Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-467/2025 04.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi, öhdəliyin üçüncü şəxs tərəfindən icrası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-1140/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Ağır Cinayətlər Məh kəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə “Sevil MTK”nın rəhbər şəxsləri və digər əməkdaşları X8, X1 Zabit İsmayıl oğlu X2, X10 cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmiş, həmin hökmlə təqsirləndirilən şəxslərə məxsus bir sıra əmlaklar, o cümlədən ** SK *** dövlət nömrə nişanlı “Nissan Juke” markalı avtomobilin xüsusi müsadirə edilməsi hökm edilmişdir.
2. İddiaçı maraqlarına toxunan şəxs qismində həmin hökm ** SK *** dövlət nömrə nişanlı “Nissan Juke” markalı daşınar əmlakın xüsusi müsadirə edilməsi hissəsində mübahisələndirilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-360/2023 saylı qərarı ilə şikayəti təmin edilməmişdir.
3. Qeyd edilən qərardan görünür ki, “Sevil MTK”-nın sədri Elçin İsmayılov tərəfindən imzalanmış xx.xx.2014-cü il tarixli 3 saylı əmrə əsasən ** SK * ** dövlət nömrə nişanlı “Nissan Juke” markalı avtomobil “Sevil MTK”-nın avtoparkının istismarını təkmilləşdirmək məqsədi ilə sürücü Natiq Əhmədova həvalə edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin avtomobil İddiaçı ilə “NBC” Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əsasında əldə edilmiş, xx.xx.2013-cü ildə İddiaçı adına qeydiyyata alınmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-360/2023 saylı qərarında apellyasiya inistansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən avtomobilin kredit yolu ilə “Sevil MTK” tərəfindən alınması, ilkin və “MTK” rəhbərliyi həbs edilənə qədər aylıq ödənişlərin “MTK” tərəfindən ödənilməsi, “MTK” rəhbərliyinin həbs edilməsi ilə bağlı sonrakı ödənişlərin edilməsinin qeyri mümkün olması, növbəti ayların ödənişlərinin İddia çı tərəfindən ödənilməsi aparılmış araşdırma zamanı müəyyən edilmişdir. Bununla da müəyyən edilmişdir ki, avtomobilin ilkin və aylıq ödənişlərinin bir qismi cinayət yolu ilə əldə edilmiş pul vəsaiti hesabına, yəni “MTK”-nın qanunsuz fəaliyyəti ilə əldə edilmiş pul vəsaiti hesabına edilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə zərərçəkmiş şəxslərin mənafeyi nəzərə alınmaqla, habelə avtomobilin dəyərinin bölünüb bir hissəsinə müsadirə tətbiq edilməsi, bir hissəsinə tətbiq edilməməsi mümkün olmadığından kollegiya belə qənaətə gəlir ki, avtomobilə tətbiq edilmiş müsadirə qüvvəsində saxlanılmalı, İddiaçı həmin avtomobilə görə etdiyi hər hansı bir ödənişlə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan tərəfindən ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobilin kredit məbləği üçün ödənilmiş 17882,22 manat pulun və dövlət rüsumunun əvəzi kimi 144 manat pulun tutularaq İddiaçı ödənilməsi və tutmanın xüsusi müsadirə tətbiq edilmiş əmlaklara yönəldilməsi və əmlakların hərracddan satılmaqla həmin məbləğin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, cavabdehlə arasında əmək müqaviləsi olmuş və o, rəsmi şəkildə cavabdeh MTK-nın əməkdaşı olmuşdur. Çalışdığı dövr ərzində ** SK *** dövlət nömrə nişanlı Nissan Juke markalı avtomobil İddiaçı ilə NBC Bank ASC ar asında bağlanmış xx.xx.2013- cü il tarixli kredit müqaviləsi əsasında 36 ay müddətinə kreditlə əldə edilmiş, kredit müqaviləsi üzrə öhdəlikər İddiaçı tərəfindən ödənilməklə xx.xx.2016-cı il tarixədək kredit ödənilmişdir. Məhkəmənin qərarında da qeyd edildiyi kimi həmin avtomobilin alınması üçün 2000 manat ilkin ödəniş və cəmi 10 müddətində xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü ilin 7-ci ayınadək aylıq 764.70 manat olmaqla ümumilikdə 7647 manat pul vəsaiti ödənilmişdir. Belə ki, avtomobilin ilkin ödənişi və 10 aylıq ödənişləri məhkəmə hökmünə əsasən MTK tərəfindən ödənilməsi qeyd edilsə də, əsl həqiqətdə həmin pul vəsaitləri də ona ödənilməli olan faiz məbləğləri idi. Belə ki, satış təmsilçiləri satışdan müvafiq faizlər alırdı ki, bunu da ona avtomobilin alınması və pulun ona ödənilməsi ilə əvəzləşdirmişdir. Bundan başqa avtomobilin ümumi dəyəri (kredit məbləği və faizlə birlikdə) 27529,22 manat təşkil etmiş, məhkəmənin müəyyən etdiyinə görə bunun 9647 manatı cavabdehin vəsaiti hesabına ödənilmişdir. Geri qalan 17882.22 manat onun şəxsi vəsaiti hesabına ödənilmiş və bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsdiq edilmişdir. Həmin pul məbləği dəymiş zərərin əvəzi kimi cavabdehdən onun xeyrinə tutulmalıdır.
7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın qismən təmin edilməsi, Cavabdeh MTK-dan iddiaçı tərəfindən **-SK-*** dövlət nömrə nişanlı “Nissan Juke” markalı avtomobilin kredit məbləği üçün ödənilmiş 17882.22 manat pul və 144 manat ödənilmiş dövlət rüsum unun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir
8. Məhkəmə iş materiallarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin təqsirli hərəkəti nəticəsində “Nissan Juke” markalı, ** SK *** dövlət nömrə nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilmiş və buna görə də İddiaçı 17882,22 manat maddi ziyan dəymişdir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da bu hal öz təsdiqini tapmışdır.
9. Məhkəmə iddia tələbinin tutmanın xüsusi müsadirə tətbiq edilmiş əmlaklara yönəldilməsi və əmlakların hərracdan satılmaqla həmin məbləğin ödənilm əsi barədə hissəsinin aşağıda göstərilən normaları tətbiq etməklə əsaslı olmadığı qənaətinə gələrək, bu hissədə təmin edilməməsini məqsədəmüvafiq hesab etmişdir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 269.1, 269.3, 296.1, 337.5-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh MTK Abşeron Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozub, işi tam və hərtərəfli araşdırmayıb, aidiyyət qaydalarını nəzərə almayıb, cavabdehin xəbəri olmadan məhkəmə iclasları keçirib, nəticədə əsassız və ədalətsiz qətnamə qəbul etmişdir. Bildirmişdir ki, məhkəmə öz qətnaməsinin 5-ci səhifəsinin 3-ci bəndində “cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Onun adına bağlanmış kredit müqaviləsinin ilk ödənişi və ilk 10 aylıq ödənişlərini "xxxx" MTK tərəfindən ödənildiyi üçün “Nissan Juke” markalı, **-SK*** dövlət nömrə nişanlı avtomobilə xüsusi müsadirə tətbiq edilmişdir” kimi qeyd etmişdir. Həmçinin, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-360/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sözügedən avtomobilin kredit yolu ilə “Sevil MTK” tərəf indən alınması, ilkin və “MTK” rəhbərliyi həbs edilənə qədər aylıq ödənişlərin “MTK” tərəfindən ödənilməsi, “MTK” rəhbərliyinin həbs edilməsi ilə bağlı sonrakı ödənişlərin edilməsinin qeyri-mümkün olması, növbəti ayların ödənişlərinin İddiaçı tərəfindən ödənilməsi aparılmış araşdırma zamanı müəyyən edilmişdir. Göründüyü kimi məhkəmənin qərarı ilə "Nissan Juke” markalı, 90-SK-24 dövlət nömrə nişanlı avtomobilə ödənilən məbləğin ilk ödənişi və ilk 10 aylıq ödənişləri cavabdeh tərəfindən ödənilmiş, həmin məbləğə görə də əmlaka müsadirə tədbiq edilmişdir. Lakin iddiaçının ödədiyi məbləğlər qanuni yolla əldə edilmiş məbləğlər olduğundan onun həmin pulu aidiyyəti qurumdan tələb etmək hüququ vardır. Belə ki, xüsusi müsadirə yalnız ödənilmiş qanunsuz məbləğə münasibətdə tətbiq oluna bilər. Gerid ə qalan məbləğ isə iddiaçının hüququ olduğundan ona çatmalıdır. Belə olan halda iddiaçı iddianı Cavabdeh MTK-ya deyil, dövlətə qarşı daha dəqiq desək, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı qaldırmalı idi. Çünki xüsusi müsadirə tədbiq olunan avtomobil üçün ödənilmiş məbləğlərin bir qismi qanuni yolla əldə edilmiş, onu aidiyyəti orqandan tələb etmək iddiaçının hüququdur. Ona görə də iddiada tələb olunan məbləğin cavabdehdən tutulması ağlabatan deyildir. İddiaçının belə bir tələbə subyektiv hüququ yoxdur. Əks halda cavabdehdən həm iddiaçıya ödənişi həyata keçirməli olacaq, həm də mübahisəli avtomobilə münasibətdə qanuni yolla ödənilmiş pul vəsait əsassız olaraq dövlətin nəfinə keçəcək və dövlət artıq əsassız varlanmış olacaq. Belə ki, məhkəmə cavabdehin təqsirli hərəkətləri nəticə sində cavabdehə 17882,22 manat maddi ziyanın dəydiyinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, həmin pul vəsaitin cavabdeh əldə etməmiş, eləcə də iddiaçıya avtomobil sahibi olmaqda yalnız yardım etmişdir. Hazırda iddiaçının müqavilə əsasında əldə etdiyi əmlakdan müsadirənin tətbiq edilməsi nəticəsində məhrum edilməsi cavabdehin təqsirli hərəkəti kimi qiymətləndirilməməlidir. Çünki iddiaçı müsadirə ehtimalı olduğunu bildiyi halda ödənişlərə davam etmişdir. Həmçinin iddiaçının tələb etdiyi məbləğ qanuni yolla əldə edilən məbləğ olduğundan onu cavabdehdən deyil müsadirəni həyata keçirən orqandan və ya dövlətdən tələb etməlidir. Hazırda iddiaçının cavabdehdən iddiada göstərilən pul vəsaitini tələb etməsi yolverilməzdir. Belə olan halda cavabdeh həm iddiaçıya ödənişi həyata keçirm əli olacaq, həm də mübahisəli avtomobilə münasibətdə qanuni yolla ödənilmiş pul vəsait əsassız olaraq dövlətin nəfinə keçəcək və dövlət artıq əsassız varlanmış olacaqdır. Ona görə də hesab edir ki, iddiaçı cavabdehə iddia qaldırmaqda haqlı deyildir. Lakin məhkəmə tərəfindən bu hallar nəzərə alınmamış, əsassız olaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işə baxarkən aidiyyət qaydalarını pozmaqla işi icraata qəbul etmişdir. Belə ki, iddiaçı ********** saylı VÖEN-lə sahibkarlı fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdeh isə ********** saylı VÖEN-lə fəaliyyət göstərən hüquqi şəxsdir. Tərəflər arasında yazılı qaydada olmasa da şifahi qaydada razılaşma olmuş, həmin razılaşma əsasında iddiaçı mülkiyyətinə avtomobil əldə etmiş, həmin avtomobilin ilkin ödənişi və sonrakı 10 aylıq ödəniş cavabd eh tərəfindən həyata keçirilmişdir. Hesab edir ki, zərərin əvəzinin alınması (qətnamə qanuni qüvvəsini aldığı halda) istər-istəməz iddiaçının da sahibkarlıq fəaliyyətinə müsbət mənada təsir göstərəcəyi şübhə doğurmur. Ona görə yuxarıda sadalanan hallar nəzərə alınmaqla işə kommersiya məhkəməsində baxılmalı idi. Məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, sübutların təqdim edilməsi üçün cavabdehə şərait yaradılmamış, mövcud olan sübutlar isə düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh məhkəmə prosesləri barədə məlumatlı olmadığından öz sübutlarını və vəsatətlərini məhkəməyə təqdim etmək imkanınada sahib olmamışdır. Məhkəmə isə həmin halları nəzərə almamışdır. Birinci instansiya məhkəməsi mülki qanunvericiliyinin tələblərini və prosessual hüquq normalarını nəzərə almamışdır. Məhkəmə tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət olunmamışdır. İddiaçının cavabdehə belə bir iddia qaldırmaqda suyektiv hüququ yoxdur. İddiaçı məhkəmə proseslərindən məlumatlı olmadığından öz sübutlarını və vəsatətlətini təqdim etmək imkanından məhrum edilmişdir. Məhkəmə işin hallarını hərtərəflli araşdırmamış, yalnız sənədləri sadalamaqla kifayətlənmiş, cavabdeh isə ümumilikdə öz sübutlarını təqdim etməkdən məhrum olmuş, məhkəmələr barədə məlumatlı olmamış, iddia tələbini isə əsassız olaraq təmin etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1140/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, qüvvədə olan məhkəmə aktı ilə cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması öz təsdiqini tapdığından, İddiaçı Cavabdeh MTK-ya qarşı iddia qaldırmaqda haqlı olmuş və birinci instansiya məhkəməsi də cavabdehdən 17882.22 manat pulun tutulması barədə düzgün nəticəyə gəlmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh MTK (vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olmaqla belə əsaslandırılmışdır ki, iddiaçının sözügedən pulun tutulmasına dair cxavabdehə qarşı iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Həmin pul vəsaitini cavabdeh əldə etməmiş, eləcə də iddiaçıya avtomobil sahibi olmaqda yalnız yardım etmişdir. Hazırda iddiaçının müqavilə əsasında əldə etdiyi əmlakdan müsadirənin tətbiq edilməsi nəticəsində məhrum edilməsi cavabdehin təqsirli hərəkəti kimi qiymətləndirilməməlidir. Çünki iddiaçı müsadirə ehtimalı olduğunu bildiyi halda ödənişlərə davam etmişdir. İddiaçının tələb etdiyi məbləğ qanuni yolla əldə edilən məbləğ olduğundan onu cavabdehdən deyil, müsadir əni həyata keçirən orqandan, daha doğrusu, dövlətdən tələb etməlidir. Hazırda iddiaçının cavabdehdən iddiada göstərilən pul vəsaitini tələb etməsi yolverilməzdir. Kassasiya şikayətinin ikinci dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, mövcud olan subütlara isə düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası yalnız qanunvericiliyin normalarını bir neçə dəfə təkrar etməklə kifayətlənmiş, şikayətin dəlillərinə toxunmamış, iş üzrə düzgün araşdırma aparmamış, sübutları düzgün qiymətləndirməmiş, şikayətin hansı əsaslara görə təmin edilmədiyini tam əsaslandırmamış, təqdim edilmiş sübutlara və şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, yalnız iddiaçının mülahizələri əsasında hər hansı bir sübut iş m ateriallarında olmadan birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Digər dəlil belə olmuşdur ki, iddiaçı ********** saylı VÖEN-lə sahibkarlı fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Cavabdeh isə ********** saylı VÖEN-lə fəaliyyət göstərən hüquqi şəxsdir. Tərəflər arasında yazılı qaydada olmasa da, şifahi razılaşma olmuş, həmin razılaşma əsasında iddiaçı mülkiyyətinə avtomobil əldə etmiş, həmin avtomobilin ilkin ödənisi və sonrakı 10 aylıq ödəniş cavabdeh tərəfindən həyata keçirilmişdir. Odur ki, işə kommersiya məhkəməsində baxılmalı idi.
18. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 76.1, 218.1-ci maddələrinin, o cümlədən “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respu blikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının tələblərinin pozulduğu göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
21. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, mü qavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər.
22. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 2
4. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
25. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zə rurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
27. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq hesab edir ki, məhkəmə baxışının predmeti olan hissədə apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməli olduğuna dair mövqeyi düzgün olsa da, tələbin qanuni əsası düzgün müəyyən edilmədiyindən qət namə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.
29. İşdən görünür ki, apellyasiya baxışının predmeti yalnız iddianın təmin edildiyi hissə olmuşdur.
30. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-360/2023 saylı qərarı ilə müəyyən edilmiş və tərəflərin mübahisələndirmədikləri hallardan görünür ki, ** SK *** dövlət nömrə nişanlı “Nissan Juke” markalı avtomobilin əldə edilməsi üçün İddiaçı ilə “NBC” Bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi əslində subyekt tərkibinə görə yalan əqd olmuş, müqavilədə borclu İddiaçı qeyd edilsə də, əslində borclu Cavabdeh MTK olmuş və avtomobil MTK üçün əldə edilmişdir. Bu səbəbdən Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyul 2017-ci il tarixli hökmü ilə “Sevil MTK”-nın rəhbər şəxslərinə məxsus digər əmlaklarla yanaşı, bu avtomobil də müsadirə edilmişdir.
31. Eyni zamanda həmin qərarla müəyyən edilmişdir ki, MTK-nın rəhbərliyi həbs edildikdən sonra kredit ödənişlərinin bir hissəsini İddiaçı öz vəsaiti ilə həyata keçirmişdir. İddiaçının öz vəsaiti hesabına banka ödədiyi məbləğin 17882,22 manat olduğu cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
32. İşə baxmış məhkəmələr iddiaçının pul tələbinin hüquqi əsası kimi, MM-nin 21-ci, 1096.1, 1097.1-ci maddələrinə istinad etməklə hüququn tətbiqində səhvə yol vermişlər. Məhkəmə kassasiya şikayətinin dəlilləri ilə bu hissədə razılaşır ki, işin hallarına əsasən cavabdeh tərəfindən iddiaçıya münasibətdə mülki hüquq pozuntusu-delikt törədildiyi müəyyən edilmir.
33. Kollegiya hesab edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən, İddiaçı ilə “NBC” Bank arası nda bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə əslində kredit alan “Sevil MTK” olduğu üçün İddiaçı formal olaraq onun adına rəsmiləşdirilmiş müqavilə üzrə “Sevil MTK”-nın banka olan kredit borcundan qalıq 17882,22 manat məbləği ödəmiş və MM-nin 431-ci maddəsinə əsasən ödədiyi məbləğ həddində kreditorun tələb hüququ ona keçmişdir. Belə olan halda müəyyən olunur ki, iddiaçının tələbinin predmetini deliktlə bağlı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ deyil, borclunun əvəzinə kredit öhdəliyini icra etmiş üçüncü şəxsə keçmiş kreditorun tələb hüququ təşkil etmişdir.
34. MPM-nin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
35. Kollegiya qeyd edilən normaya əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh MTK-dan İddiaçı xeyrinə 17882.22 manat pulun tutulmasına dair iddia tələbinin təmin edilməli olduğuna dair düzgün nəticəyə gəlsə də, mübahisələndirilən qətnamə maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia həmin hissədə təmin edilməlidir.
36. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli 2(105)-1140/2024 nömrəli qətnaməsi ləğv edilməklə iddianın 17882.22 manat pulun tutulması hissəsində təmin edilməsi barədə yeni qərar qəbul edilməl idir.
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2024-cü il tarixli 2(105)-1140/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qərar qəbul edilsin. Cavabdeh MTK-dan İddiaçı xeyrinə 17882.22 manat pul və 144 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.