Məhkəmə qərarları › İş №2(102)-4666/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4666/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4666/2021 05.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı Cavabdeh1 Cavanşir qızına və digərlərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4666/21 (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, Tərcüməçi: X9, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)3060/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə iş ə 05 oktyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və digərlərinə qarşı iddia qaldıraraq, Bakı şəhəri, Nizami rayonu, Naxçivanski küçəsi, 77 saylı evin, 41 saylı mənzilinə dair X2 tərəfindən X6 adına verilmiş 24 yanvar 1998-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi, 04 mart 1998-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında aparılmış alqı-satqı müqavilələrinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, həmin mənzilə dair mərhum əri X4 münasibətdə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya m əhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim H.M.Əhmədova) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 77 saylı evin, 1 otaqlı, ümumi sahəsi 29,32 kv.metr olan 41saylı mənzili X1 mülkiyyətində olub, sonuncu həmin mənzili 24 yanvar 1998-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən oğlu X5 və X8 vəsiyyət edib. 25 yanvar 1998-ci il tarixdə Valentina Musabəyova ölüb. Bundan sonra sözügedən mənzilə dair Qəzənfər Musabəyov və İradə Quliyevanın adına 04 mart 1998-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, 25 mart 1998-ci il tarixli mülkiyyət hüququna dair Çıxarış verilib. 16 iyul 1998-ci il tarixdə Qəzənfər Musabəyov sözügedən mənzil və digər əmlaklar üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 16 iyul 2001-ci il tarixədək qüvvədə olmaqla İradə Quliyevanın adına etibarnamə verib. Daha sonra 22 oktyabr 1999-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İradə Quliyeva etibarnamə üzrə Qəzənfər Musabəyovun təmsilçisi kimi sözügedən mənzili 7.000.000 (AZM) manata bacısı Cavabdeh2 satıb. 01 dekabr 1999-cu il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Bundan sonra mənzili 07 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Elvin Xəlilova, sonuncu isə 01 sentyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə Cavabdeh1 satıb və hazırda mənzil sonuncunun mülkiyyətindədir. Gör ündüyü kimi Cavabdeh2 mənzili alqı-satqı yolu ilə əldə edərkən həmin mənzil dövlət reyestrində Qəzənfər Musabəyov və İradə Quliyevanın mülkiyyətində olub və müqavilə bağlanarkən X7 Quliyevanın adına verdiyi 16 iyul 1998-ci il tarixli etibarnamə qüvvədə olub. Bu baxımdan Cavabdeh2, Elvin Xəlilov və Cavabdeh1 mənzili vicdanlı əldə edən olduqlarından, sözügedən alqı-satqı müqavilələri etibarsız saylı bilməz. Belə ki, mülki qanunvericiliyə görə, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə Cavabdeh2, Elvin Xəlilov və Cavabdeh1 bağladıqları əqdlərə münasibətdə vicdanlı olublar və əqdlərin legitimsiz liyi barədə onlarda hər hansı şübhə olmayıb. Ona görə də iddia tələbləri rədd edilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140-cı maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.N.İmanov sədrlik edən, məruzəçi, Q.A.Əsgərov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apellyasiya insta nsiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 140-cı maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı və vəkili Vəkil 07 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edib kassasiya şikayətini müdafiə etsələr də, 05 oktyabr 2021-ci il tarixə təxirə salınmış məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tu tulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və o nlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırm ası kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və iddiaçının kassasiya şikayətinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi t ərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 77 saylı evin, 1 otaqlı, ümumi sahəsi 29,32 kv.metr olan 41- saylı mənzili X1 mülkiyyətində olub, sonuncu həmin mənzili 24 yanvar 1998-ci il tarixli notarial qaydada təsdiq edilmiş vəsiyyətnaməyə əsasən oğlu X5 və X8 vəsiyyət edib. 25 yanvar 1998-ci il tarixdə Valentina Musabəyova ölüb. Bundan sonra sözügedən mənzilə dair Qəzənfər Musabəyov və İradə Quliyevanın adına 04 mart 1998-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, 25 mart 1998-ci il tarixli mülkiyyət hüququna dair Çıxarış verilib. 16 iyul 1998-ci il tarixdə Qəzənfər Musabəyov sözügedən mənzil və digər əmlaklar üzərində sərəncam verməyi və sair hərəkətləri etməyə dair 16 iyul 2001-ci il tarixədək qüv vədə olmaqla İradə Quliyevanın adına etibarnamə verib. Daha sonra 22 oktyabr 1999-cu il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən İradə Quliyeva etibarnamə üzrə Qəzənfər Musabəyovun təmsilçisi kimi sözügedən mənzili 7.000.000 (AZM) manata bacısı Cavabdeh2 satıb. 01 dekabr 1999-cu il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydə alınıb. Bundan sonra mənzili 07 noyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 Elvin Xəlilova, sonuncu isə 01 sentyabr 2010-cu il tarixli alqı-satqı müqaviləsinə Cavabdeh1 satıb və hazırda mənzil sonuncunun mülkiyyətindədir. Mülki Məcəllənin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əq d əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunveric iliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilir ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğu nluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da qeyd edilmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildik də, onda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərarda o, cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahibl ərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayətinin dəlillərini araşdırıb qeyd edir ki, Cavabdeh2 mənizili alqı-satqı yolu ilə əldə edərkən həmin mənzil dövlət reyestrində Qəzənfər Musabəyov və İradə Quliyevanın mülkiyyətində olub, habelə müqavilə bağlanarkən X7 Quliyevanın adına verdiyi 16 iyul 1998-ci il tarixli etibarnamə qüvvədə olub. Bu baxımdan Cavabdeh2, Elvin Xəlilov və Cavabdeh1 mənzili vicdanlı əldə edən olduqlarından, sözügedən alqı-satqı müqavilələri etibarsız saylı bilməz. Belə ki, mülki qanunvericiliyə görə, əqdin etibarsız sayılması üçün mövcud olan h allar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə Cavabdeh2, Elvin Xəlilov və Cavabdeh1 bağladıqları əqdlərə münasibətdə vicdanlı olublar və əqdlərin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmayıb. Kassasiya instansiyası məhkəməsi, eyni zamanda kassasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində ə qdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli Qərarında göstərilir ki, Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağla nmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Nəzərə alınmalıdır ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İşdən görünür ki, iddiaçı, mübahisəli mənzilə dair Elvin Xəlilovla bağlanmış 07 noyabr 2007-ci il tarixli və Cavabdeh1 ilə bağlanmış 01 sentyabr 2010-cu il tarixli alqı-satqı müqavilələrinin etibarsızlığını da tələb edir. Mülki qanunvericilikdə hazırki kateqoriya tələblər üzrə müddət bir il müəyyən edilib və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət edib. Belə olan halda apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib. Bu baxımdan kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2021-ci il tarixli, 2(103)-3060/2021 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar