Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4675/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: apellyasiyanın mümkünlüyü 05.12.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması" tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1712/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29.300 manat borc pulun, 2500 manat dəymiş ziyanın və ödənilmiş 180 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını etmişdir.
2. Şirvan Şəhər Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsi ilə (hakim S.Məmmədova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2000 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 40 manat pulun alınaraq iddiaçıya verilməsi qət edilmiş, ekspertiza xərci iddiaçıya aid edilmişdir.
3. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayət vermişdir. Şikayət birinci instansiya məhkəməsinə 22 avqust 2023-cü il tarixdə daxil olmuşdur.
4. Şirvan Şəhər Məhkəməsinin 22 avqust 2 023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilməmişdir.
5. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, şikayət birinci instansiya məhkəməsinə 23 avqust 2023-cü il tarixdə daxil olmuşdur.
6. Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə, apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə bu qərardadda da gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti elektron kabinet vasitəsi ilə verilməmişd ir.
7. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2, Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadından 19 sentyabr 2023-cü ildə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apelyasiya şikayətinin elektron kabinet vasitəsilə verilmədiyi barədə yanlış nəticəyə gəlib. Çünki, vəkil tərəfindən apelyasiya şikayəti elektron kabineti vasitəsi ilə verilib və məhkəmənin elektron kabinetinə yüklənib.
8. Həmçinin iddiaçının vəkili 22 sentyabr 2023-cü il tarixdə prosessual müddətin bərpa olunmasına dair ərizə vermişdir.
9. Şirvan Şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə şikayət təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-45/2023 nömrəli qərardadı ləğv edilmiş, iddiaçının nümayəndəsi - vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizəsi də təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)-45/2023 saylı, 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması, apellyasiya şikayətinin baxılması üçün mülki iş materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1712/2023 nömrəli iş üzrə 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və S.Mayılov) Şirvan Şəhər Məhkəmə sinin 13 iyul 2023-cü il tarixli, 2(032)45/2023 saylı qətnaməsindən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmiş, mülki iş apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır.
11. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardadı ilə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra iddiaçı həmin qərardaddan şikayət vermişdir. Bir müddət sonra isə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Birinci inst ansiya məhkəməsi 22 sentyabr 2023-cü il tarixli, 2(032)45/2023 saylı qərardad qəbul etməklə, həm apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı ləğv etmiş həm də müddətin bərpası barədə ərizəni təmin etmişdir.
12. Əgər birinci instansiya məhkəməsi hesab edirdisə, apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticə düzgün olmamış və bu səbəbdən qərardad ləğv edilməlidir, onda prosessual müddət ötürülməmiş olacaqdı, bu halda isə müddət ötürülmədiyi halda, müddətin bərpa olunması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməzdi. Yox əgər həqiqətən iddiaçı tərəfdən verilmiş apellyasiya şikayəti prosessual məcəllənin tələblərinə uyğun verilməmişdirsə, onda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti verilmişdirsə, bu zaman prosessual müddətin bərpasına dair ərizəyə baxılmalı, müvafiq qərar qəbul etməli, daha sonra isə verilmiş apellyasiya şikayətinin MPM-nin tələblərinə uyğunluğunu yoxlayaraq növbəti prosessual hərəkətlər edilməlidir. Belə olan halda isə apellyasiya şikayətinin geri qaytarılma barədə qərardadın ləğv edilməsi üçün əsaslar aradan qalxmış olacaqdı. Lakin birinci instansiya məhkəməsi verilmiş şikayət və müddətin bərpasına dair ərizəyə eyni bir qərardadla hüquqi qiymət verərək prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. Həmçinin qeyd edilməlidir ki, elektron sistemə baxış keçirilən zaman aydın görünür ki, sonuncu apellyasiya şikayəti 23 avqust 2023-cü il tarixində sistemə yerləşdirilmişdir. Elektron qaydada verilmiş apellyasiya şikayətinə baxış keçirilən zaman müəyyən edilir ki, (hansı ki, iş materiallarına əlavə edilməmişdir, apellyasiya məhkəməsi tərəfindən əlavə edildi) apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, həm apellyasiya şikayəti verən şəxs, həmdə apellyasiya şikayəti verən şəxsin vəkili bölmələrində eyni bir şəxsin adı yəni, Nümayəndə2 qeyd edilmişdir. Belə ki, Nümayəndə2 etibarnamə üzrə Adişirin Qurbanovun adından hərəkətlər yerinə yetirmək üçün səlahiyyət almışdır. Göründüyü kimi təmsil edən Nümayəndə2 apellyasiya şikayətini təmsil etdiyi şəxsin adından verməli olduğu halda öz adından apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti tam formada tərtib edilmədən ona birləşdirilmiş (1-ci səhifənin sonundan başlayaraq) yeni apellyasiya əlavə edilmişdir. Hansı ki, burada apellyasiya şikayətin in tərtib olunma formasına riayət edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş, apellyasiya şikayətini MPM-nin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 363.1.1-1, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və apellyasiya şikayətinə baxılması üçün işin qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayətində göstərilr ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-45/202 3 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə əldə edib prosessual müddətə uyğun olaraq xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apelyasiya şikayəti verilmişdir. İlkin olaraq Şirvan Şəhər Məhkəməsi xx.xx.2023-cü il tarixdə qərardad qəbul edərək apelyasiya şikayətini geri qaytarsa da, həmin qərardad məhkəmənin elektron sisteminə yüklənməmişdir. Sözügedən qərardad poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə onlara çatdırılmış, yalnız məhkəmə ilə əlaqə saxlanıldıqdan sonra qərardad məhkəmənin elektron sisteminə yüklənmişdir. Qərardad elektron sistemə yüklənmədiyindən şikayətlərin geri qaytarılmasından məlumatları olmamışdır. Qərardad məhkəmənin elektron sisteminə yükləndiyi zamanda da prosessual müddət ötürüldüyündən müddətin bərpası barədə ərizə vermişlər. Lakin məhk əmə bu xüsusatlara düzgün hüquqi qiymət verməyərək hüquqlarını kobud şəkildə pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kssasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. İddiaçı kasasiya şikayətində apel yasiya instansiyası məhkəməsinin qərardadını bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qərardadının qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddət in bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).... 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Maddə
360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə
361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini ey niləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.... Maddə
363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hall arda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə;... 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;... 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Maddə
366. Apellyasiya mümkünlüyünün yoxlanılması 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelly asiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4. Apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və a zadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
22. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 361-ci maddəsində apelyasiya şikayətinin forma və məzmununa dair dair tələblərdir. Həmin normada apelyasiya şikayətində digər məlumatlarla yanaşı, şikayət olunan məhkəmə aktının adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmetinin göstərilməsi tələb olunur.
23. Baxılan iş üzrə də apellyasiya instansiyası məhkəməsi MPM-nin 366-cı maddəsində müəyyən olunmuş vəzifələrindən irəli gələrək apelyasiya şikayətinin bu tələblərə cavab verməsini yoxlamış, ümumən iki əsasla apelyasiya şikayəti geri qaytarılmışdır. Bu əsaslardan biri ondan ibarətdir ki, «birinci instansiya məhkəməsi qərardaddan verilmiş şikayətə və qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizəyə eyni bir qərardadla hüquqi qiymət verərək prosessual qanunver iciliyin tələblərinə əməl etməmişdir».
24. Apelyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, əgər birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılması barədə gəldiyi nəticənin düzgün olmadığı nəticəsinə gəlmiş olsaydı, bu əsasla qərardadı ləğv etməli idi və bu halda prosessual müddət ötürülməmiş olacaqdı. Müddət ötürülmədiyi halda, müddətin bərpa olunması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab oluna bilməz. Əgər iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual məcəllənin tələblərinə uyğun verilməmişdirsə, onda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən apellyasiya şikayəti verilmişdirsə, bu zaman prosessual müddətin bərpasına dair ərizəyə baxılmalı, müvafiq qərar qəbul etməli, daha sonra isə verilmiş apellyasi ya şikayətini MPM-nin tələblərinə uyğunluğunu yoxlayaraq növbəti prosessual hərəkətlər edilməlidir.
25. Məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin prosessual qaydaların tətbiqi üzrə birinci instansiya məhkəməsinə verdiyi bu izaha etiraz etmir. Lakin hazırki işin prosessual vəziyyətində, birinci instansiya məhkəməsinin qərardaddan verilmiş şikayətə və qətnamədən apelyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpasına dair ərizəsinə eyni bir qərardadla hüquqi qiymət verərək həm qərardadı ləğv etməsi və həm də prosessual müddəti bərpa etməsi, apelyasiyanın mümkünlüyünü istisna etmir. Birinci instansiya məhkəməsinin prosessual normanın tətbiqi üzrə ardıcıllığa tam riayət etməməsi, apelyasiyanın mümkünlüyünü araşdırmağa mane olmur. Çünki birinci instansiya məhkəməsi, hər bi r halda nəticə etibarilə apelyasiya şikayətinin geri qaytarılması üçün əsasları müəyyən etməyib. İş materialları elektron kabinetdə əksini tapan məlumatlar onu deməyə əsas verir ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron kabinetində yerləşdirmişdi və həmin tarixdə apelyasiya şikayəti vermə müddəti bitməmişdi. Bu hal onu deməyə əsas verir ki, birinsi instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv etməsi əsaslıdır. Bu prosessual vəziyyətdə, birinci instansiya məhkəməsi tərəfindən zərurət olmadığı halda apelyasiya şikayəti vermək üçün müddətin bərpa olunması barədə ərizəni təmin etməsi, apelyasiya şikayətinin mümkün sayılmaması üçün əsas ola bilməzdi. Apelyasiya instansiyası məhkəməsi bu cür nöqsanları qərar dadında qeyd etməklə, şikayətin mümkün hesab edilməsinə mane olmadığını izah edə bilərdi və bu, prosessual qanunvericiliklə qadağan edilməmişdir. Ümumiyyətlə, apelyasiyanın mümkünlüyünü müəyyən etmək üçün işin prosessual hallarında aşıq-aşkar qeyrimüəyyənlik yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsinin apelyasiya şikayətini mümkün saymamaqda ikinci əsaslandırması ondan ibarət olub ki, «sonuncu apellyasiya şikayəti 23 avqust 2023-cü il tarixində sistemə yerləşdirilmişdir. Elektron qaydada verilmiş apellyasiya şikayətinə baxış keçirilən zaman müəyyən edilir ki, apellyasiya şikayəti MPMnin 361-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmiş, həm apellyasiya şikayəti verən şəxs, həmdə apellyasiya şikayəti verən şəxsin vəkili bölmələrində eyni bir şəxsin adı yəni, Nümayəndə2 qeyd edilmi şdir».
27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşmır. Çünki, elektron kabinetdə xx.xx.2023-cü ildə yerləşdirilmiş apelyasiya şikayətindən görünür ki, apelyasiya şikayətinin “apelyasiya şikayəti verən şəxs” bölməsində (1.1-1.3-cü alt bölmələri) iddiaçını adı, soyadı və atasının adı, “apelyasiya şikayəti verən şəxsin vəkili” bölməsində (2.1-2.3-cü altbölmələrində) vəkilin adı, soyadı və atasının adı qeyd olunmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı deyildir. Buna görə kassasiya şikayəti təmin olunmalı, qərardad ləğv edilməklə, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
29. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1712/2023 nömrəli iş ürzə 18 oktyabr 2023-cü il tarixli qərardadı İddiaçı aid hissədə ləğv edilsin və iş həmin hissədə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.