Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4667/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı QƏRARİ iş № 2(102)-4667/2023 (Açar sözlər: iş üzrə icraata xitam verilməsi, iddiadan imtina edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1693/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dekabr 2023cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları
1. Cavabdeh1 İddiaçı oğlu, X6 isə onun gəlinidir. X ilə Cavabdeh1 2008-ci il tarixdə ailə həyatı qurmuşlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X2 təsərrüfat malları dükanından təmir-tikinti işləri ilə əlaqədar qaimələr əsasında götürülmüş malların və usta, fəhlələrə ödənilmiş pulların ümumi dəyəri olan 155.535 manat pulun, kredit olaraq götürüb onlar üçün xərclədiyi 116.245 ABŞ dolları pulun və 11 ay onlar üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24.750 manat pulun, ümumilikdə 180.285 manat və 116.245 ABŞ dolları maddi ziyan pulunun və ödənilmiş 563 manat dövlət rüsumunun alı nması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğludur, Cavabdeh2 isə onun keçmiş gəlinidir.Lalə Nəzərova ilə oğlu Cavabdeh1 2008-ci il tarixdə ailə həyatı qurmuşlar. Ailə qurduğu zaman Lalə Nəzərova Bakı şəhərində ata-anası ilə birlikdə yaşamışdır. Oğlu Zaur isə onlarla birlikdə Lerik şəhərində yaşamışdır.Onlar evlənib ailə həyatı qurduqdan sonra oğlu Zaura nikaha daxil olmamışdan əvvəl aldığı Bakı şəhəri M.Hadi küçəsi 3171 saylı məhəllədə yerləşən binanın 57 nömrəli mənzilində yaşamaq qərarına gəlmişlər. Mənzil təmirsiz olduğundan məcbur qalıb mənzili təmir etdirmək üçün «AccessBank»ın Lənkaran filalindan xx.xx.2009-cu il tarixdə 20000 (iyir min) ABŞ dolları məbləğində pulu kreditə götürüb həmin mənzilin təmirinə başlamış dır. Cavabdeh1 musiqiçidir, yeganə gəlir mənbəyi toy şənliklərindən əldə etdiyi gəlirlərdir. Bakıda yaşayış məsrəfləri yetəri qədər çox olduğunu görən Zaur məcbur qalaraq ailəsi ilə Lerik şəhərinə qayıdıb onlarla birlikdə yaşamağa başlamışdır. Birlikdə yaşadıqları dövrdə o, 2005-ci ildə qonşusu Nazim Əliyevdən aldığı, evinin qarşısında yerləşən həyatyanı torpaq sahəsində Zaura həyat evi inşa etməyə başlamışdır. Bunun üçün əlində nağd pul vəsaiti olmadığı üçün yenidən məcbur qalaraq «AccessBank»ın Lənkaran filalından yenidən 60000 (altmış min) ABŞ dolları pul krediti götürmüş, pul krediti əsasında cavabdehlərin hal-hazırda yaşadığı həyət evin inşa etdirməyə başlamışdır.Həmin evi inşa edərkən kredit olaraq götürüdüyü pulu ora yönləndirməkdən əlavə olaraq evin tikintisinə sərf olunmuş tikint i materiallarının təqribən 60 faizi özünə məxsus Lerik şəhəri İ.Yaqubov küçəsində yerləşən təsərrüfat malları dükanından götürüb istifadə etmişdir. Lakin buna baxmayaraq ev çox böyük və 3 mərtəbəli, mansarlı olduğundan onun götürdüyü kredit pulu və dükanından götürərək tikintiyə sərf olunmuş materiallarla həmin evin tikintisini tamamlaya bilməmişdir. Evin yarımçıq qaldığını görən Cavabdeh1 onun aldığı Bakı şəhəri M.Hadi küçəsi 3171 saylı məhəllədə yerləşən binanın 57 nömrəli mənzilini satıb evin yarımçıq qalmış təmir işlərini davam etdirmişdir. Bundan başqa evin inşası zamanı orada çalışmış bütün usta və fəhlə heyyətinin yemək-içmək xərcləri və əmək haqları da onun tərəfindən ödənilmişdir. Həmçinin illər ötdükcə O, öz ticarət dövriyyəsini genişləndirərkən ona əlavə sahəyəanbarsklata ehtiya c olduğundan həmin evin yuxarı hissəsində anbarlar və maşın üçün qaraj inşa etdirmiş,habelə bu məqsədlə xx.xx.2010-cu ildə Lerik şəhər sakini X7 10000(on min) manata Lerik şəhər C.Cabbarlı küçəsində yerləşən 2.5 sot torpaq sahəsi almış və pulu nağd şəkildə vermişdir. Lakin həmin torpaq sahəsini sənədləşdirərkən səhətində yaranmış problemlə bağlı müvafiq dövlət qurumuna gedə bilməmiş, həmin sənədlərin oğlu Zaurun adına qeydiyyata alınmasına razılıq vermişdir. Hazırda da orada təmir-tikinti işlərini davam etdirdiyini bildirdi. Ümumilikdə məhkəməyə müraciət edən tarixədək O, həmin tikililərə 47772.5 manat pul sərf etmişdir. Onun bütün etdiklərinə baxmayaraq cavabdehlər kredit olaraq onlar üçün xəclədiyi pullarını və təsərrüfat malları dükanından qaimələr əsasında aparılıb tikintidə istifadə edilmiş mallarının dəyərini dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq ödəməmişlər. İddiaçı həmçinin bir neçə il öz təsərrüfat malları mağazasının idarəçiliyini və rəhbərliyini Cavabdeh1 həvalə etmişdir ki, onlar daha da məsuliyyətlə, canla-başla işləyib həm biznesin genişləndirsinlər həm də onun borcunu qaytarsınlar. Lakin bunun əksinə olaraq cavabdehlər onun biznesinə külli miqdarda maddi ziyan vurmuşlar. Belə ki,iddiaçının xəbəri olmadan onlar ər-arvad birləşərək onlar üçün tikdirdiyi Lerik şəhəri C.Şahiyev küçəsi,48A ünvanında yerləşən evi Turanbankda girov qoyaraq ünvan 2mobil almaqdan ötrü 60.000 manat pulu kreditə götürmüşlər. Həmin kreditin aylıq ödənişlərini də - yəni hər ay 2250 manatı onun biznesindən dolayı yollarla çıxararaq ödəmişlər. 2019-cu ilin mart ayında cavabdehləri n yaşadığı evdə yanğın hadisəsi törədilmişdir. Yanğın zamanı evin yataq, mətbəx və qonaq otaqlarına ziyan dəymişdir.Yanğın zamanı dəymiş zərərin aradan qaldırılmasında bir valideyin olaraq öz köməkliyini əsirgəməmiş və evin təmirində istifadə edilmiş tikinti materialları üçün 9785 manat pul xərcləmişdir. Cavabdehlərin yaşadıqları evdə yanğın olduğu tarixədək İddiaçı cavabdehlərin götürdükləri kreditdən, onun biznesinin başına açdıqları oyunlardan xəbəri olmamışdır. O belə bir halın olduğunu aşkar etdikdən sonra oğlu Cavabdeh1 öz bisnesinin rəhbərliyindən kənarlaşdırmışdır. Biznesindən kənarlaşdırılan Cavabdeh1 aylıq kredit ödənişlərini ödəmək qabiliyyəti olmadığını görən İddiaçı cavabdehin aylıq kredit ödənişlərini yəni- evin bankda girovda olması,evə həps qoyulmaması üçün məcbur qalaraq m üxtəlif tarixlərdə 2250 manatı özü ödəmişdir. Cavahdehlər birinci növbədə iddiaçının onlar üçün kredit olaraq götürüb xəclədiyi pulları və bankın faizlərini qaytarmalı idilər. Lakin cavabdehlər nəinki onun pullarını qaytarmaq, hətta bir oqədər də onun biznes fəaliyyətinə maddi ziyan vurmuşlar. Ona görə də O, cavabdehlər Cavabdeh1 və Lalə Nəzərovadan onların yaşayış və mənzil şəraitlərini yaxşılaşdırmaqdan ötrü kredit olaraq götürüb yeni həyət evlərinin tikintisi üçün xərclədiyi 80000 dollar kredit pulunun, bankın faizi olan 36245 ABŞ dolları pulun və təsərrüfat malları dükanından təmir-tikinti ilə əlaqədar müxtəlif tarixlərdə qaimələr əsasında götürülmüş malların, tikintidə işləmiş usta və fəhlələrin ödənişlərinin ümumi dəyəri olan 145750 manat pulun, evləri yandıqdan sonra təmirinə çəkdiy i 9785 manat pulun və müxtəlif tarixlərdə cavabdehlər üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24750 manat pulun ümumilikdə 180285 manat maddi ziyan pulunun və 116245 ABŞ dolları kredit pulunun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Hazırda Cavabdeh1 ona 231526 manat borcu vardır.
4. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək Cavabdeh2 qarşı iddiasından imtina etdiyini və onun cavabdehlikdən çıxarılmasını xahiş etdiyini bildirmişdir. Belə ki, xx.xx.2022-ci ildə cavabdehin adına verilmiş aylıq əmək haqqı barədə arayışı əldə edəndən sonra ona məlum olmuşdur ki, Cavabdeh2 işlədiyi xx.xx.2010-cu ildən xx.xx.2020-ci illər ərzində aldığı cüzi miqdarda olan əmək haqqı bir qadın olaraq onun palpaltarının və kosmetik vasitələrinin aylıq tələbatını güclə ödəyə bilərdi. Ona görə də o, Cavabdeh2 himayəsində 2 azyaşlı övladı olduğunu, tibb müəssisəsində operator işləməklə az miqdarda əmək haqqı aldığını, ondan külli miqdarda maddi ziyan tələb etməyi onun həyat şəraitinə, yaşayışına, maddi cəhətdən sıxıntıya və həyat şəraitinin pisləşməsinə gətirib çıxara biləcəyini nəzərə alaraq ondan külli miqdarda maddi ziyan tələbindən imtina etmiş və borcun Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, oğlu Cavabdeh1 və onun keçmiş arvadı Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia tələbinin bir qismini yəni onların kredit borcuna görə ödədiyi 24750 manat pulu bir valideyin olaraq onlara güzəştə getdiyini, Cavabdeh1 tərəfindən də ona 10000 manat dəyərində torpaq verildiyini və nəticədə cavabdehlərin o na cəmi 145535 manat və 110245 ABŞ dolları ödənilməmiş borcu qaldığını bildirmişdir.
5. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, O, İddiaçı səhəti ilə bağlı çox narahat olduğu üçün onun tez-tez məhkəmə proseslərinə çağırılıb stress keçirməsini bir övlad olaraq həzm edə bilmir. O, İddiaçı onlar üçün kredit olaraq götürüb xərclədiyi və öz təsərrüfat malları dükanından götürüb istifadə etdiyi malların və fəhlə-usta pullarının ümumi məbləği olan 180285 manat pul və 116245 ABŞ dolları kredit pulu barədə olan iddiasını qismən qəbul edir. Hazırda onun İddiaçı 231526 manat borcu olduğunu bildirmiş, Bundan əlavə cavabdeh hər ay 200 manat aliment ödədiyini, maddi durumunun aşağı olduğunu bildirərək məhkəmədən tələb olunan pulun hissə-hissə tutulmasını xahiş etmi şdir.
6. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etmədiyini, iddia tələbinin Cavabdeh1 tərəfindən qəbul edilməsini qanuna zidd hesab etdiyini bildirmişdir.
7. Lerik rayon məhkəməsinin (X1) 2(048)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı dəymiş maddi ziyanın əvəzi olan 231526 manat pul və 563 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
9. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının Cavabdeh2 qarşı iddia tələbindən imt inası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Apellyasiya instanisyası məhkəməsində icraat
10. Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadından Cavabdeh2 şikayəti vermişdir.
11. Lerik Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, Lerik Rayon Məhkəməsinin 2(048)130/2023 saylı mülki iş üzrə çıxarmış olduğu 04 iyul 2023-cü il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilən şikayət təmin edilməməsi, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır
12. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, o dəfələrlə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etsə də, məhkəmə hər dəfə məhkəmə müəyyən bəhanələr gətirməklə mül ki iş üzrə qətnamə çıxarmaqdan yayınmış, lakin sonda onu mülki işdə cavabdehlikdən uzaqlaşdırmaqla iddiaçı və cavabde Cavabdeh1 xeyrinə qətnamə qəbul etmişdir. Qətnamə onun maraqlarına toxunur. Belə ki, onun keçmiş həyat yoldaşı iş üzrə Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi tələbi ilə bağlı iddia tələbi irəli sürməsin deyə, yəni həmin tələbi irəli sürəcəyim halda keçmiş həyat yoldaşı Cavabdeh1 hazırkı mülki iş üzrə qismən təmin edilmiş tələbin yarısının Lala Balayevadan tələb edə bilsin deyə iddianı etiraf etmişdir. İddiaçı və keçmiş həyat yoldaşı Cavabdeh1 qabaqcadan düşünülmüş planı üzrə hazırkı iddia tələbi irəli sürülmüş və həmin tələbin Lerik Rayon Məhkəməsindən notarius olaraq istifadə edərək məhkəmə qətnaməsi ilə təsdiq edilməsinə nail o lmuşlar. Məhkəmə qanunsuz olaraq iddiadan imtinanı qəbul etmiş və iş üzrə icraata xitam vermişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimləri X8 (sədrlik edən, məruzəçi), X9 və X10) 2(106)-1693/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Kollegiya şikayətinin dəlili ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 qarşı təsərrüfat malları dükanından təmir-tikinti işləri ilə əlaqədar qaimələr əsasında götürülmüş malların və usta, fəhlələrə ödənilmiş pulların ümumi dəyəri olan 155535 manat pulun, kredit olaraq götürüb onlar üçün xərclədiyi 116245 ABŞ dolları pulun və 11 ay onlar üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24750 manat pulu n ümumilikdə 180285 manat və 116245 ABŞ dolları maddi ziyanın tələb etməsi və məhkəmə tərəfindən bu barədə qətnamə qəbul edilməsi, həmin qətnamədən Cavabdeh2 maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti (hazırda Cavabdeh2 qeyd olunan qətnamədən Apellyasiya şikayəti vermiş və şikayət iş materiallarına əlavə edilərək birinci instansiya məhkəməsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə baxılması üçün göndərilmişdir) verməsinin, Cavabdeh2 Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsi tələbi ilə bağlı iddia tələbi irəli sürməsinin qarşısını almır. Həmçinin bu hal iddiaçının iddiasından imtina etməsinin qarşısını almır. Nəzərə almaq lazımdır ki, Cavabdeh2 onun əri Cavabdeh1 qarşı təmin olunan tələb üzrə qəbul edilmiş qətnaməni apellyasiya qaydasınd a mübahisələndirir və mübahisə olunan istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Ərin (arvadın) üçüncü şəxslər qarşısında pul öhdəlikləri yaradan əqdlərdən irəli gələn mübahisələrdə bununla bağlı iddia tələbinin (iddiaya etirazın) olubolmamasından asılı olmayaraq məhkəmələr iddianın əsaslandığı əqdin etibarlılığı (əhəmiyyətsiz əqd olub-olmadığı) barədə məsələyə hüquqi qiymət verməlidir.
15. Q eyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Azad X5rşı iddiadan imtinası Mülki Prosessual Məcəllənin 191-ci maddəsinin tələblərinə cavab verir və məhkəmə haqlı olaraq İddiaçı Cavabdeh2 qarşı iddiadan imtinası təsdiq etmiş və iddia ü zrə icraata xitam vermişdir.
16. Kollegiya öz mövqeyini əsaslandırarkən MPM-in 261.0.4, 372.7, 397.1, 397.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, Kassasiya şikayətinin dəlilləri
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1693/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
18. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Lerik rayon Məhkəməsinin hazırkı mülki iş üzrə qəbul etdiyi 2(048)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli və Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1693/2023 saylı, xx.xx.2023-cü qərardadları ilə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş onun məhkəmədə dinlə nilmək hüququ pozulmuşdur. Belə ki, o dəfələrlə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etsə də, məhkəmə hər dəfə müəyyən bəhanələr gətirərək mülki iş üzrə qətnamə çıxarmaqdan yayınmış, lakin sonda onun israrlı tələbindən sonra nəticə etibarı ilə onun mülki işdə cavabdeh tərəf olaraq uzaqlaşdırması haqqında qərardad qəbul etməklə, iddiaçı və digər cavabdeh olan Azad və Cavabdeh1ların xeyrinə qanunsuz qətnamə qəbul etmişdir. Lerik rayon Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin hazırkı mülki iş üzrə qəbul etdiyi 2(048)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(106)1693/2023 saylı, xx.xx.2023-cü qərardadları ilə «İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyasında nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırmasını tələb etmək hüququ pozulmuşdur. Lerik rayo n Məhkəməsinin və Şirvan Apellyasiya Məhkəməsinin hazırkı mülki iş üzrə qəbul etdiyi 2(048)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(106)-1693/2023 saylı, xx.xx.2023-cü qərardadları ilə işin sübut əhmiyyətli faktiki hallarına qiymət verilməmiş, yekun məhkəmə aktında isə göstərilən hallar işin həqiqi hallarına uyğun gəlmir. Hesab edir Lerik rayon məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi qeyd olunan prosessual normanın tələblərini kobud şəkildə pozaraq, yəni hazırkı mülki iş üzrə qəbul etdiyi yekun məhkəmə aktının onun maraqlarına toxunduğunu bilə-bilə, qanunsuz olaraq iddiaçının ona münasibətdə iddiasından imtina etməsini qəbul etmiş və nəticə etibarı ilə qanunsuz olaraq ona münasibətdə mülki iş üzrə icraata xitam vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi
19. Maddə 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
20. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
21. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxa raraq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
22. Maddə 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir.
23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
25. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya d üzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində cavabdeh qərardadı t am mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 qarşı iş üzrə icraata xitam verilərkən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassasiya şikayətinin əsas dəlili cavabdehə qarşı iddiadan imtina edildikdən sonra digər cavabdehin iddianı qismən etiraf etməsi və nəticədə onun maraqlarına toxunan qətnamənin qəbul edilməsindəndir.
30. Lakin Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Cavabdeh2 aid hissədə iddiadan imtinası qəbul edil ərək iş üzrə icraata xitam verilsə də, Cavabdeh2 həmin iş üzrə qəbul edilmiş qətnamədən maraqlarına toxunan şəxs kimi apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırmır.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Cavabdeh2 aid hissədə iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin və o cümlədən Cavabdeh2 hüquqlarını və mənafelərini pozmadığına görə, qəbul edilmiş qətnamədən Cavabdeh2 apelyasiya şikayəti vermək hüququ olduğuna görə iddianın iddiadan imtinası üzrə iş üzrə icraata xitam verilməsi əsaslı olmuşdu.
32. Kassatorun kassasiya şikayətində Cavabdeh1 qarşı iddianın təmin edilməsi barədə dəlillərinə qətnamədən verilmiş apelyasiya şikayətinə baxılarkən qiymət verilməli olduğuna görə həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
33. Məhkəmə kollegiyası hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1693/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.