində iddiaçının sağlamlığının pozulması, bədbəxt hadisənin təhqiqat aktına əsasən məhz cavabdeh təşkilatın təqsirkar sayılması və həmin təşkilatın xx xxxx 1997-ci il tarixədək iddiaçıya dəyən zərərə görə aylıq ödənci ödəməsi mülki iş materialları ilə istisna edilmədiyindən, həmçinin iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan apelyasiya şikayəti vermədiyindən, iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, X3 rəyləri əsas tutulmaqla, cavabdeh dən iddiaçının xeyrinə tutulacaq zərərin məbləği 17.085,50 manat müəyyən edilməlidir. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi mübahisəni mahiyyəti üzrə düzgün həll etsə də, cavabdehdən iddiaçının xeyrinə zərərə görə tutulacaq ödəncin məbləğini düzgün müəyyən etməmiş və bu barədə işə əlavə edilmiş X1 çoxsaylı rəylərini nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nin 417.1.2-ci maddəsinə əsasən, kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı1 kasasiya şikayəti qismən təmin edilsin, iş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 202 0-ci il tarixli, 2(104)-689/2020 saylı qətnaməsinə- cavabdeh “xxxx” ASC-dən xx xxxx 1997-ci ildən xx xxxxxx 2017-ci il tarixədək olan dövr üçün ödənilməmiş zərərə görə cəmi 5.117 manat pulun tutulub İddiaçı1 verilməsi hissəsində dəyişdirilsin, həmin məbləğ 17.085,50 manat müəyyən edilsin. Cavabdeh “xxxx” ASC kasasiya şikayəti təmin edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4666/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4666/2020
27.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver