Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4674/2019 08.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı Bаkı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 nоyаbr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bаkı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim: A.Ə.Rzayev; 2(001)-2430/2018) İddiaçı cavabdehlər Cavabdehnə və X2 qarşı «pulun ödən ilməsi» tələbinə dаir iddiа ərizəsi, yəni Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış 23 fevral 2016-cı il tarixdə ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən, sahəsi 119 kv/m olan 3 otaqdan ibarət 14 nömrəli mənzilinə dair bağlanmış müqaviləyə əsasən ödənilmiş 90 000 (doxsan min) manat pul vəsaitinin cavabdehlər Cavabdeh MTK-dan və X1 tutularaq İddiaçı Dimitriyevnaya qaytarılması barədə iddiası rədd edilmişdir. Bаkı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 nоyаbr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.А.Məmmədоv (sədrlik edən və məruzəçi), Х.Ə.Sаrıyеv və Е.Y.Şаmаyеv; 2(103)-10519/2018), İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bаkı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətn aməsi dəyişiklik еdilmədən saxlanılmış, аpellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiаçıyа aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi, dаhа sоnrа isə Аzərbаycаn Rеspublikаsı MPM-in 53-cü mаddəsinə əsаsən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə onun arasında 23.02.2016-cı il tarixdə ünvan 2 ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbədə yerləşən, sahəsi 119 m2, 3 otaqdan ibarət olan mənzilə dair bağlanmış müqaviləyə əsasən MTK-ya ödənilmiş 90.000 manat pul vəsaitinin cavabdehlər Cavabdeh MTK-dаn və X3аn müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, MTK ilə iddiaçı arasında bağlanmış 23.02.2016-cı il tarixli müqavi ləyə əsasən mənzilin dəyəri olan 90.000 manat pul vəsaiti MTK-ya ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qəbul etdiyi və artıq qanuni qüvvəyə minmiş 21.07.2017-ci il tarixli 2(103)-630/2017 saylı qətnamə ilə MTK ilə iddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki, Məhkəmə Kollegiyası restitusiya məsələsinə mahiyyəti üzrə münasibət bildirməməli və zəruri sübutlar təqdim etməklə müvafiq iddia tələbi ilə həmin MTK-ya qarşı tələb irəli sürmək hüququnun olduğu İddiaçı izah olunmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, MTK-ya ödənilmiş 90.000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti ndə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiаnın təmin еdilməsi barədə yеni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 88, 106.1, 217.3-cü maddələrinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Tərəflərin izahatı İddiaçı nümayəndəsi E6 Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməyərək məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə məlumatlandırılmasınа baxmayaraq, iddiaç ı və cavabdeh heç göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. lazımi qaydada bir üzrlü səbəb Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq norma larını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. İş materiallarında olan 23 fevral 2016-cı il tarixli müqaviləyə əsasən İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri,********************** ünvanında inşa edilmiş çoxmərtəb əli yaşayış binasının 1-ci blok,3-cü mərtəbədə yerləşən, sahəsi 119 kv.m otaqdan ibarət olan mənzil İddiaçı satılmışdır. AR Ali Məhkəməsini Mülki Kollegiyasının 2(102)-8992/17 saylı, 21 dekabr 2017-ci il tarixli qərarına əsasən məlum olur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6305/2017 saylı 21.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Binəqədi Rayon Məhkəməsinin 24.02.2017-ci il tarixli 2(001)-1575/2017 saylı qətnaməsinə əsasən Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri,************************ ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok,3-cü mərtəbədə yerləşən, sahəsi 119 kv.m olan 3 otaqdan ibarət 14 saylı pul vəsaitinin Cavabdeh MTK –dan alınaraq İddiaçı qayt arılması barədə iddiası tam təmin edilmişdir. Artıq qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdeh MTK-ya 90.000 manat pul vəsaiti ödənilməmişdir. İddiaçı özünə aid qeyri-yaşayış sahəsini mübahisəli mənzillə dəyişmiş və mənzillə bağlı münasibətlər iddiaçı ilə cavabdeh X.Ələkbərov arasında yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinin mənasına görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə b ilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşd ırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəticəyə gəlimişdir ki, iddiaçı, mübahisəli mənzilə görə pul ödəmədiyindən onun cavabdehlərə qarşı «ödənilmiş pulun qaytarılması» tələbinə dаir iddiаsı əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən maddi və prosessual hüquq norma larını rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq iddia tələbinin təmin olunmaması barədə həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamışdır. Ona görə işin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, kassasiya şikayəti təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məc əllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bаkı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 23 nоyаbr 2018-ci il tarixli qətnaməsi dəyişiklik еdilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4674/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4674/2019
08.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver